Əmək alətlərindən lingin şəklinə müraciət edək. Fırlanma mərkəzindən lingin ağırlıq qüvvəsi istiqamətinə
qədər olan
d
uzunluğuna yük qolu, qüvvənin tətbiq edildiyi nöqtəyə qədər olan l uzunluğuna isə qüvvə qolu
deyək . F
m
cismin çəkisi və ya müqavimət qüvvəsi,
Fq
isə lingin qüvvə qoluna tətbiq etdiyi miz qüv və olsun.
Onda lingin tarazlıqda qalması üçün
Fq l = Fm d
şərti ödənməlidir. Bu halda lingin tarazlıq şərtinə əsasən yaza
bilərik:
Fq = Fm d / l
Buradan görünür ki, qüvvənin qolu yükün qolundan neçə dəfə
çoxdursa, cismi tarazlıqda saxlayan qüvvə də cismin çəkisindən о
qədər dəfə az olacaqdır. Bu nəticə ling qanunu adlanır.
Böyük qüvvə tələb olunan işləri az qüvvə sərf etməklə yerinə
yetirmək üçün istifadə edilən və ling qanununa tabe olan qurğu lar -
dan biri də mail müstəvidir.
Cismi birbaşa şaquli istiqamətdə müəyyən hündürlüyə qaldır -
maq dansa, onu mail müstəvidən istifadə etməklə qaldırmaq daha
əlverişlidir.
Paz lingin başqa bir növü olub
qüvvədə qazanc əldə etmək üçün
insanların tez-tez mü raciət etdik lə ri
əmək alətlərindən biridir. O, en
kəsiyi bərabəryanlı üçbucaq şək -
lində olan, yük sək bərkliyə malik
Lingdən istifadənin təsviri.
Ling qanununun paz üçün də doğru olduğunu nəzərə
alsaq, görərik ki, pazın hündürlüyü enindən nə qədər
böyükdürsə, kötüyü yarmaq üçün o qədər az qüvvə
tələb olunar.
Ling qanununa görə, mail müstəvinin hündürlüyü
onun uzunluğundan neçə dəfə azdırsa, cismi mail
müstəvi ilə yuxarı qaldırmaq üçün lazım olan qüvvə onu
birbaşa həmin hündürlüyə qaldırmaq üçün lazım olan
qüvvədən o qədər dəfə az olacaqdır.
42
Blok ağır cisimləri qaldırmaq və ya qüvvənin
təsir istiqamətini dəyişmək üçün istifadə olunan
əmək alətidir. O, çənbərində kəndir, qayış və ya
zəncir dolamaq üçün yarığı olan, öz oxu ətrafında
fırlana bilən təkərdən - çarxdan ibarətdir. İstənilən
tərpənməz çarxlı bloka bərabərqollu ling kimi bax-
maq olar. Bunlardan qüvvənin təsir istiqamətini
dəyişmək üçün istifadə olunur.
Birçarxlı tərpənən blokda isə qolların nisbəti 1:2
olduqda qüvvədə iki dəfə qazanc verən bu blok sağ
tərəfdəki birinci şəkildə göstərilmişdir. Hər növ
lingdə olduğu kimi, bloklar üçün də ling qa-
nunu ödə nir. Məişətdə və tex nikada bir neçə
tərpənən və tərpənməz blok la rın kombina si -
ya sından ibarət olan alətlər geniş yayıl mışdır.
Belə alətlərə polis past, yaxud tal deyilir. Tal
dayaqdan asılmış, ağır
lıq qaldırmaq üçün
istifadə edilən, əllə və ya mexaniki üsulla hə -
rəkətə gətirilən, tərpənən və tərpənməz çarx -
lardan ibarət alətdir. Tərpənən ç arxlarının
sayı 2, 3, 4, 6, 8, 10 və 12 olan tallar vardır.
Bunlarla işdə hər bir çarx qüvvədə iki dəfə
qazanc əldə etməyə imkan verir.
Tərpənməz və tərpənən blokdan ibarət tal.
Qarmaq asqılı polispast.
Zəncir ötürməli tal.
Blok, polispast və tal
ağacdan və ya metaldan hazırlanir, ağac kötü yünü yarmaq üçün və
ya digər belə işlərdə istifadə olu nur. Qayçı, kəlbətin, kəsici, mıx -
çıxaran, domkrat, qoz qıran və bu kimi alətlər lingin müxtəlif növlə -
ridir. Qayçı ilə metal lövhəni kəsərkən onun ağzını geniş açıb
lövhəni fırlanma mərkəzinə yaxınlaşdırmaqla qüvvə qolunun uzun,
yük qolunun qısa olmasına, qüvvədə isə o qə dər dəfə qazanc əldə
edil məsinə çalışırıq.
Ling qanunu əsasında yaradılmış qurğuların bir növü də blok-
dur. Bir blokdan ibarət qurğu özünü bərabərqollu ling kimi göstər -
di yindən qüvvədə qazanc vermir. Hələ qədim döv rdən insanlar
birblok
lu qur
ğ
udan atın qüvvəsi ilə yükü şaquli isti
qamətdə
müəyyən hün dürlüyə qaldırmaq üçün istifadə etmişlər. Birbloklu
sistemə ancaq qüvvənin təsir istiqamətini dəyişmək lazım gəldikdə
müraciət olunur. Qüvvədə qazanc əldə etmək istədikdə isə müxtəlif
ölçülü iki blokun birləş mə sindən və ya hərəkət edən və etməyən
blok lar sistemindən ibarət olan qurğulardan istifadə edilir. Belə
qurğularda tərpənən blokların sayı dəfə qüvvədə qazanc əldə edilir.
Əlbəttə, bu zaman qüvvədə neçə dəfə qazanırıqsa, məsafədə o
qədər itiririk. Ling, mail müstəvi və paz kimi əl əməyini yüngülləşdirən vasitələrə nisbətən blok sənayedə daha
geniş istifadə olunur. XX əsrin əvvəllərində Bakıda neftin quyulardan əl ilə çıxarılması zamanı ikili blok,
kabestan, çoxsaylı blokdan ibarət mexanizmlər neft çıxaran Bakı fəhlələrinin əl əməyini yüngül ləşdirən ən
əsas vasitələr olmuşdur.
Blok - çevrəsi üzrə yarığı olan və öz oxu ətrafında
fırlana bilən sadə təkərdir. Tərpənməz bloka uzunluğu
çevrəsinin radiusuna bərabər olan bərabərqollu ling
kimi baxmaq olar, ona görə də o, qüvvədə qazanc verə
bilməz. Ondan yalnız qüvvənin təsir istiqamətini
dəyişmək üçün istifadə edilir.
43
Təbiətdə qüvvələr təsir əlamətlərinə görə də bir-birindən fərqlənir. Bir cisim digərinin səthi üzərində hərəkət
edərkən ona hərəkətin əksinə yönəlmiş qüvvənin təsir göstərdiyini hiss edirik. Bu, hərəkətin əksinə yönələn və
onu yavaşıtmağa çalışan sürtünmə qüvvəsinin əlamətidir. Sürtünmə qüvvəsi sürtünən cisimlərin növündən,
onların hərəkətindən və sürtünən səthlərdən asılı olaraq dəyişə bilər.
Fərz edək ki, çəkisi
P
olan cisim üfüqi döşəmə üzərində sükunətdədir. Onda cismin çəkisi həm də onu
döşəməyə sıxan normal təzyiq qüvvəsi olar. Bu cismi üfüqi istiqamətdə sürüşdürmək üçün ona müəyyən bir
Fs
qüvvəsi ilə təsir etmək lazım gələcəkdir. Bu qüvvənin ən kiçik qiymətinə sükunət sürtünmə qüvvəsi de -
yi l ir. Aydındır ki,
P
böyük olduqca
Fs
də böyük olacaqdır. Onda bu iki qüvvənin nisbəti sürtünən səthlərdən
asılı olan və sürtünmə əmsalı adlanan bir sabitə bərabər olar:
Fs/P = k.
Müəyyən edilmişdir ki, sürtünmə əmsalı sürtünən cisimlərin təbiətindən və səthlərin hamarlıq dərə -
cəsindən kəskin şəkildə asılıdır. Səthlərin hamarlığı artdıqca sükunət sürtünmə əmsalı azalır. Lakin son dövrdə
aparılmış dəqiq elmi təcrübələrdən məlum olmuşdur ki, sürtünən səthlərin hamarlığının müəyyən bir həddindən
sonra sürtünmə əmsalı dəyişmir. Bu onu göstərir ki, sürtünmə qüvvəsinin yaranmasında maddənin atom və
molekulları arasında mövcud olan qarşılıqlı təsir qüvvələrinin də müəyyən təsiri vardır. Cisim döşəmə üzə rin -
də sürüşərək hərəkət edərsə, onda sürüşmə sürtünmə əmsalı cismin sürətindən də asılı olaraq artacaqdır. Toxu -
nan səthləri yağlamaq, onların hamarlığını artırmaq, sürüşmə sürtünməsini diyirlənmə sürtünməsi ilə əvəz
etmək və bu kimi üsullarla sürtünmə qüvvəsini minimuma qədər azaltmaq mümkündür.
Lakin Yerdə həyatın mümkün olmasında sürtünmə qüvvəsinin çox böyük təsirə malik olması da
inkaredilməz həqi qətdir. Belə ki, Yer üzərində baş verən bütün hərəkətlər torpağın sürtünmə xassəsi sayə sində mümkün
Sürüşmə və sürtünmə
Parisdə sürüşmək üçün buz meydanı.
44
Yüklə Dostları ilə paylaş: |