Folklor institutu



Yüklə 361,42 Kb.
Pdf görüntüsü
səhifə6/8
tarix07.08.2018
ölçüsü361,42 Kb.
#61036
1   2   3   4   5   6   7   8

 

15 


Halbuki  Əbülqazi  “Şəcəreyi-Tərakimə”də  nəsil  şəcərəsini 

göstərərkən  Qazan  xanın  atasının  Ulaş  deyil,  Enkeş  olduğunu 

göstərir.  Lakin  Əbdülqazidə  də  məlumatlar  çox  ziddiyyətlidir.  Ulaş 

haqqında  eyni  məlumatı  verən  Ə.Bahadır  xan  Enkeşi  gah  Qazan 

xanın kəndxudası, gah da atası kimi göstərir

1



Ancaq  buna  baxmayaraq,  bir  fakt  maraqlıdır  ki,  hər  iki 

Oğuznamə  yazarı  mənqəbəçi  olaraq  Ulaş  haqqında  verdikləri 

məlumatda  onun  Oğuz  xanı  gördüyü  və  ona  yaxın  olduğu  barədə 

eyni  hadisəni  təsvir  edir  ki,  bu  da  Qazan  xana  epik  obraz  olaraq 

xüsusi dəyər verir.  

Qazan xan obrazının öyrənilməsi istiqamətində “Xan Uruzun 

ağası”  qəlib  modelinin  təhlili  göstərir  ki,  bu,  ilk  növbədə  soy  və 

mənsəb işarəsidir. Ali təsisatı ifadə edir. 

“Xan  Uruzun  ağası”  təyini  yalnız  Qazan  xanın  oğlunu  ifadə 

etmək  üçün    xan  öyüncləri  cərgəsində  yer  alır.  Lakin  Qazan  xana 

məxsus  olan  bu  təyin  Bayındırı  da  təyinlərin  şərikli  tərəfi  kimi 

assosiasiya  edir.  Çünki  Bayındır  xan  da  Xan  Uruzun  babasıdır.  Elə 

bu  təyin  III  boyda  Osmanlı  türkcəsinə  uyğun  olaraq  Xan  Uruzun 

ağası  deyil,  Xan  Uruzun  babası  şəklində  əlyazma  nüsxəsində  işlən-

mişdir

2

.  Ancaq  Azərbaycan  türkcəsində  oxunarsa  bu  söz  ata  məna-



sında  deyil, baba mənasında da işlənə bilər. Təbiidir ki, biz bu  oxu-

nuşu iddia etmirik. Mətn bu sözün Qazan xana ünvanlanan Osmanlı 

türkcəsinə  uyğun  “ata”  sözünü  aydın  göstərir.  Lakin  Bayındır  xan 

təyinlərin şərik tərəfi və Xan  Uruzun babası olduğuna görə bu təyin 

sözlüklərin  fərqli  dil  faktını  situativ  fakta  çevirərək  Qazanla  birgə 

Bayındırı da göz önünə gətirir.  

Qazan  xanın  “Xan  Uruzun  ağası”  təyini  xaqan  Bayındırdan 

sonra Uruzun atası olaraq xan Qazanın yüksək statusunu göstərir. Bu 

anlamda  bu  öyünc  xan  öyüncü    cərgəsinə  daxil  olur,  xan  Uruzun 

ağası  və xan Uruzun ağası olmaq xüsusi bir dərəcəni müəyyən etdiyi 

üçün  xan  təyinləri  arasında  yer  alır.  Oğuz  mifinin  paradiqmatik 

                                                

1

 

Əbülqazi  Bahadır  xan.Şəcəreyi-Tərakimə(Türkmənlərin  soy  kitabı)/  Rus  dilindən 



tərcümə  edən  ön  söz  və  illüstrasiyaların  müəllifi  və  biblioqrafiyanın  tərtibçisi 

İ.M.Osmanlı. Bakı:Azərbaycan Milli Ensiklopediyası, NPB, 2002, s 76, 97, 100. 

2

 

Kitabi-Dədə Qorqud Ensiklopediyası. İki cilddə, I c. Bakı: Yeni Nəşrlər Evi, 2000, 



s 511 (110). 


 

16 


təzahürü olaraq bu təyin kosmoloji-etnoqonik Oğuz strukturunun soy 

aktı üzərində dayanmasından qaynaqlanır. 

Qazan  xanın  mifoloji  semantikasını  açıqlayan  “Bayındır 

xanın  göygüsi”  antropoqəlibi  isə  ilk  növbədə  qövmi  mənsubiyyət 

(əqrəbalıq) işarəsidr, status göstəricisidir. İlk növbədə bu onu göstərir 

ki, Qazan xan  Bayındır  xanın qızını almışdır, bu səbəbdən də onun 

küyəküsidir.  Demək  küyəkü  indiki  kürəkən  sözünün  daha  arxaik 

şəklidir. Bəs  nə üçün Qazan xanın təyinləri arasında  Bayındır xanın 

küyəküsi  olmaq  təyini  yer  alır?  Çünki  əvvəldə  qeyd  etdiyimiz  kimi 

Qazan  xanın  öz  statusundan  əlavə  ona  artıq  dərəcə  bəxş  edən  digər 

statuslar  da  bu  təyinlər  cərgəsində  ritual  etiketi  olan  xan  öyüncləri 

kimi yer almaqdadır. Xan Uruzun ağası olmaq Qazan xana şərəf bəxş 

etdiyi  kimi,  Qalın  Oğuzun  xaqanı  xanlar  xanı  xan  Bayındırın 

kürəkəni  olmaq  statusu  əlavə  dərəcə  qazandırır  və  Qazan  xanın  ali 

dərəcəsini ifadə edir.  

Qazan  xanın  Bayındır  xanın  küyəküsi  (göygüsü,  köygüsi) 

olmasının  nə  üçün  xan  öyüncləri  cərgəsində  yer  tapması  mətn 

tədqiqində  aydın  olur.  Burada  xaqana  (Kağana)  bağlanmaq  ənənəsi 

vardır ki, bu bütün türk dövlətçilik tarixində, mifoloji-ictimai-kütləvi 

ədəbiyyatlarda xüsusi təyinat olaraq özünü göstərir. Özünü soy mər-

təbəsi  ilə Oğuz xana və s. xaqanlara da bağlamaq  ənənə  formasında 

olmuşdur.  F.Sümər  dövlət  quran  türk  sultanlarının  mühüm  bir 

qisminin – qaraqoyunluların, ağqoyunluların, qaramanlıların, osman-

lıların,  Elxanilərin,  “İrandakı  son  türk  xanədanı  olan  Qacarların”  və 

s.  özünü  Oğuz  soylu  hesab  etməsini  və  Oğuz  xaqana  bağlamasını 

istinadlarla  vermişdir

1

.  Ə.Tehrani  “Kitabi  Diyarbəkriyyə”  əsərində 



Uzun  Həsənin  nəsil  şəcərəsi  içərisində  əcdad  kimi  Oğuz  xanı 

göstərir


2

.  Ümumiyyətlə,  F.Sümərin  diqqət  çəkdiyi  osmanlıların  və 

digər  türk  soyluların  özünü  Oğuz  xana  bağlaması  əslində  tarixi-

genoloji  baxımdan  aydındır.  Çünki  Oğuz  tayfalarının  özünü  Oğuz 

xaqana bağlaması həm soy, həm də şərəf nəzər nöqtəsindən təbiidir. 

Lakin  monqol  mənşəli  Elxani  xanədanında  Qazan  xan,  Olcaytu  və 

Əbu Səidin vəziri olmuş F.Rəşidəddinin

3

   və  özünü  monqol  mənşəli 



                                                

1

 



Sümər F. Oğuzlar. Bakı: Yazıçı, 1992, s  176, 177, 347, 348. 

2

 



Əbubəkr  Tehrani.  Kitabi-Diyarbəkriyyə  /  Fars  dilindən  tərcümə  edən,  ön  söz  və 

şərhlərin müəllifi R.Şükürova. Bakı: Elm, 1998, s 46. 

3

 

Azərbaycan Sovet Ensiklopediyası. 10 cilddə, VIII cild. Bakı: 1984, s 142.  




 

17 


hesab  edən  Əbülqazi  bahadır  xanın

1

    Oğuz  Kağan  və  onun  şəcərəsi 



haqqında  yazdıqları  Oğuznamələr,  F.Sümərin  də  qeyd  etdiyi  kimi, 

böyük bir “türkçülük  və  ya Oğuzçuluq cərəyanının”

2

  olmasından  da 



irəli gələ bilər. 

Bayındır xanın  küyəküsi təyini xaqana bağlanmaq  ənənəsin-

dən  qaynaqlanan  mif  paradiqması  kimi  Oğuz  mifoloji  strukturuna 

bağlılığını əks etdirir. 

Qazan  obrazının  mifoloji  strukturunun  tədqiqi  istiqamətində 

Salur  (Qazan)”  təyin-qəlibinin  öyrənilməsi  göstərir  ki,  bu,  şəxs 

işarəsidir.  Obrazlar  sistemində  mərkəzi  obrazı  işarələməklə  soy 

baxımından  eyni  xana  bağlanır.  Salur  Qazan  birləşməsində  görün-

düyü kimi iki antroponim, yaxud bir etnonim, bir antroponim özünü 

göstərir.  Salur  tayfa  adı  kimi,  Qazan  isə  şəxs  adı  kimi  fikrimizi 

təsdiqləyir.  Lakin  nəzərə  alınsa  ki,  Salur  özü  də  şəxs  adıdır,  daha 

səhihi Oğuz xanın nəvəsinin adıdır, o zaman antroponimin etnonimə 

çevrilməsinin  məntiqiliyi  aydınlaşır.  Ümumiyyətlə,  tayfa  təsnifatın-

dan  bilindiyi  kimi  hər  tayfa  bir  əcdaddan  törəyir,  tayfalar  birləşərək 

etnos  yaradır,  bu  silsilə  ilə  ad  tayfa  və  məkan  bir-birinə  bağlanır. 

Antroponimdən  etnonim,  etnonimdən  toponim  törəyərək  antro-etno-

toponim səciyyəsi yaradır. Oğuz əcdad kimi, Oğuz tayfa kimi, Oğuz 

məkan  kimi  və  s.  Salur  Qazan  birləşməsi  də  bu  baxımdan  özündə 

əcdad,  tayfa  və  “Salur  Qazan  eli”  anlayışı  ilə  məkan  səviyyəsini 

nümayiş  etdirir.  Salur  Qazanın  tarixi  kontekstdə  araşdırılması  epik 

qanunauyğunluq  gərəyindən  zəif  şəkildə  aparıldığından  burada  epik 

səviyyədə bu mənsubiyyət səciyyəsi haqqında bəhs açmağa daha çox 

ehtiyac  vardır.  Qeyd  edək  ki,  hər  bir  obraz  kimi  Salur  Qazan  obra-

zının da əsasında bir neçə tarixi tip (prototip) dayanır. Məlumdur ki, 

müxtəlif şəxslərin fərdi xüsusiyyətlərindən alınan cizgilər bir  obraz-

da  cəmlənir.  Qazan  xan  obrazı  da  bu  baxımdan  istisna  təşkil  etmir. 

Məhz obraz Salur Qazan mürəkkəb adıyla daha çox tanıdıldığı üçün 

eyni  zamanda  Salur  əcdad  və  tayfa  ifadə  etməsi  səbəbindən  Salur 

Qazanın  Salurla  bağlılığı  diqqət  mərkəzində  olmalıdır.  Çünki  obraz 

                                                

1

 

Əbülqazi Bahadır xan. Şəcəreyi-Tərakimə (Türkmənlərin soy kitabı)/ Rus dilindən 



tərcümə  edən  ön  söz  və  illüstrasiyaların  müəllifi  və  biblioqrafiyanın  tərtibçisi 

İ.M.Osmanlı. Bakı: Azərbaycan Milli Ensiklopediyası NPB, 2002, s 45. 

2

 

Sümər F. Oğuzlar. Bakı: Yazıçı, 1992, s .177. 




Yüklə 361,42 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə