4
Tədqiqatın obyekti və predmeti. İşin əsas obyektini oğuz-
namə mətnləri təşkil edir. Buraya DQK və digər oğuznamər aiddir.
Tədqiqatın birbaşa predmeti Qazan xan obrazının mifoloji strukturu-
nun öyrənilməsidir. Qazan obrazı bir obraz kimi əsasən DQK-də öz
səciyyəsini tapır. Lakin DQK-dən kənar digər örnəklərdə Qazan xan
haqqında əlavə bilgilər mövcuddur. Elə bu səbəbdən də Qazan xan
obrazının öyrənilməsində DQK əsas yeri tutur, əlavə bilgi gətirən
dastan və mənqəbələr isə tədqiqata vasitəçi örnəklər kimi cəlb olu-
nur.
Araşdırmanın məqsəd və vəzifələri. Tədqiqat işinin yazıl-
masında başlıca məqsəd Qazan xan obrazının örnəyində oğuz-türk
mədəniyyətinin arxaik düşüncə tərzindən müasir ictimai-ədəbi
davranış spesifikasına uyğun şəkildə adaptasiya olunmasını izləmək,
qədim tarixi keçmişə malik olan türk xalqlarının, xüsusilə də Oğuz
türklərinin obraz vasitəsilə epos mədəniyyətinə malik olan bir toplum
kimi əski və çağdaş dünyagörüşünü, ictimai-siyasi-sosial təşkilat
institutunu diqqətdə saxlamaq, oğuzların mifoloji baxışlarının vahid
kompleks səviyyədə mövcud olduğunu, kosmoqonik və etnoqonik
sistemə malik bir mədəniyyət hadisəsi kimi obraz arealında bir daha
müəyyənləşdirmək və oğuz epik ənənəsinin şifahi və yazılı örnək-
lərinin uzunəsrlik bir tarixi prosesdən keçdiyini struktur laylar
səviyyəsində bərpa edib aşkarlamaq olmuşdur.
Bu tədqiqat işində qarşıda duran vəzifələr aşağıdakı kimi
həyata keçirilmişdir:
– Oğuz epik ənənəsinə və qeyri-oğuz epik ənənəsinə daxil
olan əsərlərdə Qazan obrazının məlumat səviyyəsində səciyyələn-
dirilməsi üçün epik, mənqəbəvi əsərlər tədqiqata cəlb olunmuşdur;
– Obrazın struktur səviyyələrinin aşkarlanması üçün tədqi-
qatda olan mətnlər qeyri-ənənəvi formada, struktur-semantik təsnifat
prinsipinə əsasən öyrənilmişdir;
– Mövzu, motiv və mifologemlər folklor, sənət, dil və
düşüncə səviyyəsində izlənilmişdir;
– Obrazın mifoloji strukturunun aşkarlanmasında əski ritual
və ayinlərin spesifikasının qismən öyrənilib tədqiqatda diqqətdə
saxlanması nəzərdə tutulmuşdur;
– Diqqətdə saxlanan ədəbi mətnlər sinxron və diaxron
istiqamətdə tədqiqatın baxış bucağına çevrilmişdir.
5
Problemin öyrənilmə dərəcəsi. Qazan xan obrazı haqqında
ən əhatəli şəkildə türk alimi Ali Duymaz “Bir dastan kahramanı
Salur Kazan” əsərini yazmışdır
1
. Lakin Qazan xan haqqında ümumi
bilgilər verən bu əsər də mövzumuzla sıx bağlı deyil. Çünki bu əsər
Qazan xan obrazını ümumi şəkildə səciyyələndirir. Ə.B.Ərcilasunun
yazdığı “Qazan xan kimdir” məqaləsi də Qazan xan obrazının
mifoloji səviyyəsini deyil, tarixi səviyyəsini araşdırır
2
.
T.Hacıyev “Dədə Qorqud: Dilimiz, düşüncəmiz” əsərində
Qazan xan obrazının mifoloji strukturunu qismən olsa da, əhəmiy-
yətli şəkildə tədqiqata cəlb etmişdir
3
.
Ş.Cəmşidov da Qazan xan obrazının əsasən tarixi aspektdən
öyrənilməsinə can atmış, Qazan xanı Xürrəmilər hərəkatının rəhbəri
Babəklə müqayisə etmişdir
4
. Mövzumuza birbaşa aidiyyəti olan ən
geniş əsər B.Abdullanın “Salur Qazan” monoqrafiyasıdır. Tarixi-
müqayisəli metod əsasında işlənmiş bu əsərdə müəllif Qazan xan
obrazının mifoloji səviyyəsini Oğuz-türk epik ənənələrində diqqətə-
layiq şəkildə araşdırmışdır
5
. M.Seyidov Qazan xan adının etimo-
lojisinə baş vurmuş və özünəməxsus şəkildə Qazan xan obrazının
dayandığı mifoloji bünövrənin əhəmiyyətli əsaslarını açıqlamış,
Qazan xan haqqında qismən bilgi versə də, qorqudşünaslığa qiymətli
töhfə bəxş etmişdir
6
.
Qazan xan obrazının mifoloji səviyyəsinə aid qismən bilgilər
çərçivəsində K.Abdullayev də “Gizli Dədə Qorqud” əsərində
toxunmuşdur
7
.
Qazan xan obrazının mifoloji strukturunu struktur-semantik
metod əsasında araşdıran S.Rzasoy “Oğuz mifinin paradiqmaları”
əsərində obrazın mifoloji təməlini əhəmiyyətli şəkildə tədqiq
etmişdir
8
.
1
Duymaz A. Bir Destan Kahramanı Salur Kazan. İstanbul: 1997.221s.
2
Ərcilasun Ə.B. Salur Qazan kimdir?// «Dədə Qorqud» jur. 2003, № 2, s. 3-18.
3
Hacıyev T. Dədə Qorqud: dilimiz və düşüncəmiz. Bakı: Elm, 1999, s 13-18, 32-34.
4
Cəmşidov Ş. «Kitabi-Dədə Qorqud». Bakı: Elm,1977, s 10.
5
Abdulla B. Salur Qazan: tarix, yoxsa mif... Bakı: Ozan, 2005, 223 s.
6
Seyidov M. Azərbaycan xalqının soykökünü düşünərkən. Bakı: Yazıçı, 1989, s
124-125.
7
Abdulla K. Gizli Dədə Qorqud Bakı: Yazıçı, 1991, 152 s.
8
Rzasoy S. Qğuz mifinin paradiqmaları. Bakı: Səda, 2004, 200 s.
6
Dissertasiyada obrazla bağlı bütün mövcud araşdırmalar
diqqətlə öyrənilmiş, onların nəzəri-metodoloji, faktoloji təcrübəsinə
konkret şəkildə istinad olunmuşdur.
Tədqiqatın elmi yenilikləri. Oğuz epik ənənəsində Qazan
xan obrazı indiyə qədər üç aspektdən öyrənilməyə çalışılmışdır:
Epik, tarixi və mifoloji aspekt. Lakin bu tədqiqat əsərinə qədər həmin
araşdırmaların, demək olar ki, tamamı yalnız tarixi-müqayisəli və
ənənəvi-təsviri tədqiqat prinsiplərinə uyğun aparılmışdır. Elə bu
səbəbdən də Qazan xan obrazının oğuz epik ənənəsində bütünlüklə
öyrənilməsi mümkün olmamışdır. Çünki struktur-semantik tədqiqat
üsuluna əsaslanmadan Qazan xan obrazının mifoloji semantikasının
kompleks şəkildə öyrənilməsi mümkün deyil, yalnız müəyyən
süjetüstü komponentlərin araşdırmaya cəlb olunması imkan verə
biləcək səviyyədədir. Bu natamamlığı nəzərə alaraq bu tədqiqat işi
tarixi-müqayisəli metodla yanaşı, struktur-semantik aprobasiya
vasitəsilə Qazan xan obrazının oğuz epik ənənəsindəki sistematik
rolunu aşkarlamağa xidmət göstərmişdir. Tədqiqatda:
– Qazan xan obrazının mifoloji strukturu Oğuz mifoloji
dünya modelinin üzvi struktur ünsürü olaraq araşdırılmışdır;
– Obrazın epik-mifoloji səviyyəsi aşkar edilmişdir;
– Qazan xan obrazının epik-tarixi səviyyədə aparılması
aydınlaşdırılmış, tarixi aspektdə araşdırılmasını isə epik tələbatın
qanunauyğunluğunun inkar etməsi aşkarlanmışdır;
– Tədqiqatda elm aləminə mətnaltı laylardan struktur-
semantik səviyyədə bərpa edilmiş üç mifologem təqdim olunmuşdur.
–Araşdırmada elmi ictimaiyyətə süjetüstü və süjetaltı mətn
strukturu səviyyəsində üç motiv bərpa olunub təqdim olunmuşdur.
Tədqiqat işində DQK-dən struktur-semiotik yanaşma əsa-
sında mətnüstü və mətnaltı araşdırma nəticəsində bütöv bir süjet
(süjetaltı süjet) bərpa olunub təqdim olunmuşdur. Bu süjet xətti
“Uruzun xaqan edilməsi” şərti adı ilə “Xan Uruzun ağası” təyinində
diqqətə çatdırılmışdır.
İşdə Qazan xan obrazının ritual-mifoloji strukturu aşkarlan-
mışdır.
Araşdırmada Qazan xanın bir obraz kimi yalnız bədii
təcəssüm olması inkar olunmuş, həm bədii-epik, həm mifoloji,
həmçinin tarixi bilgilərin informator təfəkkürünün süzgəcindən keçib
müxtəlif laylar səviyyəsində struktur təşkil etməsi bərpa olunmuşdur.
Dostları ilə paylaş: |