Firidun bəy Köçərli



Yüklə 288 Kb.
Pdf görüntüsü
səhifə4/16
tarix18.06.2018
ölçüsü288 Kb.
#49509
1   2   3   4   5   6   7   8   9   ...   16

ÇOBAN
Göydəki göy buludlar 
Yorğanıdırçobanın.
Yastı-yastı təpələr 
Yastığıdır çobanın.
Yumru-yumru qayalar 
Yumruğudur çobanın.
Əlindəki dəyənək 
Qalxanıdır çobanın.
Yanındakı  boz köpək 
Yoldaşıdır çobanın.
Ağzı qara canavar 
Düşmənidir çobanın.
M ə s ə 11 ə r:
Çobanın  könlü olsa, təkədən  pendir tutar.
Çobanı özündən olanın qoyunu dişi doğar.
Keçinin əcəli çatanda çobanın dəyənəyinə sürtüşər. 
Gəlinin ayağı çobanın dayağıdır.
Kürdün qocalanı qoyuna gedər.
Ç ö l  h e y v a n l a r ı :   qurd, ayı, tülkü, çaqqal,
şir, pələng, dovşan,  porsuq, 
dələ, maral, ceyran.



SƏMƏNİ
Səməniyə saldım  badam, 
Qoymazlar bir barmaq dadam. 
Dörd tərəfin alıb adam, 
Səməni,  bizana gəlmişəm1, 
Uzana-uzana gəlmişəm.
T a p m a c a:
14. Suda  Süleyman gördüm, 
Dağda düleyman gördüm. 
Yatar gövşər daş gördüm, 
Duzsuz bişmiş aş gördüm.
15. Uzun qızoba gəzər.
Y a n 
1
11 m a c:
Bazarda  nə ucuz?
Mis ucuz,  küncüt ucuz, duz ucuz.
' B i z a n a   g ə l m i ş ə m  -  cana  gəlmişəm,  bezmişəm.


QURD
Qurda dedilər:
-  Gəl səni qoyuna yollayaq! -  Başladı ağlamağa. 
Dedilər:
-  Daha niyə ağlayırsan?
Dedi:
-  Qorxuram, yalan ola.
Qurddan soruşdular:
-  Aranda qalacaqsan, yoxsa yaylağa gedəcəksən? 
Qurd cavabında dedi:
-   Mənimki  el  ilədir.  El  haraya  getsə,  mən  də  oraya 
gedəcəyəm.
M ə s ə 11 ə r:
Çaqqal var ki, gödən çıxardır, qurdun adı  bədnamdır. 
Qurddan qorxan qoyun saxlamaz.
Qurd nə bilir ki, qatır bahadır.
Qurd dumanlı gün axtarır.
T a  p m a c a:
16. Səkkizi san darayı,
Doqquzu don darayı,
İkisi xas qırmızı 
Dördü  mazan darayı.



Nənəm qoyunun ağı, 
Gedər dolanır dağı, 
Biçər qara qiyağı,1 
İçər sərin  bulağı.
Qarılartutaryağı, 
Gəlin yeyər quymağı, 
İlla  ki qayğanağı, 
Çobana vurar dağı.
Qızlara cehiz ağı, 
Çobana çarıq  bağı, 
Uşağa şütük2 bağı.
M ə s ə 11 ə r:
Qoyun dediyin eşmə bağırsaqdır, dalısı  heç üzülməz. 
Qoyun deyir, məni çək xarabaya, səni çıxarım 
abadanlığa.
‘ Q a r a   q i y a q - o t  növü. 
2 Ş ü t ü  k -  bələk bağı


DÜZGÜ
Ustub idi, ha  ustub idi,
O kişi mənim dostum  idi. 
Getdi Gilanə gəlmədi, 
Yaylığımı aldı vermədi. 
Yaylığımın  ucu zil qara, 
Yolladım peyğəmbərə. 
Peyğəmbəri öldürdülər, 
Ağ  bala geydirdilər,
Ağ  balanın saçaqları, 
Gümüşdən var bıçaqları. 
Vurdum sandıq açıldı, 
İncili  mərcan saçıldı.
İncili fərman filfili,
Gəl oxu  bizim dili.
Bizim dil  urum dili.
Urumdan gələn atlar, 
Ağzında yüyən çatlar. 
Heyvanın ağacları,
Bar gətirməz başları. 
Vurdum  başı  üzüldü,
El yaylağa düzüldü.
El yaylaqdan  gəlincə,
Yarı canım  üzüldü.


A teşti, teşti, teşti, 
Vurdum gülbi  keçdi.
İki xoruz dalaşdı,
Biri qana  bulaşdı. 
Aftabanı vurdum daşa, 
Su gəlir coşa-coşa,
Əli ilə Məhəmməd 
Yazılıbdır bir daşa!
M ə s ə 11 ə r:
Sən  haqq  ilə ol -  haqq səninlə olar.
Əldən gedən ələ gəlməz.
Doğruya zaval yoxdur, çəkəsən  hər divana.


DƏVƏ VƏTIKAN
Bir  dəvə  çöldə  otlayırdı.  Yarpaqlanmış  tikan  koluna 
yaxınlaşıb  istədi  onun  yarpaqlarını  yesin.  Ağzını  kola 
tərəf  uzadanda  gördü  ki,  onun  içində  bir  ilan  qıvrılıb 
yatıb. Dəvə tamah dişini ondan çəkib geri qayıtdı.
Kol  belə xəyal  elədi  ki, dəvə onun tikanından qorxub 
çəkildi.
Dəvə  kolun fikrini duyub dedi:
-  
Mənim  qorxum  səndən  deyil,  o  gizlənmiş  qonaq- 
dandır.
M ə s ə II ə r:
Köpək qaya  kölgəsində yatar, elə bilər, öz kölgəsidir. 
Dəvəçi  ilə dost olanın darvazası gen gərək.
Dəvə gördünmü? -  Qığını da görmədim.



NAZİKBƏNAZİK-TAZİKBƏTAZİK
Biri var imiş,  biri yox  imiş,  bircə  birə varmış, adı Tazik- 
bətazik, bir də  bir bit var imiş, adı  Nazikbənazik.
Tazikbətazik Allahın əmrilə Nazikbənaziyi özünə arvad 
almışdı.
Ay ötdü, il dolandı, qış gəldi, çoxlu qar yağdı.
Tazikbətazik arvadına dedi:
-   Mən  çıxım,  damımızım  qarını  kürüyüm,  sən  də  bir 
qazan  umac bişir, yeyək, qarnımız qızsın.
Nazibənazik dedi:
-  Yaxşı, olar.
Tazikbətazik  çıxdı  damın  qarını  kürəməyə,  Nazikbə- 
nazik də ocaq qalayıb bir qazan  umac asdı.
Tazikbətazik az kürəmişdi, çox kürəmişdi, birdən ayağı 
sürüşüb bacadan  düşdü  umac qazanının  içinə və o  saat 
da  öldü.  Bunu  görəndə  Nazikbənazik  başına  çırpdı, 
dizinə çırpdı. Haray hara çatar? Ölən  bir də dirilməz ki!
Nazikbənaziyin  başına döyüb ağlamağını sərçə görüb 
ondan soruşdu:
-  Nazikbənazik,  bu  nədir, niyə ağlayırsan?
Nazikbənazik dedi  ki, daha  nə olacaqdır? Tazikbətazik
damın  qarını  kürədiyi  yerdə  ayağı  sürüşüb  umac  qaza- 
nının  içinə düşüb öldü.
Bunu eşitcək sərçə də başına-gözünə döyə-döyə uçdu 
getdi.
Ona  bir qarğa  rast gəldi və soruşdu:
-  Sərçeyi-cükcük,  bu  nədir?


Yüklə 288 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə