Fizika-1Qacarallnsonjavad layout 1


səhifə45/52
tarix05.02.2018
ölçüsü
#24986
1   ...   41   42   43   44   45   46   47   48   ...   52

Tarzən Sadıqcan. XIX əsr.
Azərbaycan tarı
Tar mizrabla çalınan musiqi alətidir. O, bir musiqi aləti
olaraq Azərbaycan klassik musiqi alətləri içərisində xü-
susi yer tutur. Müasir Azərbaycan tarı 19 pərdəli və 11
simli tardır. Bas tonuna uyğun gələn tək simlər tar qolu-
nun ortasında,  əsas və qeyri-əsas ahəngdar qoşa simlər
isə qolun sağ və sol kənarlarında yerləşdirilir. Qoşa
simlər eyni, tək simlər isə fərqli  köklənir. Yeniləşmiş
Azərbaycan tarının yaradıcısı isə  Azərbaycanın musiqi
memarı, XIX əsrdə Şuşada yaşamış, Tarın atası ləqəbini
almış Sadıqcan (Mirzə Sadıq Əsəd oğlu) olmuşdur. O,
beş simli  tara daha altı sim və yeni pərdələr  əlavə
edərək onu 11 simli  və 17 pərdəli  tara çevirmişdir. Bun-
dan sonra Sadıqcan tarın geniş imkanından istifadə
edərək bəzi muğamlara  ZabulMirzə Hüseyn Segahı
muğamına isə Müxalif muğam tonu vermişdir.
Azərbaycan musiqisində tar muğam üçlüyünün əsas aləti
kimi istifadə edilir. Müasir dövrdə tarın  muğam və solo
ifaçılığında geniş istifadə olunması onun  muğam və
ümumiyyətlə Azərbaycan milli  musiqisinin inkişafında
müstəsna əhəmiyyət daşımaqda davam etdiyini göstərir.
Azərbaycan muğam musiqisi ifası.
155


156
Qərbi Avropa musiqi alətləri
Arfa
Ud (lütnya)
Violonçel
Kontrabas
Klarnet
Valtorna
Royal
Kornet
Saksafon
Boru
Lira
Violon
Viola
Gitara
Domra
Buzuki
Sitar


157
Azərbaycan musiqi alətləri
Kamança
Saz
Zurnalar
Tar
Qaval
Balabanlar
Ud
Kanon


Muğam bütün dövrlərdə yaşayıb və səslənib, siyasi,
ictimai və iqtisadi durumdan asılı olmayaraq
mədəniyyətimizdə öz yerini qoruyub - saxlayıb.
Muğamın sirlərinin nəsillərdən- nəsillərə
ötürülməsində muğam ustalarımızın rolu çox
böyükdür
Mehriban Əliyeva
Muğam
Azərbaycan klassik musiqisi muğamın yaranma tarixi çox
qədim dövrə gedib çıxır. Muğamın öyrənilməsi xanəndədən
böyük əmək və bacarıq tələb etmiş, ona görə də ancaq istedadlı
sənətkarlar tərəfindən ifa olunmuşdur. Əvvəllər muğam dini
mərasimlərdə, sonradan isə şahların, xanların və bəylərin qonaq qəbul etdiyi və xüsusi təşkil etdikləri musiqi
məclislərində ifa olunmuşdur. Azərbaycanda və bütövlükdə Yaxın və Orta Şərqdə musiqi nəzəriyyəsinin XIII - XV
əsrləri əhatə edən inkişaf dövrü azərbaycanlı alim və musiqiçi Səfiəddin Urməvi və onun davamçisı Əbdülqadir
Marağayinin adları ilə bağlıdır. Marağayinin yaratdığı əsərlər Azərbaycan musiqi nəzəriyyəsinin inkişafında
müstəsna əhəmiyyət daşımışdır. İngilis şərqşünas alimi Henri D.Fermer Marağayini orta əsr musiqi elminin so-
nuncu klassiki adlan dırmışdır. 1397-ci ildə Teymurləng xüsusi fərmanı ilə Marağayini bütün musiqi bilicilərinin
padşahı elan etmişdir. 2003-cü ildə YUNESKO muğamı bəşəriyyətin qeyri-maddi sərvəti elan etmişdir.
Azərbaycan muğamı özünəməxsus xüsusiyyətləri ilə yanaşı, özündə bir çox Şərq musiqi növləri, o cümlədən türk
taksimi, İran dəstgahı, uyğur mukamı, özbək-tacik şaşmakı, ərəb nubamı, hind raqaları və s. ilə doğmalıq əks
etdirir. Muğam Azərbycanda xalqın milli şüurunu müəyyənləşdirən əsas mədəni dəyərlərdən biridir.
Müasir dövrdə Azərbaycan muğamı dedikdə ona yeddi əsas muğam— SegahÇahargahRastBayatı-Şiraz,
ŞurHumayunŞüştər və onların çoxsaylı tonu ilə seçilən variantları — Bayatı-QacarXaric segahOrta
segahMirzə Hüseyn segahıYetim segahıMahurDügah və s. və doqquz zərbi muğamı - Qarabağ şikəstəsi,
ArazbarıKəsmə şikəstəOvşarıMənsuriyyəHeyratıKərəmiMani və Simayi-şəms daxildir. Azərbaycanda
muğam tarzən, kamançaçı və qavalçalandan ibarət üçlüyün müşayiəti ilə ifa olunur. Əksər hallarda muğam oxu-
yan xanəndə özü həm də qavalçalan vəzifəsini yerinə yetirir. Muğam sözləri məhəbbət və fəlsəfə məzmunlu
qəzəllərlə məhdudlaşır. Qəzəllər əsasən Nizami, Xaqani, Füzuli, Nəsimi, Hafiz, Sədi Şirazi, Molla Pənah Vaqif,
Vidadi, Seyid Əzim Şirvani, Əliağa Vahid və bu kimi Azərbaycan və Fars ədəbiyyatı klassiklərinin əsərlərindən
seçilir. Muğam ifaçısı xanəndə, onu müşayiət edən musiqiçilər isə sazəndə adlanır. Azərbaycanın məşhur muğam
ifaçıları sırasına Cabbar Qaryağdıoğlu, Seyid və Xan Şuşinskilər, Bülbül, Yaqub Məmmədov, Hüseynqulu
Sarabski, Z ü l f ü Adıgözəlov,
Ələs gər Abdullayev, Mirzə Sət -
tar, Mirtağı Mirbabayev, Məcid
Beh budov, Hacı Hüsü, Məşədi
İsi, Əbül həsən Xan Azər İqbal,
Mirzə Mux tar Məmməd zadə,
Bül bülcan,  Ağa seyid  Ağa bala -
oğlu, Keçəçioğlu Məhə mməd,
İs lam Abdullayev, Məşədi Məm -
məd Fərzəliyev, Həqiqət Rzaye -
v a , Sürəyya Q a c a r , R ü b a b ə
Mu ra  dova bu kimi xanən də -
lər daxildir. 
Azərbaycanda fizika alim lə -
rini və boğaz həkim lərini hə mişə
xanəndələrin çox yüksək tonda
oxumaları  heyrətlən dir mişdir.


Yüklə

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə