Firidun bəy Köçərli



Yüklə 288 Kb.
Pdf görüntüsü
səhifə11/16
tarix18.06.2018
ölçüsü288 Kb.
#49509
1   ...   8   9   10   11   12   13   14   15   16

İnək bunların fikrini qanıb Fatmaya dedi:
-  
Məni  kəsəcəklər. Amma  sən  mənim  ətimdən yemə 
və  sümüklərimi  yığıb  bir yerdə  basdır.  Hər vaxt  istəsən, 
gəl  o  yerə,  üstünü  aç,  orada  bir  dəst  paltar  və  bir  cüt 
qızıl  başmaq taparsan.
Fatma inək ilə evə qayıdanda atası onu iş dalınca gön- 
dərib  inəyi  kəsdi.  Fatma  qayıdıb  inəyini  ölmüş  görüb 
çox  ağladı.  Haray  hara  çatacaqdır?  İnəyin  ətindən  heç 
yemədi və sümüklərini yığıb bir yerdə quyuladı.
Sabahdan  xəbər  çıxdı  ki,  padşahın  oğluna  toy  olur. 
Fatmanın  analığı  yerə  bir çanaq  darı  səpib dedi  ki,  bun- 
ları  bir-bir  yığarsan  çanağa.  Yanında  bir  küp  də  qoyub 
dedi,  bunu da  ağlayıb göz yaşı  ilə doldurarsan. Öz qızını 
da geyindirib-kecindirib apardı toya.
Yazıq  Fatma qəmgin oturub başladı ağlamağa. Birdən 
qarı  yadına  düşdü.  O  verdiyi  tükü  yandırdı.  Həmin  saat 
qarı  hazır  oldu.  Fatma  başına  gələni  ona  söylədi.  Qarı 
dedi:
-  Qəm yemə, tezliklə hamısı  başa gələr.
Qarı  ayağını  vurdu  yerə.  O  dəqiqə  yerdən  bir  toyuq 
yanının  cücələri  ilə çıxdı, darını təmiz dənlədilər, çanağı 
qarının gətirdiyi  başqa darı  ilə doldurdular.
Qarı  Fatmaya dedi:
-   Küpü  də  təmiz  su  ilə  doldurub  içinə  bir  ovuc  duz 
tök, o da olsun göz yaşı.
Sonra  Fatma ilə qarı getdilər inəyin sümüyü  basdırılan 
yerə. Buranı qazıb gördülər ki, bir dəst zərif ipək parçadan


libas və  bir cüt qızıl  başmaq  çıxdı.  Burada  çoxlu  qızıl  da 
vardı.  Qarı  libası,  başmağı  geyindirdi  Fatmaya  və  bir  az 
qızıl, bir az da torpaq götürüb Fatma  ilə getdilər toya.
Burda qarı dedi:
-  Bu qız mənim  nəvəmdir, qoyun  bu da oynasın.
0,  Fatmanın  bir  ovcuna  qızıl,  bir  ovcuna  da  torpaq 
qoyub  tapşırdı  ki,  analığının  tərəfə  oynayanda  onların 
üzünə torpaq səp, özgələrin tərəfinə oynayanda qızıl.
Fatma  da  çox  gözəl  oynayırdı.  Hamı  onun  oynama- 
ğına  aşiq  oldu.  Amma  analığı  tərəfə  oynayanda  torpaq 
səpdi, özgələri tərəfə oynayanda qızıl. Oynayandan sonra 
Fatma tələsik qayıtdı evə. Çox tələsdiyinə görə körpüdən 
keçəndə başmağının  birtayını saldı suya..
Fatmanın  analığı  toydan  qızıl  ilə  qayıdıb  gördü  ki, 
Fatma  evdə  oturub, öz tapşırdığı  işləri  də yerinə yetirib. 
O, çox qəzəbli  idi.
Fatma soruşdu:
-  Ay ana, toyda  nə gördünüz?
Analığı acıqlı dedi  ki, heç zad görmədik, bir günü qara 
gəlmiş qız çıxdı, oynadı, özü də sənə oxşayırdı. Biz tərəfə 
oynayanda  torpaq  səpirdi,  özgələri  tərəfə  oynayanda 
qızıl-gümüş səpirdi.
Fatma dedi:
-  Mən evdən çölə çıxmamışam, sən  buyurduğun  işlə- 
rin dalınca  olmuşam.
Bir gün  padşahın oğlu ova çıxmışdı. Körpünün yanın- 
dan  keçəndə  istədi  ki,  atına  su  versin.  At  suya  yaxınla-


şanda  xorruyub su  içmədi.  Padşahın  oğlu  adam  saldırıb 
çayı  axtartdı.  Onun  içindən  bir  qızıl  başmaq  tapdılar. 
Başmaq  çox  zərif  idi.  Padşahın  oğluna  çox  xoş  gəldi. 
İstədi  ki,  nə  tövr  olsa,  axtardıb  onun  yiyəsini  tapsın  və 
özünə alsın.
Çox gəzdilər, tapmadılar. Carçılar car çəkəndə Fatma- 
nın analığı  eşitdi, onun  əl-ayağını  bağlayıb  saldı təndirə 
və öz qızının ayaqlarını yuyub qazıdı.
Padşahın oğlunun adamları axtara-axtara gəlib çıxdılar 
Fatmagilin evinə. Çirkin qızın  ayağına  başmağı  geydirdi- 
lər, olmadı. Soruşdular ki, sizin evdə özgə qız yoxdurmu? 
Fatmanın analığı cavab verdi  ki, yoxdur. Amma  Fatmanın 
bir xoruzu var idi, bu xoruz başladı  banlamağa:
Fatma  bacım təndirdə,
Ayaqları  kəndirdə!
Arvad  nə qədər istədi, xoruzu  qovsun,  olmadı. Xoruz 
sıçradı damın  üstə, uca səs ilə banladı:
Fatma  bacım təndirdə,
Ayaqları  kəndirdə!
Padşahın  adamları  bunu eşidib, təndirə baxdılar: gör- 
dülər  ki,  bunun  içində  bir  gözəl  qız  əl-ayağı  kəndir  ilə 
bağlanmış yıxılıbdır. Qızı çıxardıb başmağı onun ayağına 
geydirdilər. Gördülər ki,  başmaq elə  bil onun ayağına  bi- 
çilibdir. Apardılar padşahın  oğluna.  Padşahın  oğlu  bunu 
görən kimi cani-dildən aşiq oldu və yeddi gün-yeddi gecə 
toy eləyib  Fatmanı özünə arvad aldı. Yedilər, içdilər, yerə 
keçdilər, siz də yeyin, için, muradınıza yetişin!


M ə s ə 11 ə r:
Könül  sevən göyçək olar dünyada.
Yetim qızsan, qıvrıl yat!
M e ş ə   a ğ a c l a r ı :   palıd, qarağac, fıstıq, vələs,
dəmirqara, göyrüş, ağcaqayın, 
cökə, şam ağacı, ardıc, tus, 
söyüd, bədmüşk, qızılağac, 
qovaq, çinar.
K o 11 a  r:  qarağat, qaragilə, böyürtkən, moruq, əzgil, 
zirişik, zoğal, mərdəşə, qoyungözü, 
itburnu, yasəmən, nəstərən, qızılgül, 
tobuluğu, göyəm, qora, qızılçax.
011 a  r:  əvəlik, qoyunqulağı, quzuqulağı, qantəpər, 
qırxbuğum, sığırquyruğu, xatınbarmağı, 
qara ot, ayıdöşəyi, dəvədabanı, qıjı, xımı, 
pişikcırnağı, baldırğan, unnuca, südlü 
pencər, kiğ, cacığ, gicitkən, naşır, qazayağı, 
cincilim, şomu, boyana, qanqal, yarpız.
Ç i ç ə k I ə r:  gülxətmi, sarıçiçək, göyçiçək,
arşınçiçək, qaymaqçiçəyi, lalə, zanbaq, 
nərgizgülü, nilufər, birəotu, kəklikotu, 
sumrux çiçəyi, huy çiçəyi, bənövşə, 
qərənfıl.



KƏKLİK
Səhər-səhər sərt qayalar küncündə, 
Oxur, səsi gələr gözəl kəkliyin. 
Dağlar ətəyində çınqıl  içində 
Bulunmaz yuvası gözəl  kəkliyin. 
Səhər-səhər əllərində var malım, 
Tüləktərlan ilə könlün almalım,
Yaşıl  nimtənəlim, gülgəz çalmalım, 
Kətandır köynəyi gözəl  kəkliyin.
M ə s ə I:
Hamı  bilir ki, dağda  kəklik gözəldir.
T a p m a c a l a r :
41. Dağdan  gəlir banı xanım, 
Əlləri  hənalı xanım.
Dindirsən farsı danışar, 
Tükləri tehranı xanım.
42. Kəkliyin qan ayağı,
Qan əli, qan ayağı.
Aşıq  bir şey görübdür,
Üç başı, on ayağı.


Yüklə 288 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə