Firidun bəy Köçərli



Yüklə 288 Kb.
Pdf görüntüsü
səhifə5/16
tarix18.06.2018
ölçüsü288 Kb.
#49509
1   2   3   4   5   6   7   8   9   ...   16

Sərçeyi-cükcük cavab verdi  ki:
-  Sərçeyi-cükcük neyləsin?  Nazikbənazik deyir, Tazik- 
bətazik  qar  kürədiyi  yerdə  bacadan  umac  qazanına 
düşüb ölübdür.
Qarğa  bu sözü  eşidəndə çox bikef olub, uçdu, qondu 
çinar ağacına. Çinar onun bikef olduğunu görüb soruşdu:
-  Qarğeyi-qırqır, bu nədir?
-   Qarğeyi-qırqır  neyləsin?  Sərçeyi-cükcük  deyir  ki, 
Nazikbənazik deyir, Tazikbətazik qar kürəyəndə  bacadan 
umac qazanına düşüb ölübdür.
Bu xəbəri eşidəndə çinar da çox bikef oldu. Yanından 
dəvə  keçib  gedəndə  onun  bikef  olduğunu  görüb  so- 
ruşdu:
-  Çinarbəçinar, bu  nədir?
Çinar cavabında dedi  ki:
-   Çinarbəçinar  neyləsin?  Qarğeyi-qırqır  deyir  ki,  sər- 
çeyi-cükcük deyir ki,  Nazikbənazik deyir  ki, Tazikbətazik 
ölübdür.
Bu  pis  xəbəri  eşidəndə  dəvə  bikef olub  başladı  get- 
məyə.  Onun  qabağına  suya  gedən  bir  qarı  çıxdı.  Qarı 
dəvənin belə damaqsız olmağını görüb ondan soruşdu:
-  Dəveyi-löklök, bu  nədir?
Dəvə cavab verdi  ki:
-   Dəveyi-löklök  neyləsin?  Çinarbəçinar deyir  ki,  Qar- 
ğeyi-qırqır deyir ki, Sərçeyi-cükcük deyir ki, Nazikbənazik 
deyir ki, Tazikbətazik ölübdür.
Bu yaman xəbəri eşidən  kimi qarı da vurub səhəngini 
sındırdı.  Elə  ki  bulağın  başına  gəldi,  bulaq  qarının  sın- 
mış səhəngini və bikefliyini gördü, ondan soruşdu:
m
m


-  Vurub-sındıran, bu  nədir?
Qarı cavab verdi:
-   Vurub-sındıran  neyləsin?  Dəveyi-löklök  deyir  ki, 
Çinarbəçinar  deyir  ki,  Qarğeyi-qırqır  deyir  ki,  Sərçeyi- 
cükcük deyir ki, Nazikbənazik deyir ki,Tazikbətazik dama 
çıxıb  qar  kürədiyi  yerdə  ayağı  sürüşüb,  bacadan  umac 
qazanının  içinə düşüb ölübdür.
Bulaq  da  bu  xəbəri  eşidəndə  çox qüssə elədi  və qüs- 
sədən onun suyu qurudu.
İndi də  bulağın suyu axmır.
M ə s ə 11 ə r:
Ata  olmayan ata qədrini  bilməz.
Anası çıxan ağacı qızı  budaq-budaq gəzər.
Qırağına  bax -  bezini al, anasına  bax -  qızını al.
Ata oğula  bağ qıydı, oğul ataya salxım qıymadı.
Oğul  atanın  kövşənini  əkər.
Qız yükü, duz yükü.
Qız idim, sultan  idim,
Nişanlandım, xan oldum,
Gəlin oldum, qul oldum.
Ayaqlara çul oldum.
Qız, sənə deyirəm, gəlinim, sən eşit.
Kürəkən -  kül əkən.
Birənin qanını aldın, canını aldın.


LAYLALAR
Bizim yerlər qalın  meşə, 
Taxtında otur həmişə, 
Aranında gül  bitsin, 
Yaylağında bənövşə.
Balam, layla, a  layla! 
Gülüm, layla, a  layla!
Layla  dedim  ucadan, 
Ünüm çıxdı  bacadan, 
SəniTanrı saxlasın 
Çiçəkdən, qızılcadan.
Balam, layla, a  layla! 
Gülüm, layla, a  layla!
Layla dedim yatınca, 
Gözlərəm ay batınca, 
Canım zinhara gəldi 
Sən  hasilə çatınca.
Balam, layla, a  layla! 
Gülüm, layla, a  layla!


Layla dedim adına, 
Haqq yetişsin  dadına, 
Hər layla eşidəndə, 
Balam  düşəryadıma.
Balam, layla, a  layla! 
Gülüm,  layla, a  layla!
Dağlara sərin düşər, 
Kölgəsi sərin düşər,
Hər vaxt layla deyəndə 
Yadıma  Pərim düşər.
Balam, layla, a  layla! 
Gülüm,  layla, a  layla!
Layla  beşiyim,  layla, 
Evim-eşiyim,  layla.
Sən yat, yuxun alginən 
Çəkim  keşiyin  layla!
Balam, layla, a  layla! 
Gülüm,  layla, a  layla!
Layla dedim, yatasan, 
Qızılgülə batasan. 
Qızılgül  bağın  olsun, 
Kölgəsində yatasan.


Balam, layla, a layla! 
Gülüm, layla, a layla!
Layla dedim, yatasan, 
Qızılgülə batasan. 
Qızılgülün içində 
Şirin yuxu tapasan.
Balam, layla, a  layla! 
Gülüm, layla, a  layla!
BALA BARƏSİNDƏ
Mən aşiqəm, balasın, 
Laçın verməz balasın.
Mən  balamı istərəm, 
Balam istər balasın.
QARDAŞ BARƏSİNDƏ
Mən aşiq, qardaşa düşər, 
Qar yağar, qar daşa düşər. 
Qardaşın müşkül  işi,
Yenə qardaşa düşər.


3E
GƏLİNİN SÖZLƏRİ
Baldızım -  çuval  bizim,
Dəm-dəm batar,  mən  neyləyim, 
Qaynanam dəmir darağı,
Dığladar ötər, mən  neyləyim. 
Qayınatam -  sərv ağacı,
Qapıda  bitər, mən  neyləyim,
Qayınım -  gül yarpağı,
Xatirim tutar, mən  neyləyim.
QAYINANANIN SÖZLƏRİ
Q a y ı n a n a   d e y ə r :
Payız günündə qızım otursun, oğlu qucağında, 
Yaz günündə gəlinim otursun, qızı  qucağında.


Novruz bahar oldu, cahan tazə-tər oldu,
Rəf oldu ələmlər,
Dağıldı  bu şadlıq xəbəri dərbədər oldu,
Yandı oda qəmlər.
Göydən yerə yağdı  nə gözəl şəbnəm  rəhmət, 
Bitdi gülü-lalə,
Xoş nəğmələnib bülbüli-şeyda ötər oldu, 
Açıldı  irmələr.
İ l i n   f ə s i l l ə r i :   yaz, yay, payız, qış.
G ü n l ə r i n   a d l a r ı :   cümə, şənbə,  bazar,
bazar ertəsi, tək (xas)1, 
çahar-şənbə2, 
cümə axşamı  (adına).
T a p m a c a:
17. Üçü  bizə yağıdır,
Üçü cənnət bağıdır.
Üçü yığar, gətirər,
Üçü vurar, dağıdar.
1T ə  k  (x a s) -  çərşənbə axşamı.
2Ç a h a r - ş ə n b ə  -  çərşənbə.



GÜNƏŞİ ÇAĞIRMAQ
Gün çıx, çıx, çıx!
Kəhər atı min, çıx!
Oğlun qayadan  uçdu, 
Qızın təndirə düşdü, 
Keçəl qızı qoy evdə,
Saçlı qızı götür, çıx!
Gün getdi  su içməyə, 
Qırmızı don  biçməyə. 
Gün  çıxıbdı yetirəcək. 
Qarı yerdən götürəcək, 
Keçəl qızı gətirəcək,
Saçlı  qızı gətirəcək, 
Duman, qaç, qaç, qaç! 
Səni qayadan asarlar! 
Buduna damğa  basarlar! 
Gün getdi dağ başına, 
Könlü şamama  istəyən 
Dolansın tağ başına.


Yüklə 288 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə