Firidun bəy Köçərli



Yüklə 288 Kb.
Pdf görüntüsü
səhifə6/16
tarix18.06.2018
ölçüsü288 Kb.
#49509
1   2   3   4   5   6   7   8   9   ...   16

QIZLAR NƏĞMƏSİ
Əlimi  bıçaq  kəsibdi.
Dəstə bıçaq  kəsibdi.
Yağ gətirin, yağlıyaq,
Bal gətirin, ballıyaq, 
Dəsmal verin, bağlıyaq, 
Dəsmal dəvə  boyunda, 
Dəvə Şirvan yolunda. 
Şirvan yolu  buz bağlar, 
Dəstə-dəstə gül  bağlar.
O gülün  birin  üzəydim, 
Tellərimə düzəydim. 
Qardaşımın toyunda 
Oturub-durub süzəydim. 
Çay daşıbdır, lil gəlir. 
Dəstə-dəstə gül  gəlir.
0  gülün  birin  üzəydim, 
Saç bağıma düzəydim.
Saç bağım qatar-qatar, 
Üstündə qardaş yatar. 
Qardaşın əl yaylığı,
Ucları zər yaylığı.
Hərə  birağızdesin 
Qardaşa cansağlığı. 
Hop-hopun olsun, qardaş! 
Gül topun olsun, qardaş! 
Gül ağacın dibində,


Gülbünün1 olsun, qardaş! 
Dəyirman  üstü çiçək, 
Oraq gətir, gəl  biçək 
Qardaş, nişanlın gördüm, 
Uzunboy, qarabirçək.
M ə s ə 11 ə r:
Can versən, qardaşa ver, min il getsə, yad  olmaz. 
Yaxşı gündə yad qonşu, yaman  gündə vay qardaş. 
Qızın oldu, qırmızı donunu çıxar.
Qız idim,
Geydirdilər zövqü-səfa  köynəyini. 
Nişanlandım,
Geydirdilər şövqü-səfa  köynəyini.
Gəlin oldum,
Geydirdilər cövrü-cəfa  köynəyini.
T a p m a c a:
18. Biz-biz idik,
Yüz qız idik. 
Bizi  üzdülər, 
İpə düzdülər.
1 G  ü  I  b  ü  n -  toyun  axırıncı  günü  qızlar və gəlinlər yığılıb şad- 
lıq  edirlər və sonra evlərinə dağılırlar.


I 'A ,
BOSTAN VƏ DİRRİK MƏHSULATI
Yemiş  (qovun),  qarpız,  şamama,  xiyar,  qabaq,  kələm, 
kök, soğan, sarımsaq, turp.
S ə b z i y y a t :   Keşniş, cəfəri, kərəviz, bağdanus1, 
kəvər, nanə, şüyüd, reyhan, mərzə, 
razyana, acıtərə, ispanaq.
M ə s ə 11 ə r:
Soğan yeməmisən,  için  niyə göynəyir?
Atan -  soğan, anan -  sarımsaq, sən  hardan oldun 
gülməşəkər?
T a p m a c a l a r :
19. Bir damım var, içi dolu adam, amma qapısı yox. 
Bir damım var, təndir gülü.
Çatı  su içər, dana köpər.
Yemişlər də yarpaqsız,
Tap görüm, necə yemişdir?
' B a ğ d a n u s  -  göy-göyərti.
60


TULKU VƏ UZUM
Bir günü tülkü qağa 
Gəlib girdi  bir bağa. 
Dolandı  sola  keçdi, 
Dolandı  sağa  keçdi. 
Gördü  üzüm sulanır, 
Yüz cürə  rəngə çalır. 
Dəyibdi  kəhrəbatək, 
Sallanıbdır, saralır.
Tülküciyəz dayandı, 
Baxdı, ağzı  sulandı. 
Dişi alışma tutdu, 
Dodağı, dili yandı.
Düz bir saat dayandı, 
Quyruq  üstə dolandı. 
Üzüm  ucada  idi,
Əl çatmadı,  usandı.
Acıqlanmış qayıtdı,
O yerə çölə getdi. 
Uzaqlaşıb özünə 
Belə təsəlli etdi:
Doğrudur mənim sözüm, 
Dəyməyibdir o üzüm, 
Yesəm, dişim qamaşar, 
Yemədim onu özüm.


M ə s ə 11 ə r:
Pişiyin əli ətə çatmaz, deyər, qoxuyubdur.
Ayı  meşədən  küsüb, meşənin xəbəri yoxdur. 
Aclıq adama oyun öyrədər.
Ac gəzib tox sallanır.
Acam -  quyruq acıyam, bağır-öfgə acı deyiləm.
T a p m a c a :
20. İki tülkü  balası, üç anası, dörd atası, neçə eylər 
hamısı?
Y a n 
1
11 m a c:
Ay  qılquyruq  qırqovul,  gəl  bu  kola  gir,  qılquyruq 
qırqovul.



BUĞDA, ARPA VƏ DARI
Bir gün buğda, arpa və darı bir-biriylə söhbət edirdilər. 
Buğda dedi:
-  Mənim bir tikəm  bir dağı aşırır.
Arpa dedi:
-   Mənim  də  bir  tikəm  dağın  yarısına  kimi  çıxardır, 
amma aşırmağına zamin ola  bilmərəm.
Darı da dedi:
-   Mən  xalqın  uşağının  qanına  bais  ola  bilmərəm  ki, 
evindən  çıxardıb  borana  salam, öldürəm.  Məndə o qüv- 
vət yoxdur.
DARIVƏ BUĞDA 
Darı
Mənə darıcan deyərlər,
Yağ, bai  ilə yeyərlər.
Ehtiyatla götürüb,
Güclə saca yetirərlər.
Buğda
Yastı-yastı yatarsan,
Kol  dibində bitərsən.
Məndən  sənə qarışmasa,
Palıddan da  betərsən!


Arpadan,  buğdadan əlim  üzüldü, ümidim sənə qaldı, 
darı xirməni.
Bildirçinin  bəyliyi darı solanacandır.
Darıya girən donuz payanı özünə qəbul  eylər.
Kiş-kiş ilə donuz darıdan çıxmaz.
T a p m a c a l a r :
21. Ağac başında darı quyusu.
22. Ağac başında sarı yumaq.
23.  Havalar, ha  havalar,
Çöldə dovşan  balalar. 
Dırnağından su  içər, 
Dimdiyindən  balalar.
24. Sarı saqqal, uzun  hoqqar, 
Onu tapmayan olsun çaqqal.
25.  Bir bölükatlar,
Çəməndə otlar.
Vaxtı gələndə 
Dimdiyi çatlar.


TÜLKÜNÜN  HEKAYƏTİ
Bir  kişinin  maldan-dövlətdən  ancaq  bir  neçə  toyuq- 
cücəsi var idi.
Bir tülkü  bunlara  dadanıb gecədə  birini  aparıb yeyər- 
miş. Axırda  kişinin  bircə toyuğu qalır.
Kişi gecə yatmayıb  pusquda oturur ki, görsün, toyuq- 
ları aparan  kimdir?
Gecənin  bir  vaxtı  tülkü  xəlvətcə  gəlir  ki,  o  qalmış 
toyuğu da aparıb yesin.
Tülkü  toyuq  damına  girəndə  kişi  tez  qapıları  bağla- 
yıb,  arvadını  yuxudan  oyadır  və  ikisi  köməkləşib  tül- 
künü tuturlar.
Kişinin  ürəyi  çox  yanmışdı  və  tülküdə  acığı  var  idi. 
Ona  görə  tülkünün  yediyi  toyuq-cücəni  bir-bir  yadına 
salıb bu sözləri oxuya-oxuya onu döyür:
Qaya  başında durarsan,
Sarı  bığını  burarsan,
On  beş cücəmi qırarsan.
Tülkü, səfa gördüm səni,
Nə yazıq tanıdın  məni?!
Tülkü, quyruğun aladır,
Qayalar sənə qaladır.
Tazı  başına  bəladır.


Yüklə 288 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə