Firidun bəy Köçərli



Yüklə 288 Kb.
Pdf görüntüsü
səhifə10/16
tarix18.06.2018
ölçüsü288 Kb.
#49509
1   ...   6   7   8   9   10   11   12   13   ...   16

M e y v ə c a t :   Alma, armud, nar, heyva,  üzüm, 
şaftalı, ərik, albuxara, əncir, albalı, 
gavalı, gilas, alça, tut, cəviz (qoz), 
şabalıd, fındıq.
M ə s ə 11 ə r:
Bağda ərik var idi, salam-əleyk var idi,
Bağda ərik qurtardı, salam-əleyk qurtardı.
Ağzında yaxşı yer eyləmisən, əgər baqqal armud versə. 
Armud ağzıma -  sapı savalana.
Bağçalar barı -  heyvalar, narı,  hamı dinsə də, sən 
dinmə barı.
T a p m a c a l a r :
36. Ətindən  kabab olmaz, qanından  kasa 
dolmaz.
37. Hacılar həccə gedər,
Cəhd eylər, gecə gedər,
Biryumurta içində 
Yüz əlli cücə gedər.
38. Ağac başında unlu dağarcıq.
94



SOLTAN BAGI
Sənə derlər Soltan  bağı,
Nə dumandır başın  sənin? 
Qocalardan sual etdim, 
Kimsə bilməz yaşın  sənin.
Əskik olmaz qarın yağar, 
Buludlar bir-birin qovar, 
Hər gün günəş sənə doğar, 
Cəvahirdir daşın sənin.
Alt yanın  bağ  ilə bostan, 
Dörd yanın gülü-gülüstan, 
Ayırdılar məni dostdan, 
Ötər qərib quşun sənin.


QIZLAR SU DOLDURMAQDA
Axşamdan yağan qar çıxıbdır dizə, 
Kəsilib bulaqdan yolu qızların. 
Səhər olcaq suya onlar varanda, 
Üşür barmaqları, əli qızların. 
Sənəyin doldurmuş qoyar kürəyinə. 
Nə ki gözəl var yığılıb kəndə, 
Kəmərin  bağlayıb, gərdən çəkəndə, 
Keçər əbircədən  beli qızların!
M ə s ə 11 ə r:
Su sənəyi  suda sınar.
Məni aparan suya dərya deyərəm.
Araz axır, gözüm  baxır.



Bu dağlar qoşa dağlar, 
Verib baş-başa dağlar. 
Səndə dostum gəzibdir, 
Səni yüz yaşa, dağlar.
Dağlar marala qaldı,
Otu sarala qaldı.
Soyuq  bulaq, göy yaylaq 
Yenə marala qaldı.


GÖYÇƏK FATMANIN NAĞILI
1
Biri  var  imiş,  biri  yox  imiş,  bircə  kişi  var  imiş,  bu  kişi- 
nin  bir arvadı  və  bu  arvaddan  Fatma  adında  bir qızı  var 
imiş. Fatma çox ağıllı və gözəl  qız imiş. Bir gün  Fatmanın 
anası  naxoşlayır  və  qızına  deyir  ki,  mən  öləndən  sonra 
dədən təzə arvad  alacaq  və o arvad  səni  çox incidəcək- 
dir. Amma qara  inəyimizdən  muğayat ol, onu özün otar.
Qızın  anası  ölür  və  dədəsi  gedib  özgə  bir  arvad  alır. 
Bu arvadın da irəliki ərindən  bir çirkin  qızı vardı.
Arvad  göyçək  Fatmanı  çox  döyüb  incidirmiş.  Fatma 
səbir edib,  hər gün  qara  inəyi  apararmış  otarmağa.  Fat- 
manın  analığı  ona yun,  daraq verərmiş  ki, çöldə  darayıb 
əyirsin.  Fatma  yunu  verərmiş  inəyin  ağzına.  Qara  inək 
yunu  udar,  sonra  hazır  ipi  ağzından  çıxarıb  verərmiş 
Fatmaya.
Bir gün  Fatma yun  daradığı  yerdə  külək onun  əlçimi- 
nin  birini götürüb qalxızdı  havaya. Fatma  bunun dalınca 
yüyürüb dedi:
-  Qanadına qurban, yel  baba, əlçimimi sal, baba!
Yel  onun  əlçimini  götürüb  bir  bacadan  saldı,  Fatma
evə  girib  gördü  ki,  burada  bir  heybətli  qarı  oturub,  alt 
dodağı  yer  süpürür,  üst  dodağı  göy.  Qarı  qabağına  bir 
qurbağa qoyub onu  sığallayır.  Bu, div anası  idi.
Fatma qarıya  baş əyib dedi  ki, mənim əlçimimi ver.
Qarı soruşdu:
-  Mənim  başım yaxşıdı, ya ananın  başı?


Fatma cavab verdi  ki, səninki yaxşıdır.
Qarı soruşdu:
-  Bu qurbağa göyçəkdir, yoxsa  insan?
Fatma dedi:
-  Könül sevən  göyçəkdir.
Fatmanın  sözləri  qarıya  xoş  gəldi.  Qarı  onun  əlçimini 
verib dedi:
-  Gedərsən,  qabağına  bir ağ  su,  bir qara  su  və  sonra 
bir qırmızı su çıxacaq. Ağ suda çimərsən, qara su  ilə saçını 
yuyarsan, qırmızı  sudan yanaqlarına sürtərsən.
Bir  də  qarı  öz  tükündən  verdi  və  dedi  ki,  mən  sənə 
lazım olsam, yandırarsan, yanında  hazır olaram.
Fatma  tükü  götürüb,  necə  ki  qarı  demişdi,  elə  də 
elədi.  Qabaqca  ağ  suda  çimdi,  sonra  qara  suda  saçlarını 
yudu  və  qırmızı  sudan  götürüb  dodağına,  yanaqlarına 
çəkdi. Elə göyçək oldu, misli və bərabəri tapılmadı.
Analığı  Fatmanın  gec gəldiyini görüb qızına dedi:
-  Çıx, gör Fatma  necə oldu.
Qızı  çıxıb  gördü  ki,  Fatma  gəlir,  amma  elə  gözəlləşib 
ki, adam  baxanda gözü  qamaşır.
2
Fatma  evə gələndə analığı  onu danladı. Qızın  gözəlli- 
yini görüb soruşdu:
-  Haradan sən  belə gözəl oldun?!
Fatma  başına  gələni  analığına  söylədi,  o  da  sabahısı 
günü  Fatmaya  dedi  ki,  indi  sən  evdə  otur,  qoy  bu  gün 
mənim  qızım  getsin  inəyi  otarmağa.  Ana  öz qızına  yun,


daraq  verdi.  Yel  bunun  da  əlçimini  götürüb  qaçırdı  və 
gətirdi həmin damın bacasından saldı. Qız əlçimin dalınca 
yüyürüb içəri girdi və qarıya dedi:
-  Əlçimimi ver.
Qarı dedi:
-  Başıma  bax, sonra verim.
Qız onun  başına  baxanda qarı soruşdu:
-  Mənim başım yaxşıdır, yoxsa  nənənin  başı?
Qız dedi:
-  Sənin  başın  pisdir, nənəmin  başı yaxşıdır.
Qarının  buna acığı tutub dedi:
-  Gedərsən, qabağına  bir ağ su çıxar, bir qara su. Qara 
suda çimərsən, ağ suda  başını yuyarsan.
Qız  ağ  suda  başını  yuyub  qara  suda  çimdi,  daha  da 
çirkin və kifir oldu. Anası  bunu görüb Fatmaya  bərk acığı 
tutdu  və  hirsindən  az  qaldı  çatlasın.  Fatmanın  acığına 
istədi onun  inəyini  öldürsün. Çünki  işlərin  başı  inək idi.
Bir  gün  arvad  dalına  bir-iki  lavaş  bağlayıb,  üzünə zə- 
fəran  çəkib girdi  yorğan-döşəyə. Əri  evə gələndə arvad 
bir  o  yana,  bir  bu  yana  döndü,  lavaşı  dalında  qırdı.  Əri 
soruşdu:
-   Arvad,  sənə  nə  olub,  sümüklərin  elə  şaqqıldayır, 
rəngində belə saralıbdır?
Arvad dedi:
-   Bərk  naxoşam,  ölürəm,  qara  inəyi  gərək  kəsəsən. 
Mən onun ətindən yesəm, bəlkə, diriləm.
Kişi  istəmədi  Fatmanın  inəyini  öldürsün.  Amma  əlacı 
kəsilib dedi:
-  Qoy Fatma evdən bir yana getsin, inəyi kəsim.


Yüklə 288 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə