Firidun bəy Köçərli



Yüklə 288 Kb.
Pdf görüntüsü
səhifə12/16
tarix18.06.2018
ölçüsü288 Kb.
#49509
1   ...   8   9   10   11   12   13   14   15   16

M ə s ə 11 ə r:
Yeyərsən qaz ətini, görərsən  ləzzətini. 
Qaz vur, qazan doldur.
Y a n 
1
11 m a c:
Kəklik, kəpənək, gəlin gedək: kol dibinə gəlin gəlibdir.


TƏRLAN
Yaxşı olar tərlanların  irisi, 
Qabaqca gedər kəklik sürüsü, 
Boynunda var külabatın çilgisi,
Ağ  olar qaşları şahi tərlanın.
Xanlar, bəylər əl  üstündə götürər, 
Götürəbən ovlağına yetirər,
Şəhd çəkər, binəsini  itirər,
Onda düşər tərsilaşi tərlanın.
M ə s ə 11 ə r:
Tülək tərlan yerinə sar bağlamaq olmaz.
Tərlan yerini sar tutmaz.
Ə t i  y e y i l ə n   q u ş l a r :   kəklik, turac, qırqovul, çil,
bildirçin, ördək, qaz.
Ə t y e y ə n   q u ş l a r :   tərlan, qızılquş, qaraquş,
qırğı, sar, çalağan, quzğun.
O x u y a n   q u ş l a r :   bildirçin, sığırçın, qaratoyuq,
torağay, alacəhrə, həzar1, 
qumru.


G e c ə j ç a n   q u ş l a r :   bayquş,yapalaq, 
gecəquşu  (yarasa).
T a  p m a c a:
43. Mən  gedirəm  beləsinə, 
Qaragözün  məhləsinə, 
Quşlardan  hansı quşdur, 
Süd verir balasına?


DÜZGÜ
Ay afərin, gül  oğlum,
Gül oğlum, sünbül oğlum. 
Oğlum, oğlum,  naz oğlum, 
Dərsindən qalmazoğlum. 
Qələmini al ələ,
Yaxşı-yaxşı yaz, oğlum. 
Oğlum gedər məktəbə, 
Oxur, çatar mətləbə.
Dərsin oxur rəvanlar,
Nə oxuyubdur, anlar.
Daş üstə çiçək qazar, 
Məşqini göyçəkyazar. 
Mənim oğlum candı, can, 
Dərsləri oxur rəvan. 
Gümüşdəndir dəvatı, 
Qələmi var beş-altı. 
Qələmdanı  şəkilli,
Qələmi xallı-mullu 
Dəftəri vartərtəmiz,
Kitabı ondan əziz.
Kağızları  rəngbərəng, 
Oğlum, gətir, yaz görək. 
Oğlum səhərdən durar, 
Əl-üzün təmiz yuyar. 
Üzünə gülab vurar,
Saçın, birçəyin  darar.


Paltarını təmizlər,
Məktəbə göyçək gedər.
Oğlumun adı Əziz,
Üstü-başı tərtəmiz.
Oğlum  hər kəsi görər,
Baş əyər, salam verər.
Oğlum  küçədə qaçmaz.
Heç kəs ilə savaşmaz.
Oğlum itə daş atmaz,
Atıb günaha  batmaz.
Quşlara etməz azar,
Quşların  da canı var!
Pişikləri  heç vurmaz,
Sərçələrə tor qurmaz.
Ay afərin, gül  oğlum,
Gül oğlum, bülbül oğlum.
Dərsin oxu  rəvanla,
Sonra danış, gül, oğlum!
M ə s ə 11 ə r:
Oğlum əziz, tərbiyəsi ondan da əziz.
Oğul xırdası, noğul xırdası.
Şüurlu oğul  neylər ata  malını, şüursuz oğul  neylər 
ata  malını.


Bir tülkü  köhənsalə gedirdi,
Qismət üçün  seyri-aləm edirdi. 
Obadan  kənarda gördü, ittifaq, 
Atıblar səhrayə bir quyruqi-caq. 
Diqqət ilə baxıb, tələni seçdi. 
Yavuqa düşməyib, uzaqdan  keçdi. 
Gəzər ikən oldu  bir qurda düçar, 
Dedi:"Filan yerdə əcəb təam var". 
Biçarəni çəkə-çəkə gətirdi.
Birazca qalmışdı quyruğu gördü. 
Dedi:"Təəccübəm, sən  belə şeyə 
Düçar oldun, özün yemədin  niyə?" 
Dedi:"Boynumda var qəza orucum, 
Tutmuşam  ki, saqit ola borcum". 
Soxuldu  quyruğu yerdən  götürə, 
Neçə gündür naharsızdır, ötürə. 
Sıçrayıb payına tələ oldu  bənd,
O yana, bu yana tullandı  hərçənd; 
Nə qədər güc vurdu, götürmədi əl, 
Kəsilib əlacı, qaldı  məətəl. 
Tülkünün əlinə düşdü girəvə, 
Quyruğu yeyirdi çox sevə-sevə. 
Dedi:"Sən deyirdin orucam, bayaq, 
Nədəndir yeyirsən  indi  bu  sayaq?!" 
Dedi:"Oruc idim, amma  bu axşam 
Təzə ayı  görüb, etmişəm  bayram".


Hiyləsinə o pürfənnin inandı,
-  Bəs mənim  bayramım, -  dedi, -  haçandır?
-  Sənin də bayramın sahibi-tələ, 
Gələndədir, -  dedi, -  tələsmə hələ.
Hər kimsə ola əqlü fəhm-huş,
Bu  məsəli eyləməsin fəramuş:
Əvvəl gərək suyu yoxlasın  möhkəm, 
Boyluyandan sonra soyunsun adəm.
Nəinki etməyib fikir, əndişə,
Sala canavar tək özünü  işə.
Həm özünün  payın, həm onun  payın 
Tülkü yeyə bidərdi-sər, arxayın.
M ə s ə 11 ə r:
On ölç,  bir biç.
Ağılsız baş sahibinə donuz güddürər.
£ 
118


DƏVƏVƏ EŞŞƏK
(Nəsihət qəbul  etm əyən  yoldaşlar barəsində)
Görmüşəm  nüsxədə bir şəhrü-bəyan. 
Yük tutub sabiqən tüccari-İran.
Ticarət əzmilə hində gedərdi, 
Gecə-gündüz dincəlməyib sürərdi. 
Karvanda bir dəvə, bir də bir eşşək,
Arıq düşmüş idi  mənim yabım tək.
Necə ki, qüdrəti var idi, getdi,
Aqibət işləri bir yerə yetdi.
Sağrısına əgər vursan yüz şallaq, 
Götürməzdi ayağı  üstündən ayaq. 
Sahibləri çulun, alığın soydu,
Apara  bilməyib, yol  üstə qoydu. 
Ahəstə-ahəstə üftanü xizan,
Çəkilib bir səmtə tutdular məkan. 
Basəfa yer idi, ələfzar idi,
Türfə-türfə ot, ələfi var idi.
Yedilər, içdilər bir neçə müddət, 
Apardılar ləzzət, sürdülər vəhdət.
Xilas olub rənci-bənnadəmdən, 
Zülmi-peydər-peydən, cövrü-sitəmdən.
O qədər kökəldi  hər iki  heyvan,
Guya  ki, hər biri  kuhi- Bağrıqan. 
Sağrısında, yəlpiyində ət qat-qat, 
Dönübən qaşına  bilməzdi, heyhat!


Bir gün eşşək dedi:"Ey dəvə qardaş, 
İstərsən  savaşma, istərsən  savaş. 
Xatirimə düşüb ahəngi-tazə,
Meylim var ki, qalxam şuri-şahnazə. 
Həvayi-zövq  ilə bir neçə əfrad, 
Oxuyam sövt ilə hırçi  badə-bad". 
Dəvə dedi: "Bu  nə sözdür, ay əhməq, 
Müsəmma  imişsən, isminə əlhəq! 
Güclən qurtarmışıq  rəncü təəbdən, 
Növi-bəşər eylədiyi qəzəbdən.
Ötüb keçən əgər eşidə səsin,
01 qədər yük çatar, çatlar nəfəsin. 
Əmanət, əmanət,  keç bu sevdadan, 
Bihudə fikirdən, əbəs binadan". 
Etməyib dəvənin öydün qəbul, 
Qulağın şəkləyib xəri-biüsul,
Bir növ anqırmaq qoydu  ki, bara,
Səs düşdü səhralara, dağlara.
İttifaq, yol  ilə keçirdi  karvan,
Eşidib çarvadar dağıldı  hər yan.
O kolu, bu  kolu  basıb tapdılar, 
Sevinə-sevinə  minib çapdılar.
Hər birinə bir ağır yük çatdılar, 
Bizləyə-bizləyə köçə qatdılar. 
Yeddi-səkkiz ayda xamlamışdı xər, 
Qolları çəng olub qaldı, müxtəsər. 
Yükünü dəvənin  üstə yıxdılar, 
Yavaş-yavaş yol yuxarı çıxdılar.


Yüklə 288 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə