171
ması halına deyilir. Bəşəriyyətimiz tarix boyu müxtəlif növ epidemiyalardan
əziyyət çəkmiş, milyonlarla insan bunun nəticəsində ölmüşdür. 20-ci əsrə qədər
qlobal epidemiyaların həcmi daha böyük olmuş və daha çox insan arasında ya-
yılmışdır. İllər keçdikcə tibbin və texnologiyanın inkişafı nəticəsində dünyada
yayılan xəstəliklərin qarşısı daha tez müddətə və böyük iz buraxmadan alınır.
Buna baxmayaraq, hal-hazırda qrip və İİV/QİÇS xəstəliyi də daxil olmaqla bəzi
xəstəliklərin tam yoxa çıxarılması mümkün olmamışdır.
İnfeksiyon xəstəliklərin epidemiyası insanlarda ekoloji dəyişikliklər, daşıyı-
cıların sayının artması, parazitlərin genetik olaraq dəyişməsi və parazitlərin yeni
əhali qrupları arasına gətirilməsi səbəbindən baş verir. Bu hallar adətən əhalinin
həmin parazitə qarşı immunitetinin zəif olduğundan baş verir. Epidemiyanın ya-
yılmasına kömək edən amillər əsasən infeksiyanı daşıyan qida məhsulları və
içməli su, infeksiyaya yoluxmuş bəzi heyvanların və həşəratların miqrasiyasıdır.
Bəzi epidemiyalar fəsildən asılı olaraq yayılırlar, məsələn göy öskürək yazda,
qızılça qışda və mart ayında, qrip və soyuqdəymə isə əsasən qışda baş verir.
Epidemiya adətən bir ərazidə və ya ölkədə baş verir. Əgər bu digər ölkələrə
və qitələrə yayılırsa və daha geniş əhalini əhatə edirsə bunu pandemiya da ad-
landırmaq olar. Dünyada tarix boyunca geniş yayılmış pandemiyalara İİV/QİÇS
xəstəliyi, vəba, qrip, yatalaq, qızılça, vərəm, malyariya və digərlərini nümunə
gətirmək olar.
Dünyada yayılmış epidemiyalar insanların sağlamlığına çox böyük zərər ve-
rir, hətta erkən ölümlərə səbəb olur. Təkcə İİV/QİÇS xəstəliyinə nəzər yetirsək
görərik ki, bu bəladan bütün dünya ölkələri əziyyət çəkməkdədir. 2011-ci ilin
sonuna aid məlumata görə dünyada 34 milyon insan İİV virusu ilə yaşayır. Af-
rikanın cənubunda yerləşən ölkələrdə bu vəziyyət daha da acınacaqlıdır. Bu
ölkələrdə təxmini olaraq 20 nəfərdən birində (4.9%) İİV virusu vardır. Afrika-
dan sonra daha geniş yayılmış ərazilərə Karib ölkələri, Şərqi Avropa və Mərkəzi
Asiya daxildir. 2011-ci ildə bu virus nəticəsində ölümlərin sayı 1.7 milyon ol-
muşdur.
6.3.3
Reproduktiv sağlamlıq, ana və uşaq sağlamlığı
Qadın və uşaq sağlamlığı dünyada sosial rifahın və insan inkişafının ən va-
cib məqamlarından biridir. Buna baxmayaraq, qadın və uşaqlar qarşısı alınabilən
xəstəliklərdən əziyyət çəkir və bəzən dünyalarını dəyişirlər. Hamiləlik və uşaq
dünyaya gətirmək dünyada ən yaxşı hisslərdən biri olduğu kimi, bəzi hallarda
bu, əlavə stress, sağlamlıq problemləri və ölümə gətirə bilər. Qadınların gənc
yaşlarından tutmuş hamiləlik, uşaq doğumu və analıq müddətinədək olan həyat
səviyyəsi uşaqların da həyatına birbaşa təsir edir. Ona görə ana sağlamlığı və
qadınların reproduktiv sağlamlıq xidmətlərinə əlçatanlığı çox vacibdir.
172
Reproduktiv sağlamlıq insanların yaşaması və nəsil artırması üçün lazım
olan ən vacib qlobal məsələlərdən biridir. Reproduktiv sağlamlıq insanların
təhlükəsiz və qəbul olunan vasitələrdən istifadə etməklə doğuşu planlamaq və
sağlam uşaq dünyaya gətirmək anlamına gəlir. Ümumdünya Səhiyyə Təşkilatına
əsasən reproduktiv və cinsi xəstəliklər qadınlar arasında 20%, kişilər arasında
yayılan xəstəliklərin 14%-ni təşkil edir.
Dünya ölkələri və beynəlxalq təşkilatlar reproduktiv sağlamlığın insan in-
kişafında ən vacib məqamlardan biri kimi hesab edirlər. Reproduktiv sağlamlıq
Minilliyin İnkişaf Məqsədlərində 5-ci hədəf kimi qarşıya qoyulmuşdur. Buna
baxmayaraq ÜST-ün məlumatına görə bu sahədə inkişaf hələ də arzuolunan
səviyyəyə gəlib çatmamışdır. Bu, özünü Afrika ölkələrinində daha çox göstərir.
Afrika ölkələrinin çoxunda hələ də uşaq planlaşdırmaq üçün kontraseptiv me-
todlardan istifadə olunmur. Dünyada azyaşlılar arasında hamiləlik hələ də yuxarı
səviyyədə qalmaqdadır. 2007-ci ildə 15-19 yaşlı 1.000 nəfər qıza 52 hamiləlik
düşmüşdür, bu da 2000-ci ildəki 55 hamiləlikdən çox az irəliləyiş deməkdir.
Cənubi Afrikada yerləşən ölkələrdə azyaşlılar arasında doğum göstəricisi dün-
yada ən çoxdur.
2008-ci ildə təxmini olaraq 358.000 qadın hamiləlik və doğuş zamanı
ağırlaşmalar nəticəsində dünyasını dəyişmişdir. Maraqlı burasıdır ki, bu halla-
rın 99%-i inkişaf etməkdə olan ölkələrdə baş verib. 1990-2008-ci illər arasın-
da ana ölümləri cəmi 2.3% azalmışdır, bu isə 2015-ə qədər Minilliyin İnkişaf
Məqsədində olan 5.5% planlaşdırılmış rəqəmdən çox uzaqdır. Bu rəqəmlər isə
müxtəlif beynəlxalq təşkilatları narahat edir və bu prosesi sürətləndirmək üçün
bir çox əlavə dəstək proqramları hazırlanmaqdadır. Bu sahədə əsas dəstək ailə
planlaşdırılması (məsləhət, xidmətlər və təchizat), hamilə qadınlara təcrübəli
tibbi xidmət, həmçinin doğuş öncəsi xidmət, doğuş zamanı keyfiyyətli xidmət,
ağırlaşmalar zamanı təcili yardım, doğuş sonrası və abort xidmətləri sahəsində
olunur.
İnkişaf etməkdə olan ölkələrdə ana ölümlərinin yarısından çoxunun
səbəbi doğuşdan sonra olan qanaxmalar və yüksək təzyiqlə əlaqəlidir. Doğuş
zamanı ağırlaşmalar, malyariya və İİV/QİÇS xəstəliyi ana ölümünün digər
səbəblərindəndir. Bu ölümlərin çoxunun təcrübəli tibb işçisi tərəfindən müvafiq
alət, dərman və həblər vasitəsilə qarşısı alına bilər.
Dünyada uşaq və yeni doğulmuşların sağlamlığı həmçinin narahatlıq do-
ğuran məqamlardandır. 5 yaşına qədər uşaqların ölümlərində 28% azalma
müşahidə olunsa da bu Minilliyin İnkişaf Məqsədində göstərilən hədəflərə çat-
mır. 67 ölkədə 1.000 doğuşdan 40 və daha artığında uşaq ölümləri müşahidə
olunur.
Yeni doğulmuşların ölüm halları uşaq ölümlərinin çox hissəsini tutur, bu,
2008-ci ilin göstəricisinə əsasən 40% təşkil edir. Yeni doğulmuşların arasında