Firidun bəy Köçərli



Yüklə 288 Kb.
Pdf görüntüsü
səhifə16/16
tarix18.06.2018
ölçüsü288 Kb.
#49509
1   ...   8   9   10   11   12   13   14   15   16

Yornuq  köpək kimi ovçu ahəstə 
Yola  başladı, ixtiyarı güsəstə.
Qarğa dövr eyləyib ovci-həvadə, 
Baxardı əməli-ibni-Ziyadə.
Gətirdi  həmrəhi-fərarə xəbər, 
Hali-binəvadən olub müstəhzər.
Muşi-sahibi-huş tapıb bir tədbir, 
Dedi:"Durmaq vəqti deyil, ey nəxcir!
Sən eylə məkr ilə payını axsaq, 
Səyyadın önündə dolan  bir sayaq.
Fikr eyləsin asan tutacaq  səni, 
Xəyali-xam ilə atıb kisəni,
0  olsun  şikarın tutmağa  məşğul, 
Mən ollam torbanı yırtmağa məşğul.
01 zaman  ki, qarğa eylədi səda,
Bil ki, tısbağanı etmişəm  rəha.
Səbr eylə bir qədər ta  ki,  biz qaçaq, 
Sən də sıçrayıb gəl yenə qarışaq".
Bu  məkr ilə oldu dü  məhbus azad, 
Qayıdıb gəldilər məsrurü dilşad.


Gərək zar olanda, o da zar ola, 
Həmişə dostundan xəbərdar ola.
Nəinki dost qala dami-bəladə, 
O gəzə arxayın  dəştü səhradə.
Həm dəxi  həqarət gözilə, zinhar, 
Baxıb bir adəmə eyləmə inkar.
Hər meşəyə güman aparma  boşdur, 
Xudbinlik kişiyə nə kari-xoşdur.
Yazıbdır Sədiyi-şirin  kəlam, 
Əmləhüş şüəra, arifi-əyyam:
"Hər bizə güman  məbər ki, xalist, 
Şayəd  ki, pələng, xüfte başəd".1
1 Tərcüməsi:
Hər meşəyə güman aparma  boşdur, 
Bəlkə də, orada  pələng yatmışdır.


M ə s ə 11 ə r:
O baş sınsın  ki, dost yolunda gərək olmaz. 
Dostun  sirrin dost bilər.
El yığılsa,  kərən sındırar.
T a p m a c a:
44. Altı taxta, üstü taxta, 
Oturub bir ağ otaqda. 
Qoyun deyil, otlayır,
Toyuq  deyil, yumurtlayır.
45. Alçacıq dağdan  ilxı endirir.


OĞRUVƏ EVYİYƏSI
Bir oğru girmişdi  bir evə yara,
Hər nə var, şeyini yığıb apara. 
Axtardı, orada  birzad olmadı, 
Kisəsi  boş qalıb onun dolmadı.
Ev yiyəsin gördü  palanda yatıb, 
Anlayıb işini qüssəyə batıb.
Evdən çıxıb istədi ki, o gedə,
Gördü dalda  bir səs gəlir -  a gedə, 
Gəl otur, altına  mən  salım döşək, 
Bir zad da tapmısan əgər, bölüşək. 
Oğru duydu ona tənə eyləyir. 
Sərasər bağrını  onun tiliyir. 
Söylədi: nə sayaq olsa  mən yenə, 
Dünyada dolannam, gir sən  hinə. 
Çıx özünə bir gün ağla, mən yalan, 
Ar eylə, üstünə salma sən  palan.
Ey əzizim, bu  məsəldən  ibrət et, 
Elmdən varlı ol, yaşa sən də get.
M ə s ə 11 ə r:
Oğru qalana yanar, sahib gedənə.
Oğrudan qalanı falçı aparar.
Oğru elə bağırır, doğru  küncə qısılır.



ARANLA YAYLAGIN BƏHSİ
Aran deyər, yaylaq, çox da saxlama, 
Göndər gəlsin, ağır ellər mənimdir. 
Yerin göbəyiyəm, dizin dirəyi, 
Malu-mülkü  Süleymanlar mənimdir.
Yaylaq deyər, çıxma dindən, imandan, 
Süsəndən, sünbüldən, hər gülüşəndən; 
Həkimlik, loğmanlıq qalıbdı  məndən, 
Həzaran1 dərdlərə dərman mənimdir.
Aran deyər, bağça mənim, bağ  mənim, 
Gecə-gündüz qulluq  eylər bağbanım. 
Geymək üçün yaşıl  mənim, al  mənim, 
Süsən, sünbül, gülşənliklər mənimdir.
Yaylaq deyər, mənəm çeşmələr başı, 
Axar, heç qurumaz didəmin yaşı, 
Pələnglər yatağı, ovçu sirdaşı,
Köksü ala, qarlı dağlar mənimdir.
Aran deyər, qaldım dağ arasında, 
Piltətək qurudum yağ arasında, 
Qıvrım-qıvrım olmuş tağ arasında, 
Tutma ala qarpız, tağlar mənimdir.


Yaylaq deyər, mənəm xalqın göyçəyi, 
Məndə yatar aranların qaçağı, 
Lalə-səmən, dürlü-dürlü çiçəyi, 
Pətəkdə kəsilən  ballar mənimdir.
Aran deyər, məndə  bulunar maya, 
İnsini, cinsini götürrəm vaya,
Payızın fəslində qurulan taya, 
Xirməndə çevrilən vəllər mənimdir.
(Aşıq Ələsgər)
M ə s ə 11 ə r:
Aranda tutdan olduq, dağda qurutdan. 
Şahbudağın  bağı var,
Heyvası yox, narı yox!
İstəmirəm heyvasını, narını,
Qoy desinlər: Şahbudağın  bağı var.
154


Bir saat havada qanad saxlayın, 
Nizam ilə gedən qoşa durnalar! 
Qatarlanıb nə diyardan gəlirsiz, 
Qaqqıldaşa-qaqqıldaşa, durnalar?
Mən sevmişəm onun ala gözünü, 
Nəsib ola bir dəm görəm üzünü; 
Yoxsa danışırsız dilbər sözünü; 
Veribsiniz nə baş-başa, durnalar?!
Diyari-ğürbətdə müddətdi varam, 
Gecə-gündüz canan deyib ağlaram; 
Mən də sizin  kimi qəribü zaram, 
Eyləməyin  məndən  haşa, durnalar!
Laçın yatağıdır bizim  məkanlar, 
Yavaş-yavaş gedin, səsiniz anlar, 
Qorxuram toxuna ötən zamanlar, 
Sürbəniz1 dağılıb çaşa, durnalar!
Zakirəm, od tutub, alışıb cigər,
Var isə canandan sizdə bir xəbər, 
TəğafüPetməyin Allahı sevər 
Dönməsin bağrınız daşa, durnalar!
1 S  ü  r b ə n  i z -  dəstəniz, sürünüz.
2 T ə ğ a f ü  I -  qəflət göstərmə, özünü  bilməməzliyə vurma.


VƏTƏN
Ah, ey safü paki- xaki-vətən,
Nə gözəlsən, nə yaxşısan, nəsən! 
Nə gözəldir sənin  çölün-çəmənin, 
Dağü  bağın, gül  ilə yasəmənin. 
Məni çün  bəslədin qucağında, 
Yenə yer ver mənə bucağında 
Axır ömrümdə et məni  rahət, 
Mənə bəsdir bu çəkdiyim qürbət. 
Məni  bətnindən eylədin  peyda, 
Yenə bətnində et məni  ixfa.
Ey vətən, ey canım sənə qurban! 
Neçin əhlin olub sənin  nadan? 
Əlmədəd, ey mühəndisani-vətən, 
Vətənin xanəsi olubdu  köhən. 
Hüsn təmirinə qılın  himmət,
Onun abadına edin qeyrət. 
Dərdinə vəqt ikən edin çarə 
Ta  həlak etməyə onu yarə.
Abbas



SAYAÇI SÖZLƏR
Səlam-əleyk say bəylər, 
Bir-birindən yey bəylər! 
Saya gəldi  gördünüz, 
Salam verdi aldınız 
Alnı təpəl qoç quzu 
Sayaçıya verdiniz.
Siz sayadan qorxmusuz, 
Səfa yurda qonmusuz, 
Səfa olsun yurdunuz, 
Ulamasın qurdunuz.
Ac getsin avanınız1 
Tox gəlsin çobanınız.
Bu saya yaxşı saya,
Həm çeşməyə, həm çaya, 
Həm ülkərə, həm aya, 
Həm yoxsula, həm baya 
Bu saya kimdən qaldı? 
Adəm atadan qaldı.
Adəm ata gələndə,
Qızıl öküz duranda,
Qızıl  buğda  bitəndə,
1 A v a  n -  düşmən, burada qurd  mənasındadır.


Onun dərdi uludur, 
Aşıqlığı qurudur.
Ucası qiymətlidir, 
Qabırğası dadlıdır. 
Qabırğa  içrə pərdə, 
Salmaz adamı dərdə. 
Pərdəsi  iki  rəngdir. 
Böyrək ona dirəkdir, 
Altmış arşın  bağırsaq, 
Bir-birinə ulğaşıq. 
Zinhar qoyunu vurma, 
Qoyunsuz evdə durma!
Qoyunlu evlər gördüm, 
Qurulu yaya  bənzər. 
Qoyunsuz evlər gördüm, 
Qurumuş çaya  bənzər! 
Əzəl atasın deyim,
Sonra anasın deyim. 
Qoyun var,  kərə gəzər. 
Qoyun var,  kürə gəzər. 
Gedər dağları gəzər. 
Gələr evləri bəzər.
E r k ə c -  qoyunun qabağında gedən  buynuzlu  keçi.


Kərəsidi oyunun,
Kürəsidi qoyunun 
Dağları  bizgəzərik. 
Çevrəsində qoyunun.
Nənəm qoyunun qarası, 
Qırxlığı  polad parası,
Yaz günü dəmləməsi,
Yay günü kürəməsi,
Qış günü qovurması!
Nənəm o şişək qoyun, 
Yunu  bir döşək qoyun, 
Bulamanı  bol elə,
Qırıldı  uşaq, qoyun!
Nənəm qumral tat qoyun, 
İldən-ilə art qoyun.
Balalar ölməkdədir,
Ölmə gəl, namərd, qoyun!
Nənəm o saçaq qoyun, 
Birədən qaçaq qoyun, 
Sənə yaman baxanın 
Gözünə bıçaq qoyun!
Nənəm o kürdü qoyun, 
Otladı, durdu qoyun.
Ay qaranlıq gecədə 
Görübdü qurdu qoyun.
161


Nənəm o göycə qoyun, 
Gedərsən öycə qoyun. 
Yeyən sənin  ucundan 
Dolanır bəycə qoyun.
Nənəm  boz, ala qoyun, 
Yolda suzala qoyun.1 
Yeyən sənin  ucundan 
Gözəl qız ala, qoyun.
Nənəm o gəlin qoyun, 
Quzuna təlin2 qoyun, 
Yeyən  sənin  ucundan 
Gətirib gəlin, qoyun.
Nənəm o qəmər qoyun, 
Quzusu əmər qoyun, 
Yeyən sənin  ucundan 
Bağlayıb kəmər, qoyun.
Nənəm a qaşqa qoyun, 
Minmisən eşqə qoyun, 
Yeyən sənin  ucundan 
Çıxıbdır köşkə qoyun.
‘ S u z a l a m a q -  yorulmaq, əldən düşmək.
2 T ə I  i  n -  mehriban, səmimi olmaq, mehr salmaq.
162


Nənəm o qızıl qoyun, 
Yollara düzül qoyun. 
Ölməmisən, qalmısan, 
Qalasan yüz il qoyun.
Nənəm o səkil qoyun, 
Belində kəkil qoyun,
Ay qaranlıq gecədə 
Arxaca çəkil, qoyun.
Nənəm qaraqaş qoyun, 
Qarlı dağlar aş, qoyun,
Ay qaranlıq gecədə 
Çobana yoldaş, qoyun!
Nənəm qoyunun gəlini, 
Avşara gəlməz yelini, 
Onu sağan gəlinin 
Xınalıyım əlini.
Nənəm qoyunun uzunu, 
Döşdə bəslər quzunu, 
Sağına yatar gözlər, 
Soluna yatar bozlar.
Əli çanaqlı qızlar, 
Qoyunun yolunu gözlər.


Çoban qoyunu götürəsi, 
Onu dərəyə yetirəsi, 
Ağbiləkli gəlinlər 
Sağım-sagım deyəsi. 
Ağbirçəkli qarılar 
Buluyum-buluyum deyəsi.
Bu oğlumun düyəsi,
Bu qızımın düyəsi 
Sarı suyu qalanda 
Boz köpəyə tökəsi.
Ucu yanıq  kösöv ilə 
Boz köpəyi döyəsi 
Qara  başlı boz köpək 
Yeri qoyuna deyəsi.
Xırdaca-xırdaca qızlar,
Əli xınalı qızlar,
Əllərində çanaqlar 
Bərənin yolun gözlər.
Qoyunun özü gəldi, 
Dolandı düzü, gəldi, 
Çobanın qucağında 
Bircə cüt quzu gəldi.
Can quzu, canım quzu, 
Tükü çalır qırmızı,
164


Əbrişim telli quzu, 
Qonurdu onun gözü,
Biri gəlinin olsun,
Biri çobanın  payı,
Üzün ağ olsun, çoban.
De, bayrama nə qaldı?
Nə qaldı, nə qalmadı?
Bir əllicə gün qaldı!
Əlli günü say ötür, 
Qarmala, quzu götür!
Əlli günü, gecəsi,
Sağmal  subay seçəsi. 
Sayan yağış1 yağası. 
Sarmaşıq ot bitəsi.
Quzu quyruq tutası, 
Ovlaq  irtmək atası. 
Kərəsindən, ağından, 
Öldürümsüz sağından.
Qoyun  nədən  hasil oldu, 
Kimya yarpağından, 
Bizimcün də gətirin, 
Qormasından, yağından. 
Yağ verənin oğlu olsun!
S a y a n   y a ğ ı ş - y a z  yağışı, leysan.
165


Doğduğu oğlan olsun!
Yarma verənin qızı olsun,
Qızı da qotur olsun!
Qoturuna qurd düşsün, 
Qurdundan quş tapılmasın!
Qısa-qısa gələnin 
Qısnacağı dar olsun. 
Basa-basa gələnin 
Basmacığı  bərkolsun,
Sizin də damağınız çağ olsun, 
Oğul-qızınız sağ olsun!
NƏSİHƏT
Ağac bəsləginən  barın yeyəsən, 
Avara  palıddan  heyva, nar olmaz. 
Namərd yalançıya  sirrin söyləmə, 
Bivəfa dilbərdən sənə yar olmaz.
İgid odur, tənə oxun atmasın,
Halal  mayasına  haram qatmasın,
Bir oğul  ki, ata sözün tutmasın,
O oğulda  namus, qeyrət, ar olmaz.


1.  Yəhər
2.  Pişik
3.  Xoruz
4.  Sac
5.  Buxarı
6.  Toyuq
7.  Xalça
8.  Yumurta
9.  Yumurta
10.  Siçanvəpişik
11.  Qoyun
12.  Nehrə
13.  Yəhər-əsbab: cilov, sinəbənd, üzəngilər, quşqun
14.  Balıq, ayı, dəyirman,  halva
15.  Oxlov
16.  İtin, donuzun, qoyunun və inəyin  əmcəkləri
17.  İlin fəsilləri
18.  Qamış
19.  Əncir
20.  Dörd  (iki  bala, ata, ana)
21.  Əncir
22.  Heyva
23.  Taxıl
24.  Qarğıdalı
25.  Qoza
26.  Pambıqtəmizləyən  maşın
27.  Məfrəş
28.  Cəhrə
TAPMACALARIN CAVABI


29.  Yağış
30.  Uşaq
31.  Pul
32.  Göy, ulduzlar, ay
33.  Yeni  doğulmuş uşaq
34.  Nar
35.  2401  tülkü  balası
36.  Nar
37.  Qarpız
38.  İydə
39.  Mancanaq
40.  Ələk
41.  Kəklik
42.  İnək, onu sağan və  buzov
43.  Yarasa
44.  Çanaqlı  bağa
45.  Ülgüc


Mühərririn  ifadeyi-məramı...............................................................3
İt və  pişik............................................................................................ 4
Xoruzvə padşah............................................................................... 7
Qanacaqlı qaraçı............................................................................... 8
Tülkü..................................................................................................11
Üzlü  qonaq və ev yiyəsi...................................................................12
Ərincək it..........................................................................................15
Toyuq................................................................................................16
Qarı və  pişik..................................................................................... 18
Qoyun............................................................................................... 23
Üşüdüm  ha,  üşüdüm.......................................................................25
Keçi................................................................................................... 26
İnək, öküz və camış......................................................................... 27
Eşşək və dəvə...................................................................................29
Bişmişlər, çörəklər və içkilər............................................................33
Çoban...............................................................................................34
Səm əni............................................................................................. 37
Q urd................................................................................................. 38
Ağ qoyun..........................................................................................41
D üzgü...............................................................................................42
Dəvə və tikan...................................................................................44
Nazikbənazik-Tazikbətazik............................................................. 47
KİTABIN  İÇİNDƏKİLƏR
£ 
169


Layla..................................................................................................50
Bala  barəsində................................................................................. 52
Qardaş barəsində............................................................................ 52
Gəlinin  sözləri.................................................................................. 53
Qayınananın  sözləri.........................................................................53
Yaz..................................................................................................... 54
Günəşi çağırmaq..............................................................................57
Qızlar nəğməsi................................................................................. 58
Bostan və dirrik m əhsulatı............................................................. 60
Tülkü və üzüm ................................................................................. 61
Buğda, arpa və darı......................................................................... 65
Darı və buğda.................................................................................. 65
Tülkünün  hekayəti.......................................................................... 67
D üzgü ............................................................................................... 71
Şəngülüm, Şüngülüm, Məngülüm................................................ 73
Güdü-güdü.......................................................................................79
Vur nağara, çıx qırağa..................................................................... 81
Tülkü və  kəklik................................................................................. 83
Pıspısa xanım və Siçan  b ə y.............................................................87
Durnalara xitab.................................................................................93
Soltan  dağı....................................................................................... 97
Qızlar su doldurmaqda................................................................... 98
Dağlar.............................................................................................101
Göyçək Fatmanın  nağılı................................................................ 102
Kəklik.............................................................................................. 111
Tərlan............................................................................................. 113


D ü zgü .....................................
Tülkü və qurd.........................
Dəvə və eşşək........................
Arılar barəsində.....................
Tülkü və şir.............................
Dəvə, ilan və tısbağa.............
Tısbağa, qarğa,  kəsəyən, ahu
Oğru və ev yiyəsi...................
Aranla yaylağın  bəhsi............
Durnalara xitab......................
Vətən......................................
Sayaçı  sözlər..........................
Nəsihət..................................
Tapmacaların  cavabı.............


> d   n , q   f c a   s ^ t
)c3 jJtD
  W P '
"Şərq-Qərb"  Nəşriyyat  Evinin  məhsuludur.
www.eastwest.az
www.fb.com/eastwest.az
B uraxılışa  m asul  S E V İL  İSM AYILO VA
 
D izayn er  KƏRİM   M EHDƏVİ
 
Səhifələyici  Ə LƏ KB Ə R   KƏRİMOV
 
Korrektor  R Ə H İLƏ   HƏSƏ N OVA
 
T exniki  redaktor  G Ü LT Ə K İN   YU SİFO V A
 

Yüklə 288 Kb.


Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə