175
azaltmaq və əsas yoluxucu xəstəliklərin, xüsusilə də İİV/QİÇS-in yayılmasının
qarşısını almaqdır.
Minilliyin İnkişaf Məqsədləri arasında ən birinci vəzifə dünyada yoxsullu-
ğun və aclığın aradan qaldırılmasıdır. Bu məqsədin ikinci hədəfi 1990-2015-ci
illər arasında aclıqdan əziyyət çəkən insanların sayını yarıya endirməkdir. Bu
sahədə əsas göstəricilərdən biri 5 yaşına qədər uşaqların çəki azlığınının qarşısını
almaq və lazım olan enerji dəyərindən az qidalanan əhalinin sayını azaltmaqdır.
Qeyd edildiyi kimi düzgün qidalanma insan inkişafının təməlində duran
məqamlardan biridir. Düzgün qidalanmamaq yeni nəslin sağlamlığını və inkişa-
fını sual altına qoyur. Bunun üçün inkişaf hədəflərində qarşıya qoyulan birinci
məsələ məhz budur.
Minilliyin İnkişaf Məqsədlərindən dördüncüsü uşaq ölümlərinin sayının
azaldılmasıdır. Bu məqsədlə nəzərdə tutulan əsas hədəflərdən biri 1990-2015-
ci illər arasında 5 yaşına qədər uşaqlarda ölüm hallarını üçdə ikiyə azaltmaq-
dır. Uşaq ölümləri çox geniş yayıldığından buna diqqət artmaqdadır. Uşaq
ölümlərinin əsas səbəbi onların pnevmaniya, diarria, malyariya xəstəliklərinə
tutulması, vaxtından əvvəl doğuş və düzgün qidalanmamalarıdır.
Minilliyin İnkişaf Məqsədləri sırasında 5-ci məqsəd ana sağlamlığını inkişaf
etdirməkdir. Bu sahədə nəzərdə tutulan əsas hədəflər ana ölümlərinin qarşısını
almaq və təcrübəli tibb işçiləri tərəfindən doğuşlara yardım etməyin sayını artır-
maqdır. Qadınlar arasında əsas ölümün səbəbi hamiləlik vaxtı və doğuş zamanı
ağırlaşmalardır. Ona görə də xüsusi diqqət bu dövrdə qadınların sağlamlığına
verilir.
Minilliyin İnkişaf Məqsədlərindən 6-cısı İİV/QİÇS, Malyariya və digər
xəstəliklərlə mübarizədir. Bu xəstəliklər hər il dünyada milyonlarla insanın
həyatına son qoyur. Afrikada baş verən erkən ölümlərin əsas səbəbi və dünyada
ölümə səbəb olan 4-cü ən böyük xəstəlik İİV/QİÇS-dir. İİV/QİÇS-lə yanaşı digər
infeksiyon xəstəliklər də insanların sağlamlığına maneçilik törədən amillərdir.
Bu məqsədlə əsas göstəricilər İİV/QİÇS xəstəliyini azaltmaq, kontraseptivlərdən
istifadəni artırmaq, malyariya və vərəmdən ölüm hallarını azaltmaqdır.
Minilliyin İnkişaf Məqsədlərinin 7-cisi ətraf mühitin qorunması və 8-ci
məqsədi inkişaf üçün qlobal əməkdaşlığı artırmaqdır. Bunların hər ikisində in-
san sağlamlığına böyük önəm verilir. Bura daxil olan hədəflərə insanların təmiz
içməli su ilə təmin olunması, sanitariyanın artırılması, davamlı şəkildə lazımı
dərmanlara əlçatanlığın artırılması daxildir.
Göründüyü kimi bu hədəflərin çoxu insan sağlamlığına və səhhətinə
yönəlmişdir. Bu hədəflərə əsasən dünya əhalisi bərabər şəkildə sabit və davamlı
tibbi xidmətə malik olmalı və xəstəliklərdən qorunmalıdır. Bunlara nail olmaq
üçün ölkələrin diqqətini sağlamlıq məsələlərinə artırmaq, davamlı tibbi xidmət
göstərən keyfiyyətli səhiyyə sistemlərini qurmaq vacibdir.
176
6.5
Azərbaycan: Səhiyyə Sistemində Keçid Mərhələsi
6.5.1
Səhiyyə sisteminə ümumi baxış
Azərbaycan Respublikası 1991-ci ildə müstəqillik qazandıqdan sonra səhiyyə
strukturunda Sovet sistemini saxlasa da bir çox yeniliklərə və nailiyyətlərə
imza atılmışdır. Son illərdə hidrokarbon resurslarından gələn gəlirlər sayəsində
səhiyyə infrastrukturunda inkişafa nail olunmuş, yeni texnologiyalar və müasir
avadanlıqlarla təchiz olunmuş bir çox yeni xəstəxanalar tikilmişdir.
Azərbaycanın müasir səhiyyə sistemində mərkəzləşmiş “Semaşko” sistemi
üstünlük təşkil edir və tibb sahəsində əsas qərarvermə dövlət səviyyəsində həyata
keçirilir. Ölkədə səhiyyə sisteminindən cavabdeh qurum Səhiyyə Nazirliyidir.
Bununla yanaşı son illərə qədər digər nazirliklərin və dövlət müəssisələrinin pa-
ralel səhiyyə xidməti göstərən müəssisələri mövcud idi. Səhiyyə xidməti göstərən
özəl sektor Səhiyyə Nazirliyi tərəfindən lisenziyalaşdırılsa da, onlar tamamilə
müstəqil fəaliyyət göstərir. Son illərdə özəl tibbi xidmət göstərən müəssisələrin
sayı əhəmiyyətli dərəcədə artmışdır.
Azərbaycanda ilkin tibbi xidmət və ya ambulator xidmət poliklinika və
pediatriyalar vasitəsilə həyata keçirilir. Antenatal və reproduktiv sağlamlıq
xidmətləri qadın məsləhətxanalarında keçirilir. Rayonlarda və kəndlərdə feld-
şer məntəqələri qadınların əsas ilkin tibbi xidmət kimi istifadə etdikləri yerdir.
Bura ilkin tibbi yardım, antenatal və postnatal xidmət, digər immunizasiya və
tibbi məlumatlandırmaq daxildir. İlkin tibbi xidmət göstərən müəssisələrə kənd
xəstəxanaları və tibb məntəqələri daxildir.
Ucqar kəndlərdə keyfiyyətli ilkin səhiyyə xidməti almaq Azərbaycanın
səhiyyə sistemində əsas problemlərindən biridir. Buna səbəb ucqar yerlərdə
həkimlərin çatışmaması və köhnə həkimlərin yeniləri ilə əvəz olunmamasıdır.
Bundan əlavə ucqar yerlərdə müvafiq infrastrukturun olmaması tibbi xidmət al-
maq üçün çətinliklər yaradır.
Səhiyyə Nazirliyi yaxın illərdə ambulator xidməti tamamilə yeniləməyi
planlaşdırır. Ölkə rəhbərliyi ilkin tibbi xidmət göstərən əsas funksiyada ailə
həkimliyinin yaradılmasını nəzərə alır. Bu təcrübə ilkin olaraq ucqar yerlərdə
tətbiq olunacaqdır.
İkinci dərəcəli xidməti əsasən xəstəxanalar vasitəsilə həyata keçirilir. Belə
xəstəxanaların sayı ortalama 32 çarpayıya malik 349 ədəddir. Mərkəzi rayon
xəstəxanaları müxtəlif növ ikinci dərəcəli tibbi xidmət göstərirlər, bunlara təcili
yardım, əməliyyat xidmətləri, ginekoloji, pediatrik xidmət və digərləri daxildir.
Bu xəstəxanalar həmçinin rentgen və ultrasəs müayinələri aparırlar.
İnsanların sağlamlığında əsas yerlərdən birini tutan təcili tibbi yardım
xidməti ölkədə 68 ambulator stansiyalar vasitəsilə həyata keçirilir. Təcili tib-
177
bi yardım qanununa əsasən tibbi xidmət, çağırışdan sonra 30 dəqiqə ərzində
həyata keçirilməli və 10.000 əhaliyə bir tibbi yardım komandası ayrılmalıdır.
Buna baxmayaraq təcili tibbi xidmətin keyfiyyəti beynəlxalq səviyyədə qəbul
olunmuş standartlardan təcrübəli heyət və avadanlıq sahəsində geridə qalır. Son
illərdə təcili yardım xidmətinin vacibliyini nəzərə alaraq, 12 milyon manat yeni
nəqliyyat vasitələrinin alınması üçün xərclənmiş və təcili yardım xidmətində ça-
lışan işçilərin maaşları ikiqat artırılmışdır.
Ölkədə ictimai səhiyyə sistemi əvvəllər mövcud olmadığından, Sanitariya-
epidemioloji salamatlıq haqqında qanunla daha geniş ictimai sağlamlıq konsepti
yaranmışdır. Hal-hazırda ictimai səhiyyə xidmətlərini Sanitariya-Epidemioloji
Xidmət Mərkəzi, yeni yaranmış İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Dövlət
İİV/QİÇS-lə Mübarizə Mərkəzi və digərləri həyata keçirirlər.
Azərbaycanda immunizasiya proqramı müvəffəqiyyətlə aparılır. İmmu-
nizasiya haqqında qanuna əsasən bütün vətəndaşlar pulsuz olaraq vaksinasiya
olunmalı və immunlaşmalıdır. Bu xidmətdə Respublika Epidemiologiya və Gi-
giyena Mərkəzi cavabdehlik daşıyır, şəhərlərdə və rayonlarda bu işin təşkilini
həyata keçirir. İmmunlaşma proqramı çərçivəsində bütün dərmanlar İnnovasiya
və Təchizat Mərkəzi tərəfindən standartlara uyğun olaraq şəhər və kənd polikli-
nikalarına paylanılır.
Ölkədə İİV/QİÇS proqramı 1996-cı ildə qəbul olunmuş qanuna əsasən
aparılır. İİV/QİÇS xəstəliyinin qarşısının alınması çərçivəsində ölkədə bir çox
irəliləyişlərə nail olunmuşdur. Respublika İİV/QİÇS-lə Mübarizə Mərkəzinin
yaradılması ilə bu xəstəliyin idarəedilməsi mərkəzləşdirilmiş sistemdə həyata
keçirilir. Bu sahədə aparılan işlərdə beynəlxalq donorların maliyyə dəstəyi bö-
yük olmuşdur.
Vərəm xəstəliyi Azərbaycanda daha geniş yayıldığından bu sahəyə dövlət
nəzarəti artmaqdadır. Ölkədə milli vərəm proqramı fəaliyyət göstərir və bu DOT
məntəqələri ilə həyata keçirilir. Azərbaycan Ağciyər Xəstəlikləri İnstitutu milli
vərəm proqramını həyata keçirən aparıcı qurumdur. Bu qurum ölkədə fəaliyyət
göstərən xüsusiləşmiş vərəm klinikalarının (dispanserlərinin) işinə nəzarət edir.
Vərəm əleyhinə bütün dərmanlar əhaliyə pulsuz olaraq paylanılır və birinci
sıra vərəm əleyhinə dərmanların açıq satışına 2007-ci ildə qadağa qoyulmuş-
dur. Əhali arasında stiqma olduğundan onlar açıq şəkildə vərəm dispanserlərində
qeydiyyatdan keçməkdən çəkinirlər.
6.5.2
Əsas səhiyyə islahatları
Müstəqilliyin ilk illərində Azərbaycan Ermənistanla müharibə ilə
üzləşdiyindən əsas diqqət müharibədən zərər çəkən insanlara və məcburi
köçkünlərə verilirdi. Buna görə də müharibənin vurduğu ziyan qismən aradan
178
qaldırıldıqdan sonra əsas tibb islahatlarına başlanılmışdır.
Əsas ilkin tibbi islahatlara 1994-cü və 1998-ci illərdə qəbul olunmuş xüsusi
xidmətlər üçün xidmət haqqı tədbiq edilməyə başlanılan qərarlar daxildir. Bu
qərarlar gözlənilən səviyyədə nəticə verməsə də, dövlət büdcəsinə çox cüzi miq-
darda gəlir gətirə bildi.
2000-ci ildə “Özəl tibb fəaliyyəti haqqında” qanun imzalandıqdan sonra
özəl klinikaların genişlənməsinə səbəb oldu.
1998-ci ildə Səhiyyə İslahatları üzrə Dövlət Kommissiyasının yaranması
ilə sistematik səhiyyə islahatların yaranmasının təməli qoyuldu. 1999-cu ildə
Səhiyyə Nazirliyi ilə birgə səhiyyə islahatlarının istiqamətləri müəyyən olundu.
Bunun nəticəsi olaraq Səhiyyə Nazirliyi səhiyyə xidmətinin müxtəlif sahələrində
Milli Məclis tərəfindən qəbul olunan bir çox qanunların həyata keçirilməsinə
nail olmuşdur.
2008-ci ildə Səhiyyə İslahatları üzrə Konsepsiyanın yeni və genişlənmiş
versiyası hazırlandı. Bu qanun layihəsi təsdiqlənməsə də, Səhiyyə Sisteminin
Maliyyələşməsi haqqında İslahat 2008-ci ildə Prezident tərəfindən təsdiqləndi.
2001-ci ildə Dünya Bankı ilə ölkə rəhbərliyi Səhiyyə Sisteminin İslahatları
Layihəsi haqqında razılığa gəldi və bu məqsədlə 5 milyon ABŞ dolları ayrıldı.
2006-ci ildə bu layihənin davamı olaraq Dünya Bankı ilə səhiyyə sistemində
islahatlar keçirmək üçün razılığa gəlindi.
6.5.3
Səhiyyə sisteminin maliyyələşməsi
Azərbaycanda səhiyyə xidmətinin maliyyələşdirilməsi əsasən dövlət
tərəfindən həyata keçirilir. Ölkə səviyyəsində maliyyələşdirməsinə Səhiyyə Na-
zirliyi cavabdeh olsa da, yerli səviyyədə olan səhiyyə xidməti rayon büdcələrindən
maliyyələşir. Hazırda səhiyyənin maliyyələşdirilməsi üçün islahatlar proqramı
hazırlanır və bu sahədə bəzi pilot layihələr həyata keçirilir.
Səhiyyə sisteminə xərclənən vəsait son illər artmaqdadır. 2000-ci ildə adam-
başına düşən səhiyyə xərci 6 ABŞ dolları idisə, 2008-ci ildə bu rəqəm 50 ABŞ
dollarına qalxmışdır. Səhiyyəyə xərclənən ümumi büdcə artsa da ümumdaxili
məhsula nisbətdə 2008-ci ildə cəmi 3% təşkil etmişdir. 2007-ci ildə səhiyyəyə
xərclənən ümumi məbləğin 44%-i ictimai səhiyyənin payına düşür.
1994-2008-ci illər arasında yalnız xüsusi əhali qrupları üçün dövlət tibbi
xidmətləri pulsuz idi. 2008-ci ildə “Azərbaycan Respublikasında səhiyyənin
maliyyələşdirilməsi sisteminin islahatı və icbari tibbi sığortanın tətbiqi
Konsepsiyası”nın təsdiqi ilə bütün ilkin tibbi xidmət, həmçinin preventiv və icti-
mai səhiyyə xidmətlərin maliyyələşməsində yeni sistemə keçirilməsi qərara alın-
mışdır. Bu qərarla bütün dövlət səhiyyə müəssisələrində xidmət pulsuz olaraq
həyata keçirilmişdir. Bundan əlavə, 2005-ci ildən bəzi xəstəliklərin dərmanları,
179
məsələn, xərçəng, şəkərli diabet və vərəm xəstəliklərinin dərmanları pulsuz ola-
raq əhaliyə çatdırılmaqdadır.
Dövlər xərcləri ilə yanaşı bir sıra beynəlxaq təşkilatlar və donorlar vasitəsilə
səhiyyə xidmətinə əhəmiyyətli dərəcədə yatırımlar olmuşdur. ABŞ, Avropa Bir-
liyi, BMT və digər donorlar Azərbaycana milyonlarla ABŞ dolları məbləğində
vəsait ayırmışlar. Hal-hazırda səhiyyə sektorunda çalışan beynəlxalq partnyorla-
ra İİV/QİÇS, Vərəm və Malyaria ilə mübarizə üzrə Qlobal Fond, Dünya Bankı,
ABŞ-ın Beynəlxalq İnkişaf üzrə Agentliyi (USAİD), Vaksin və İmmunlaşdırma
üzrə Qlobal Alyans (GAVİ), BMT, UNİCEF, UNDP, UNFPA və digərləri daxil-
dir.
6.5.4
Azərbaycanda əhalinin sağlamlıq vəziyyəti
Azərbaycanda insanların həyat səviyyəsi və sağlamlıq xidmətlərinə
əlçatanlığı son illərdə artmışdır. Bunun nəticəsi olaraq insanların sağlamlığın-
da inkişaf müşahidə olunmaqdadır. Sağlamlıq problemləri nəticəsində insan
ölümlərinin sayı azalmış və səhiyyə xidmətinə dövlət nəzarəti gücləndirilmişdir.
Azərbaycanda insanların orta yaş həddi son illərdə nisbətən artmışdır. 2011-
ci ildə kişilərin orta yaş həddi 66, qadınların orta yaş həddi isə 70 yaş olmuşdur.
Azərbaycanda ən çox insan ölümlərinə səbəb olan 3 xəstəlik yoxulucu olma-
yan xəstəliklərdir. Bunlara ürək-damar xəstəlikləri (100.000 əhalidən 551.6),
xərçəng xəstəliyi (87.4) və həzmlə bağlı xəstəliklər (60.4) daxildir.
Ölkədə yaşayan əhali arasında yüksək təzyiq və ya hipertaniyadan əziyyət
çəkənlərin sayı çoxdur. 40 yaşından yuxarı kişilərin və qadınların üçdə birində
hipertaniya xəstəliyi mövcuddur. Rəqəmlərdən belə qənaətə gəlmək olar ki, bu
xəstəlik Azərbaycanda ciddi sağlamlıq problemlərindən biridir.
Bu xəstəliklərlə yanaşı Azərbaycanda vərəm xəstəliyi böyük narahatlıq ya-
radan bəlalardan biridir. Azərbaycanda dərmanlara davamlı vərəm xəstəliyindən
əziyyət çəkənlərin sayı Avropada ən yüksək nəticələrdən biridir.
Ana və uşaq ölümü ölkədə son illərdə azalsa da, bu sahəyə diqqətin artırıl-
masına ehtiyac böyükdür. 2006-cı ildə keçirilən Səhiyyə Sorğusuna əsasən hər
1000 doğulan uşaqdan 43-ü 5 yaşınadək dünyasını dəyişmişdir.
Bu göstəricilərdən göründüyü kimi Azərbaycanda bir çox xəstəliklərin və
ölümlərin qarşısı ictimai səhiyyə və insanları məlumatlandırmaq yolu ilə alı-
na bilər. İnsanları ən çox narahat edən ürək-damar xəstəliklərindən qurtulmaq
insanların həyat tərzindən çox asılıdır. Oturaq həyat keçirmək, stresə məruz
qalmaq, siqaret çəkmək, alkoqol qəbul etmək kimi pis vərdişləri azaltmaqla bu
xəstəliyə asanlıqla qalib gəlmək olar.
Azərbaycanda insanlar fiziki aktivliyə və idmanla məşğul olmağa çox laqeyd
yanaşırlar. Son illər idman komplekslərinin tikilməsi bu sahədə irəliləyişə təkan
180
vermişdir. Buna baxmayaraq, bəzi insanlar fiziki aktivliyin bu xəstəlikləri yaxı-
na buraxmayacağı haqqında məlumatsızdırlar. Bundan əlavə, milli kulinariyada
yağlı yeməklərin çox olması insanlarda, xüsusilə də kişilərdə çəki artımına şərait
yaradır. Düzgün qidalanmamaq Azərbaycanda bəzən problemli vərdişlərdən
birinə çevrilir. İnsanlar qəbul etdikləri enerjini fiziki yolla xərcləmədiklərindən
artıq çəkiyə zəmin yaradırlar.
Bütün bunlara baxmayaraq hər bir insanın sağlamlığı onların öz əlindədir.
İnsanlar öz həyatları haqqında düzgün seçim edərlərsə xəstəliklərdən və sağlam-
lıq problemlərindən yaxa qurtara bilərlər. Bunun üçün insanlarda sağlam seçim
etmək üçün məlumatlılığı artırmaq hər birimizin borcudur.
6.6
Nəticə
Hal-hazırda dünyada 7 milyarddan çox insan yaşayır. Bu insanlar
müxtəlif ölkədə, qitədə və ərazilərdə yaşayır və yerləşdikləri ərazilərin fərqli
xüsusiyyətlərinə görə onların sağlam və keyfiyyətli həyatla təmin olunmala-
rı da müxtəlifdir. Bir ölkədə doğulan insanlar başqa ölkədə doğulan insanlara
nisbətən az və ya çox yaşaya bilərlər. Bu fərqliliklərin əsasında duran isə insan-
ların həyatlarının keyfiyyət və sağlamlıq dərəcəsidir.
Göründüyü kimi, insanların keyfiyyətli həyat yaşaması üçün ən başlıca
amillərdən biri insan bədəninin, əqlinin və yaşadığı mühitin sağlam olmasıdır.
İnsan sağlamlığı heç bir başqa dəyərlərlə müqayisə edilməyən bir nemətdir. Bu-
nun üçün onun qorunması və saxlanılması tək fərdlər tərəfindən deyil, hökumət,
müxtəlif təşkilatlar və digər qurumlar tərəfindən də həyata keçirilir.
Dünyada insan sağlamlığını təmin etmək üçün BMT tərəfindən bir çox
işlər görülmüş, Ümumdünya Səhiyyə Təşkilatı yaradılmış və Minilliyin İnki-
şaf Məqsədlərində əsas meyarlardan biri kimi prioritetləşdirilmişdir. Sağlamlıq-
la bağlı əsas problemlər inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə baş
verdiyindən, əsas diqqət onlara verilməkdədir.
İnsanlar bərabər qaydada davranılmadığı üçün onların sağlamlıqları ara-
sında fərqlilik daha yüksəkdir. Qeyri-bərabər münasibət və cəmiyyətdə olan
ədalətsizlik dünya əhalisi, xüsusilə də zəif şəraitdə yaşayan insanlar üçün baş-
lıca problemlərdən biridir. Beynəlxalq təşkilatların əsas missiyalarından biri
səmərəli və keyfiyyətli xidmətləri təmin edərək müxtəlif ölkələrdə yaşayan in-
sanların orta yaş həddləri arasındakı fərqi minimuma endirməkdir. Bunun üçün
isə qarşıda hələ də uzun bir yol durmaqdadır.
Bununla yanaşı, dünyada yayılan xəstəliklərin və epidemiyaların insanların
həyatına təsiri böyükdür. Bunların qarşısı isə müxtəlif yollarla fərdlər və qurum-
lar tərəfindən alınmaqdadır. Dünyada həyata keçirilən müxtəlif növ sağlamlıq
proqramlarına baxmayaraq, sağlamlıq problemi hələ də bir çox ölkələrdə in-
181
sanların inkişafına təsir edən əsas amildir. İnsan inkişafını təmin etmək üçün ilk
öncə insanlar üçün ən şirin nemət olan sağlamlığı qorumaq lazımdır.
Yaşadığımız cəmiyyətdə sağlamlığı təmin etmək üçün ilk növbədə
özümüzdən və öz ətrafımızdan başlamalıyıq. Sosial məsuliyyət hissi duymaq hər
bir vətəndaşın borcudur. Biz üzərimizə düşən borcu indidən yerinə yetirməyə
başlasaq, gələcəkdə daha səmərəli və sağlam şəkildə yaşaya bilərik. Gələcək
nəsil isə bizim düzgün davranışlarımıza baxmaqla dünyanı yaşamaq üçün daha
sağlam mühitlə təmin edəcəkdir.
Suallar:
1. Sağlamlıq nədir və onları müəyyən edən amillər hansılardır?
2. Səhiyyə xidməti nədir və neçə hissəyə bölünür?
3. İctimai səhiyyə ilə tibbi səhiyyə xidmətinin fərqi nədir?
4. Ətraf mühit amilləri insan sağlamlığına necə təsir göstərir?
5. Orta yaş həddi nədir?
6. Xəstəliklər öz növlərinə görə neçə yerə bölünür?
7. Düzgün qidalanmamaq hansı növ xəstəliklərin yayılmasına və necə
şərait yaradır?
8. Azərbaycanda insan ölümünə ən çox səbəb olan xəstəliklər hansılardır?
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT VƏ MƏNBƏLƏR
1. World health statistics 2012. World Health Organization. Library,
Cataloguing-in-Publication Data
2. Health Systems Financing: The path to universal coverage. World Health
Organization. WHO Library Cataloguing-in-Publication Data, 2010.
3. Public Health Advocacy. Healthy Public Policy, Discussion Paper, No-
vember 2009
4. Defining Public Health: Historical and Contemporary Developments.
Lloyd F. Novick, Cynthia B. Morrow, WHO Library Cataloguing-in-
Publication Data
5. The World Health Report 2000, Health Systems: Improving Performan-
ce. World Health Organization.
6. Equal Health Care for All: Opportunities to Address Health Care Dispa-
rities in Health Care Reform. Dr. Lesley Russel, December 2009. Center
for American Progress
7. Preventing Disease Through Healthy Environments: Towards an esti-
mate of the environmental burden of disease. World Health Organizati-
on. A. Pruss-Ostun and C. Corvalan.
182
8. Knowledge Summary: Women’s & Children’s Health, Non-
Communicable Diseases. World Health Organization, 2011.
9. Basic Epidemiology. R Bonita, R. Beaglehole, T. Kjellstrom. World He-
alth Organization
10. Global Development Goals, Within Reach. 2013 Hunger Report. Bread
for the World Institute
11. Health and the Millenium Development Goals. 2005, Keep the promise.
World Health Organization, 2005.
12. Health Systems in Transition: Azerbaijan Health system review. 2010.
Fuad Ibrahimov, Aybaniz Ibrahimova, Jenni Kehler, Erica Richardson.
European Observatory on Health Systems and Policies.
Dostları ilə paylaş: |