Firidun bəy Köçərli



Yüklə 288 Kb.
Pdf görüntüsü
səhifə2/16
tarix18.06.2018
ölçüsü288 Kb.
#49509
1   2   3   4   5   6   7   8   9   ...   16

M ə s ə I:
Xoruz olmasa, səhər açılmaz.
T a  p m a c a:
3. Çağırdım  bərkdən, 
Səs verdi  kənddən, 
Ağzı sümükdən, 
Saqqalı ətdən.
QANACAQLI QARAÇI
Bir gün  bir qaraçı yatıb röyasında bir qab ləzzətli umac 
görür. Amma qaşığı yox idi  ki, yesin. Gələn səfər yatanda 
qaraçı  yanına  bir  qaşıq  qoydu.  Amma  yuxusunda  bir 
zad görmədi.
M ə s ə 11 ə r:
Ac toyuq yuxusunda darı görər.
İştahasızın yuxusuna  beş arşın  bez girər.
Vaxt olar ki, şahın da qaraçıya  işi düşər.
Özünə umac ova  bilmir, özgəyə əriştə kəsir.



TÜLKÜ
Tülkü, tülkü, tünbəki, 
Quyruq üstə nəlbəki.
Aslan ala ağamız,
Qaplan qara qağamız, 
Xoruz bizim mollamız, 
Çaqqal da çavuşumuz, 
Alaqarğa carçımız, 
Sağsaqan xəbərçimiz, 
Toyuq bizim çərçimiz,
İlan bizim qamçımız.
Sarı babada gəzərsən,
Bir çomaq vurram ölərsən. 
Tülkü, tülkü, tülkü, səni 
Öldürərlər bil ki, səni!


ÜZLÜ QONAQ VƏ EV YİYƏSİ
Ev  y i y ə s i :  
- Pişiyim, pişiyim  muyuna, 
Çıxma dovşan ovuna.
Qonaq  bu gün  burdadır,
Sabah gedər evinə.
Q o n a q :  
- Pişiyim, pişiyim sərasər,
Eşiyə çıxma, yel əsər.
Qonaq  bu  il  burdadır,
Gələn  il də sərasər.
M ə s ə 11 ə r:
Qonaq güclü olsa, ev yiyəsini evdən  qovar. 
Qonağa"get"deməzlər, altından  palazı çəkərlər. 
Qonağın  ruzusu özündən qabaq gələr.
Qonaq qonağı sevməz, ev yiyəsi  heç birini.



ƏRİNCƏK İT
Qış olanda  it deyir:
-  Yaz olaydı, özümə bir çul toxuyaydım. 
Elə ki yaz gəlir, it tənbəlləşib deyir:
-  Eh, kim əyirib, kim toxuyacaq?!
M ə s ə 11 ə r:
Bu günün  işini sabaha qoyma.
Qalan  işə qar yağar.
Əldən qalan əlli  il qalar.
Qorx payızdan, qabağından qış gəlir. 
Qorxma qışdan, qabağından yaz gəlir. 
Köpək itin qarnı tox gərək.


TOYUQ
Bir gün  bir toyuğu  taxıl  anbarına  saldılar. Toyuq  baş- 
ladı  buğdanı ayaqları  ilə eşələyib yeməyə.
Dedilər:
-  Bu qədər buğdanı  niyə eşələyirsən?
Toyuq cavab verdi:
-  Nə eləyim, kəsilmişlərim öyrənibdir, məndə nə günah 
var?
M ə s ə 11 ə r:
Toyuq yumurtasına görə qaqqıldar.
Toyuq  istər qaz yerişi yerisin, öz yerişini  də itirər. 
Toyuq su  içər, Allaha  baxar.
E v  q  u ş I a  r ı:  toyuq, xoruz, ördək, qaz, tovuz, 
hindtoyuğu, göyərçin.
T a p m a c a l a r :
4. Qara toyuq qarğalar 
Evdən-evə yırğalar.
5. Qara toyuq 
Qarnı yarıq.


ö.Tap tapmaca,
Gəl tapmaca.
Məməli xatun 
Dişləri yox.
7. Çil toyuq 
Çilmə toyuq 
Başını  kəsdim,
Qanı yox.
8. Ana bir qız doğdu.
Nə əli var, nə ayağı.
9. Qız bir ana doğdu, əli də var, ayağı da.
F.  KövərM  adma
Azoikaycad  D ’j  
U?aq
? T   Ä 
*  *  fcf  »  O  I
İNV.  ;  : 
VSW5
17


QARIVƏ PİŞİK
Bir gün  bir qarı  inəyini apardı suvarmağa.  İnək buzun 
üstündə  sürüşüb  yıxıldı  və  qıçı  sındı.  Onda  qarı  buza 
dedi:
-  A buz, sən  nə güclüsən?
Buz cavabında dedi:
-  Əgər mən güclü olsaydım, gün  məni əritməzdi.
Qarı dedi:
-  A gün, sən  nə güclüsən?
Gün cavabında dedi:
-   Əgər  mən  güclü  olsaydım,  bulud  qabağımı  kəs- 
məzdi.
Qarı dedi:
-  A bulud, sən  nə güclüsən?
Bulud dedi:
-  Mən güclü olsaydım,  yağış məndən yağmazdı!
Qarı dedi:
-  A yağış, sən  nə güclüsən?
Yağış dedi:
-  Əgər mən güclü olsaydım, ot məndən  bitməzdi. 
Qarı dedi:
-  A ot, sən  nə güclüsən?
Ot dedi:
-  Mən güclü olsaydım, qoyun  məni yeməzdi!
Qarı dedi:
-  A qoyun, sən  nə güclüsən?


Qoyun dedi:
-  Əgər mən güclü olsaydım, qurd  məni yeməzdi!
Qarı dedi:
-  A qurd, sən  nə güclüsən?
Qurd dedi:
-  Mən güclü olsaydım, it məni  boğmazdı.
Qarı dedi:
-  A it, sən  nə güclüsən?
İt dedi:
-  Mən güclü olsaydım, çoban  məni döyməzdi.
Qarı dedi:
-  A çoban, sən  nə güclüsən?
Çoban dedi:
-  Mən güclü olsaydım, xanım  məni söyməzdi.
Qarı dedi:
-  A xanım, sən  nə güclüsən?
Xanım dedi:
-   Əgər  mən  güclü  olsaydım,  siçan  torbalarımı  kəs- 
məzdi.
Qarı dedi:
-  A siçan, sən  nə güclüsən?
Siçan  dedi:
-  Əgər mən güclü olsaydım, pişik məni yeməzdi!
Qarı dedi:
-  A pişik, sən  nə güclüsən?
Pişik iki  əlini  qabağa,  iki  ayağını  dala  qoyaraq  gərdə- 
nini  çəkdi,  quyruğunu  qalxızdı,  gözlərini  bərəldib  dilini 
çıxarıb qarıya dedi:


Güclüyəm  ha, güclüyəm, 
Dəmir daraq dişliyəm. 
Yük üstü yaylağımdır, 
Yükaltı qışlağımdır.
Kürsü  üstə duraram, 
Bığlarımı  buraram...
M ə s ə I:
Siçan görəndə  pələngə oxşayan  pişik pələng görəndə 
siçana dönər.
T a p m a c a :
lO.Taxçadan  düşdü, tap elədi, 
Gülsənəm onu  hap elədi.



Yüklə 288 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə