Folklor institutu


Tədqiqatın  obyekti və predmeti



Yüklə 361,42 Kb.
Pdf görüntüsü
səhifə2/8
tarix07.08.2018
ölçüsü361,42 Kb.
#61036
1   2   3   4   5   6   7   8

 



Tədqiqatın  obyekti və predmeti. İşin əsas obyektini oğuz-

namə  mətnləri  təşkil  edir.  Buraya  DQK  və  digər  oğuznamər  aiddir. 

Tədqiqatın birbaşa predmeti  Qazan xan obrazının mifoloji strukturu-

nun  öyrənilməsidir. Qazan  obrazı bir obraz kimi əsasən DQK-də  öz 

səciyyəsini tapır. Lakin DQK-dən kənar digər örnəklərdə Qazan xan 

haqqında  əlavə  bilgilər  mövcuddur.  Elə  bu  səbəbdən  də  Qazan  xan 

obrazının  öyrənilməsində  DQK  əsas  yeri  tutur,  əlavə  bilgi  gətirən 

dastan  və  mənqəbələr  isə  tədqiqata  vasitəçi  örnəklər  kimi  cəlb  olu-

nur. 


Araşdırmanın  məqsəd  və  vəzifələri.  Tədqiqat  işinin  yazıl-

masında  başlıca  məqsəd  Qazan  xan  obrazının  örnəyində  oğuz-türk 

mədəniyyətinin  arxaik  düşüncə  tərzindən  müasir  ictimai-ədəbi 

davranış spesifikasına uyğun şəkildə adaptasiya olunmasını izləmək, 

qədim  tarixi  keçmişə  malik  olan  türk  xalqlarının,  xüsusilə  də  Oğuz 

türklərinin obraz vasitəsilə epos mədəniyyətinə malik olan bir toplum 

kimi  əski  və  çağdaş  dünyagörüşünü,  ictimai-siyasi-sosial  təşkilat 

institutunu  diqqətdə  saxlamaq,  oğuzların  mifoloji  baxışlarının  vahid 

kompleks  səviyyədə  mövcud  olduğunu,  kosmoqonik  və  etnoqonik 

sistemə malik bir mədəniyyət hadisəsi kimi obraz arealında bir daha 

müəyyənləşdirmək  və  oğuz  epik  ənənəsinin  şifahi  və  yazılı  örnək-

lərinin  uzunəsrlik  bir  tarixi  prosesdən  keçdiyini  struktur  laylar 

səviyyəsində bərpa edib aşkarlamaq olmuşdur. 

Bu  tədqiqat  işində  qarşıda  duran  vəzifələr  aşağıdakı  kimi 

həyata keçirilmişdir: 

 –  Oğuz  epik  ənənəsinə  və  qeyri-oğuz  epik  ənənəsinə  daxil 

olan  əsərlərdə  Qazan  obrazının  məlumat  səviyyəsində  səciyyələn-

dirilməsi üçün epik, mənqəbəvi əsərlər tədqiqata cəlb olunmuşdur; 

–  Obrazın  struktur  səviyyələrinin  aşkarlanması  üçün  tədqi-

qatda olan mətnlər qeyri-ənənəvi formada, struktur-semantik təsnifat 

prinsipinə əsasən öyrənilmişdir; 

–  Mövzu,  motiv  və  mifologemlər  folklor,  sənət,  dil  və 

düşüncə səviyyəsində izlənilmişdir; 

–  Obrazın  mifoloji  strukturunun  aşkarlanmasında  əski  ritual 

və  ayinlərin  spesifikasının  qismən  öyrənilib  tədqiqatda  diqqətdə 

saxlanması nəzərdə tutulmuşdur; 

–  Diqqətdə  saxlanan  ədəbi  mətnlər  sinxron  və  diaxron 

istiqamətdə tədqiqatın baxış bucağına çevrilmişdir.  




 



Problemin öyrənilmə dərəcəsi. Qazan xan obrazı  haqqında 

ən  əhatəli  şəkildə  türk  alimi  Ali  Duymaz  “Bir  dastan  kahramanı 

Salur  Kazan”  əsərini  yazmışdır

1

.  Lakin  Qazan  xan  haqqında  ümumi 



bilgilər verən bu əsər də  mövzumuzla sıx bağlı  deyil.  Çünki bu əsər 

Qazan xan obrazını ümumi şəkildə səciyyələndirir. Ə.B.Ərcilasunun 

yazdığı  “Qazan  xan  kimdir”  məqaləsi  də  Qazan  xan  obrazının 

mifoloji səviyyəsini deyil, tarixi səviyyəsini araşdırır

2

.  


T.Hacıyev  “Dədə  Qorqud:  Dilimiz,  düşüncəmiz”  əsərində 

Qazan  xan  obrazının  mifoloji  strukturunu  qismən  olsa  da,  əhəmiy-

yətli şəkildə tədqiqata cəlb etmişdir

3

.  



Ş.Cəmşidov  da Qazan xan obrazının əsasən tarixi aspektdən 

öyrənilməsinə can atmış, Qazan xanı Xürrəmilər hərəkatının rəhbəri 

Babəklə  müqayisə  etmişdir

4

.  Mövzumuza  birbaşa  aidiyyəti  olan  ən 



geniş  əsər  B.Abdullanın  “Salur  Qazan”  monoqrafiyasıdır.  Tarixi-

müqayisəli  metod  əsasında  işlənmiş  bu  əsərdə  müəllif  Qazan  xan 

obrazının  mifoloji  səviyyəsini  Oğuz-türk  epik  ənənələrində  diqqətə-

layiq  şəkildə  araşdırmışdır

5

.  M.Seyidov  Qazan  xan  adının  etimo-



lojisinə  baş  vurmuş  və  özünəməxsus  şəkildə  Qazan  xan  obrazının 

dayandığı  mifoloji  bünövrənin  əhəmiyyətli  əsaslarını  açıqlamış, 

Qazan xan haqqında qismən bilgi versə də, qorqudşünaslığa qiymətli 

töhfə bəxş etmişdir

6

.   


Qazan xan obrazının mifoloji səviyyəsinə aid qismən bilgilər 

çərçivəsində  K.Abdullayev  də  “Gizli  Dədə  Qorqud”  əsərində 

toxunmuşdur

7

.  



Qazan  xan  obrazının  mifoloji  strukturunu  struktur-semantik 

metod  əsasında  araşdıran  S.Rzasoy  “Oğuz  mifinin  paradiqmaları” 

əsərində  obrazın  mifoloji  təməlini  əhəmiyyətli  şəkildə  tədqiq 

etmişdir


8

                                                



1

 

Duymaz A. Bir Destan Kahramanı Salur Kazan. İstanbul: 1997.221s. 



2

  Ərcilasun Ə.B. Salur Qazan kimdir?// «Dədə Qorqud» jur. 2003, № 2, s. 3-18.  

3

 

Hacıyev T. Dədə Qorqud: dilimiz və düşüncəmiz. Bakı: Elm, 1999, s 13-18, 32-34. 



4

 

Cəmşidov Ş. «Kitabi-Dədə Qorqud». Bakı: Elm,1977, s 10.



 

               

5

 

Abdulla B. Salur Qazan: tarix, yoxsa mif... Bakı: Ozan, 2005, 223 s. 



 

6

 



Seyidov  M.  Azərbaycan  xalqının  soykökünü  düşünərkən.  Bakı:  Yazıçı,  1989,  s 

124-125. 

7

 

Abdulla K. Gizli Dədə Qorqud Bakı: Yazıçı, 1991, 152 s. 



8

 

Rzasoy S. Qğuz mifinin paradiqmaları. Bakı: Səda, 2004, 200 s. 




 

Dissertasiyada  obrazla  bağlı  bütün  mövcud  araşdırmalar 



diqqətlə  öyrənilmiş,  onların  nəzəri-metodoloji,  faktoloji  təcrübəsinə 

konkret şəkildə istinad olunmuşdur. 



Tədqiqatın  elmi  yenilikləri.  Oğuz  epik  ənənəsində  Qazan 

xan  obrazı  indiyə  qədər  üç  aspektdən  öyrənilməyə  çalışılmışdır: 

Epik, tarixi və mifoloji aspekt. Lakin bu tədqiqat əsərinə qədər həmin 

araşdırmaların,  demək  olar  ki,  tamamı  yalnız  tarixi-müqayisəli  və 

ənənəvi-təsviri  tədqiqat  prinsiplərinə  uyğun  aparılmışdır.  Elə  bu 

səbəbdən  də  Qazan  xan  obrazının  oğuz  epik  ənənəsində  bütünlüklə 

öyrənilməsi  mümkün  olmamışdır.  Çünki  struktur-semantik  tədqiqat 

üsuluna  əsaslanmadan  Qazan  xan  obrazının  mifoloji  semantikasının 

kompleks  şəkildə  öyrənilməsi  mümkün  deyil,  yalnız  müəyyən 

süjetüstü  komponentlərin  araşdırmaya  cəlb  olunması  imkan  verə 

biləcək  səviyyədədir.  Bu  natamamlığı  nəzərə  alaraq  bu  tədqiqat  işi 

tarixi-müqayisəli  metodla  yanaşı,  struktur-semantik  aprobasiya 

vasitəsilə  Qazan  xan  obrazının  oğuz  epik  ənənəsindəki  sistematik 

rolunu aşkarlamağa xidmət göstərmişdir. Tədqiqatda: 

–  Qazan  xan  obrazının  mifoloji  strukturu  Oğuz  mifoloji 

dünya modelinin üzvi struktur ünsürü olaraq araşdırılmışdır; 

– Obrazın epik-mifoloji səviyyəsi aşkar edilmişdir; 

–  Qazan  xan  obrazının  epik-tarixi  səviyyədə  aparılması 

aydınlaşdırılmış,  tarixi  aspektdə  araşdırılmasını  isə  epik  tələbatın 

qanunauyğunluğunun inkar etməsi aşkarlanmışdır; 

–  Tədqiqatda  elm  aləminə  mətnaltı  laylardan  struktur-

semantik səviyyədə bərpa edilmiş üç mifologem təqdim olunmuşdur. 

–Araşdırmada  elmi  ictimaiyyətə  süjetüstü  və  süjetaltı  mətn 

strukturu səviyyəsində üç motiv bərpa olunub təqdim olunmuşdur. 

Tədqiqat  işində  DQK-dən  struktur-semiotik  yanaşma  əsa-

sında  mətnüstü  və  mətnaltı  araşdırma  nəticəsində  bütöv  bir  süjet 

(süjetaltı  süjet)  bərpa  olunub  təqdim  olunmuşdur.  Bu  süjet  xətti 

“Uruzun xaqan  edilməsi” şərti adı ilə “Xan  Uruzun ağası” təyinində 

diqqətə çatdırılmışdır. 

İşdə  Qazan  xan  obrazının  ritual-mifoloji  strukturu  aşkarlan-

mışdır. 

Araşdırmada  Qazan  xanın  bir  obraz  kimi  yalnız  bədii 

təcəssüm  olması  inkar  olunmuş,  həm  bədii-epik,  həm  mifoloji, 

həmçinin tarixi bilgilərin informator təfəkkürünün süzgəcindən keçib 

müxtəlif laylar səviyyəsində struktur təşkil etməsi bərpa olunmuşdur. 



Yüklə 361,42 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə