Firidun bəy Köçərli



Yüklə 288 Kb.
Pdf görüntüsü
səhifə15/16
tarix18.06.2018
ölçüsü288 Kb.
#49509
1   ...   8   9   10   11   12   13   14   15   16

Həqqi  bu  kim, üç gündü  binaharıq, 
Görürsən  nə kunə olmuşuq arıq.
Tapdığımız həmin  bir girdə nandı, 
Gər üç yerə bölək, haman  hamandı
Məsəldir: bir paydan  bir kişi doyar, 
Gər bölünə -  ikisin də ac qoyar.
Yaxşı odur -  bunu yesin  birimiz, 
Dost-düşmənə faş olmasın sirrimiz.
Olsun şol yeyənin tabü təvanı,
Ara yerdə nahəq çıxmasın canı.
Əlbəttə, yetirir qasimül-ərzaq, 
Qoymaz bizi acu-susuz qırılaq".
Dedi:"Nə desəniz, mənim sözüm yox, 
Həqq  bilir ki, özgə  payda gözüm yox.
Püşk atsanız əgər, raziyək püşgə,
Qoy düşsün, düşəcək hər kimə kişgə".
Dedilər:"Nə lazım  püşk alaq ələ,
Şükr olsun xudayə, münsifık hələ.


Hər kəs öz yaşını eyləsin  izhar,
Gördük birimizin artıq sinni var -
Cahıllar əl çəksin  binəvadən,
Nəsibin  istəsin  bari-xudadən.
Şol qocaya olsun ta  inki qüvvət,
Bəlkə yol  bacara  bir neçə müddət".
Dəvə qaldı  labüd  laəlac, naçar, 
Dedi:"Özüz bilin, ixtiyarız var".
İlan tısbağaya dedi:"Ey rəfiq,
Əvvəl de, sənindir həm yol,  həm təriq".
Dedi:"Daş başıma, küllər gözümə, 
Bavər edən olsa  mənim sözümə.
01 xaliqi-yekta  həyyü-ləmyəzəl1 
İcadi-adəmə qoyan vəqt əl,
On-on  beş yaşında hazır idim  mən,
Bir əcəb məkanda tutmuşdum vətən.
Gördüm  ki, Adəmə can verdi Allah, 
Mən dedim qurtardım, indi  bismillah!"
1 H ə y y ü - l ə m y ə z ə l  -   həmişə canlı, diri, yəni Allah.


Həqdi, dil-dodağın çeynədi  üştür, 
Saribani-qəza dedi  ki, diş1 dur!
Ondan sonra  növbət yetdi ilanə, 
Gətirdi sinnini  şərhü  bəyanə.
Dedi:"Ey biçarə, uşaq  imişsən,
Bəs  neçün olubsan  ha  böylə gühən?
01 zaman  ki, həyyü qadiri-muxtar 
İstədiki yer-göy ola  bərqərar.
Adəm harda idi, Həvva  kim idi? 
Məlaiki-ərşi-əla  kim idi?
Bir xaliqin özü, bir mən var idim,
İndi  belə görmə,  bir minar idim.
Müruri-zəmanın evi yıxılsın.
Mənim  kimi xanimanı  dağılsın.
Indi  mari-çubə həmtasiyəm  mən. 
Həq  bilir ki, mütləq tanımaz görən".
Dəvə zahir edib bir nimxəndə, 
Dedi:"Öz yaşımı deyərəm  mən də".


Götürüb ağzına yerdən çörəyi,
Başladı ahəstə tər göyşəməyi.
Dedi:"Ey mədəni-hədyanü  kəzaf!
Bu söz ilə dəvə uşaq  imiş saf".
Lazımdır şol yerdə  bu  növ misal, 
Nəsihət eyləsin xəlqə əhli-hal.
Özündən  böyüyə etsə xəyanət,
Ac qalır, etməsin  əlbət, səd əlbət.
Bir adam  ki, qoya  hiylə binası,
Aqibət özünə dəyər xətası.
Yoldaş yoldaş ilə xədəng  nisbət,
Düz gərək ta  ruzi-həşrü qiyamət.
Əgər əyri ola dəruni, çün yay,
Kirişi qırılıb axır olur zay.
Müşküldü  nəzm etmək hər belə nəsri, 
Əfv eyləsin arif gər olsa  kəsri.



TISBAĞA, QARĞA, KƏSƏYƏN, AHU
Bir tısbağa, bir kəsəyən, bir qarğa 
Yoldaş olmuş idi  bundan  sabiqa.
Pakizə zamanda tutuban vətən, 
Asibi-dəhrdən asudə, eymən.
Övqat keçirdi yazü, yayü, qış,
Eyşü nuşə məşğul  idi  bitəşviş.
Bir ahu şol yerə eyləyib güzar,
Üç ikən  həmdəmü  həmrah oldu çar.
Səhərdən  dağılıb hərə biryana, 
Günorta zamanı gəlib məkana.
Başından  keçəni eylərdi söhbət,
Bu  hal ilə dolandılar bir müddət.
İttifaqən, bir gün gəlməyib ahu,
Aldı yoldaşların canını qayğu.
Qarğaya dedilər:"Dur, aç pərü  bal, 
Gətirib biçarədən  bizə bir əhval.
Şayəd  ki, fəqiri, xudanəkərdə,
Damə salmış ola səyyad  biryerdə".


Biməksü təvəqqef ovcə qalxıb zağ, 
Dolanıb hərtərəf edərkən soraq.
Gördü  ki, heyvanı səyyadi-birəhm, 
Üqubəti-həqdən eyləməyib vəhm,
Tutub, əl-ayağın  bağlayıb möhkəm 
Atıb günə qarşı, özü gedib həm.
Dami-təzvirini qurubdu genə, 
Şayəd özgə şikar sala cənginə.
Ahuyi-pabəndə verib təsəlli, 
Qanadı on  isə, eyləyib əlli.
Gəlib həmrəhlərə gətirdi xəbər,
Bir parə naləvü şiyvən etdilər.
Təkəllümə gəlib dedi  kəsəyən: 
"Onun əncamını yaxşı  billəm  mən.
Məni qanadının üstünə götür,
O yer ki, ahunu görübsən, yetir.
Be-hövli-qüvveyi-xaliqi-zülmən 
Bir ləhzədə bəndin  parə, qıllam mən".
Bu tədbiri  həmə eyləyib  pəsənd, 
Oldular, filcümlə, dilşadü xürsənd.


Kəsəyəni qarğa alıb dalına,
Olan gücün verib pərü  balına.
Bir zaman yetirdi ahuya  muşi, 
Qalmamışdı səbrü qərarü  huşi.
Zərbi-dandan ilə kəsib kəməndin, 
Bir əndək qalmışdı dəf edə bəndin.
Gördülərtısbağa üftanü xiyzan, 
Özünü yetirdi şol yerə nalan.
Zəbani-təərrüz etdilər diraz, 
Söylədilər:"Bu  nə işdi, anlamaz?!
Nə fikr ilə gəldin burayə, görək, 
Səndən  bizə olacaqdı  nə kömək?
Məgər ki, gələndə səyyadi-pürfən 
Biz qaçaq, qalasan aralıqda  sən!
O da  bizə ola əlahiddə dağ, 
Gərəkdi dübarə çalaq  əl-ayaq!"
Dedi: "Ey yarani-ba-istiqamət, 
Ayini-dostluqda deyil  mürüvvət -
Aşinanın  biri gəzə asudə,
Şol  birisi qala dami-qayğudə.


Girəm  ki, məsrəfim yoxdur bir karə, 
Necə dura  billəm sizdən  kənarə?
Tanrı o yoldaşa eyləsin qəzəb,
Kim, dari-dünyada ola xüdtələb!
Üç həmrəhi-sadiq tək olsun azad, 
Mənimki səhldir, hərçi  bada-bad!"
Göftügunu  bunlar etməmiş təmam 
Gördülər ki, gəlir mərdi-bədəncam.
Həmrəhi-çarümdəm əl çəkib naçar, 
Ahu, siçan, qarğa etdilər fərar.
Səyyad gəlib ol  məqamə yetişdi 
Kim, ahunu  pabənd edib getmişdi.
Baxıb hər tərəfə etdi  nəzarə, 
Görmədi  be-qeyr əz rismani-parə.
Bir də bir tısbağa zarü sərəgərdan, 
Yaşınmaq qəsdilə dolanır hər yan.
Bəs ki, çox yüyürüb eniş-yoxuşa, 
Ov tapmayıb əli çıxmışdı  boşa.
Tısbağanı  labüd torbaya saldı, 
Ağzını  bağlayıb dalına aldı.


Yüklə 288 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə