Filologiya elmləri doktoru, professor



Yüklə 12,88 Kb.
Pdf görüntüsü
səhifə6/107
tarix14.03.2018
ölçüsü12,88 Kb.
#31402
1   2   3   4   5   6   7   8   9   ...   107

Tədqiq  olunan  dövr  Azərbaycanın  siyasi  tarixi  üçün  ərəbdilli 
tarixçi, şəriətmədar və ilahiyyatçı Əbu Cəfər Məhəmməd ibn Cərir 
ət-Təbərinin  (838—923)  çoxcildli  "Tərix  ər-rüsul  və-l-müluk" 
("Peyğəmbərlərin və padşahların tarixİ")^“ salnaməsi başlıca mənbə 
təşkil edir. 
Ayrı-ayrı ölkə və ya vilayətlərin tarixi şərh edilərkən onda olan 
materialın bolluğu və dəqiqliyi, habelə xilafət daxilində baş vermiş 
üsyan və xalq hərəkatları haqqında verilən zəngin məlumat ət-Təbəri 
əsərini birinci dərəcəli tarixi mənbələr sırasına qoyur. 
K.Brokkelman ət-Təbərini orta əsrlərin ən görkəmli tarix- şünası 
kimi  qiymətləndirərək  yazır;  "Əlbəttə,  o,  müstəqil  düşüncəli  bir 
mütəfəkkir  olmayıb,  lakin  çox  qiymətli  materialların  toplanıb 
saxlanması  sahəsində  onun  göstərdiyi  səylərinə  görə  biz  ona 
minnətdarıq". 
Azərbaycan tarixinə dair materialları ət-Təbəri özündən əvvəlki 
müəlliflərin:  Əbu  Abdullah  Məhəmməd  ibn  Ömər  əl-Vaqidi, 
əl-Mədaini,  Əbu  Minnəf,  Əbu  Məşər  və  başqalarının  əsərlərindən 
istifadə  edərək  isnadlar  əsasında  verir.Ət-Təbərinin  istinad  etdiyi 
müəlliflərin,  demək  olar,  hamısı  ərəblərin  istilaçılıq  səfərlərində 
(xüsusilə  Azərbaycana)  bilavasitə  iştirak  etdiyindən  onların 
əsərlərində  olan  materiallar  Azərbaycanın  ərəblər  tərəfindən  işğal 
dövrünün tarixini tədqiq edən üçün olduqca əhəmiyyətlidir. 
Ət-Təbərinin  əsərində  mövcud  məlumat  bizə  VII—IX  əsr 
Azərbaycanın  siyasi  tarixinin  mənzərəsini  yaratmağa  imkan  verir. 
Ət-Təbərinin  Azərbaycan  xürrəmilərinin  xilafətə  qarşı  üsyanını 
xarakterizə  edən  materialları,  xəlifə  əl-Mötəsim  dövründə  ərəb 
ordularının baş komandanı I Afşin Heydər ibn Ka- vusun fəaliyyəti, 
onun  Babəklə  əlaqələri,  Babək  və  Təbəristan  hakimi  Məzyarla 
danışıqları, Babək qalib gəldiyi təqdirdə Xilafəti dağıdıb parçalamaq 
planları,  habelə  Babəkin  Bizans  imperatoru  Feofillə  yazışması 
haqqındakı xəbərləri bizim üçün xüsusilə qiymətlidir. Ət-Təbərinin 
xəbərləri  Xilafətin  siyasi  həyatında  türklərin  rolu,  onların 
Azərbaycanda  fəaliyyəti  haqqında  da  mühüm  məlumat  verir. 
Azərbaycanda  sülalə  və  raütəqəlliblər  —  ayrı-ayrı  vilayətlərin  və 
feodal  dövlətlərinin  hakimləri  haqqında  ət-Təbərinin  verdiyi 
məlumat  maraqlıdır.  Həmin  feodal  dövlətlərindən  biri  də  IX  əsrin 
sonlarında yaranmış Sacilər dövlətidir. 
Lakin  ət-Təbərinin  salnaməsi  302/914—915-ci  il  hadisələrinin 
təsviri ilə qurtarır; odur ki, Sacilər dövlətinin sonrakı 
19 


taleyi haqqındakı məlumatı biz ət-Təbərinin davamçısı Arib ibn Səd 
əl-Kurtubinin "Silat tarix ət-Təbəri"^® adlı əsərindən öyrənirik. 
Əbu-l-Abbas Əhməd ibn Yəhya ibn Cabir əl-Bəlazurinin (892-ci 
ildə  ölmüşdür)  "Kitəb  fütuh  əl-buldən"  ("Ölkələrin  fəthi  haqqında 
kitab")  əsəri  bizim  üçün  az  əhəmiyyət  daşımır.  Əl-Bəlazuri  sadəcə 
kompilyator olmayıb. İstedadlı bir tarixçi kimi o, istifadə etdiyi şifahi 
rəvayətlərə  (isnadlara)  tənqidi  yanaşmış,  onların  arasından  ən 
mötəbərlilərini  arayıb  seçmişdir.  "Kitəb  fütuh  əl-buldən  "in 
əhəmiyyəti ondadır ki, bu əsər, l.Y.Kraçkovski demişkən, "quru bir 
hərb tarixi deyil. Əl-Bəlazuri əhali və köçmələrə aid yerli məlumatları 
səy  və  diqqətlə  toplayırdı.  O,  dəftərxanalarda  ərəb  dilinin  tətbiqi, 
vergilər,  sikkə  işləri,  ərəb  hürufatı  tarixi  haqda  bir  sıra  dəqiq 
mədəni-tarixi məlumatlar verir".^^ 
Əl-Bəlazurinin Azərbaycan və Arran haqqında, ərəb ordularının 
bu  ölkələrə  hərbi  yürüşləri,  Azərbaycan  vilayət  və  şəhərlərinin 
hakimləri  ilə ərəb qoşun başçılarının bağladıqları müqavilələr, ərəb 
tayfalarının  Azərbaycan  ərazisinə  köçürülüb  yerləşdirilməsi  barədə 
verdiyi məlumatları bizim tədqiqatımız üçün əhəmiyyətli olmuşdur. 
Əl-Bəlazurinin verdiyi məlumat ən xırda təfərrüatda belə digər 
orta  əsr  tarixçilərinin  məlumatı  ilə  düz  gəldiyindən  bu  məlumatın 
səhihliyi heç bir şübhə doğurmur.^® 
İzzəddin  Əbü-l-Həsən  Əli  ibn  Məhəmməd  ibn  əl-Əsir 
(1160—1233-cü  illər)  Azərbaycanın  siyasi  tarixinə  dair  çoxlu 
material verir. Onun "əl-Kəmil fi-t-tərix" ("Tarixin tam toplusu")®^ 
adlı əsəri dünya tarixi haqqında on iki cildlik böyük bir külliyyatdır. 
Burada  hadisələr  xronoloji  qaydada,  illər  üzrə  verilir.  İbn  əl-Əsirin 
303/915-ci ilədək Azərbaycanda baş vermiş hadisələrdən bəhs etdiyi 
hissələr  əl-Bəlazurinin  əsərindən  götürülmüş  materiallar  da  əlavə 
edilməklə  ət-Təbərinin  əsərinə  əsaslanır.  303/915-ci  ildən  sonra 
(290—363/903—974-cü  illər)  Azərbaycanda  baş  vermiş  hadisələr 
haqqında məlumatı isə İbn əl-Əsir ət-Təbərinin davamçısı olan tarixçi 
Sabit  ibn  Sinanm  əsərindən  götürmüşdür.  Hadisələrin  təsvirini 
370/980-ci  ilədək  çatdıran,  "Təcərib  əl-üməm"  ("Xalqların 
təcrübəsi")  əsərinin  müəllifi  İbn  Miskəveyh  də  Sabit  ibn  Sinanm 
əsərindən  istifadə  etmişdir.  İbn  əl-Əsir  İbn  Miskəveyhin  də 
materiallarını  öz  salnaməsinə  daxil  etmişdir.  Sacilər  haqqında 
ət-Təbəri,  Arib  və  İbn  Miskəveyhə  nisbətən  daha  geniş  məlumat 
verən  İbn  əl-Əsir  tarixçi  Əbu  Zəkəriyyə  Yəzid  ibn  Ayas  əl-Əzdi 
əl-Mavsilİnin bizə 
20 


gəlib çatmamış "Tərix Mavsil" ("Mosul tarixi") əsərindən də istifadə 
etmişdir.  Bu  əsərdə  Sacilər  haqqında  başqa  müəlliflərdə  təsadüf 
edilməyən çox maraqlı və müfəssəl məlumat verilmişdir. İbn əl-Əsir 
İbn  Ayasdan  hörmətlə  yazır,  onu  ləyaqətli  imam,  hərtərəfli  biliyə 
malik  alim  adlandırır  və  qeyd  edir  ki.  İbn  Ayas  təsvir  etdiyi 
hadisələrin canlı şahidi olmuşdur.^® 
Qeyd etmək lazımdır ki, İbn əl-Əsir ət-Təbəri əsərinin bizə gəlib 
çatmayan tam redaksiyasından, həmçinin sonradan itib yoxa çıxmış 
bir çox mənbələrdən istifadə etmişdir. Misal üçün, o, Babək üsyanı 
haqqında  ət-Təbəridə  olmayan  çoxlu  əlavə  maraqlı  məlumat  verir, 
bundan  başqa,  Azərbaycan  xür-  rəmilərinə  qarşı  müharibədə 
göstərdiyi fəaliyyətinə görə Af- şin Heydər ibn Kavusu ət-Təbəridən 
fərqli olaraq daha ciddi xarakterizə edir. 
İbn  əl-Əsirin  ət-Təbəri,®®  əl-Bəlazuri  və  digər  müəlliflərə 
etdiyi  əlavələr onun əsərini Azərbaycan tarixinin mühüm müstəqil 
mənbəyinə çevirir. 
İbn  əl-Əsirin  Babəkin  Bizans  imperatoru  Feofillə  yazışması 
haqqında verdiyi məlumat da maraqlıdır. 
Beləliklə, İbn əl-Əsir öz dövrünün kamil bir tarixçisi olmuşdur; 
odur  ki,  sözün  o  zaniankı  mənasına  görə  onun  hətta  tarixçi  belə 
olmadığı haqda mövcud olan yanlış fikri dəyişdirmək lazımdır.®® 
Əbu  Hənifə  əd-Dinəvərinin  (təxminən  895-ci  ildə  vəfat 
etmişdir)  "Kitəb  əl-əxbar  ət-tival"  ("Uzun  rəvayətlər  kitabı")®* 
əsərində Babək üsyanının son dövrünə həsr olunmuş səhifələr xüsusi 
maraq doğurur. 
Xilafətin bir çox digər vilayətləri kimi VII—IX əsr Azərbaycan 
tarixi üçün də mühüm mənbələrdən biri Əhməd ibn Əbu Yəqub ibn 
Cəfər  əl-Yəqubinin  (897-ci  ildə  ölmüşdür)  "Tərik"  ("Tarix")®^ 
əsəridir. Əl-Yəqubinin "Tarix"ində hadisələrin şərhi 872/3-cü ilədək 
çatdırılır;  əsərdə  Azərbaycan  tarixinə  aid  verilmiş  materiala  başqa 
mənbələrdə təsadüf edilmir. 
X əsrin ən orijinal coğrafiyaşünas müəlliflərindən biri olan®® 
Əbü-l-Həsən  Əli  ibn  əl-Hüseyn  ibn  Əli  əl-Məsudinin  (956-cı  ildə 
vəfat etmişdir)®* əsərlərində Azərbaycan, xüsusilə də Xəzər dənizi 
haqqında, onun qərb sahillərində yerləşən ölkələr haqqında, Urmiyə 
gölü  haqqında  maraqlı  və  müfəssəl  məlumat  vardır.  Onun 
əsərlərindən  ikisi  —  tarixi-coğrafi  əsər  olan  "Mürüc  əz-zəhəb  və 
məadin  əl-cəvahir"  ("Qızıl  təmizləmə  yerləri  və  əlvan  daş 
mədənləri")  və  coğrafi  əsər  olan  "Kitəb  ət-tənbih  və-l-işrəf" 
("Xəbərdarlıq və təkrar yoxlama kitabı") 
21 


Yüklə 12,88 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə