olur.
Sür tünmə olmasa, qə ləm, kağız
mizin üzərində daya nmaz, heç bir əş -
yanı əldə saxlamaq mümkün olmazdı.
Dağlardan, me şə lərdən və di -
var lardan sonsuz sayda əks-səda ve -
rən küləyin uğultusu əbədi olaraq
eşi dilərdi. Yer kürəsi də indikindən
tamamilə
fərqli - hamar, su damcısı
şəklini alardı. Ona görə də Yerdə
hə
yatın varlığına görə bəşəriyyət
sürtünmə qüvvəsinə minnətdar ol -
malıdır. Təkərin ixtirası və odun
al ınması kimi böyük hadisələr də
sürtünmə ilə əlaqədar olan kəşf lər -
dir. Belə ki,
insanlar iki quru səthli
cismi bir-birinə sürtməklə od əldə
etmişlər. Təkər isə sürtünmə qüvvə -
sini azaltmaq uğrunda aparılan axtarışların məhsuludur.
Sürtünmənin çoxluğu faydalı ol sa da, bəzi hallarda onun azlığından da faydalanmaq mümkündür.
Xizək,
xizəkcik (lıj) və
dəmir xizəkcik (konki) kimi sürüşmə vasitələrindən istifadə edərək sürətli hərəkət imkanı
əldə etmək buna əyani misaldır. Şimal ölkələrində yaşayan insanlar məişətdə xizək və xizəkcikdən geniş
istifadə edirlər. Onlar xizəyə at, maral və it qoşmaqla qar və buz üzərində kifayət
qədər böyük sürətlə hərəkət
edə bilirlər. Bu ölkələrin meşələrindən meşə məmulatını yaşayış məntəqələrinə, dəmir yolu yaxınlığına
xizəklərlə daşımaq üçün insanların əli ilə salın -
mış sürüşkən, buz yollardan istifadə olunur.
Bu gün xizəkcik idmanı gənclərin ən çox
sev diyi idman növünə çevrilmişdir. Xizək
idma nı idmançıdan qarla və ya buzla örtülü
enişli-yoxuşlu yollarla sürətli hərəkət etməyi
tələb edir. Hazırda xizək və xizəkcik idmanının
Qış Olim piya Oyunları sırasına daxil edilmiş
bir neçə növü vardır.
1935-ci ildə qar üzərində hərəkət edən
nəqliyyat növü - qar maşınları yara dıl mışdır.
Onlar
nəqliyyat vasitəsi, turist gəzintisi və id -
man yarışları üçün olmaqla üç növdə is-
tehsal olunur. İdman yarışları üçün hazırlanmış
qar maşınlarında idmançı saatda 200 km-dən
də böyük sürətlə hərəkət edə bilir.
Texnikanın bir çox sahəsində sür tünmənin
olması maşın və mexa niz mlərin faydalı iş əm -
salının aşağı düş məsinə, onun hissələrinin tez
yeyilib sıradan çıxmasına səbəb olur. Belə hal -
larda sürtünmə qüv vəsini azaltmaq üçün sür tünən səthlərə yüksəkdərəcəli ha marlıq verilir,
yağlama dan istifadə
olu nur, sürüşmə sürtün məsi diyirlənmə sürtünməsi ilə əvəz edilir və s. Diyir lənmə sürtünməsi sürüşmə sürtün -
mə sinin qanunlarına tabe olsa da, bu halda diyirlənmə sürtünmə əmsalı, deməli, həm də diyirlənmə sürtünmə
qüvvəsi kəskin şəkildə azalır.
45
İran hərbçisi polkovnik Behzad Payanın
tullandığı Tehranın “Milad bürcü” televiziya qülləsi.
Cisim maye və ya qaz kimi hər hansı bir mühit daxil in də
hərəkət edərsə, o zaman onun hərəkətinə mane olan
müəy yən qüvvələr təsir edəcəkdir. Bu qüv vələrdən biri
cisimlə mühit arasında meydana çıxan
sürtünmə qüv -
vələrinin cəmindən ibarət olub cismin hərəkətinin əksinə
yönəlmiş ön müqavimət qüvvəsidir. Sürətin kiçik qiy -
mətlərində bu qüvvə cismin hərəkət sürəti ilə mütənasib
olaraq artır. İde al mühitdə hərəkət edən cismə təsir edən
ön müqavimət qüvvəsi sıfıra bərabər olmalıdır. Belə ki,
özlülüyə malik olmayan ideal maye cismin səthi ilə
sürüşər və heç bir sürtünmə qüvvəsi yaratmaz. Real maye
və ya qaz mühitində isə cismin səthinə yapışan təbəqə
cisimlə birlikdə hərəkətə başlayır
və bu zaman sürtünmə
qüvvəsi sayəsində qonşu təbəqəni də hərəkətə məcbur
edir. Beləliklə də təbəqələr arasında yaranan sürtünmə
qüvvəsi hərəkətin təbəqədən-təbəqəyə ötürül məsini təmin
edir. Cismin səthindən uzaqlaşdıqca təbə
qənin sürəti
azalır, nəhayət, ən uzaq təbəqənin sürəti sıfıra bərabər
olur. Sərhəd təbəqələri adlanan bu təbəqələr arasında
yaranan sürtünmə qüvvələri toplanaraq cismə tətbiq
olunmuş, qarşıdan təsir göstərən ön müqavimət qüvvəsini
yaradır. Digər tərəfdən
cismin kifayət qədər böyük
sürətlərində səth təbəqə ləri cismin səthindən ayrılır və
cismin arxasında burulğan əmələ gətirir. Ona görə cismin
47
arxa hissəsində yaranan təzyiq ön tərə fdəkinə nisbətən xeyli kiçik olur. Bu təzyiqlər fərqi də cismə
qarşıdan təsir edən təzyiq qüvvəsi yaradır. Buradan görünür ki, mühitin müqavimət qüvvəsi təbəqələrarası
sürtünmə qüvvəsi ilə təzyiq qüvvəsinin cəmindən ibarətdir. Təzyiq qüvvəsi cismin formasından kəskin şəkildə
asılı olan qüvvədir. Onu azaltmaq üçün cismə axıcılıq forması vermək lazım gəlir. Ən yaxşı axıcılıq formasına
misal olaraq yastılanmış su damcısını göstərmək olar.
Ön müqavimət qüvvəsi hava mühiti daxilində hərəkət edən cismin sürətini 15 dəfəyə qədər azalda bilir;
məsələn, topdan atılmış mərminin havasız şəraitdə 40 km-ə bərabər olan uçuş məsafəsi hava mühitində
azalaraq 3 km-ə yaxın olur. Mərminin uçuş hündürlüyü isə 10 km-dən 1 km-ə qədər azalır.
Bəzən elə hallar olur ki, havanın müqavimət qüvvəsi sərbəst düşən cismin ağırlıq qüvvəsini tarazlaşdırır.
Yəni cismə təsir edən bu iki qüvvənin əvəzləyicisi sıfıra bərabər olur. Bu zaman
çəkisizlik şəraitində olan
cisim sabit sürətlə hərəkət edərək yerə düşür. Fizikanın bu qanunu əsasında gənclər tərəfindən çox sevilən bir
neçə ekstremal idman növü yaradılmışdır. Bunlardan beyscampinq elə bir idman növüdür ki, xüsusi geyimli
idmançı hündür nöqtələrdən, məsələn, televiziya qülləsindən, qaya zirvəsindən aşağı tullanır. Beyscampinqin
Çəkisizlik şəraitində.
48