Firidun bəy Köçərli



Yüklə 288 Kb.
Pdf görüntüsü
səhifə9/16
tarix18.06.2018
ölçüsü288 Kb.
#49509
1   ...   5   6   7   8   9   10   11   12   ...   16

Kürəkçi də getdi.
Yenə  Pıspısa xanım dedi:
-  Ərə gedirəm, ərə gedirəm, ər olmasa, gora gedirəm! 
Bu  halda  siçan  oradan  keçirdi.  Gördü,  Pıspısa  xanım
bəzənib-düzənib,  geyinib-kecinib,  özünə  zinət  verib, 
evin qapısına çıxıb.
Qara xaradan don  geyib əyninə,
Ucunu qatlayıb salıb çiyninə,
Tökübdür üzünə qara tellərin,
Yuyub tərtəmiz, ap-arı əllərin.
Çəkib gözlərinə qara sürmələr,
Salıb başına əbrələr, tirmələr, 
Xuraman-xuraman  ki rəftaredir,
O rəftara sərvi-giriftar edir.
Soluna  baxır, gah  baxır sağına,
Baxır gah qolundakı  qolbağına.
Durub hər yana o baxır naz ilə,
Deyir bu sözü xoş bir avaz ilə:
Gedirəm ərə, mən gedirəm ərə.
Ər olmasa, axır gedirəm gora.
Siçan Solub bəy gəldi  Pıspısa xanımın yanına, dedi:
-  Salam-əleyk, Dozanqurdu  Düzxatun, Pıspısa xanım, 
sevgili canım, ruhi-rəvanım, canü-cananım, tabu-təvanım! 
Kefin,  halın?  Həmişə  beləcə  kefdə,  gəzməkdə,  seyri- 
səfada olasan!
Dozanqurdu  Düzxatun  gözünün  altınca  Siçan  Solub 
bəyə baxıb gördü, amma  nə Siçan  Solub bəy!


Geyinib əyninə cübbə səncabdan, 
Bəzənib-düzənibdi  hər babdan.
Atıb dalına quyruğun şir kimi,
Qulaqlarını  dik tutub, tir kimi.
Gəlir küylə, heç bilmirsən,  kimdi  bu,
Ki, hansı vilayətdə hakimdi  bu.
Yuvadan çıxıb naz ilə yol gedir,
Gah sağ gedir yolda, gah  sol gedir,
Döş ağ, gözü qara, arxası da  boz.
Dişi  incitək, ağzına yoxdur söz.
Qara gözlərini süzdürür hər yana,
Çəkir burnunu ki, iy-miy qana.
Dozanqurdu  Düzxatun dedi:
-  Ay  əleykəssalam.  Siçan  Solub  bəy, top  qara  birçək, 
yerişdə  ördək,  dişləri  mixək,  qıçları  dirək,  hamıdan  göy- 
çək,  dəxi  nə  demək?  Halın,  kefin  kökdümü?  Damağın 
çağdımı, canın-başın sağdımı?!
Siçan Solub bəy dedi:
-   Sağ  ol,  Pıspısa  xanım,  əzizim-canım,  mənə  gələr- 
sənmi?
Pıspısa dedi:
-  Məni döyəndə nə ilə döyərsən?
Siçan  Solub bəy dedi:
-  Səni döymərəm, döysəm də, quyruğumu molçi eylə- 
rəm,  batıraram  xanımların  sürmədanına,  gözünə sürmə 
çəkərəm.
Dozanqurdu  Düzxatun  dedi  ki,  sənə  gedərəm.  Razı 
oldular. Toy elədilər. Pıspısa xanımı  Siçan  Solub bəy aldı, 
apardı evinə. Birzaman yaxşıca yeyib-içib kef elədilər.


Bir gün Siçan Solub bəy Pıspısa xanıma dedi:
-  Sən evdə otur, mən gedirəm şah evinə, sənə noğul- 
nabat,  şirni  və  hər  cürə  həlviyyat  gətirim.  Qoy  yanına, 
könlün  istədikcə at ağzına, xırıldat, ye.
Dozanqurdu  Düzxatun dedi:
-   Get,  amma  tez  gəl.  Sənsiz  damın  altında  tək  otura 
bilmirəm, qorxuram.
Siçan Solub bəy dedi:
-  Qorxma, tez gələrəm!
Pıspısa  xanım  oturdu,  oturdu,  qərarı  tutmadı.  Fikir- 
ləşdi  ki, Siçan  Solub  bəy gəlincə durub onun  paltarlarını 
aparıb,  dəvəizi  dərin  göldə  yuyum,  sərim,  qurudum, 
gələndə verim geysin əyninə ki, üst-başı təmiz olsun.
Siçan  Solub  bəyin  paltarını  götürüb  apardı  yumağa. 
Amma yuyanda ayağı  sürüşüb düşdü dəvəizi dərin gölə.
Sağa  dolandı,  gurp  düşdü,  sola  dolandı,  şarp  düşdü, 
nə qədər əlləşdisə, çıxa bilmədi, hər nə qədər çapaladısa, 
qurtara  bilmədi.  Dəvəizi  dərin  göldə az qaldı, çox  qaldı, 
gördü  ki, bir neçə atlı gedir. Durdu çağırmağa:
Tapur-tupur atlılar,
Qolları  bazbatdılar1.
Şah evinə gedərsiz,
Siçan  bəyə deyərsiz:
Pıspısa  Püstə xanım,
Dabanı xəstə xanım 
Düşüb dəvə gölünə,
Boğulurxəstə xanım.
1 "Bazubənd"(qolbaq) deməkdir.


Gəlib gördülər ki, bunları  çağıran  bir dozanqurdudur, 
düşübdür  dəvəizi  dərin  gölə,  boğulur.  Bunları  görəndə 
Dozanqurdu  Düzxatun  dedi:
Gedin  deyin  Siçan  bəyə,
Börkü dəlik Solub bəyə:
Saçı  uzun, saray xanım,
Donu  uzun, daray xanım.
Dozanqurdu  Düzxatun  paltaryuduğu  yerdə sürüşüb 
dəvəizi dərin gölə, boğulub ölür, durmasın, özünü  mənə 
tez yetirsin!
Atlılar çox təəccüb edib, getdilər şah evinə. Gördüklə- 
rini orada  nağıl  elədilər. Siçan Solub bəy şirni sandığının 
içində gəzirdi, bu xəbəri eşidib qaçdı və tez özünü Pıspısa 
xanıma yetirdi. Gəldi gördü  ki, Pıspısa xanım dəvəizi dərin 
göldə  batır, çıxır. Az qalıb ki, canı çıxsın. Cəld  əlini  uzadıb 
dedi:
-  Əlini  mənə cik-ərəcik!
Dozanqurdu dedi:
-  Yeri, mənciyəz səndən  küsərəcik!
Siçan Solub bəy yenə dedi:
-  Əlini  mənə cik-ərəcik!
Pıspısa xanım cavab verdi:
-  Yeri, mənciyəz səndən  küsərəcik!
Siçan  üçüncü dəfə dedi:
-  Əlini  mənə cik-ərəcik!
Dozanqurdu  dedi:
-Yeri,  mənciyəz səndən  küsərəcik!


Axırda  siçanın  acığı  tutdu,  bir  ovuc  palçıq  götürüb 
çırpdı dozanqurdunun  başına və dedi:
Küsərəciksən-küsərəcik,
Üstünə palçıq  endirəcik.
Dozanqurdunun oradaca canı çıxdı. Yazıq  Dozanqurdu 
Düzxatun!
IVI ə s ə 11 ə r:
Yaxşılıq  elə, at dəryaya, balıq  bilməsə, xalıq  bilər.
Yaxşılığa yaxşılıq  hər kişinin  işidir,
Yamanlığa yaxşılıq  ər kişinin  işidir.
Yamana yaman  bəla 
Qoy gəlsin yaman  bəla.
Rəvadıryaxşı ölə,
Yerində yaman qala?!


DURNALARA XİTAB
Göy üzündə bölük-bölük durnalar, 
Nədir sizin əhvalınız,  halınız?
Bir ərz-hal yazdım yarə söyləyin,
Dost kuyuna düşər isə yolunuz.
Mənim yarım, siz də görüb şaşarsız,
01  uca dağları  necə aşarsız,
Ovçu görən  kimi siz də çaşarsız,
Qışdı, qar-amandı  sizin eliniz.
Baxın, şahın  pəncəsinə düşərsiz, 
Çeşməli dağları onda  keçərsiz,
Yaz olacağın yaylaqlara  köçərsiz, 
Qırarsınız qanadınız, qolunuz.
Dərdli  Kərəm deyər uğradım dərdə, 
Canım qurban olsun  mərd oğlu  mərdə 
Səfil durna, nə gəzirsiz bu yerdə, 
Yoxmu sizin vətəniniz, eliniz?!
Qəribəm, yoxdur arxam,
Qanadım yoxdur qalxam,
Çıxam qəlbi dağlara,
Vətənə doğru  baxam!


Yüklə 288 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə