Firidun bəy Köçərli



Yüklə 288 Kb.
Pdf görüntüsü
səhifə8/16
tarix18.06.2018
ölçüsü288 Kb.
#49509
1   ...   4   5   6   7   8   9   10   11   ...   16


GUDU-GUDU
Çox yağıntı  olanda  və gün  çıxmayanda  uşaqlar çöm- 
çəni gəlin kimi bəzəyib qapı-qapı gəzdirir və aşağıda yazı- 
lan  sözləri  oxuyub,  hər evdən  bir qaşıq  yağ  və  bir ovuc 
un yığır, fəsəli  bişirib yeyirlər. Oxunan sözlər bunlardır:
Güdü-güdü  ha, güdü-güdü! 
Güdü-güdünü gördünüzmü, 
Güdüyə salam verdinizmi? 
Güdü  burdan ötəndə 
Qırmızı  günü gördünüzmü?
Güdü  palçığa batmışdı, 
Qarmaladım götürdüm.
Qızıl qaya dibindən 
Qırmızı gün götürdüm.


Verməyənin qızı olsun.
Bir gözü də kor olsun.
Təndirə düşsün.
Qırmızı  bişsin!
M ə s ə 11 ə r:
Yağışdan çıxdım, yağmura düşdüm.
İslanmışın  sudan  nə qorxusu.
Göydən  nə yağdı  ki, yer onu qəbul etmədi.
T a p m a c a l a r :
29.0  nədir ki, göydən yerə sallanır?
30.0  nədir ki, hər nə desən, allanır?
31. 0  nədir ki, göbəyindən  nallanır?
32. Min-min  minara.
Dibi qara,
Yüz min çiçək 
Biryarpaq?
33. Dəryada  bir gül  bitib, adı yox, 
Şirinlikdən yemək olmaz, dadı yox.


VUR NAGARA, ÇIX QIRAĞA
(Oyun sözləri)
İynə-iynə,
Ucu düymə,
Bal  ballıca,
Ballı  keçi,
Şam ağacı,
Şatır keçi,
Qoz ağacı, qotur keçi. 
Hoppan,
Huppan,
Qırıl.
Yırtıl,
Su iç -  
Qurtul.
Əmim oğlu,
Uzunbığlı,
"Haldırım"dedi,
"Huldurum"dedi,
Göyə  bir ağac atdı. 
Qarğı  sapı 
Gül  budağı, 
Motal-motal,
Tərsə motal,
Ellər atar,
Qaymaq qatar.


Ağ quşum -  ağar çinim, 
Göy quşum -  göyərçinim, 
Vur nağara,
Çıx qırağa.
Yuxarıda  yazılan  sözləri  uşaqlar  oyunu  icra  edərkən 
deyirlər.  Xırdaca  uşaqlar  dövrə  vurub  oturur,  ayaqlarını 
bir  yerə  uzadırlar.  Onların  biri  başlayır  bu  sözləri  oxu- 
mağa. Hər kəlməni deyəndə əlini  növbə ilə yoldaşlarının 
və özünün ayağının  üstünə qoyur.
Mətnin sonundakı"çıx qırağa"sözləri  hər kəsin ayağı- 
nın  üstünə  deyilsə,  o,  ayağını  çəkir.  Sonra  yenə  başdan 
həmin sözlər oxunur və uşaqlar bir-bir ayaqlarını çəkirlər. 
Hər kimin ayağı  axıra  qalsa, onu  üzü  üstə uzadır, əllərini 
yumruq  tutub  bir-birinin  üstə  onun  arxasına  qoyub 
soruşurlar:
-  Əl  üstə kimin əli?
Hərgah  tapsa,  onu  durğuzurlar,  tapmasa,  "götürün 
vurun, yalandır!" deyib,  onu  bir  neçə  dəfə  astaca  vurur- 
lar və yenə soruşurlar:
-  Əl  üstə kimin əli?
Uşaq tapanadək onu astaca yumruqlayırlar.


TULKU VƏ KƏKLİK
Bir  kəklik  dağ  başında  oxuyurdu.  Tülkü  onun  səsini 
eşidib yanına gəldi və dedi:
-   Ay  kəklik,  sən  ki  belə  gözəl  quşsan  və  belə  gözəl 
səsin  var,  elə  həmişə  oxuyursan?  Bəs  sən  heç yuxulayıb 
yatmırsan?
Kəklik dedi:
-  Niyə yatmıram, əlbəttə ki, yatıram!
Tülkü dedi:
-   İndi  ki  belədir,  bir  mənə  göstər  görüm,  sən  necə 
yatırsan?
Kəklik  yatmağını  tülküyə  göstərmək  üçün  gözlərini 
yumdu, tülkü cəld sıçrayıb onu tutdu.
Kəklik gördü  ki, tülkü  onu  aldadırmış. Axmaqlıq  edib 
onun  hiyləsinə  inanıbdır.  İndi  tülkü  onu  yeyəcək.  Başını 
tülkünün ağzından çıxarıb dedi:
-  Ay tülkü  baba,  sən  ki  belə zirək  heyvansan  və  belə 
cəld  şikar tutursan,  heç şikarı yeyəndə Allaha  şükür edir- 
sən?
Tülkü cavab verdi:
-  Necə ki  eləmirəm, yaxşı eləyirəm.
Onda  kəklik dedi:
-  İndi tutaq  ki, sən  məni yeyibsən, bir Allaha şükür elə 
görüm, nə sayaq edirsən?
Tülkü ağzını açdı  ki, şükür eləsin, kəklik bu  anda  uçub 
qondu  birqayanın  üstünə.


Tülkü vəziyyəti  belə görüb dedi:
-   Kəklik  qardaş,  sən  ki  mənim  ağzımdan  qurtardın, 
get,  amma  lənət  gəlsin  o  adama  ki,  şikarını  yeməmiş 
Allaha şükür edə!
Kəklikcavabında dedi:
-  Yaxşı  deyirsən, tülkü  baba, o adama  da  lənət gəlsin 
ki, yuxusu gəlməmiş gözlərini yumub yatmaq  istəyə!
M ə s ə 11 ə r:
Tülkü tülkülüyünü sübut edincə, dərisini  boğazından
çıxardarlar.
Dərə xəlvət, tülkü  bəy.
Tülkü tülküyə buyurar, tülkü də quyruğuna.
T a  p m a c a:
35. Bir dərədə yeddi təpə,
Hər təpədə yeddi dəlmək.
Hər dəlməkdə yeddi tülkü,
Hər tülkünün yeddi  balası.
Eylər neçə hamısı?
Y a n 
1
11 m a c:
Getdim  gördüm  bir  dərədə  iki  kar,  kor,  kürkü  yırtıq 
kirpi  var.  Dişi  kar,  kor,  kürkü  yırtıq  kirpi  erkək  kar,  kor, 
kürkü yırtıq  kirpinin  kürkünü yamamaqdansa, erkək kar, 
kor,  kürkü  yırtıq  kirpi  dişi  kar,  kor,  kürkü  yırtıq  kirpinin 
kürkünü yamayır.



PISPISA XANIM VƏ SİÇAN  BƏY
(D ozanqurdu  D üzxatun  və  Siçan  Solub  bəy)
Biri var imiş, biri yox imiş, Allahdan  başqa  heç kəs yox 
imiş. Bir də bir Pıspısa xanım var imiş.
Bir gün  bu Pıspısa xanımın könlünə ərə getmək düşdü. 
Geyindi-kecindi,  bəzəndi-düzəndi,  öz  evinin  qapısına 
çıxdı və dedi:
-  Ərə gedirəm, ərə gedirəm, ər olmasa, gora gedirəm! 
Bir odunçu gəlib keçəndə  Pıspısa xanımı  görüb dedi:
-  Mənə gələrsənmi?
Pıspısa xanım dedi:
-  Məni döyəndə nə ilə döyərsən?
Odunçu dedi:
-  Balta  ilə vuraram, əzilərsən.
Pıspısa xanım dedi:
-  Yeri, yeri, mən sənin tayın deyiləm.
Odunçu getdi.  Pıspısa xanım yenə başladı:
-  Ərə gedirəm, ərə gedirəm, ər olmasa, gora gedirəm! 
Bir də gördü  ki, kürəkçi gəlir. Kürəkçi dedi:
-  Pıspısa xanım, mənə gələrsənmi?
Pıspısa xanim dedi:
-  Məni döyəndə nə ilə döyərsən?
Kürəkçi dedi:
-  Bir kürək çalaram, xıncım-xıncım olarsan!
Pıspısa xanım dedi:
-  Yeri, yeri, mən sənin tayın deyiləm.


Yüklə 288 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə