bakalavr, magistr, fəlsəfə doktoru, elmlər doktoru, mütəxəssis,
lisenziat, tədqiqatçı
və digər dərəcələri özündə əks etdirən təhsil
sənədləri mövcuddur. Hər bir ölkə bu sənədlərə özünəməxsus
kriteriyalarla yanaşır.
Azərbaycan Respublikası öz təhsil sisteminin inkişaf
prioritetlərini Avropa məkanında gedən proseslərə inteqrasiya
olunmaqla müəyyənləşdirir. Uzun illər boyu elmlər namizədi və
elmlər doktoru strukturu ilə fəaliyyət göstərən Azərbaycanda bu
gün fəlsəfə doktoru və elmlər doktoru modelinə keçid ideyası əsas
götürülür.
66
2003-
cü ilin may ayında respublika hökuməti «Xarici
dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekviva-
ientliyinin müəyyən edilməsi (nostrifikasiyası)» qaydalarını təsdiq
etmiş. Təhsil Nazirliyində yaradılan xüsusi komissiya bu
istiqamətdə real fəaliyyətə başlamışdır.
ƏSAS MÜDDƏALAR
XX yüzilliyin 60-cı illərindən başlayaraq ali məktəb
tələbələrinin təhsili və tərbiyəsinin özünəməxsus xüsusiyyətləri, ali
təhsil müəssisələrində pedaqoji və elmi fəaliyyətin vəhdəti, ali
məktəbin təşkili, idarə olunması və ona rəhbərlik məsələləri elmi
tədqiqatların, əsas mövzusuna çevrildi.
Son illərdə ali məktəb pedaqogikası ilə bağlı dəyərli dərslik
və dərs vəsaitləri yarandı. Təlim prosesinin reallaşdırılmasının
innovasiya texnologiyaları, distant təlim texnologiyaları, təlimin
keyfiyyətinin təkmilləşdirilməsi, rəqabətə dözümlü, kompe-
lenlliyi, yüksək professional peşəkarlığı, mədəniyyəti və intellekti
ilə seçilən mütəxəssis hazırlığı məsələləri yeni kitabların əsas
mövzusuna çevrildi.
B. Bəşirovun «Ali məktəb pedaqogikası», «Ali məktəb di-
daktikası», N.Kazımovun «Ali məktəb pedaqogikası» bu sahədə ilk
uğurlu addım və sonrakı tədqiqatlar üçün təkan oldu.
90-cı illərdə Azərbaycan AAK-nın qərarı ilə bütün ixtisaslar
üzrə aspirant və dissertantların ali məktəb pedaqogikasından
minimum imtahanı verməsi, pedaqoji təmayüllü universitet və
institutların magistraturasında ali məktəb pedaqogikasının tədrisi.
Təhsil Problemləri İnstitutunda ali məktəb problemlərini tədqiq
edən şöbənin yaradılması ali təhsillə bağlı tədqiqatlara stimul verdi.
67
III
FƏSIL
AZƏRBAYCAN RESPUBLİKASINDA
TƏHSİL SİSTEMİ
3.1.
TƏHSİL SİSTEMİ HAQQINDA ANLAYIŞ
Təhsil sistemi -
hakimiyyət orqanlarının rəhbərliyi ilə ölkə
daxilində qarşılıqlı asılılıq və ardıcıllıqla fəaliyyət göstərən
təhsil-tərbiyə
müəssisələrinin
kompleksindən
ibarət
mürəkkəb bir təsisatdır.
Təhsil,
tərbiyə və inkişaf
kateqoriyaları bir-birilə
vəhdətdə təhsil
sistemi daxilində həyata keçirilir. Bu sistem mürəkkəb bir qurum
təşkil edərək insanın şəxsi və ictimai həyata hazırlığım təmin edir.
Təhsil sisteminin bir sıra özünəməxsus əlamətləri var. Bunlar
aşağıdakılardır:
•
təhsil sistemi hər bir xalqın milli xüsusiyyətləri nəzərə
alınmaqla iqtisadi, siyasi, elmi, texniki, mədəni inkişaf səviyyəsinə
uyğun qurulur, cəmiyyətin və dövlətin mənafeyinə xidmət edir;
•
təhsil sistemi ölkə daxilində mövcud olan bütün
təhsil-tərbiyə müəssisələrini əhatə edir və onların qarşılıqlı əlaqə və
asılılıqda fəaliyyətini təmin edir;
•
təhsil sistemi idarə olunan mürəkkəb və dinamik
qurumdur;
•
təhsil sistemi Təhsil Qanunu ilə təsdiq olunur;
•
təhsil sistemi cəmiyyət üzvlərinin milli mənlik şüurunun,
intellektual və emosional sferalarını inkişaf etdirir, onların əməyə,
ictimai fəaliyyətə, şəxsi həyata hazırlığını təmin edir;
•
təhsil tendensiyalarına verilən tələblər dövlətin təhsil
sahəsindəki strategiyası ilə müəyyənləşdirilir;
•
təhsil sistemi təhsilin məzmununun müasir standartlara
uyğun modernləşdirilməsini təmin edir;
69
• təhsil standartı yaratmaq və tətbiq etməklə dövlət özünün
təhsil sistemi üzərində rəhbəredici rolunu həyata keçirir.
Təhsil sistemi üstqurum hadisəsidir. Bu səbəbdən də hər bir
ölkənin milli kaloriti, iqtisadi və ictimai quruluşuna müvafiq təhsil
sistemi vardır və dövlət tərəfindən müəyyən edilmiş prinsiplərə
əsaslanır. Buna görədir ki, iqtisadi, siyasi və mədəni inkişafı
müxtəlif olan ölkələrin təhsil sistemləri biri-birindən fərqlənir. Bu
müxtəliflikdən asılı olmayaraq, təhsil sistemlərinin hamısına xas
olan ümumi cəhətləri vardır. Hansı ölkədə yerləşməsindən asılı
olmayaraq, vətəndaşların şəxsiyyət kimi inkişafını təmin etməsi,
sosial-ictimai
həyata
hazırlaması,
fəal
həyat
mövqeyi
formalaşdırması bütün təhsil sistemlərinə xas olan keyfiyyətdir.
Azad, müstəqil, demokratik respublikamızda
Dostları ilə paylaş: |