Folklor institutu



Yüklə 361,42 Kb.
Pdf görüntüsü
səhifə4/8
tarix07.08.2018
ölçüsü361,42 Kb.
#61036
1   2   3   4   5   6   7   8

 

10 


və  s.  maddi-mənəvi  yaşantının  anlamlarını  daşıyır:  “Bir  gün  Ulaş 

oğlı,  Tülü  quşun  yavrısı,  bizə  miskin  umudı,  Amit  soyının  aslanı, 

Qaracuğın  qaplanı,  Qonur  atın  iyəsi,  Xan  Uruzın  ağası,  Bayındır 

xanın göygüsi, Qalın Oğuzın dövləti, qalmış yigit arxası Salur Qazan 

yerindən turmışdı”

1

.  



Diqqətlə yanaşdıqda aydın görünür ki, bu sözlüklərdə yekdil 

olmayan  müxtəlif  məlumat  anlamı  və  dünyagörüşü  forması  cəmlən-



mişdir. Elə bu baxımdan da bu ritual törənə, boy başlanğıcında olan 

mərasim  faktoruna  yalnız  Qazan  xanın  titulları  kimi  baxmaq  özünü 



doğrultmur.  Bu  sözlüklərə  Qazan  xanın  xanlıq  dərəcəsinin  ifadəsi 

olaraq ad  tapmağa  çalışsaq,  şübhəsiz  ki,  “xan  öyüncü”  ifadəsi  ritual 

fəaliyyəti  daha çox aydınlaşdıra bilər.  Çünki bu təyinlər bütünlüklə 

Qazan xanın xan statusunu proyeksiyalandıra bilər. Eyni zamanda bu 

sözlüklər  mətndə  kod açarı rolunda çıxış  edib bütünlüklə Oğuz  epik 

ənənəsində  Qazan  xan  obrazının  müxtəlif  fəaliyyətlərini  özündə 

cəmləyir.  Mətnə  hansı  bucaqdan  baxılırsa  baxılsın,  xan  öyüncləri 

təyinlərinə  gəlib  çıxmaq  məcburiyyəti  meydana  çıxır. Elə  bu  səbəb-

dən də bu təyinlər ardıcıl formada araşdırmaya cəlb olunmuşdur. 

I yarımfəsildə daha sonra Qazan xan obrazının “Zoomifoloji 

modeli”nin  semantikası  aşkarlanmışdır.Belə  ki,  Oğuz  epik  ənənə-

sində  Qazan  xan  obrazının  mifoloji  strukturu  bir  bütöv  sistem  olub, 

müxtəlif  semantik  səviyyələrdən  təşkil  olunur.  Bu  sistemdə  zooloji 

səviyyə  ilkin,  arxaik  semantika  kimi  diqqəti  cəlb  edir.  “Tülü  quşun 

yavrısı”,  “Amit  soyının  aslanı”,  Qaracuğın  qaplanı”,  “Qonur  atın 

iyəsi”  kimi təyinlər bu cəhətdən araşdırılmışdır. 



“Tülü  quşun  yavrısı”  təyin-titulunda  göstərilir  ki,  “Tülu 

quşun yavrusu” təyini mifologem olaraq aşkarlanır. Bu anlamın eyni 

zamanda  mətn  boyu  səpələnmiş,  müxtəlif  sözlüklərlə  ifadə  olunan, 

lakin  anlam  baxımından  eyni  semantik  cərgəyə  aid  olan  digər 

mifologemlər  ilə  bir  mifoloji  kompleksdə  mif  motivi  olaraq  birləş-

məsi,  mətndə  əhəmiyyətli  struktur  səviyyələri  meydana  çıxarır. 

“Tülü quşun yavrısı” inanc işarəsidir. Günəşi simvolizə edir. Oğuzun 

işıq anlamını proyeksiyalandırır.   

                                                

1

 



Kitabi-Dədə  Qorqud  /  Müqəddimə,  tərtib  və  transkripsiya  F.Zeynalov  və 

S.Əlizadənindir. Bakı: Yazıçı, 1988.s 42. 

 



 

11 


“Amit  soyının  aslanı”  təyinində  isə  tədqiq  olunub  aydınlaş-

dırılır  ki,  oğuz  epik  ənənəsində  Qazan  xan  obrazının  mifoloji  struk-

turunun  təhlili  zamanı  aktual  zoomentemlərdən  biri  “Amit  soyunun 

aslanı”qəlibidir. Bu qəlib iyerarxiya işarəsidir. Ali statusu bildirir. 

“Amit soyının aslanı” təyin-titulu da zoomifoloji kompleksin 

semantik  səciyyəsi  olaraq  epik  ənənədə  özünü  göstərir.  Oğuz  epik 

ənənəsində  “amit”  sözü  ilə  Oğuz,  “aslan”  sözü  ilə  xaqan  (qağan) 

işarə  edilmişsə,  “soy”  sözü  ilə  də  mətndə  rast  gəldiyimiz,  Basatın 

dilində fəxrlə ünvanlanan “qaba ağac” ifadəsi işarələnmişdir.  

Bu  söz  birləşməsinin  semantik  açımı  onun  mahiyyətini  üzə 

çıxarır.  “Amit  soyunun  aslanı”  ifadəsinin  Oğuz  soyunun  (Qaba 

ağacının) aslanı (xaqanı) olması mətndə təsdiqini tapır. 

  Qazan  xan  obrazının  mifoloji  strukturunun  aydınlaşdırıl-

ması baxımından “Qaracuğın qaplanı” semantemi də ciddi informa-

siya  verir. Təhlil  göstərir ki, bu  mifoloji struktur vahidi  ilk  növbədə 

məkan  və  rütbə  işarəsidir.  DQK  mətnində  coğrafi-inzibati  Oğuz 

məkanını  və  ali  statusu  inikas  edir.  Qaracuğu  toponim  olaraq  qəbul 

edən  tədqiqatçılar  əksərən  dağ  anlamında  Qaracuq  dağı  anlayışını 

ifadə  etdiyini  bildirmiş,  lakin  bu  dağın  hansı  ərazidə  yerləşdiyi 

barədə yekun fikrə gəlməmişlər. Z.Gökalp dağ olduğunu qeyd etmiş, 

eyni adlı dağın Mosul  yaxınlığında  da  olduğunu bildirmişdir. Xüsu-

sən  də  bu  dağların  Türkmənistanda  yerləşən  Qaracuq  dağına  bənzə-

diyinə görə bu adı aldığını  qeyd  etmiş, E.Rossi  də bu fikri  dəstəklə-

mişdir.Bundan  əlavə  Qaracuq  dağın  Xorasan  vilayətində-Bəlxdə 

(M.F.Qırzıoğlu)  Cənubi  Azərbaycanda  (H.Araslı)  da  yerləşdiyi 

barədə  tədqiqatçılar  bilgi  vermişlər.  M.Qaşqari  lüğətində  Qaracuq 

dağı  Çebeli-Qaracuq  adı  ilə  göstərilmişdir.  Eyni  zamanda  Qaşqari 

Qaracuğun  Oğuz  şəhərinin  adı  olduğunu  söyləmişdir.  “Karaçuk: 

Fərab  şəhərinin  adı:  Bu  Oğuz  şəhərlərindən  biridir”

1

.  Əbülqazi 



Bahadır xanda da Qaracıq olaraq (bu yazılışda vav (u) səsi yoxdur)

2

 



dağ anlamında “Qaracıqtaq kimi işlənmişdir”

3

.  



                                                

1

 



Kitabi  Dədə  Qorqud  Ensiklopediyası.  İki  cilddə,  II  cild.  Bakı:  Yeni  Nəşrlər  Evi, 

2000, s 170. 

2

 

Kitabi-Dədə Qorqud Ensiklopediyası. İki cilddə, I c. Bakı: Yeni Nəşrlər Evi, 2000, 



s 416 (205). 

3

 



Əbülqazi Bahadır xan. Şəcərei-Tərakimə (Türkmənlərin soy kitabı) / Rus dilindən 

tərcümə  edən,  ön  söz  və  göstəricilərin  müəllifi  və  biblioqrafiyanın  tərtibçisi 

İ.M.Osmanlı. Bakı: Azərbaycan Milli Ensiklopediyası N-PB, 2002, s 75. 



Yüklə 361,42 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə