qiqatçılar "Tarix" materialını paralel gürcü və erməni dilli mənbələrlə
müqayisə etmək yolu ilə belə nəticəyə gəlmişlər ki, "Tarix"
Azərbaycan tarixinə dair mühüm bir mənbədir, əsərdə şərh edilən
hadisələr də tamamilə səhih və mötəbərdir.
Bizim tədqiqatımız üçün "Tarix"in ikinci və üçüncü hissələ- ri
maraqlıdır.
Burada
M.Kaqankatvatsi
VII—IX
əsrlərdə
Azərbaycanın iqtisadi və siyasi vəziyyəti haqqında zəngin material
verir, ikinci hissədə Mehranilər hakim sülalənin Arranda meydana
gəlməsi, knyaz Cavanşirin fəaliyyətini əks etdirən
VII əsr hadisələri
haqqında qiymətli məlumat vardır. "Tarix 'in 23 fəsildən ibarət
üçüncü hissəsi alban və qriqoryan kilsələrinin qarşılıqlı
münasibətlərinə həsr olunub; burada həmin kilsələrin əsrlərlə
apardığı mübarizəni əks etdirən alban kilsə yığıncaqlarının qanun və
qərarlarına dair material verilir.
"Tarix"in rusca tərcüməsinə daxil olmayıb bir çox tədqiqatçılar
üçün naməlum olan bir parça xüsusilə maraqlıdır. Hələ
T.İ.Ter-Qriqoryan yazmışdır ki, "Tarix"in nəşr olunan mətnlərinə
çatışmayan vərəqlərin daxil edilməsi Dasxurantsi- nin
xronologiyasındakı bu vaxtadək izah edilməyib qalmış uy-
ğunsuzluqları aradan qaldırardı.®® Ç.Dovsett də bu cəhətə diqqət
yetirmiş və haqlı olaraq göstərmişdir ki, "çatışmayan bu parçanın
əhəmiyyətini bütün alimlər etiraf etməlidirlər".®® Həmin
buraxılmış parçada bu vaxtadək mənşəyi aydın olmayan alban
knyazı Səhl ibn Sunbatın genealogiyası verilir; Babəkin ərəb və
Bizans mənbələrində göstərilən əsiralınma tarixi də təsdiq edilir.
Beyləqanlılara (pavlikianlar) aid olan materiallar bizi pavlikianlar
hərəkatı məsələsini, habelə Arranda hakimiyyəti ələ keçirməzdən
qabaq knyaz Yesai Əbu Musanın mübarizə etdiyi üsyan və basqınlar
məsələsini yenidən nəzərdən keçirməyə vadar edir.®^
Qeyd etmək lazımdır ki, Ç.Dovsett tərəfindən nəşr edilmiş
"Tarix" K.Patkanovun nəşrindən əsaslı surətdə fərqlənir.
K.Patkanov əsərin İ.Şaxatuniyə məxsus təkcə bir əlyazma
surətindən çıxarılmış üzdən istifadə edərək "Tarix"i rus dilinə
tərcümə etmişdir. Ç.Dovsett isə "Tarix"i ingilis dilinə tərcümə
edərkən dünyanın müxtəlif böyük kitab yerlərində və şəxsi
kitabxanalarda saxlanılan, demək olar, bütün əlyazmalarını (40-a
yaxın), həmçinin nəşr olunmuş mətnləri bir-biri ilə müqayisə edib.
Buna görə də "Tarix"in tənqidi mətninin rus dilinə tərcüməsi çap
olunana qədər tədqiqat üçün Ç.Dovsettin nəşrindən istifadə etmək
daha yaxşıdır.
Tədqiqatımızda istifadə etdiyimiz eyni
dərəcədə mühüm
16