Firidun bəy Köçərli



Yüklə 288 Kb.
Pdf görüntüsü
səhifə3/16
tarix18.06.2018
ölçüsü288 Kb.
#49509
1   2   3   4   5   6   7   8   9   ...   16

QOYUN
Yeyər-yeyər, gərnəşər,
Alnın vurar, döyüşər,
Buynuzu  burma-burma,
Yunu var yerlə sürümə.
Zinhar1 qoyunu vurma,
Qoyunsuz yerdə durma.
Qoyunlu evlər gördüm,
Qurulmuş yaya bənzər.
Qoyunsuz evlər gördüm,
Qurumuş çaya  bənzər.
Qoyun  deyər:"Mən  heç otdan doymaram, 
Payız oldu, çörün-çöpün qoymaram.
Hər bir evi yunum ilə bəzərəm:
Ağır-ağır xalılarım var mənim,
Güllü-güllü xalçalarım var mənim".
* * *
Nənəm a  narış qoyun 
Yunu bir qarış qoyun. 
Çoban səndən  küsübdür, 
Südü ver, barış, qoyun.
1Z i  n  h a  r -  çəkin, ehtiyatlı  ol.


Ev  h e y v a n l a r ı :   at, eşşək, qatır, dəvə, inək,
öküz, camış, kəl, qoyun,  keçi, 
it, pişik.
M ə s ə 11 ə r:
Qoyun yüz olunca dərisi  min olar.
Qoyunun oldu  əlli, 
Adın oldu  bəlli. 
Qoyunun oldu yüz,
Gir, içində üz.
Qoyunu qurda tapşırmazlar.
T a  p m a c a:
11. Altı  hovuz içərlər, 
Üstü zəmi  biçərlər.
24


ÜŞÜDÜM HA, ÜŞÜDÜM
Üşüdüm  ha, üşüdüm. 
Dağdan alma daşıdım, 
Almacığımı aldılar,
Mənə cürm1 verdilər.
Mən cürmdən  bezaram. 
Dərin quyu  qazaram.
Dərin quyu  beş keçi,
Hanı  bunun erkəci?
Erkəc qaya  başında,
Hay elədim gəlmədi,
Çiyid verdim, yemədi.
Çiyid qazanda qaynar, 
Qənbər bucaqda oynar. 
Qənbər getdi oduna,
Qarğı atdı  buduna.
Qarğı deyil, qamışdı,
Beş barmağım gümüşdü. 
Gümüşü verdim tata,
Tat mənə darı verdi,
Darını səpdim quşa.
Quş mənə qanad verdi, 
Qanadlandım uçmağa,
Haqq qapısın açmağa.
Qapıçı qapı toxur,
İçində bülbül oxur.
M ə s ə 11 ə r:
Qar yağıb ayaq  üşütmək üçün.
Qış qışlığın yerdə eylər, göydə eləməz. 
Buğda olmayan yerdə darını gözə təpərlər.
1 C  ü  r m -  əziyyət, əzab, zülm.
25


KEÇİ
Nənəm a tatar1 keçi,
Qayada yatar keçi.
Qış bərk soyuq gələndə, 
Balanı atar keçi.
Nənəm a xallı  keçi,
Məməsi ballı  keçi.
Uca qaya  başında,
Tutubdu yalı  keçi.
Keçi deyər, adım Əbdülkərimdir, 
Qavala çəkilən  mənim dərimdir,
Üç ay qışı ölmərəm, Allah  kərimdir. 
Şeytan-şeytan  balalarım var mənim, 
Qəlbi-qəlbi qayalarım var mənim!
M ə s ə 11 ə r:
Keçiyə qurd dəyməsə, həccə gedər.
Keçi  handa, qaya  handa...
Qoy keçinin ölümü  palıddan olsun.
Keçi can  hayında, qəssab piy qayğısında. 
Keçinin qoturu  bulağın gözündən su  içər.


İNƏK, ÖKÜZ, CAMIŞ
İnəkdeyər, mən doğanda mələrəm,
Ahım  ilə dağı-daşı  dələrəm.
Qurudumu gündən-günə sərərəm, 
Yaxşı-yaxşı  kərələrim var mənim,
Maral-maral  balalarım var mənim!
Öküz deyər, mən ağama  nökərəm,
Üç ay qışı tövləsində bikaram.
Yaz olanda çayır-çəmən sökərəm, 
Ağlı-qırmızılı  buğda əkərəm,
Ağır-ağır xırmanlarım var mənim,
Uca-uca tayalarım var mənim!
Kəl deyər, payız olcaq samanlığımı doldurun, 
Yaz olanda  boyunduruğumu yondurun.
Cütə getməsəm, vurun  məni öldürün. 
Dolu-dolu samanlığım var mənim. 
Dərin-dərin dəryalarım var mənim.
M ə s ə 11 ə r:
Pulunu ver inəyə 
Bağla dirəyə,
Nəinki ver qoyuna,
Özünü sal oyuna.


Ahıl öküz cütə getməsə, uşaqlar acından qırılar. 
Ev danasından öküz olmaz.
Öküzün cütə getməyəni ətlik adına satılar. 
Camışla gəzən dananı qurd yeyər.
Şoran yerdə əgər bostan  əkərsən,
Adı  bostan olar, tağı tağ olmaz.
Tənbəl arvada yüz inək versən,
Ayranı  bol olar, yağı yağ olmaz.
T a  p m a c a:
12.0  yanı  çəpər, 
bu yanı çəpər, 
içində atlı çapar.


Eşşək deyər, mən  hamıdan fağıram,
Palçığa  batanda dağdan ağıram.
Çöllərdə qalanda yiyəmi çağırram,
Kərənaydan yoğun səsim var mənim,
Atlar ilə böyük bəhsim var mənim!
Dəvə deyər, heç bir heyvan  götürməz yükümü, 
İgid oğlan gərək çəkə  ipimi,
Ərəbistan  içər mənim südümü,
Uzaq-uzaq  mənzillərim var mənim,
Uca-uca dəyələrim var mənim!
M ə s ə 11 ə r:
Eşşəyi min, ata çatıncan.
Eşşək eşşəyi  borc qaşır.
Eşşəyə minmək bir ayıb, düşmək iki ayıb.
Boş eşşək yorğa gedər.
Dəvə oynayanda qar yağar.
Dəvə yaxını  otlayıb uzağı gözlər.
Dəvə ölsə, dərisi  bir yükdür; toyuq  ölsə, dərisi  bir 
çəngə tükdür.
Dəvəyə dedilər: boynun  niyə əyridir?


Dedi: haram düzdür ki, boynum da düz ola? 
Dəvəyə dedilər: sənətin  nədir?
Dedi: xəyati1 eşmək.
Dedilər: nazik dodaqlarından və zərif əl-ayağından 
görünür.
T a  p m a c a:
13. Bəngi-bəngi  başını tut, 
Döngü-döngü döşünü tut, 
Qılman qoca, əl-ayaq ver, 
Hüseyn qoca quyruğun tut.
‘ X ə y a t i - i p ə k s a p .



BİŞMİŞLƏR, ÇÖRƏKLƏR VƏ İÇKİLƏR
B i ş m i ş I ə r:  aş, bozbaş, plov, çilov, dolma, küftə,
qovurma, bozartma, kabab, lüləkabab, 
əriştə, umac, xəşil, halva, həlimaşı, 
xingal, firni, qaysaba, dovğa, səməni 
halvası.
Ç ö r ə  k I  ə r:  yuxa, sac çörəyi, təndir çörəyi, lavaş, 
səngək, fətir, şəkərçörəyi, qatlama, 
fəsəli, əyirdək, kətə, qoğal.
İ ç k i  I ə r:  su, süd, çay, qəhvə, şərbət, ayran, 
körəməz, gülməs, bulama.
Lavaş dedi:
-  Heç kəs mənim yeddi qatımdan  keçə  bilməz.
Bu sözü  bozbaş eşidib dedi:
-  Nə deyirsən?!
Lavaş dedi:
-  Səni  dindirən yoxdu, bozbaş bəy!
M ə s ə 11 ə r:
Harada aşdır, orada  başdır.
Bişmiş aşın darğası.
Aşı  bişirən yağ  olar, gəlinin  üzü ağ olar.
Halva-halva deməklə ağız şirin olmaz.
Yağ yağ  ilə qaynar, yarma quru qalar.


Yüklə 288 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə