69
ümumi fondu”nu yaradır. Bu fond müxtəlif hüquqi və fiziki şəxslər tərəfindən verilmiş
ümumi mülkiyyət hüququ əsasında birləşmiş əmlakdan ibarətdir. Bu fond müxtəlif
mənbələr hesabına artirıla bilər.
Trast təşkilatı hər bir təsisçiyə onun əmlakı istifadəyə verməsi faktını və hər bir
təsisçinin payının ölçülərini təsdiq edən sertifikat verir;
– əməliyyatların icra olunması funksiyası. Bu funksiyanın icrası əməliyyatların
keyfiyyətlə və vaxtlı-vaxtında yerinə yetirilməsi, müqavilədə nəzərdə tutulan şərtlərin
sözsüz həll olunması ilə bağlıdır. Trast təşkilatı əməliyyatların xarakter və formasından
asılı olaraq onları icra edərək bu funksiyanı yerinə yetirmiş olur;
– münaqişələrin aradan qaldırılması funksiyası. Trast əməliyyatlarında riskin
yüksək olduğunu artıq qeyd etmişdik. Bu risklərlə bağlı olaraq onların şəxsi maraqları
baxımından bəzən trast təşkilatının əməkdaşları ilə etibarlı idarəetmənin təsisçiləri və ya
benefisiarlar arasında münaqişələr baş verir. Ona görə də, trast təşkilatının mühüm
funksiyalarından biri bu münaqişənin aradan qaldırılmasından ibarət olur;
– nəzarət funksiyası (dövri hesabat). Bu funksiya hesabat vasitəsi ilə həyata
keçirilir. Trast təşkilatının hesabat sistemi elə qurulmalıdır ki, bütün əməliyyatların
qeydiyyatını və nəzarəti operativ surətdə həyata keçirmək mümkün olsun.
Müxtəlif ölkələrin təcrübəsindən o da məlumdur ki, trast təşkilatları hər ilin
yekunlarına görə mövcud qanunvericilik əsasında mərkəzi banka hesabat verir. Digər bir
tərəfdən isə ildə bir dəfədən az olmayaraq “Bank idarəetməsinin ümumi fondu”nun
təsisçiləri qarşısında hesabat verir. Bu hesabatlara riayət olunması vasitəsilə trast
əməliyyatlarının keyfiyyətinə nəzarət etmək, müqavilə şərtlərini vaxtında və tam şəkildə
yerinə yetirmək mümkün olur. Bununla da nəzarət funksiyası icra olunur.
Trast təşkilatı icra etdiyi əməliyyatlara görə komisyon mükafatları şəklində gəlir
əldə edir. Bu gəlirlər iki formada yaradılır. Bunlardan birincisi idarəetmədə olan əmlakın
hesabına yaradılır. Gəlirin bu forması iki mənbə hesabına formalaşdırılır:
1) trastın dəyərindən faiz şəkilində illik və ya rüblük ayırmalar.
2) müqavilənin bitməsilə əlaqədar olaraq trastın dəyərindən faiz şəkilində haqq.
70
Gəlirlərin yaradılmasının ikinci mənbəsi idarəetmələrə olan əmlakdan istifadədən
əldə olunan gəlirlərdir. Bunun üçün müqavilə əsasında gəlirdən faizlər şəkilində
ayırmalar həyata keçirilir.
71
Fəsil 3. Lizinq – Azərbaycanda vasitəçilik əməliyyatlarının ən
perspektivli istiqamətidir
Yuxarıda deyildiyi kimi, özündə bank krediti, icarə, investisiya elementlərini
cəmləşdirən münasibətlər kompleksi olan lizinq sahibkarlığın inkişafına dəstək verən əsas
maliyyə alətlərindəndir. İnkişaf etmiş ölkələrdə (İEÖ) əsas vəsaitlər fondunun
yenilənməsində uzunmüddətli maliyyələşmə olan lizinqdən geniş istifadə edilir. Lizinq
əməliyyatları bütün dünyada inkişaf edir. Beynəlxalq statistik məlumata görə lizinq yolu ilə
2012-ci ildə $611 mlrd. həcmində avadanlıq əldə edilmişdir ki, bu da ümumi avadanlıqlara
qoyuluşların 20%-ni təşkil edir. Avropada lizinq yolu ilə avadanlığın əldə edilməsi
Almaniyada (€47,4 mlrd.), Böyük Britaniyada (€33,4 mlrd.), İtaliyada (€32,3 mlrd.),
Fransada (€26,9 mlrd.) geniş təşəkkül tapmışdır. Lizinq kompaniyaları xırda və orta
biznesi fəal dəstəkləyirlər ki, bu da infrastukturun inkişafında xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycan Respublikasında (AR) “Lizinq haqqında” Qanun 29 noyabr 1994-cü
ildə qəbul edilmişdir [5]. AR MDB üzvləri arasında lizinq haqqında qanunu qəbul etmiş
ilk dövlətdir. Qanun qəbul edildiyi zaman lizinq münasibətləri hələ tam formalaşma-
mışdı. Ona görə də qanun nəzəri xarakter daşıyırdı və lizinq münasibətlərini tənzim-
ləməyə qadir olmadı və 2003-cü ilin avqustunda qüvvədən düşdü. Daha sonra isə, lizinq
münasibətlərinə dəyişiklik edilməsi barədə AR Prezidenti tərəfindən qanun qəbul edil-
mişdir. Məhz 2003-cü ilin avqustunda qüvvəyə minmiş bu qanuna əsasən “Lizinq
xidməti haqqında” qanun qüvvəsini itirdi.
Faktiki olaraq, AR-da lizinqin inkişafı 2003-cü ildən başlayır və bu andan etibarən,
ölkədə lizinq münasibətləri Mülki Məcəllə, Vergi Məcəlləsi və d. qanunverici aktlar ilə
tənzimlənmişdir. Hal-hazırda AR-da lizinqin hüquqi əsasını Mülki Məcəllənin XXXVIII
fəsili və Vergi Məcəlləsinin 140-cı maddəsi təşkil edir. Bundan başqa, Mülki Məcəllənin
maddələri (747-751) lizinq münasibətlərinin spesifik xüsusiyyətlərini tam tənzimləyə
bilmədikdə, lizinq münasibətlərinə əmlak kirayəsi müqaviləsinin qaydaları tətbiq olunur
[1; 2]. Mülki Məcəlləyə edilmiş son dəyişikliklər əsasən müsbət xarakter daşıyır. Burada
lizinq sahəsində müəyyən təcrübəyə malik olan ölkələrin praktikasından istifadə
edilmişdir. Lakin bununla yanaşı bəzi normaların təkmilləşdirilməsinə ehtiyac qalır.
72
AR-nın müstəqilliyinin ilk illərində bir çox sahədə olduğu kimi lizinq sahəsində də
müəyyən çətinliklər, inkişafdan geri qalma müşahidə olunurdu. Lakin hal-hazırda ölkə-
mizdə bütün sahələrdə olduğu kimi lizinq sahəsində də inkişaf müşahidə olunur. Son
illərdə bir çox beynəlxalq maliyyə təşkilatının AR-nın lizinq bazarına marağı artmışdır.
AR-da lizinq münasibətlərinin inkişafına kömək və lizinq şirkətlərinin əlaqələrinin
gücləndirilməsi məqsədilə 27.10.2004-cü ildə Beynəlxalq Maliyyə Korporasiyasının
(İFC) dəstəyi ilə “Ataleasing”, “Unileasing”, “Muganleasing” şirkətləri tərəfindən Azər-
baycan Lizinq Şirkətləri Assosiasiyası (ALŞA) yaradılmışdır. ALŞA-nın tərkibinə aşa-
ğıdakı lizinq şirkətləri daxildir: Joint Lizinq, Unilizinq, Ansar Lizinq, Turan Lizinq,
Standard Lizinq, AG Lizinq, Ata Lizinq, Dəmir Bank, Qafqaz Lizinq
1
, ASB Bank,
Nikoil Lizinq (son iki şirkət müşahidəçi qismində çıxış edir). ALŞA beynəlxalq
səviyyədə Rusiya, Türkiyə, Belarus və Avropa ölkələrinin lizinq assosiasiyaları ilə
əməkdaşlıq edir [77].
ALŞA AR-da lizinq sektorunun lobbiçiliyindən, lizinq şirkətlərinin maraqlarını
təmsil etməklə dövlətlə lizinq sektorunun əlaqələndiricisi funksiyasını yerinə yetirir.
Bazarın bütün aktiv iştirakçıları ALŞA-nın üzvləridir. Hazırda ALŞA-da lizinq sahəsini,
qanunvericiliyi, maliyyə sektorunu yaxşı bilən mütəxəssislər toplaşmışdır. Beynəlxalq
səviyyədə ALŞA Rusiya, Türkiyə, Belarus, Avropa ölkələrinin lizinq assosiasiyaları ilə
əməkdaşlıq edir. Artıq MDB məkanında lizinq assosiasiyalarının vahid qurum
şəklində birləşməsi nəzərdə tutulur və hazırda bu qurumun nizamnaməsi və digər
hüquqi sənədləri müzakirə olunur və tezliklə fəaliyyətə başlaması planlaşdırılır.
Ölkədəki lizinq şirkətləri arasında 5 lizinq şirkətinin fəallığı daha yüksəkdir. Bunlar
“Joint Leasing Company”, “Unilizinq”, “Ansar Lizinq”, “MBC Lizinq” və “Turan
Lizinq”dir. Joint Leasing Company nüfuzlu “Business Time” jurnalı tərəfindən “İlin li-
zinq şirkəti” nominasiyasında “Azeri Business Award” milli mükafatına layiq görül-
müşdür. 2012-ci il dekabrın 31-nə olan məlumata görə, şirkətin lizinq portfeli 35,312
mln. AZN, maliyyələşdirdiyi lizinq müqavilələrinin ümumi sayı isə 520 olmuşdur. Qeyd
1
“NAB Holdinq”ə daxil olan “Qafqaz Lizinq” ASC fəaliyyətini dayandırmışır. 2015-ci ildən "Qafqaz Lizinq"in
əvəzinə “TCF” bank olmayan kredit təşkilatı fəaliyyət göstərəcək.
Dostları ilə paylaş: |