Fərrux rüSTƏmov tamilla dadaşova ali MƏKTƏb pedaqogikasi



Yüklə 6,79 Mb.
Pdf görüntüsü
səhifə30/238
tarix02.04.2022
ölçüsü6,79 Mb.
#84976
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   238
Ferrux Rustamov - Ali məktəb pedaqogikasi - 2007(1)

təhsil 

sisteminin məqsədi

  - 


dövlət təhsil standartlarına uyğun biliyə, 

bacarığa,  praktik  hazırlığa,  mütərəqqi  dünyagörüşünə  malik 

olan,  xalqın milli,  mənəvi,  mədəni  dəyərlərinə və ümumbəşəri 

dəyərlərə  dərindən  yiyələnən,  Azərbaycan  xalqının  azadlıq 

amalına,  demokratik  ideyalarına,  insan  hüquqlarına  hörmət 

edən,  ölkəmizin  hərbi  müdafiəsinə  hər  an  hazır  olan,  onun 

inkişaf etmiş dünya ölkələri .sıra.sına çıxması üçün bilik, qüvvə 

və  imlcanlarım  əsirgəməyən,  dünyanın  hansı  yerində 

olmasından  asılı  olmayaraq,  vətən  üçün  yaşayan  və  çalışan, 

müstəqil  və  yaradıcı,  azad,  demokratik  vətəndaşlar  tərbiyə 

etməkdir. 

3.2.


 

AZƏRBAYCAN RESPUBLİKASINDA 

TƏHSİL SİSTEMİNİN QURULUŞU 

Azərbaycanda  təhsil  sistemi  vahiddir  və  bütün  tədris 

müəssisələri arasında qarşılıqlı əlaqə, vəhdət, ardıcıllıq mövcuddur. 

Bu ardıcıllıq təhsilin müxtəlif pillələri arasında dahıa aydın şəkildə 

təzahür edir və təhsil sistemində fasiləsizliyi təmin edir. 

Fasiləsiz  təhsil  sistemi  bütün  tip  tədris  müəssisələrini, 

ixtisasartırma və ixtisasdəyuşmə təhsilini, özünütəhsili əhatə edir. 

70 



Fasiləsiz təhsil - təhsil sisteminin bir mərhələsindən digərinə 

maneəsiz  keçmək  imkanında  və  hər  bir  vətəndaşın  ömrü  boyu 

təkmilləşməsinin zəruriliyində ifadə olunur. 

Respublikamızda  fasiləsiz  təhsil  sistemi  ailə  tərbiyəsi 

zəminində  qurulur.  Məktəbəqədər  tərbiyə  müəssisələri  - 

körpələr 

evi; körpələr evi-uşaq bağçası; uşaq bağçası; əqli və fiziki cəhətdən 

qüsurlu  uşaqlar  üçün  məktəbəqədər  tərbiyə  müəssisələri; 

məktəb-uşaq bağçası

 fasiləsiz təhsil sisteminin ilk pilləsidir.



 

Məktəbəqədər  tərbiyə-

  müəssisələrində  uşaqların  fiziki  və 

psixi  sağlamlıqları  təmin  edilir,  şəxsiyyətləri  ahəngdar  surətdə 

inkişaf  etdirilir,  normal  həyat  tərzi  üçün  şərait  yaradılır, 

davranışlarında  özünü  göstərən  çatışmayan  cəhətlər,  nöqsanlar 

korreksiya edilir, ümumi təhsilə hazırlanır. 



Ümumi təhsil - icbari olduğundan fasiləsiz təhsil sistemində 

baza mərhələsini təşkil edir.

 Üç pillədən (I-IV sinifləri əhatə edən - 

ibtidai təhsil, V-IX sinifləri əhatə edən - natamam orta təhsil, X-XI 

(XII) sinifləri əhatə edən - orta təhsil) ibarət olan orta ümumi təhsil 

müəssisələri  şagirdlərin  meyl  və  maraqlarını,  fərdi  psixoloji 

xüsusiyyətlərini  nəzərə  alaraq  onlara  elmlərin  əsaslarını  öyrədir, 

fiziki  və  intellektual  inkişafını  təmin  edir,  şəxsiyyətini 

formalaşdırır, şüurlu surətdə peşə seçməyə istiqamətləndirir. 



Peşə  təhsili  -  ölkə  iqtisadiyyatının  müxtəlif  sahələri  üçün 

ixtisaslı peşə sahibləri hazırlayır.

 Natamam orta təhsil, yaxud orta 

ümumi təhsil bazasında təşkil olunur.

 

Orta  ixtisas  təhsili  -  natamam  orta,  ümumi  orta  təhsil 

bazasında təşkil olunur (liseylər, kolleclər, gimnaziyalar və s.) və 

ölkə  iqtisadiyyatının  müxtəlif  sahələri  üçün  orta  ixtisaslı 

mütəxəssislər yetişdirir. 

Ali təhsil -

 ümumi orta təhsil, peşə təhsili, yaxud orta ixtisas 

təhsili  bazasında  qurulur.  Ali  təhsil  universitetlərdə,  institutlarda, 

akademiyalarda, konservatoriyalarda, ali hərbi məktəblərdə həyata 

keçirilir.  Ali  məktəblər  dövlət  tərəfindən  və  habelə,  müvafiq 

icazələrlə, özəl qaydada açılır. 

Ali təhsilin əsas məqsədi respublika iqtisadiyyatının, ictimai 

və mədəni həyatının müxtəlif sahələri üçün yüksək ixtisaslı, kamil 

mütəxəssislər hazırlamaqdır. Ali məktəblərdə 

71 



təhsil  əyani,  qiyabi,  eksternat  (latınca 


Yüklə 6,79 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə