Folklor institutu



Yüklə 361,42 Kb.
Pdf görüntüsü
səhifə3/8
tarix07.08.2018
ölçüsü361,42 Kb.
#61036
1   2   3   4   5   6   7   8

 

Tədqiqat  işində  Qazan  xan  obrazının  oğuz  epik  ənənəsində 



folklorlaşmasının  epik-bədii  və  tarixi-ictimai  səbəbləri  funksional 

səviyyədə öyrənilmişdir. 

İşdə  “transformativ  məlumat  baqajının”  epik  ənənə  səviy-

yəsində  keçidlər  təşkil  etməsi  diqqətə  çatdırılmışdır.  Belə  ki,  DQK-

də  II-III  boyda  Qazan  xanla,  VII  boyda  Bayındır  xanla  bağlı  ritual 

etiket  qaydası  olaraq  söylənilən  təyinlərin  bir  abzasa  yerləşdirilmiş 

söz  birləşmələri  olmadığı,  bu  təyinlərdən  digər  boylara,  mövzu  və 

motivlərə,  hətta  DQK-dən  kənar  epik  ənənələrə  və  eyni  zamanda 

DQK-nin  də  daxil  olduğu  bütün  oğuz  epik  ənənəsinə  keçidlər 

mövcud  olduğu  struktur-semantik  səviyyədə  aşkarlanıb  elmi  audito-

riyaya elmi-nəzəri metodologiya kimi təqdim olunmuşdur. 

Son olaraq onu da deyək ki, gəldiyimiz elmi qənaətlər yekun 

deyil,  gələcək  tədqiqatlarda  bu  mövzuya  daha  geniş  səviyyədə 

yanaşılmağa çalışılacaqdır. 



İşin nəzəri-metodoloji əsasları. Tədqiqatda əsasən struktur-

semiotik  və  tarixi-müqayisəli  metodlar  tətbiq  olunmuşdur.  İşdə 

həmin  metodların  təbiqi  üçün  türk  alimlərindən  O.Ş.Gökyay, 

Z.Göyalp,  Ə.Cəfəroğlu,  M.Ergin,  Ə.B.Ərcilasun,  F.M.Kırzıoğlu, 

B.Ögəl,  F.Sümər,  Z.V.Toğan    və  başqalarının,  rus  alimlərindən 

V.V.Bartold,  A.Y.Yakubovski,  V.M.Jirmunski,  V.N.Basilov  və 

başqlarının, 

Azərbaycan 

alimlərindən 

Ə.Abid, 


H.Araslı, 

M.H.Təhmasib,  M.Seyidov,  X.Koroğlu,  T.Hacıyev,  N.Cəfərov, 

Ş.Cəmşidov, 

P.Xəlilov, 

K.Abdulla, 

R.Bədəlov, 

A.Rzayev, 

B.Abdulla,  F.Bayat,  K.Əliyev,  C.Bəydili,  M.Kazımoğlu,  R.Əliyev, 

S.Rzasoy,  R.Kamal,  A.Xəlil  və  başqalarının  tədqiqatları  nəzəri-

metodoloji bazanı təşkil etmişdir. 



Dissertasiyanın nəzəri və praktik əhəmiyyəti. Tədqiqat işi 

nəzəri və praktiki əhəmiyyətə malikdir. Qazan xan obrazının mifoloji 

strukturunu  öyrənən  bu  tədqiqatın  nəzəri  əhəmiyyəti  onun  Oğuz 

epik-mifoloji dünya modeli, Oğuznamə eposunun obrazlar sisteminin 

tədqiqi  zamanı  verdiyi  nəzəri-metodoloji  təcrübə  ilə,  praktiki  əhə-

miyyəti  işdən  ali  məktəblərin  filologiya  fakültələrində,  folklor  və 

mifologiya ixtisasları üzrə magistratura və aspirantura təhsili zamanı 

xüsusi  kurslarda  praktiki  vəsait  kimi  istifadə  imkanları  ilə  müəy-

yənləşir. 

İşin  aprobasiyası.  Dissertasiya  Azərbaycan  Milli  Elmlər 

Akademiyası  Folklor  İnstitutunun  Qorqudşünaslıq  şöbəsində  hazır-




 

lanmışdır.  Müəllif  tədqiqatın  nəticələri  ilə  bağlı  Azərbaycanda  və 



xaricdə  elmi  məqalələrlə çıxış  etmiş, işin  elmi  yeniliklərini konfrans 

və elmi seminarlarda elmi ictimaiyyətin diqqətinə çatdırmışdır. 



Dissertasiyanın quruluşu: Tədqiqat giriş, iki fəsil, nəticə və 

istifadə olunmuş ədəbiyyat siyahısından ibarətdir. 



 

          DİSSERTASİYANIN ƏSAS MƏZMUNU 

  

“Giriş”də  mövzunun  aktuallığı,  məqsəd  və  vəzifələri, 

tədqiqatın  obyekti  və  predmeti,  işin  nəzəri  və  praktik  əhəmiyyəti, 

elmi  yenilikləri, nəzəri-metodoloji  əsasları və aprobasiyası  haqqında 

danışılır,  mövzu  ilə  bağlı  araşdırmalara  qiymət  verilir.  Dissertasiyanın 



“Oğuz epik ənənəsində Qazan xan obrazının funksional statusu” 

adlanan  I  fəsli  iki  yarımfəsildən  ibarətdir.  I  fəslin  əvvəli  olan  ilk 

yarımfəsil  “Qazan  obrazının  xan  statusu  və  zoomifoloji  modelinin  

semantikası” adlanır. Bu yarımfəsildə ilkin olaraq  göstərilir ki, Oğuz 

epik ənənəsində xan titulu iki statusda iştirak edir: 

1) Xan – ali idarəçilik  institutunun (DQK-də Qalın Oğuzun) 

başçısı kimi (ictimai-sosial, siyasi status) 

2)  Xan  –  şəxsi  keyfiyyətlərin  göstəricisi  olan  rütbə  kimi 

(fərdi status) 

DQK-də yalnız Bayındır xan birinciyə, Dirsə, Buğac, Beyrək 

və  s.  xanlar  isə  ikinciyə,  Qazan  xan  isə  hər  ikisinə  aid  olaraq  üzə 

çıxır. Lakin hər iki funksiya Oğuz Kağan paradiqması olduğuna görə 

bəzən  bu  anlamlar  mətndə  anaxron  yarada  bilir.  Misal  üçün,  Dirsə 

xan oğlu Buğac xan (I boy)  Bayındır xanın buğasını  yıxmaq şücaəti 

göstərdikdən sonra ad almaq şərəfi qazandıqda və ritual icraçısı Dədə 

Qorqud  gəlib  ad  ritualını  həyata  keçirdikdə  Bayındır  xan  Oğuz 

məkanının  xaqanı  ola-ola,  Bayındır  xanın  öz  məkanında  belə  (Buğa 

onun buğasıdır və sarayından çıxır) Buğaca bəylik vermək üçün ona 

deyil, Dirsə xana müraciət edilməsi   xanlıq funksiyalarının bir-birinə 

qarışmasıdır, anaxrondur. 

III  boyda  isə  hünər  göstərən  Beyrəyin  Qazanın  bəyliyini 

(xanlığını) birgünlük alması, hər nə istəsə onu etməyə icazəli olması 

həm  funksiya  dəyişməsi,  həmçinin  statusların  yerdəyişməsidir. 

Bayındır  xanın  funksiyasının  (xanlığının)  mətn  altında  Dirsə  xana 

keçməsi və Qazan xanın funksiyasının (bəyliyinin) Beyrəyə keçməsi 

yalnız  anlamların  deyil,  statusların  da  funksionallaşması  paradiq-




 

matik  görüntülərin  mövcudluğundan  irəli  gəlir.  Yəni  bu  bir  ana- 



variantın  müxtəlif  şəkilləri  olduğuna  görə  bəzən  funksiyalar  da  bir-

birinə  qarışır.  Çünki  hər  nə  şəkildə  olursa  olsun,  hansı  obraza  cəm-

lənirsə  cəmlənsin,  mahiyyətdə  Oğuz  xanı  və  Oğuz  xan  olaraq  da 

Oğuzun özünü (kosmoloji model) səciyyələndirir.  

Başqa  bir  misal:  XI  boyda  Qazan  xanın  Oğuz  məkanından 

təcrid  edilib  sakral  məkandan  periferik  məkana  (kafər  məkanına) 

götürülməsi  və  oğlu  Uruz  böyüyənə  qədər  burda  qalması,  bu  müd-

dətdə  birinci  dərəcəli  xanlıq  statusunu  faktiki  olaraq  itirməsi  (DQK 

zamanının  irəliyə-geriyə  gedən  (təkrar)  hərəkətsiz  və  yarıhərəkətli-

yarıhərəkətsiz  zaman  olması  belə  bu  anlamı  dəyişdirə  bilmir)  ikinci 

dərəcəli  xanlıq  statusunu  saxlaması  ilə  şərtlənir.  Məsələn,  kafər 

məkanında  belə  kafərlərə  qələbə  çalması  (təkurun  övrətini  qorxuya 

salması,  quyudan  çıxması,  kafər  boynuna  minib  kafərlərin  gözü 

önündə  onu  həlak  etməsi  və  s.)  xanlıq  şəxsi  keyfiyyətlərini  inikas 

etdirir

1

.  Qazan  xan  obrazının  ritual-mifoloji  səviyyəsi  elə  onun 



xanlıq statusunda cəmlənir və bu statusdan qopan hissələr Qazan xan 

obrazını bütünlüklə oğuz epik ənənəsində səciyyələndirir. Qazan xan 

obrazının statusu funksionallaşaraq (bəy, xan, xaqan) epik səviyyədə 

oğuz  epik  ənənəsində  müxtəlif  anlamları  ifadə  edirsə  də,  dərinə 

endikcə də Oğuz mifinin invariant strukturundan qopan paradiqmalar 

kimi üzə çıxır. Qazan xan  obrazının ritual  kodeksin rəsmi  daşıyıcısı 

kimi  iştirak  etməsi  mütləq  onun  xan  statusundan  keçir.  Çünki 

ritualların təşkili xan, xaqan tərəfindən  həyata keçirilir, icraçılığı  isə 

ruhani funksiyada çıxış edən şəxslər vasitəsilə baş tutur. 

Qazan  xan  obrazı  Oğuz  mifinin  və  Oğuz  eposunun  paradiq-

ması  olaraq öncə Oğuz xanın xaqanlığını əsas statusda öz  nəzərində 

cəmləyərək bütün titullarıyla birgə (xan, bəy, bəylərbəyi) DQK-də ali 

idarəçilik  qurumunun  başçısı  kimi  görünür.  Qeyd  etdiyimiz  kimi 

xaqanla  bərabər  hüquqlu  şəxs  olaraq  rəsmi  törənlərin  dəyişməz 

siması kimi əvəzlənməz funksiyada iştirak edir. Qazan xanın zirvədə 

qərar  tutması,  Qalın  oğuz  elinin  faktiki  rəhbəri  olması  onun  keyfiy-

yətlərinin  kütləviləşdirilməsi  üçün  ənənəvi  tərənnüm  şablonunu 

doğurur. Lakin bu şablon  kimi görünmür. Çünki  öz  içərisində Oğuz 

xaqanının şəxsiyyətinin bütövlüyünü ifadə edən irsi, etnik, milli, dini 

                                                

1

 

Kitabi-Dədə  Qorqud  /  Müqəddimə,  tərtib  və  transkripsiya  F.Zeynalov  və 



S.Əlizadənindir. Bakı: Yazıçı, 1988. s 116-117.  


Yüklə 361,42 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə