Firidun bəy Köçərli



Yüklə 288 Kb.
Pdf görüntüsü
səhifə14/16
tarix18.06.2018
ölçüsü288 Kb.
#49509
1   ...   8   9   10   11   12   13   14   15   16

Yerbəyer dedilər:"Ey tülkü qardaş,
Bu sözü söyləməz əcamir, ovbaş.
Küllühüm aləmi tuta qiylü-qal,
Heç adətdə yoxdur elçiyə zaval.
El  namusu  elə düşər, əzizim,
Yaman yerə yetib işimiz bizim.
Doğrudur, gen gündə biz laf vurarıq, 
Gərdən çəkib, yal qabardıb durarıq.
Hanı  bizdə o növ adabü ədəb, 
Təqrirati-məlih,  ləfzi-müntəxəb.
Böyük hüzurunda deyək, danışaq, 
Kürəyə düşməyən olmazyumuşaq.
Bir ağaca çəkilməyə ta  körpü,
Nə dər olur, nə dərvazə, nə körpü.
O ki sənsən -  hər elmdə mahirsən, 
Fəhmü fərasətdə xalqa zahirsən.
Yüz kari-müşkülə gör qoyasan əl, 
Göz yumub açınca  səyin eylər həll.
Xidmətində eyləmişik təğafül,
Əfv eylə cürmümüzü, ey piri-aqil!


Hörmətin  lazımdır bizlərə, amma 
Axtarma  keçəni,"məza  ma  məza".1
Əgər ki, olmasa səndən  bir çarə, 
Gərəkdir vətəndən olaq avarə".
Söylədilər əfzun, dedilər bihədd,
Tülkü eyləməyib iltiması  rədd.
Yola düşdü getdi  badi-sərsər tək, 
Təbəssüm eylədi  şir onu görcək.
Çün özü  bu əmrə minnətkar idi,
Baş tutdu dərzaman,  meyli var idi.
Qayıdıb yetirdi xəlqə  bəşarət:
İndən  belə gəzin dəxi fərağət.
Bəs ki, hasil oldu  bu  müddəalar, 
Eylədilər şahə xeyrü düalar.
Hərfirqədən gündə birfərbeh  davar 
Göndərdilər, həm şam ola, həm  nahar.
Bu  hal  ilə dolandılar bir müddət,
Ta  inki tülküyə yetişdi  növbət.
İlk axşamdan çovuş eylədi  izhar, 
Kim:"Rəsəd sizindir, olun xəbərdar.


Göndərin gecədən  bir rübahi-çağ, 
Məbada  ki, əmir ola, bidamağ".
Var idi  bir pürfən  kətxudaləri,
Çox yola  salmışdı  belə işləri.
Əshabü əqranın yığıb səmtinə, 
Dedi:"Bu  keyfiyyət ar gəlir mənə;
Bizim  hiyləmizdən çərxi-kəcrəftar 
Gecə-gündüz daim ölüm arzular.
Vəhmü  hərasından afıtabü  mah 
Çəkir üzlərinə pərdeyi-siyah.
Əksimizi görsə suda divü  dəd, 
İlim-ilim itərta  ruzi-əbəd.
Yarım saat əgər bizi görsə ac,
Özün  kola soxar qırqovul, turac.
Hər məkrdə ola ictihadımız,
İndi ara yerdə itə adımız.
Haq  bilir, deyiləm  mən ziyanlıqdan, 
Ölüm yeydir belə zindəganlıqdan.
Əbəs-bəs gələ bir şiri  həpənd, 
Dövləti-qədimə yetirə gəzənd.


Bu əmrin olmasa  bizdə çarəsi, 
Sağalmaz ölüncə, bilin, yarəsi."
Dedilər ki: -"Ey sərxeyli-əqrəba, 
Xaliq edib səni  bizə kətxuda.
Olmasaydı  səndə fəhmü fərasət, 
Bir məlcəü  məva tapardıq, əlbət,
İxtiyar sənindi, səlah  sənindi,
Nə isə, tədbirin  işə sal  indi".
Kətxuda  üstünə  karı yıxdılar, 
Sözlərin danışıb, tez dızıxdılar.
Sübhədək yatmayıb qoca  kətxuda, 
Bəstəri-fikirdə çevrindi ol, ta.
Səhər oldu, ay gizləndi, gün doğdu, 
01 qədər atının cilovun  boğdu.
Keçdi şirin  naharının zamanı,
Kəsildi acından tabü təvanı.
Ahəstə-ahəstə iftanü xizan 
Yetişib  hüzura çəkdi ələman.
Dedi:"Ey sərvəri-külli-cəzirə! 
Rəhmin gəlsin  binəvayə, fəqirə.


Bir ölkənin olmaz iki sərdarı, 
Lazımdır ki, sən çəkəsən  bu arı.
Gətirirdim sizə bir çağ, kök şikar, 
Ərzi-rəhdə oldum  bir şirə düçar.
Bunca dedim, təməsidir əmirin, 
Həddi  nədirolsun  həryetən  şirin?
Pəndü  nəsihətə olmayıb qail, 
Göndərdi  bir neçə föhşü  latail.
Zor ilə şikarı əlimdən aldı.
Özümə də bir bol  bənbəcə1 çaldı.
Koldan-kola qaçıb gəlmişəm  naçar, 
Bundan sonra dəxi ixtiyarın var".
Bir tərəfdən aclıq, bir yandan söyüş, 
Şir özün itirib getdi  əqlü  huş.
Halü təbiətdən çıxdı  bir babət, 
Sözün axırına verməyib fürsət.
Yola düşüb dedi:"Dayanma, zinhar, 
O yer ki görübsən, məni tez apar!"
1 Sillə, qapaz deməkdir


Sabiqən görmüşdü  bir çahi-pürab, 
Fil düşsə, olurdu  mədumu  nayab.
Çəkə-çəkə getdi  səmtinə,
Dübarə başladı təzərrə1 yenə.
Dedi:"Yaxınlaşıb şirin  məkanı, 
Məndə yoxdur dəxi getmək imkanı.
Məgər ki, alasan  püşti-sərinə,
Görən dəmdə tullayasan girinə.
Eləsən onunla cəngi-sultanı,
Mən olam  nüsrətin  mədihəxam".
Axmaq ol  pürfəni alıb dalına,
Hər kimin əqli var xoşa  halına!
Quyu  kənarına  gəlib yetişdi,
Nəzəri özünün əksinə düşdü.
Öylə sandı  şiri-peykardır bu,
Sıçradı  üstünə  bivəhmü qayğu.
Tülkü  özün atmış idi  kənarə,
Qərq oldu  bu suya dər-dəm biçarə.
Hiylə ilə eylədi azad,
Qayıtdı  mənzilə xürrəmü dilşad,


Çoxdu yolu  bu  məsəlin dünyadə,
Mən özüm görmüşəm  həddən ziyadə.
Biri o ki, hər kəs xalqa zülm edər, 
Aqibət ədl  ilə fənayə gedər.
Biri o ki, hakimani-bitədbir, 
Çahi-intiqama qərq olur çün  şir.
Biri o ki, biməsləhət, biəndiş.
Bu dari-dünyada düzəlməz heç iş.
Biri o ki, sanma düşməni  həqir,
Eylər səni axır bəlayə əsir.
Xətadır dolanmaq, xülasə-kəlam, 
Xətm oldu  hekayət, baqi vəssalam.
M ə s ə 11 ə r:
Zülm  ilə abad olan ədl ilə bərbad olar. 
Acın amanı olmaz, toxun  imanı.


DƏVƏ, İLAN VƏ TISBAGA
Bir dəvə,  bir ilan, bir də tısbağa 
Yoldaş olmuşdular bundan sabiqa.
Xanəyek müttəfiq, yekdil, yekcəhət, 
Yox idi arada  bir sirri-xəlvət.
İkisinin  əkli1 rig2 idə torpaq,
Dəvənin töməsi giyahü yarpaq
Gəzərkən tapdılar bir girdə çörək, 
Dedilər: aparıb mənzildə yeyək.
Nəhayət, bunların  kini var idi,
Muzi3 idi, çünki  hiyləgər idi.
Bir-birinə dedi:"Bizə nə lazım 
Kim, belə axmağa olaq  mülazim.
Həmi yerdən yeyir, həmi  həvadən, 
Yalvarıb  bir çörək alaq xudadən.
Aparıb onunla  üç yerə  bölək, 
Aldadarıq, qalar özümüzə əppək".
1 Ə k I  i -  yeməyi.
2  R  i  g -to z , qum.
3 M  u z i -  qorxaq fikirli.


Yüklə 288 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə