Kürəkçi də getdi.
Yenə Pıspısa xanım dedi:
- Ərə gedirəm, ərə gedirəm, ər olmasa, gora gedirəm!
Bu halda siçan oradan keçirdi. Gördü, Pıspısa xanım
bəzənib-düzənib, geyinib-kecinib, özünə zinət verib,
evin qapısına çıxıb.
Qara xaradan don geyib əyninə,
Ucunu qatlayıb salıb çiyninə,
Tökübdür üzünə qara tellərin,
Yuyub tərtəmiz, ap-arı əllərin.
Çəkib gözlərinə qara sürmələr,
Salıb başına əbrələr, tirmələr,
Xuraman-xuraman ki rəftaredir,
O rəftara sərvi-giriftar edir.
Soluna baxır, gah baxır sağına,
Baxır gah qolundakı qolbağına.
Durub hər yana o baxır naz ilə,
Deyir bu sözü xoş bir avaz ilə:
Gedirəm ərə, mən gedirəm ərə.
Ər olmasa, axır gedirəm gora.
Siçan Solub bəy gəldi Pıspısa xanımın yanına, dedi:
- Salam-əleyk, Dozanqurdu Düzxatun, Pıspısa xanım,
sevgili canım, ruhi-rəvanım, canü-cananım, tabu-təvanım!
Kefin, halın? Həmişə beləcə kefdə, gəzməkdə, seyri-
səfada olasan!
Dozanqurdu Düzxatun gözünün altınca Siçan Solub
bəyə baxıb gördü, amma nə Siçan Solub bəy!
Geyinib əyninə cübbə səncabdan,
Bəzənib-düzənibdi hər babdan.
Atıb dalına quyruğun şir kimi,
Qulaqlarını dik tutub, tir kimi.
Gəlir küylə, heç bilmirsən, kimdi bu,
Ki, hansı vilayətdə hakimdi bu.
Yuvadan çıxıb naz ilə yol gedir,
Gah sağ gedir yolda, gah sol gedir,
Döş ağ, gözü qara, arxası da boz.
Dişi incitək, ağzına yoxdur söz.
Qara gözlərini süzdürür hər yana,
Çəkir burnunu ki, iy-miy qana.
Dozanqurdu Düzxatun dedi:
- Ay əleykəssalam. Siçan Solub bəy, top qara birçək,
yerişdə ördək, dişləri mixək, qıçları dirək, hamıdan göy-
çək, dəxi nə demək? Halın, kefin kökdümü? Damağın
çağdımı, canın-başın sağdımı?!
Siçan Solub bəy dedi:
- Sağ ol, Pıspısa xanım, əzizim-canım, mənə gələr-
sənmi?
Pıspısa dedi:
- Məni döyəndə nə ilə döyərsən?
Siçan Solub bəy dedi:
- Səni döymərəm, döysəm də, quyruğumu molçi eylə-
rəm, batıraram xanımların sürmədanına, gözünə sürmə
çəkərəm.
Dozanqurdu Düzxatun dedi ki, sənə gedərəm. Razı
oldular. Toy elədilər. Pıspısa xanımı Siçan Solub bəy aldı,
apardı evinə. Birzaman yaxşıca yeyib-içib kef elədilər.
Bir gün Siçan Solub bəy Pıspısa xanıma dedi:
- Sən evdə otur, mən gedirəm şah evinə, sənə noğul-
nabat, şirni və hər cürə həlviyyat gətirim. Qoy yanına,
könlün istədikcə at ağzına, xırıldat, ye.
Dozanqurdu Düzxatun dedi:
- Get, amma tez gəl. Sənsiz damın altında tək otura
bilmirəm, qorxuram.
Siçan Solub bəy dedi:
- Qorxma, tez gələrəm!
Pıspısa xanım oturdu, oturdu, qərarı tutmadı. Fikir-
ləşdi ki, Siçan Solub bəy gəlincə durub onun paltarlarını
aparıb, dəvəizi dərin göldə yuyum, sərim, qurudum,
gələndə verim geysin əyninə ki, üst-başı təmiz olsun.
Siçan Solub bəyin paltarını götürüb apardı yumağa.
Amma yuyanda ayağı sürüşüb düşdü dəvəizi dərin gölə.
Sağa dolandı, gurp düşdü, sola dolandı, şarp düşdü,
nə qədər əlləşdisə, çıxa bilmədi, hər nə qədər çapaladısa,
qurtara bilmədi. Dəvəizi dərin göldə az qaldı, çox qaldı,
gördü ki, bir neçə atlı gedir. Durdu çağırmağa:
Tapur-tupur atlılar,
Qolları bazbatdılar1.
Şah evinə gedərsiz,
Siçan bəyə deyərsiz:
Pıspısa Püstə xanım,
Dabanı xəstə xanım
Düşüb dəvə gölünə,
Boğulurxəstə xanım.
1 "Bazubənd"(qolbaq) deməkdir.
Gəlib gördülər ki, bunları çağıran bir dozanqurdudur,
düşübdür dəvəizi dərin gölə, boğulur. Bunları görəndə
Dozanqurdu Düzxatun dedi:
Gedin deyin Siçan bəyə,
Börkü dəlik Solub bəyə:
Saçı uzun, saray xanım,
Donu uzun, daray xanım.
Dozanqurdu Düzxatun paltaryuduğu yerdə sürüşüb
dəvəizi dərin gölə, boğulub ölür, durmasın, özünü mənə
tez yetirsin!
Atlılar çox təəccüb edib, getdilər şah evinə. Gördüklə-
rini orada nağıl elədilər. Siçan Solub bəy şirni sandığının
içində gəzirdi, bu xəbəri eşidib qaçdı və tez özünü Pıspısa
xanıma yetirdi. Gəldi gördü ki, Pıspısa xanım dəvəizi dərin
göldə batır, çıxır. Az qalıb ki, canı çıxsın. Cəld əlini uzadıb
dedi:
- Əlini mənə cik-ərəcik!
Dozanqurdu dedi:
- Yeri, mənciyəz səndən küsərəcik!
Siçan Solub bəy yenə dedi:
- Əlini mənə cik-ərəcik!
Pıspısa xanım cavab verdi:
- Yeri, mənciyəz səndən küsərəcik!
Siçan üçüncü dəfə dedi:
- Əlini mənə cik-ərəcik!
Dozanqurdu dedi:
-Yeri, mənciyəz səndən küsərəcik!
Axırda siçanın acığı tutdu, bir ovuc palçıq götürüb
çırpdı dozanqurdunun başına və dedi:
Küsərəciksən-küsərəcik,
Üstünə palçıq endirəcik.
Dozanqurdunun oradaca canı çıxdı. Yazıq Dozanqurdu
Düzxatun!
IVI ə s ə 11 ə r:
Yaxşılıq elə, at dəryaya, balıq bilməsə, xalıq bilər.
Yaxşılığa yaxşılıq hər kişinin işidir,
Yamanlığa yaxşılıq ər kişinin işidir.
Yamana yaman bəla
Qoy gəlsin yaman bəla.
Rəvadıryaxşı ölə,
Yerində yaman qala?!
DURNALARA XİTAB
Göy üzündə bölük-bölük durnalar,
Nədir sizin əhvalınız, halınız?
Bir ərz-hal yazdım yarə söyləyin,
Dost kuyuna düşər isə yolunuz.
Mənim yarım, siz də görüb şaşarsız,
01 uca dağları necə aşarsız,
Ovçu görən kimi siz də çaşarsız,
Qışdı, qar-amandı sizin eliniz.
Baxın, şahın pəncəsinə düşərsiz,
Çeşməli dağları onda keçərsiz,
Yaz olacağın yaylaqlara köçərsiz,
Qırarsınız qanadınız, qolunuz.
Dərdli Kərəm deyər uğradım dərdə,
Canım qurban olsun mərd oğlu mərdə
Səfil durna, nə gəzirsiz bu yerdə,
Yoxmu sizin vətəniniz, eliniz?!
Qəribəm, yoxdur arxam,
Qanadım yoxdur qalxam,
Çıxam qəlbi dağlara,
Vətənə doğru baxam!
Dostları ilə paylaş: |