Final asas Макет 1



Yüklə 192,31 Kb.
Pdf görüntüsü
səhifə3/53
tarix18.06.2018
ölçüsü192,31 Kb.
#49689
1   2   3   4   5   6   7   8   9   ...   53

mü 
haribədən, Qarabağın düşməndən xilas edilməsindən başqa
heç nə ummayıb. Umacağı yalnız bu gün işğal altında inləyən
mü qəddəs torpaqlarımızda üçrəngli bayrağımızın dalğalanması,
bu laq la rımızın başından bizim nəğmələrin qanadlanması, örüş lə -
ri mizdə bizim sü rülərin, naxırların otlaması və ən nəhayət, torpaqda
onun həqiqi sa hib lərinin – Azəri övladlarının at oynatması olub”.
Bu kitabın yazılması xoş bir tə sa düf lə bağlıdır. Onunla Bakı
Slavyan Uni versitetinin dəhlizlərində, akt zalında, ic laslarda, kon-
franslarda  hərdən  rast la şır dıq.
Görkəmi ilə, tədbirlərdə çıxışları
ilə diqqətimi çəkmişdi. Bizi istəkli
dostum, fakültə dekanı, dosent
Əsgər Əhməd ta nış etdi. Bundan
sonra Sadir Məm 
mə 
dovun şəx 
-
siy yəti ilə, işi-gücü ilə ya xın dan
ma raq la n ma ğa  başladım.
Əs gər Əhməd inamla və qə -
tiy yətlə  dedi:  “Sa dir  Məm mə dov -
dan ona görə yazmağa də yər ki,
ləyaqətli eloğlu, xalqımın qəhrəman
öv ladı deyil, həm də müsbət auralı
insandır. Onun la ünsiyyətdə olmaq,
təmasa girmək in sana pozitiv enerji
verir. Bu, onun ürəyinin işı ğıdır.
Onu çox yaxından tanıyan adam
ki  mi deyirəm. O, yaxşılıq, xeyirxahlıq etməyi bacarır və sevir.
Son dərəcə xeyirxah və co mərd insandır. Comərdlik, sədaqət, eti -
bar onun canında-qanındadır, soyunda-kökündədir”.
Sadir müəllim harda işləyibsə, orda özünə dost qazanıbdı.
Özü də dostluq, etibarlılıq nümunəsi göstəribdi. 
10
Tanı oğlunu, Vətən!
Əsgər Əhməd


11
Onun dostluq-yoldaşlıq, comərdlik, ağsaqqallıq, sadəlik kimi
əx laqi keyfiyyətləri zamanın sınağından çıxmış dəyərlərdir. Pol -
kov nik üçün “Vətən, ata yurdu, Qarabağ” anlayışları sadəcə yük -
sək mənəvi də yərin, duyğunun adı deyil. Vətənpərvərlik, yurdsevərlik
bir kişi öm rünün dəyər ölçüsüdür və miqyasıdır, yoldaşlıq isə yol
–  tale  mə sə lə si dir.
Böyük şairimiz Nəriman Həsənzadə ilə görüşəndə bir
qarabağlı polkovnikdən kitab yazdığımı dedim. Dedim ki, Siz də
onu yaxşı tanıyırsınız, Sizə həmişə salam göndərir. “Kimdir?” –
dedi. Pol kov nikin adını Nəriman müəllimin yadına saldım. Gözləri
bir an lı ğa yol çəkdi. “Yaxşı tanıyıram”, – dedi – bir neçə dəfə
məclislərdə gö rüşmüşük. Haqqında çox eşitmişəm. Üz-gözündən
mərdlik ya ğır. İnsanlar ona çox hörmətlə yanaşırdılar. Çox dəyərli
oğuldur. Özü də, səhv etmirəmsə, Kəngərli soyundandır. Kəngərli
tayfası igid oğulları, hərbçiləri ilə məşhurdur. Kəngərli soy-tayfa
adı deyil, mənəviyyatın genetik nişanıdır. Sadirin üzündə,
davranışında bu nişanın izi var...”
Atalarımız “Dost dostun aynasıdır”, “dost çətin gündə sınanar”
de yiblər. Hər kəsin mahiyyəti yalnız bu aynada görünür, bu müs -
tə vidə hər kəsin dəyəri bilinir. Dost qazanmaq, dost sədaqəti, dost
se çimi kimi dəyərlər ona rəhmətlik atası Surxay ki şi dən keçmişdi.
Dost luq köhnə kişilərin mənəviyyatına aid olan əxlaq məsələsidir. 
Qarşımdakı saralmış məktubları, əzilmiş, bükülmüş teleqramları
oxuyuram – hamısında dost sev gi sinin işığı var. Nə məkanların
uzaqlığı, nə də uzun illərin keçməsi, gün lə rin ötməsi ürəklərdəki,
yad daş lar dakı bu işığı öləzidə bil mə yib. Ək sinə, bu işığın gücünü
bir az da artırıbdır. 
Sadir mü əl lim indi də oturub duranda uşaq lıq, tə lə bə lik dost -
la rından,  Şu şada,  Xan kən dində  məs lək daş la rından,  Öz bə kis tandakı
dost  la rın dan  mə həb bətlə  da nı şır.  Məsəl  var:  “Dos tun dan  da nış  –
deyim, sən kim sən”.
Tanı oğlunu, Vətən!


Uzaq Özbəkistandan öz -
bək polkovnik S.Sət 
ta 
rovun
bu  məktubunu  hə yə can sız  ox-
umaq olmur:
“ A s s a l a m u - ə l e y k u m
ukam Sadirjan!
Sağlıq, dinclik və bir də
müvəffəqiyyətlər. Mənim la -
yiq 
li şagirdim, sənə həyatda
uğur lar arzulayıram. Müəllimin
is təyir ki, səni general rüt bə -
sin  də  görsün.
Biz sağ-salamatıq. Hər
bir iş yaxşıdır. Qdlyanların
məğ  lu biy yətə  uğramasını  bü -
tün  Bu xara  (Öz  bə kis tan)  bay-
ram edir. Hə mi şə ki ki mi hamı mə nə hör mət edir. Hər gün qonaq
apa rırlar.
Sadircan, mənim dostum! Katto raxmat – hər şeyə görə çox
sag ol...
Allah qoysa, bu il gö 
rü 
şək. Sən də bizi unutma. Biz 
lə 

qonaq gəlsən, çox şad ola rıq...
Sənin qardaşın: Salam Səttaroviç”. 
Təəssüf ki, insan ömrü yal nız görüşlərin, qazandıqların sal -
 na məsi  deyil,  həm  də  ay rı lıq ların,  itkilərin,  itir dik lə ri mi zin  ta -
rixidir. 
Polkovnik Öz bə kistan torpağında, Qarabağda ke çən gün ləri,
xidmət-döyüş yol daşlarını xatırladıqca üzünə kə dər işığı çö kür.
12
Tanı oğlunu, Vətən!
Polkovnik Salam Səttaroviç


13
Bu xatirələrin hər biri on dan ötrü çox ağrılıdır: bir dəfə söh -
bət zamanı 2-ci şöbənin rəisi, milis mayoru Raylis Əhəd oğlu
Əli  ye vin adı və obrazı keçdi. Bir əlçim xatirədə zəhmli pol kov -
nikin üzün tüsünü, kövrəkliyini hiss etmək mümkün idi. Bu xa tirə
göy nər tisi içində “sevimli dostum” kəlməsi nə qədər həzin səs lə -
nir di!
“Sevimli dostum Raylis 1987-ci il oktyabrın 21-də məzuniyyət
gö türüb, Füzuliyə getmişdi və avtomobil qəzasında ağır yaralandı.
Onun müalicəsi uzun çəkdi, sonda ömürlük əlil oldu. Atası Əhəd
kişi və anası Əsmə xala onun bu halına dözməyib dünyalarını də -
yiş dilər. Raylisin bu halı mənə də ağır zərbə vurdu. Onun sağalması
üçün gücüm çatanı etdim. Raylisin dünyalarca çox sevdiyi qızı
Ley la üçün etmək istədiyi bütün arzular gözündə qaldı”.
S.Məmmədov Qarabağda özünümüdafiə batal yonunun əs -
gər lərinin də dərdinə-sərinə, gündəlik qayğılarına həssaslıqla ya -
na şırdı. 
Özünümüdafiə batalyonunun əsgəri Hüseyn Şahbalayev
de yir ki, “pol kovnik çox diqqətli adam idi. Təmizliyi, səliqə-sah -
manı çox se vir di. Əsgərləri saqqal saxlamağa qoymurdu. Onları
dan layırdı, üzlərini qırx dırırdı. Ayda bir dəfə öz vəsaiti hesabına
Ağ cabədiyə, ha mama apart dırırdı. Sadəliyi ilə, canıyananlığı ilə
əs gərlərin də rin hörmətini qazanmışdı. Bizimlə bir yerdə yemək
ye yirdi.
İçməli suyumuz yox idi. “ZİL” markalı sudaşıyan maşın
alıb bizə vermişdi. Şəxsən tapşırmışdı: Ağcabədi rayon xəstəxanasının
tə cili yardım maşını və həkimlər bizim yanımızda qalırdılar.
Gənc əsgərlərə peşəkar hərbçi kimi, zabit kimi məsləhətlərini
verirdi. PK pulemyotlarının silinib təmizlənməsi və onlardan is ti -
fa də qaydalarını öyrədirdi”.
Tanı oğlunu, Vətən!


Yüklə 192,31 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə