Firidun bəy Köçərli



Yüklə 288 Kb.
Pdf görüntüsü
səhifə7/16
tarix18.06.2018
ölçüsü288 Kb.
#49509
1   2   3   4   5   6   7   8   9   10   ...   16

Tülkü, səfa gördüm səni, 
Nə yazıq tanıdın  məni?!
Əlimə aldım  kürəyi, 
Yoxladım damı-dirəyi, 
Qopdu tülkünün  ürəyi.
Tülkü, səfa gördüm səni, 
Nə yazıq tanıdın  məni?!
Arvad, götür yarmaçanı, 
Qoyma deşikdən qaçanı. 
Neylədin xoruz-beçəni?!
Tülkü, səfa gördüm səni, 
Nə yazıq tanıdın  məni?!
Təndirə qoydum  noxudu, 
Dərdim  ürəkdə çox idi, 
Yoxladım, fərəm yox idi.
Tülkü, səfa gördüm səni, 
Nə yazıq tanıdın  məni?!
Gecə pusquda yataram, 
Yuxuma  haram qataram, 
Dərini  baha sataram.
Tülkü, səfa gördüm səni, 
Nə yazıq tanıdın məni?!



DÜZGÜ
Beşdi-beşdi  ha  beşdi, 
Ağacdan alma düşdü. 
Almanın yanı zədə, 
Zədəni yeməz gədə. 
Çoban çöldə gəzirdi, 
Davarların düzürdü. 
Çoban qoyuna gedər, 
Köpəyi adam didər. 
Qabağında  beş keçi,
Hanı  bunun erkəci?
Erkəc qazanda qaynar, 
Qənbər bucaqda oynar. 
Bu  iş gecə nə işdi,
Beş barmağım gümüşdü. 
Gümüşü verdim tata,
Tat mənə darı sata.
Darını səpdim yerə,
Yerdə bitib göyərə. 
Yerdən darı göyərdi, 
Biçinçi gəldi dərdi.
Biçinçi  Həzrətqulu, 
Cibində vardır pulu. 
Həzrətqulu  bənnadı, 
Arvadını danladı.
Arvadı Cahan  banı -  
Bunun çarşabı  hanı?


Çarşabı cırılıbdı. 
Qolbağı qırılıbdı. 
Cahan gedib hamama 
Çarşabını yamama. 
Hamamın suyu  isti 
İsti su da nə pisdi! 
Telpəri onun  qızı, 
Paltarı qıpqırmızı, 
Oğlunun adı Xıdır, 
Əlindəki  dəhrədir. 
Xıdır bəyin dəhrəsi, 
Telpərinin çöhrəsi 
Cəhrə demə, əsasdı, 
Dəhrə demə, almasdı, 
Telpəri yunu darar, 
Xıdır bəy odun yarar.


Biri var imiş,  biri yox imiş, Allahdan  başqa  heç kəs yox 
imiş. Bircə keçi var imiş, bu  keçinin də üçcə balası. Birinin 
adı  Şəngülüm,  birinin  adı  Şüngülüm,  birinin  də  adı 
Məngülüm.
Bu  keçi hər gün gedib meşədə və çöldə otlarmış. Bala- 
ları da qapıları  bağlayıb evdə oturarlarmış. Keçi otlamaq- 
dan qayıdanda qapının dalından çağırarmış:
Şəngülüm, Şüngülüm, Məngülüm!
Açın qapını,  mən gəlim!
Ağzımda su gətirmişəm,
Döşümdə süd gətirmişəm,
Buynuzumda ot gətirmişəm.
Bunu  eşidən  kimi  balaları  sevinib  tez  qapını  açarlar- 
mış  və  anaları  onları  doyuzdurub  yenə  gedərmiş  çölə- 
bayıra otlamağa.
Bir gün  keçi  getcək qurd  gəlib durur qapının  dalında 
və başlayır çağırmağa:
Şəngülüm, Şüngülüm, Məngülüm!
Açın qapını, mən gəlim!
Ağzımda  su gətirmişəm,
Döşümdə süd gətirmişəm,
Buynuzumda ot gətirmişəm.


Balaları  elə  bildi  ki,  bunları  çağıran  analarıdır.  Cəld 
qapını açdılar.
Qurd  içəri  girib Şəngülüm və Şüngülümü tutub yedi, 
amma  Məngülüm  qaçıb  evin  küncündə  gizləndi.  Qurd 
onu görmədi.
Keçi düzü, çəməni otlayıb qayıtdı evinə və həmin söz- 
lər  ilə  başladı  uşaqlarını  çağırmağa.  Amma  içəridən  bir 
kəs  ona  cavab  vermədi.  Neçə  dəfə "Şəngülüm,  Şüngü- 
lüm"deyib çağırdısa da, ona cavab verən olmadı və qapı 
açılmadı. Axırda  özü qapını  sındırıb girdi  evə. O yana-bu 
yana  baxdı, balalarının  heç birini görmədi. Axırda qaran- 
lıq  küncün  birində Məngülümü gördü.
Başlarına gələni  Məngülüm anasına  nağıl elədi. Onda 
keçi  çıxdı  dovşanın  damının  üstünə və ayaqları  ilə  damı 
döydü.
Dovşan  içəridən çığırdı:
-  0  kimdir?
Keçi cavab verdi ki, mənəm, balalarımı sənmi yemisən?
Dovşan  cavab  verdi  ki,  yox,  mən  yeməmişəm,  get 
tülküdən xəbər al.
Keçi  getdi  çıxdı  tülkünün  damının  üstünə və  başladı 
ayaqları  ilə döyməyə.Tülkü  içəridən çığırdi:
-  O kimdir, mənim damımın  üstə çıxıb?!
Keçi dedi:
-  Mənim  balalarımı sənmi yemisən?
Tülkü cavab verdi:
-  Yox, mən yeməmişəm, get qurddan  soruş.
Keçi getdi çıxdı qurdun damının  üstünə. Bu vaxt qurd 
da  bir qazan  aş asmışdı,  ocağın  üstə  bişirirdi.  Keçi  damı


döyəndə  bunun aşının  içinə torpaq töküldü. Onda  qurd 
çığırdı:
O kimdir damım  üstə,
Toz tökər şamım  üstə?
Aşımı  şor eylədi,
Gözümü  kor eylədi?
Keçi cavab verdi:
Mənəm, mənəm,  mən  paşa,
Buynuzum qoşa-qoşa.
Çıx eşiyə, savaşa!
Qurd çölə çıxdı  ki, görsün, nə var.
Keçi dedi:
-  
Sən  mənim  balalarımı  yemisən,  gəlmişəm  səninlə 
savaşam.
Qurd  istədi  ki,  boynundan  atsın,  amma  ata  bilmədi 
və keçi ilə şərt qoydular ki, hər ikisi bir yerdə gedib qazıya 
şikayət eləsinlər.
Keçi getdi  evinə,  bir kasa  qatıq  çaldı  və  bir dəstərxan 
yağlı çörək bişirdi ki, qazıya sovqat aparsın.
Qurd  da  bir  dağarcığın  içinə  3-4  noxud  ləpəsi  saldı, 
üfürüb  içini yel  ilə doldurdu və sonra  ağzını  bərk bağla- 
yıb özü  ilə gətirdi. Gəldilər qazının  hüzuruna.
Qazı  keçinin  sovqatına açıb  baxdı və çox xoşhal  oldu. 
Sonra  qurdun  dağarcığını  açdı.  Noxudun  biri  sıçrayıb 
qazının  bir gözünü çıxartdı. Qazı  işi  belə kəsdi  ki,  keçi  ilə 
qurd gərək savaşsınlar və qurda  da  bir buynuz qayrılsın.


Qazı  keçinin  buynuzunu  daha  da  iti  elədi. Amma  qurda 
da  çürük ağacdan  bir buynuz qayırdı.  Keçi  ilə  qurd  baş- 
ladı  dalaşmağa.  Bir-iki  dəfə  vuruşandan  sonra  qurdun 
buynuzu sındı və keçi vurub onun  qarnını yırtdı.
Qurd bağırdı:
-  Vay bağırsağım, vay.
Keçi cavabında dedi:
-  Şəngülümü, Şüngülümü yeməyəydin!
Vay bağırsağım deməyəydin!
M ə s ə II ə r:
Keçi suyu  bağıra-bağıra  keçər.
Qurd tutduğu yerdən qanıq olur.
Qurdun adı  bədnamdır, yesə də, yeməsə də.
Qurd yuvasından sümük əskik olmaz.
Buynuzsuz qoçun qisasını buynuzlu qoçda qoymazlar.
T a p m a c a l a r :
26.  Bizim evdə bir kişi var, aşın  içindən 
noxudun seçər.
27. Bizim evdə bir kişi var,
Köndələn yatışı var.
28. Bizim evdə bir kişi var,
Nənəm  ilə işi var.


Yüklə 288 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə