Folklor institutu



Yüklə 361,42 Kb.
Pdf görüntüsü
səhifə5/8
tarix07.08.2018
ölçüsü361,42 Kb.
#61036
1   2   3   4   5   6   7   8

 

12 


F.Sümər  L.V.Toğana  istinadən  onun  örnək  göstərdiyi 

Ş.Ə.Yəzdinin  “Zəfərnamə”  əsərində  Karacuk  (Qara-cuq)  dağından 

söhbət  getdiyi  və  bu  dağın  M.Qaşqarinin  və  Ə.Bahadır  xanın  bəhs 

etdiyi  eyni  dağ  olduğu,  sonra  isə  adının  Kara  tay  adlandırıldığı 

barədə bəhs açır

1



T.Hacıyev  Qaracuq  dağını  Qarabağın  indiki  Xocavənd 

ərazisindəki  dağ  silsiləsi  olaraq  göstərir.Eyni  zamanda  müəllif 

Qaracuğun  qaplanı  təyinini  sistematik  olaraq  götürərək  bu  təyində 

Qazan  xanın  atasının  və  Bayındırın  adları  ilə  yanaşı  Qaracuq 

Çobanın  adının  da  bəylik  alandan  sonra  ən  qüvvətli  şəxs  olaraq  bu 

sistemə  daxil  olduğu  və  Qazan  xanın  ondan  da  üstün  olduğunun 

işarəsi olaraq Qaracuğun qaplanı olması qənaətinə gəlir

2

.  



S.Babayev, N.Babayev Qaracuğun Naxçıvan şəhərinin cənu-

bunda  qədim  kənd  olduğunu  və  təyinin  bu  kəndlə  bağlı  olduğunu 

iddia edir

3



F.Sümər  ərəb  coğrafiyaşünası,  səyyah  əl-İstəxriyə  istinadən 

Qaracuğun  (Karaçuk)  “Sır-dərya  çayının  orta  yatağındakı  Fəraq 

olduğu  fikrini  irəli  sürür  və  XI  əsrə  qədər  Fərağın  Karacuk  adı 

daşıdığını qeyd edir.  

Bizim  fikrimizcə,  Qaracuq  sözünün  toponim  və  hidrotopo-

nim olaraq götürülməsi (dağ, kənd, şəhər, çay sahili) və s. anlayışlar 

konkret  bir  məkanı  deyil,  bütün  Oğuzu  (DQK-də  Qalın  oğuzu) 

modelləşdirir. Bizim fikrimizcə Qaracuq dağ deyil, Qara Uçuq olaraq 

Oğuz boy birləşməsidir, iki tayfadan biridir. Lakin dağ assosiasiyası 

həm  bu  adın  şərəfini  yüksəldir,  həmçinin  Oğuz  düşüncəsində  eyni 

anlam daşıyan mənaları məqsədə doğru yönəldir.  

Qazan  xan  obrazının  mifoloji  semantikasının  aşkarlanması 

istiqamətində «Qonur atın iyəsi» qəlib-formulunun təhlili göstərir ki, 

bu  məna  vahidi  bir  mənsubiyyət  işarəsidir.  Xan  təyini  kimi  dərəcə 

müəyyən  edir.  Şəriksiz  təyindir.  Yalnız  Qazan  xana  məxsusdur. 

Qaraca  “Çobanın  üç  yasar  tana  dərisindən  sapanının  ayasıydı”

4

 

                                                



1

 

Sümər F. Oğuzlar. Bakı: Yazıçı, 1992, s 55,56.  



2

 

Hacıyev T. Dədə Qorqud: dilimiz və düşüncəmiz. Bakı: Elm, 1999, s 7,32. 



3

 

Kitabi Dədə Qorqud Ensiklopediyası. İki cilddə, II cild. Bakı: Yeni Nəşrlər Evi, 



2000, s 171.

 

4



 

Kitabi-Dədə  Qorqud  /  Müqəddimə,  tərtib  və  transkripsiya  F.Zeynalov  və 

S.Əlizadənindir. Bakı: Yazıçı,1988. s 48. 



 

13 


deyilməklə  “ayası”  sözünün  sapandın  əsas  hissəsi  mənasında 

işləndiyini  görürük.  H.Araslı  “aya”  sözünü,  yiyə,  sahib  (Qonur  atın 

ayası)  və  sapandın  daş  qoyulan  yeri  (sapandın  ayası)  kimi  təqdim 

etməklə  məhz  bu  sözlərin  omonim  oldğunu  göstərmişdir

1

.  Sapandın 



əsas  hissəsi  onun  daş  qoyulan  yeridir  və  mətn  özü  sapandın  ayasını 

digər  yerləri  ilə  müqayisədə  əsas  hissə  kimi  diqqətə  çatdırır: 

“Çobanın  üçyasar  tana  dərisindən  sapanının  ayasıydı,  üç  keçi 

tüyündən  sapanının  qollarıydı.  Bir  keçi  tüyündən  çatlağucıydı.  Hər 

atanda on iki batman taş atardı”

2

.   



Sapandın  ayası  digər  yerləri  ilə  müqayisədə  daha  böyük 

heyvan  dərisindən  hazırlanmaqla  və  ayası  tərəfindən  heyrətamiz 

şəkildə  on  iki  batman  daş  atmaqla  məhz  ayası  sözünün  əsas  hissə 

anlamını  mətn  lüğətində  təsdiqləyir.  Elə  təbiətdə  də  bu  sözün  əsas 

hissə  anlamında  botaniki  sahələrdə  işləndiyini  görürük.  Bu  barədə 

oxuyuruq:  “Yarpaq,  adətən,  fizioloji  prosesləri  yerinə  yetirən  enli 

ayadan və ayanı zoğa birləşdirən saplaqdan ibarətdir. Ayası olmayan 

yarpaq oturaq yarpaq adlanır”

3

.  


Azərbaycan  dilinin izahlı  lüğətində bu söz əlin içi kimi  izah 

olunmaqla  yenə  də  əsas  hissə  anlamında  olduğu  görünür.  Əlin 

barmaqlardan  başqa  olan  hissəsi  aya  adlanır

4

.  Məhz  bu  söz  bir  söz 



birləşməsində omonim olaraq iştirak edib, həm Qonur atın ayası olan 

Qazanın  onun  yiyəsi,  sahibi  olmasını  göstərir,  həmçinin  Qazanı 

qonur atın əsas hissəsi kimi strukturda işarələyir. “Əyə” omoniminin 

“əsas  hissə”  ilə  əlaqədar  mənasına  gəlincə,  həm  strukturda  ritual-

mifoloji  dünya  modelinin  Oğuz  variasiyası  olaraq,  həmçinin  tarixi-

dialektik  mərhələnin  nümayişi  kimi  təzahür  edən  atın  bir  hissəsi 

olmaq  epik  mətnin  ifadə  planında  “At  igidin  yarısıdır”,  yaxud  “At 

igidin  yarısından  artıqdır”  kimi  kliseləşmiş  deyimlərdə  özünü 

göstərir. 

                                                

1

 

Kitabi-Dədə Qorqud / Tərtib edən H.Araslı. Bakı: Gənclik, 1977, s.160 



2

 

Kitabi-Dədə  Qorqud  /  Müqəddimə,  tərtib  və  transkripsiya  F.Zeynalov  və 



S.Əlizadənindir. Bakı: Yazıçı,1988. s 48        

3

 



Azərbaycan Sovet Ensiklopediyası. 10 cilddə, V cild. Bakı: 1981, s 90 

4

  Azərbaycan  dilinin  izahlı  lüğəti.  Tərtib  edən  Orucov  Ə.  4  cilddə,  I  cild. 



Azərbaycan Elmlər Akademiyası nəşriyyatı, Bakı, 1964, s 67.  

 



 

14 


Qazan  xan  Qonur  atın  ayası  (yiyəsi  və  yarısı)  olması  ilə 

obrazlar  sisteminin  mərkəzi  obrazı  olmasını  işarələyir.  Məhz  Qonur 

atın  Qazan  xanın  təyinləri  arasında  yer  tutması  da  psixi-assosiativ 

şəkildə  bu  niyyətə  xidmət  edir.  Belə  görünür  ki,  Qonur  atın  yiyəsi 

Qazan  yox,  bir  başqası  olsa  idi  onun  yüksək  statusu  diqqət  çəkə 

bilərdi.  Elə  buna  görə  də  Qazan  xanın  yiyəliyi  də  təsadüfi  xarakter 

daşımayıb  Qazan  statusunun  üstünlüyünü  təkrar  informativ  səviy-

yədə təsdiqləyir.  

Dissertasiyanın  birinci  fəslinin  “Antropomifoloji  model” 

adlanan  ikinci  yarımfəslində  Oğuz  epik  ənənəsində  Qazan  xan 

obrazının  mifoloji  strukturunun  öyrənilməsi  üçün  antropomifoloji 

modellərin  mühüm  əhəmiyyəti  vardır.  Bunlardan  “Ulaş  oğlı”,  “Xan 

Uruzun  ağası”,  “Bayındır  xanın  göygüsi”  və  Salur  (Qazan)    təyin-

qəlibinin  öyrənilməsi  ehtiyacı  meydana  gəlmişdir.  Bunlardan  ilk 

öncə  diqqəti  “Ulaş  oğlı”  təyin-qəlibi  cəlb  edir.  Bu,  hər  şeydən  öncə 

soy işarəsidir, atanı inikas edir; əcdadı (Oğuzu) assosiasiya edir. Epik 

mətndə  Qazan  xanın  “Ulaş  oğlı”  bildirilməsi  təsadüfi  xarakterdə 

deyil.  Qazan  xan  Salurlardan  olduğuna  görə  Salurlarda  şərəfli  ad 

sayılan  Ulaşın  onun  atası  olaraq  mətnə  düşməsinə  ən  azından  ona 

görə ehtiyac var ki, Qazanın xanlıq şərəfini əsaslandırsın. Rəşidəddin 

“Oğuznamə”sində  “Ulaş”  adı  çox  hörmətlə  xatırlanır:  “Salur 

boyundan olan Ulaş və Ulad adlı iki nəfər”  Oğuz xanın nəvəsi kimi 

göstərilən Dib Yavqu ilə görüşür və Dib Yavqu onlar haqqında deyir: 

“Məmləkəti  olduğu  kimi  saxlaya  bilmək    bilik    və    bacarığı  göz 

qabağında  olan  bu  iki  kəsin  sözünə  qulaq  asmaqla  mümkün  olar”

1



Əbdülqazi  “Oğuznamə”sində  isə  iki  şəxsin  deyil,  yalnız  Ulaşın 

haqqında  bilgi  verilir

2

.  Təbiidir  ki,  belə  bir  mühüm  şəxsiyyətin 



(Ulaşın)  Qazan  xanın  atası  olması  onu  həm  Oğuz  zamanına  yaxın-

laşdırır,  həm  Oğuza  soy  baxımından  yaxın  edir,  həmçinin  “Qalın 

Oğuzun dövləti” olmasının şərəfini təmin edir.  

                                                

1

 

Rəşidəddin F. Oğuznamə / Fars dilindən tərcümə, ön söz və şərhlərin müəllifi 



R.M.Şükürovanındır. Bakı: Azərbaycan Dövlət NPB, 1992. s 41.

 

2



 

Əbülqazi Bahadır xan. Şəcəreyi-Tərakimə (Türkmənlərin soy kitabı)/ Rus dilindən 

tərcümə  edən  ön  söz  və  illüstrasiyaların  müəllifi  və  biblioqrafiyanın  tərtibçisi 

İ.M.Osmanlı.Bakı:Azərbaycan Milli Ensiklopediyası, NPB, 2002, s 73. 

 



Yüklə 361,42 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə