Filologiya elmləri doktoru, professor



Yüklə 12,88 Kb.
Pdf görüntüsü
səhifə9/107
tarix14.03.2018
ölçüsü12,88 Kb.
#31402
1   ...   5   6   7   8   9   10   11   12   ...   107

öz tədqiqatımızda biz bu əsərlərdəki ikinci dərəcəli əhəmiyyətə 
malik  çoxlu  digər  materialdan  da  istifadə  etmişik;  belə  ki,  həmin 
materialda başlıca mənbələrdə olmayan, amma diqqəti cəlb edən bu 
və ya digər təfərrüatlar vardır. 
Azərbaycanın VII—IX əsrlər tarixi hələ yazılmamışdır. Lakin bu 
heç  də  o  demək  deyildir  ki,  tarixçilər  Azərbaycanın  həmin  dövr 
tarixinin bu və ya digər cəhətlərinin tədqiqi ilə məşğul olmamışlar. 
Aşağıda  tarixçilərin  bizi  maraqlandıran  məsələlərə  bu  və  ya  digər 
dərəcədə toxunan ən mühüm tədqiqatlarının qısa xülasəsini veririk. 
Ərəb istilası ərəfəsində  və istila dövründə Azərbaycanın  siyasi 
tarixini  öyrənmək  nöqteyi-nəzərindən  N.V.Piqulevskaya-  nın^^ 
tədqiqatları  diqqəti  cəlb  edir;  bu 

■dqiqatlar  ərəb  istilası-  nadək 
Azərbaycanın  da  inzibati  bir  vahid  kimi  tərkibinə  daxil  olduğu 
Sasanilər  İranı  tarixinin  bir  sıra  prinsipial  məsələlərini  işıqlandırır. 
N.V.Piqulevskayanın tədqiqatları bizi belə qənaətə gətirir ki, ərəblər 
Azərbaycanda  yeritdikləri  inzibati  siyasəti  və  idarəçilik  sistemini 
tamamilə öz sələflərindən — Sasani və Bizans imperiyalarından əxz 
etmişlər. 
N.Adons®”  və  K.Patkanovun®'  tədqiqatları  da  Azərbaycanın 
ərəb istilası dövründəki tarixini öyrənmək üçün qiymətlidir; belə ki, 
bu  tədqiqatlarda  təkcə  Ermənistanın  deyil,  Azərbaycan  və 
Gürcüstanın da daxili tarixinə aid məsələlər işıqlandırılır. 
Azərbaycan  tarixinin  tədqiqatçısı  üçün  görkəmli  bizansşü- 
naslardan F.t.Uspenski, Y.M.Kulakovski, A.A.Vasilyev, Q.Laskin və 
başqalarının  əsərləri  də  faydalıdır.  Bu  əsərlərdə  Azərbaycan 
ərazisindəki  dövlətlərin  Bizans  ilə  qarşılıqlı  münasibətlərinin 
tarixinə,  İran-Bizans  müharibələri  zamanı  Bizans  qoşunlarının 
Azərbaycanda fəaliyyətinə, VII—IX əsrlərdə Bizans imperatorlarının 
Azərbaycan  hakimləri  ilə  qarşılıqlı  münasibətlərinə  dair  bir  sıra 
maraqlı məlumat və mühüm müşahidə materialları vardır. 
VII əsrdə Albaniyada meydana gəlmiş antifeodal pavlikian- lar 
hərəkatı  məsələsi  Azərbaycan  tarixində  yeni  problemdir. 
Ermənistanın qədim əlyazmaları mühafizə olunan Matenada- randa 
pavlikianlar  haqqında  mövcud  əsərlər  onu  müəyyən  etməyə  imkan 
vermişdir ki, bu hərəkat məhz Albaniyada meydana gəlmiş və yalnız 
buradan  sonralar  Ermənistan  və  Bizansa  keçmişdir.  Buna  görə  də 
pavlikianlar hərəkatının guya Ermənistanda meydana gəldiyi barədə 
bu vaxtadək mövcud olan mülahizə®^ əsassız sayılmalıdır. 
28 


Q.M.Bartikyanm  əsəri  də  pavlikianlar  hərəkatına  həsr 
olunmuşdur. Müəllifin gətirdiyi sənədlərə (Partav kilsə yığıncağının 
706—707-ci  illərdə  qəbul  etdiyi  qərarlar)  əsasən  bu  hərəkatın 
meydana gəldiyi tarixi və yeri müəyyən etmək olur. 
Mərhum  T.l.Ter-Qriqoryanın  Azərbaycan  SSR  Elmlər 
Akademiyası  Tarix  İnstitutunun  elmi  arxivində  saxlanılan 
"Azərbaycan III—VII əsrlərdə", "Moisey Kalankaytuklunun "Alban 
ölkəsinin  tarixi  məsələsinə  dair"  dərc  olunmamış  əsərlərində  ərəb 
istilasından  əvvəlki  Azərbaycan  haqqında  çoxlu  maraqlı  məlumat 
var. 
Ərəblərdən  əvvəlki  orta  əsr  Azərbaycan  şəhərlərinin  həyatına 
aid  məsələləri  tədqiq  edərkən  biz  Azərbaycan  tarixçiləri  və 
arxeoloqlarından  Y.A.Paxomov,  Q.M.Aslanov,  Q.M.Əhmədov, 
İ.M.Cəfərzadə,  S.M.Qazıyev,  R.M.Vahidov  və  Z.t.Yampolski-  nin 
əsərlərindən  istifadə  etmişik.  Qazıntılar  zamanı  əldə  edilən 
materiallara, habelə mənbələrə əsasən müəyyən edilmişdir ki, Qafqaz 
albanlarının  gürcü  və  erməni  yazılan  ilə  ümumi  əlamətləri  olan  öz 
yazısı  olmuşdur.  Bu  məsələnin  öyrənilməsində  akademiklərdən 
A.Q.Şanidze,  Ş.Abuladze,  L.M.Melikset-Bek  və  Z.İ.Yampolskinin 
böyük xidmətləri xüsusi yer tutur. 
K.V.Treverin  əsəri  eramızdan  əvvəl  IV  əsrdən  eramızın  VII 
əsrinə  qədər  Albaniyanın  tarixi  və  mədəniyyətinin  müxtəlif 
aspektlərinin  öyrənilməsinə  həsr  edilmişdir.  Əsər  ona  görə  maraq 
doğurur ki, burada ölkənin tarixi və arxeologiyasına dair materiallar 
bir  yerə  toplanılıb.  Bir  sıra  nəticələrin  mübahisəli  olmasına 
baxmayaraq,  K.V.Treverin  kitabı  Azərbaycanın  (Albaniyanın)  orta 
əsrlər tarixi ilə maraqlananlara böyük köməyi ola bilər. 
Öz  əsərlərində  Azərbaycanın  ərəblərdən  əvvəlki  dövr  tarixinə 
diqqət  yetirən  xarici  tarixçilərdən  Sasanilər  imperiyasının  tarixinə 
dair  böyük  bir  tədqiqatın  müəllifi  olan  Q.Rau-  linsonu,  "Sasanilər 
dövründə İran" əsərinin müəllifi A.Kris- tenseni, "Sasanilər zamanı 
Qafqaz  və  Ermənistanın  hərbi  cəhətdən  məskunlaşdırılması"  adlı 
məqalənin  müəllifi  C.Kra-  mersi,  çoxcildli  "Bizans  imperiyasının 
tarixi"  əsərinin  müəllifi  Ş.Lebonu,  "Atropatenada  Roma  və  Bizans 
müharibələri"  adlı  məqalənin  müəllifi  V.Minorskini,  Qafqazdan 
Bizans  ərazisinə  mühacirət  etmiş  pavlikianlar  haqqında  maraqlı 
məqalə yazmış Q.le Strenci göstərmək olar. 
Vyanada çıxan "Handes Amsoria" jurnalının redaktoru mxitarist 
N.Akinyan  bütün  xarici  tədqiqatçılar  arasında  xüsusi  yer  tutur. 
İllərdən bəri N.Akinyan Moisey Kaqankatvat- 
29 


sinin (Dasxurantsinin) "Ağvan tarixi"ni tənqidi təhlil edən məqalələr 
yazır.  Amma  məqalələr  sahibinə  haqq  qazandırmaq  gərəkdir; 
qriqoryan kilsəsinin Qafqazda, əgər demək mümkündürsə, ilkinliyinə 
aid  məsələlərdən  onun  dərindən  və  ustalıqla  başı  çıxır  və  fikrini 
sübuta yetirmək üçün hətta mümkün olmayan hər şeyi edir. Özünün 
hər  yeni  məqaləsində  N.Akin-  yan  böyük  məharət  və  tətbiqi  daha 
faydalı  işlərdə  lazım  olan  dəqiqliklə  orta  əsr  "yalançılarının"  — 
Albaniya  tarixinin  müstəqil  inkişafı  lehinə  danışmağa  cüzi  də  olsa, 
səy göstərmiş tarix və salnamə müəlliflərinin üstünə düşür. Albaniya 
tarixçisi Moisey Kaqankatvatsi haqqında bütün silsilə məqalələrində 
N.Akinyan  tarixi  həqiqəti  təhrif  etməyə  çalışır;  bizim  bəzi  müasir 
tədqiqatçılarımız da təəssüf ki, bundan kor-koranə istifadə edirlər. 
Misal üçün, N.Akinyan belə hesab edir ki, "Ağvan tari- xi"nin 
müəllifi  Moisey  Kaqankatvatsi,  demək  olar  ki,  bütün  hadisələri 
sadəcə  olaraq  erməni  müəlliflərinin  əsərlərindən  köçürmüşdür  və 
buna  görə  də  həmin  mənbənin  heç  bir  əhəmiyyəti  yoxdur.  Daha 
sonra  N.Akinyan  "Ağvan  tarixi"nin  müəllifini  bir  çox  hadisə  və 
şəxsiyyətləri  özündən  uydurmaqda  ittiham  edir.  Bunların  sırasına 
N.Akiinyan  alban  knyazı  Cavanşiri  də  daxil  edərək  iddia  edir  ki, 
"ümumiyyətlə, belə bir knyaz heç olmayıb da". 
Lakin N.Akinyanın məqalələrində Gürcüstan katolikosu Kürion 
və Albaniya katolikosu Viro haqqında maraqlı məlumatlar var; bu 
məlumatları müəllif Vyaiiada mxitaristlər kitabxanasında saxlanılan 
nadir əlyazmalardan götürmüşdür. 
Azərbaycan əhalisinin bir qisminə islam dininin, digər qisminə 
isə  qriqoryan  dininin  qəbul  etdirilməsi  ciddi  məsələlərdən  biridir. 
Ərəblər tərəfindən fəth edilmiş ölkələrdə islam dininin yayılmasına 
dair istər tədqiqat, istərsə də kütləvi xarakter daşıyan olduqca çox 
əsər  yazılmışdır.  Ərəb  istilasına  qədər  Azərbaycan  əhalisinin  bir 
qismi  (cənubda  yaşayanlar)  atəşpərəst,  digər  qismi  isə  (şimalda) 
xristian  olduğundan  islanı  burada  iki  müxtəlif  yolla  yayılırdı; 
məcusların  (maqlann)  yaşadıqları  cənubda  islajn  dini  zor  gücünə 
yayılırdı,  əhali  seçim  qarşısında  qoyulurdu  —  ya  müsəlmanlığı 
qəbul  etməli,  ya  da  məhv  olmalı  idi.  Buna  görə  də  Cənubi 
Azərbaycanın  şəhər  və  vilayətlərini  işğal  edərkən  ərəblərin 
bağladıqları müqavilələr onu göstərir ki, əhali özü üçün yeni olan bu 
dini elliklə qəbul edirdi, xüsusən ona görə ki, islamın qəbulu əhalini 
ilk vaxtlar can vergisi verməkdən azad edirdi. 
30 


Yüklə 12,88 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə