Müşahidələrdən
məlum olur ki, maye və ya qazın daxilində cisim öz çəkisindən
müəyyən qədər itirir. Su ilə dolu vedrəni hovuzdan çıxararkən bu sadə həqiqət
aydın görünür. Belə ki, suda yüngül olan vedrə suyun səthinə çıxan kimi dərhal
ağırlaşır. Bu hadisə qazlarda da müşahidə olunur. Onda qətiyyətlə demək olar ki,
mayeyə və ya qaza batırılmış cisim aşağıdan yuxarıya yönəlmiş bir qüvvə ilə
itələnir. Yeni eradan əvvəl III əsrdə yaşamış Arximed tərəfindən müəyyən edildiyi
Hava balonu və dirijabl
Arximed
Dövrünün görkəmli mexanika və həndəsə alimlərindən olan
Arximed (y.e.ə. 287-212) Siciliyanın Sirakuza şəhərində çox kasıb
yaşayan riyaziyyatçı, astronom Fidiyanın ailəsində dünyaya göz
açmışdır.
Fidiyanın yaxın qohumu, müharibələrdə böyük qəhrəmanlıqlar
gös tərmiş Giyeron Siciliya hökmdarı seçildikdən sonra o, kasıblığın
daşını atmış, hətta oğlu Arximedi təhsil almaq üçün dövrün elm və
mədəniyyət mərkəzi sayılan İsgəndəriyyə şəhərinə göndərə bilmişdir.
Dünyanın hər tərəfindən bu şəhərə təhsil almağa gəlmiş insanlar
dövlət qayğısı ilə tam əhatə olunur, onların elmi işlə məşğul olması
üçün hər cür şərait yaradılırdı. Arximed burada riyaziyyatçı,
coğrafiyaşünas Eratosfen, astronom Konon və bu kimi məşhur
alimlərdən dərs alır, bir çox gənc və istedadlı alimlərlə dostluq
əlaqələri yaradır. O özünün 4 metr hündürlüyə su qaldırmağa imkan
verən, Arximed yivi kimi tanınan ilk ixtirasını da burada nümayiş
etdirmişdir.
Arximed təhsilini başa vurub Sirakuzaya qayıtdıqdan sonra qohumu Giyeron onu maddi cəhətdən
tam təmin etdiyindən vaxtını tamamilə həndəsə elminə həsr edir. O, sonsuz azalan həndəsi silsilənin
cəminin tapılması üsulunu ixtira etmiş, müxtəlif həndəsi cisimlərin - ellipsin, parabola seqmentinin,
konus və kürə səthlərinin sahəsini hesablamaq üçün düsturlar vermişdir. Arximed uzun müddət
çevrə uzunluğunun diametrinə nisbətini hesablamaqla məşğul olmuş və bu nisbəti ilk dəfə
π
hərfi
ilə işarə edib ədədi qiymətinin 3,14... və yaxud 22/7 ilə 223/71 aralığında olduğunu müəyyən etmiş -
dir. Elm aləmində Arximed qanunu kimi tanınan cisimlərin üzmə şərtlərinin kəşfi də ona məxsusdur.
Arximed hökmdar Giyerona məktub yazaraq kiçik qüvvə sərf etməklə böyük yükü yerindən
tərpətməyin mümkün olduğunu bildirir. Giyeron dərhal sübut tələb edir. Onda Arximed əmr edir ki,
nəhəng və yüklü bir gəmini sahilə yaxınlaşdırsınlar. Bu zaman alim özü sahildə oturub polispast
blokundan keçirilərək bir ucu gəmiyə bağlanmış kəndirin digər ucundan çəkməklə gəmini yavaş-
yavaş özünə tərəf hərəkət etdirir.
Rəvayətə görə, Arximedin qarşısında hökmdar Giyeronun şərəfinə hazırlanmış qızıl tacın tərkibinə
onu düzəldən zərgərin gümüş qatıb-qatmadığını müəyyənləşdirmək məsələsi qoyulur. Burada əsas
çətinlik olan tacın həcminin ölçülməsi üzərində uzun müddət düşünən alim vannada çimərkən ağlına
gəlir ki, tacı suya salmaqla onun həcmini tapmaq olar. O, dərhal çılpaq halda küçəyə çıxır və Evrika
- Tapdım deyə qışqırır. Məşhur Arximed qanunu belə ixtira edilmişdir.
Arximedin quyudan su çıxaran qurğuları, oxatan və daşatan silahları Sirakuzanın müdafiəsində
geniş istifadə edilmişdir. O özünün yaratdığı sferik güzgülərin köməyi ilə 200-dən çox düşmən gəmisini
yandırıb məhv etmiş, adaya yaxınlaşmasına imkan verməmişdir. Lakin buna baxmayaraq iki il
mühasirədə qalan sirakuzalılar Roma qoşunlarının təzyiqinə tab gətirməmiş, nəhayət, təslim
olmuşlar. Həmin gün düşmən əsgərləri ilə qarşılaşan 75 yaşlı Arximed qılıncla qətlə yetirilmişdir.
«Arximed». Domeniko Fetti, 1620.
72
http://en.wikipedia.org/wiki/Airship