FəSİl I. BİZnes konsepsiyasi və onun hazirlanmasinin



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə17/26
tarix06.05.2018
ölçüsü0,62 Mb.
#41657
1   ...   13   14   15   16   17   18   19   20   ...   26

 

50

        İdarəetmənin  elmilik,  sosial  və  təsərrüfat  rəhbərliyinin  vəhdəti  prinsipi 



müəyyən  müvafiq  metodların  seçilməsi  və  tətbiqi  idarəolunan  obyekt 

prinsiplərinin,  hadisələrinin  xarakteri  və  məzmunundan  asılıdır.  Bu  metodlar 

drektiv,  qeyri  mərkəzləşmiş  qaydada  icra  olunur.  Onlar  xüsusilə  kollektivin 

forması,  onun  nə  ilə  məşğul  olması  ilə  əlaqədar  olaraq  tətbiq  olunur,  yəni 

idarəetmə  qarşıya  müəyyən  məqsədin  qoyulması  ilə  başlanır  və  praktiki  nəticə 

olması ilə sonlanır. Bu məqsədə nail olunduqdan sonra digəri ortaya çıxır, yəni bu 

proses 

idarəedən 



sistemin 

vəziyyəti 

və 

sistemlər 



arasında 

qarşılıqlı 

münasibətlərdən doğan arzu, zərurət, icra və nəticənin əldə edilməsini zəruri edir. 

       İdarəetmə  prosesi  müəyyən  fəaliyyət  növünün  məzmunundan  ibarətdir  və 

daim  təkrar  olunur.  İdarəetmənin  məqsədi  müəyyən  məqsədyönlü  təyinat  olub 

bitmiş  fəaliyyətin  məcmusundan  ibarətdir.  İdarəetmənin  məqsədi  öz  məzmununa 

görə  obyektiv  xarakter  daşıyır.  Eyni  zamanda  subyektiv  idarəetmə  məqsədinə  də 

təsadüf edilir. Ona görə də onun ən başlıca məqsədi düzgün və yüksək fəaliyyətdə 

aydınlaşdırılmalıdır.  Məqsəd  ayrı-ayrı  adamlar,  idarəetmə  orqanları  tərəfindən 

mövcud  ehtiyatları  prespektiv  inkişaf  dövrünün  fəaliyyətini  nəzərə  alaraq  elmi 

səviyyədə  müəyyən  edilməlidir.  Məqsədlər  öz  məzmununa  görə,  icra  edilmə 

müddətinə görə və səviyyəsinə görə fərqlənilər. 

       Ümumiyyətlə  müxtəlif  idarəetmə,  müxtəlif  aspektli  sənaye  müəssisələrinin 

düzgün  formalaşması,  dövrün  düzgün  strategiyası  üçün  mühüm  əhəmiyyətə 

malikdir.  Ona  görə  də  idarəetmə    sisteminə  prinsipial  yanaşma  maksimal 

əhəmiyyətə  malikdir.  Prinsipial  yanaşma  özü  də  bir  formadır.  O,  idarəetmə 

məqsədinin elmi cəhətdən əsasını, onun ardıcıl olaraq həyata keçirilməsini, həmin 

sosial-iqtisadi, elmi-texniki məqsədlərin, xalq təsərrüfatının son nəticələri ilə əldə 

edilməsini  tələb  edir.  Metod  istehsal  kollektivinin,  onun  hər  hansı  üzvünə 

məqsədyönlü  təsir edilməsinə deyilir.  




 

51

       Anlayış  etibarilə  metodla  və  ya  hər  hansı  bir  insan  fəaliyyətinin  fərqlərinin 



məcmusuyla,  hər  hansı  bir  məqsədə  çatmaq  üçün  insanları  istiqamətləndirmək, 

təşkil  etmək  və  s.  mümkündür.  Müəyyən  bir  məqsədi  qarşıya  qoyduqdan  sonra 

onun  yerinə  yetirilməsini daha  yaxşı sərfəli, səmərəli, vasitəli  yolların daha geniş 

üsullarını  artırmaq  lazımdr.  Və  bu  özü-özlüyündə  bir  zərurətdir.  Yəni  bu  birinci 

növbədə  mürəkkəb  və  dinamik  vəziyyətdə  digər  tərəfdən  hər  hansı  bir  məqsədin 

müəyyən bir təsirə, vasitəyə, vasitəçiyə möhtac olmasından irəli gəlir. 

      Heç  də  təsadüfi  deyil  ki,  Biznes  takikaları  və  metodları  proseslərinin  əsas 

ünsürü yəni elementi adlanır. Deməli, idarəetmə metodları onların ahəngdarlığına, 

səmərəliliyinə  çox  böyük  təsir  edir.  İdarəolunan  obyektlərə  təsir  vasitəsi  olan 

metodlar  sistemi  necə  və  hansı  vasitələrlə  yerinə  yetirilməni  müəyyən  edir. 

Ümumiyyətlə  hər  hansı  bir  prosesin  idarəedilməsi  müxtəlif  metodların  köməyilə 

hayata  keçirilir.  Ona  görə  də  idarəetmə  metodları  başqa  metodlardan,  texniki, 

bioloji  metodlardan  prinsipcə  fərqlənir  və  insanların    istehsala  təsiri,  bu  və  ya 

digər  vəzifələrdən  kompleks  istifadə  olunur.  İdarəetmənin  ən  başlıca  əhəmiyyəti 

idarəetmədə  proseslərin  dəqiq  təşkili  üçün  müasir  texnika  və  texnalogiyadan 

istifadə etməyə imakan yaradır.  

         İdarəetmənin  üç  əsas  metodu  var.  Onlar  normativ  sərəncam,  iqtisadi  və 

psixiolji  metodlardır.  Metodlar  sistemində  əsas  yeri  iqtisadi  və  inzibati  metod 

tutur.  Lakin  bu  iki  metod  arasında  iqtisadi  metodun  rolu  və  fəaliyyət  dairəsi 

genişdir.  Belə  ki,  idarəetmə  prosesində  əsas  rolu  cəmiyyətin  iqtisadi 

münasibətləri tutur.  

        Başqa  sözlə  ifadə  etsək,  cəmiyyətin  inkişafı,  insanların  iqtisadi 

münasibətlərindən  asılıdır.  Buradan  göründüyü  kimi  istehsalın,  idarəetmənin 

iqtisadi  metodu  cəmiyyətin  inkişafı  üçün  bazis  rolunu  oynayır.  Yəni  hər  bir 

cəmiyyətin  iqtisadi  münasibətləri  hər  şeydən  əvvəl  mənafelər  kimi  təzahür  edir. 

Ona  görə  də  müəyyən  idarəetmənin  məqsədinə  nail  olmaq  üçün    cəmiyyətin 




 

52

iqtisadi  qanunlarından  istifadə  edilməsi  obyektiv  iqtisadi  mənafelərin  nəzərə 



alınmasında  təsərrüfatın  aparılması  metodlarına  idarəetmənin  iqtisadi  metodu 

deyilir.  

       İdarəetməin  iqtisadi  metodlarına  başqa  cür  də  tərif  vermək  olar.  Bunu  bəzən 

iqtisadi 

nəzəriyyədə 

aspektli 

tərif 

kimi 


də 

adlandırırlar. 

Əmtəə,pul 

münasibətlərinin  geniş  inkişafında  və  iqtisadi  vasitələr,  yəni  təsərrüfat  hesabı, 

əmək haqqı, qiymət, kredit, mənfəət və s.dən ibarət olan iqtisadi mexanizmlərdən 

istifadə istehsalı idarəetmənin iqtisadi metodları adlanır. 

       Bu  iqtisadi  vasitələrdən  hər  hansı  birisi  ləng  yerinə  yetirilərsə,  onda  iqtisadi 

mexanizm  mütənasibliyi  pozulur  və  iqtisadi  metodların    tətbiqi  özünün 

səmərəliliyni aşağı salır. Lakin idarəetmənin iqtisadi metodu bütünlüklə idarəetmə 

işlərini  tamamilə  əhatə  etmir.  Başlıcası  isə  plan-proqram  vəziyyətinin  yerinə 

yetirilməsini birbaşa təmin etmir. İdarəetmədə iqtisadi metodlar necə təşkil edilirsə 

edilsin, nizamlayıcı, bölüşdürücü, sərəncamverici metodlar fəaliyyət göstərə bilmir 

və ondan hec də bu fəaliyyət tələb olunmur.  

         Göstərilən  bu  metodlar  sistemi  idarəetmə  obyektinin  müəyyən  tərəfinə, 

cəhətinə,  istehsalın  nizama  salınmasının  kollektiv  üzvlərinin  mənəvi,  maddi 

marağına,  onun  mütəşəkkilliyinə,  istehsalın  ahəngdar  olmasına  və  s.  xidmət 

göstərir.  İdarəetmənin    məqsədə  uyğun  fəaliyyəti  həmişə  təşkiletmə  prosesindən 

asılıdır.  Təşkiletmə  sözü,  hər  hansı  bir  prosesi  və  ya  müəyyən  hadisəni  qaydaya, 

nizama salınmasını, müəyyən etmə çevrilməsini ifadə edir.  

        Demək  olar  ki,  idarəetmə  təşkiletmə  məvhumundan  daha  geniş  məna  kəsb 

edir.  Lakin  bir  sıra  terminalogiyada,  ədəbiyyatlarda  təşkiletmə  mənasında  da 

göstərilmişdir. Ona görə də bu metodların özü hələ çox sistemləşdirilməli və bəzi 

anlaşılmamazlıqlar  aradan  qaldırılmalıdır.  Bir  çox  iqtisadi  ədəbiyyatlarda  bu 

metodun  adı  təşkiletmə    metodu  (  təşkilati,  inzibati,  təşkiletmə-inzibati,  inzibati-

sərəncam,  inzibati  bölüşdürücü  və  s.)  formalarda  verilmişdir.  Lakin  son 



Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə