Folklor institutu



Yüklə 361,42 Kb.
Pdf görüntüsü
səhifə7/8
tarix07.08.2018
ölçüsü361,42 Kb.
#61036
1   2   3   4   5   6   7   8

 

18 


spesifikasını  dərindən  araşdırmaq  obrazın  söylədiyi  açar  sözlərlə 

mümkündür. Salur sözü məhz bu mahiyyətdə DQK-də diqqət çəkir.  

Beləliklə,  diqqət  çəkdiyimiz  təyin-titullar  ilə  Bayındırın, 

əsasən  də  Qazan  xanın  Oğuz  cəmiyyətində  xan  statusu  işarələnir. 

Salur  Qazan  xan-xaqan  statusunun  daşıyıcısı  olaraq  Oğuz  xaqan 

(Oğuz  xan)  invariantının  paradiqması  kimi  xaqan  arxetipini  ifadə 

edir. 

Dissertasiyanın  ikinci  fəsli  “Qazan  xan  obrazının  sosio-



mifoloji modeli və ritual-mifoloji strukturu” adlanır.Bu fəsil də iki 

yarımfəsildən  ibarətdir.Bu  fəslin  birinci  yarımfəsli  “Sosiomifoloji 

model”“ adlanır.Bu fəsildə Oğuz epik ənənəsində Qazan xan obrazı-

nın  mifoloji  strukturunun  aşkarlanması  üçün  onun  sosiomifoloji  və 

ritual-mifoloji  kontekstlərdə  təhlili  zəruridir.  Sosiomifoloji  yanaşma 

bizə  obrazın  sosial-mifoloji  struktur  qatlarını,  ritual-mifoloji  yanaş-

ma isə ritual-mifoloji səviyyələrini aşkarlamağa imkan verəcəkdir. 

Qazan xan  obrazının sosiomifoloji kontekstdə təhlili zamanı 

“Bizə  miskin  umıdı”,  “Qalın  Oğuzın  dövləti,  “Qalmış  yigit  arxası”, 

“Türküstanın  dirəgi”  kimi  təyinlər  əhəmiyyətli  şəkildə  iştirak  edir. 

Bu  təyinlər  arasında  “Bizə  miskin  umıdı”  model-qəlibi  xüsusi 

aktuallıq kəsb edir. Bu qəlib güc və qurtarıcılıq işarəsidir. Mətnin üst 

qatında  xanlığı,  alt  layında  mədəni  qəhrəmanı  işarələyir.  Öncə  onu 

qeyd  edək  ki,  bu  ifadə  “bizə  miskinlərin  umudu  olan”  anlamında 

oxuna bilər. Lakin bizə  miskin umıdı  kimi  deyil, bezə  miskin umıdı 

şəklində  oxunsa  daha  düzgün  olar

1

.  Çünki  bu  sözün  ifadə  etdiyi 



anlamın daha asanlıqla qavranılması üçün şəxs əvəzliyi deyil, ümumi 

ismi  əks  etdirən söz  olaraq aydınlaşdırılması  müəyyən fikir dolaşıq-

lığının  qarşısını  ala  bilər. “DQK-nin  izahlı  lüğətində  (O.Ş.Gökyanın 

lüğətindən  istifadə  qaydasında  hazırlanan  bu  lüğətin  tərtibçiləri 

T.Hacıyev,  İ.Məmmədovdur)  bu  sözün  bizə  yox,  “bezə”  kimi 

yazılaraq  ərəb  sözü  olan  miskin  sözünün  farsca  qarşılığı  olan  söz 

kimi  miskin,  fağır,  yoxsul,  nəsibsiz  və  s.  kimi  anlamları  əks 

etdirdiyini görürük

2



                                                



1

 

Kitabi-Dədə Qorqud Ensiklopediyası. İki cilddə, I c. Bakı: Yeni Nəşrlər Evi, 2000, 



s 586 (35). 

2

 



Kitabi-Dədə Qorqud Ensiklopediyası. İki cilddə, I c. Bakı: Yeni Nəşrlər Evi, 2000, 

s 133. 



 

19 


Eyni  qənaətdə  olduğumuz  üçün  onu  qeyd  edək  ki,  bu  söz 

yalnız  qiraət  tələbatı  kimi,  yaxud  da  etimoloji  mülahizə  kimi  deyil, 

həm  də  mətn  strukturunda    təsadüfi  olmayan  anlam  olaraq  mühüm 

səciyyələri  ifadə  edən  söz  olaraq  diqqət  çəkir.  Eyni  ifadənin  Bayın-

dıra da aid  edilməsi

1

 xaqanlığı  və xanlığı, bu ali  idarəçilik təbəqəsi-



nin ikili institutunun iki zirvə pilləsini işarələyir.  

Bezə miskin umıdının mətnin üst qatında xanlığı, alt qatında 

mədəni  qəhrəmanı  işarələməsi  yenə  də  təkrar  olaraq  Oğuz  xanın 

xanlığının  və  mədəni  qəhrəmanlığının  paradiqması  olaraq  Bayındırı 

və  Qazanı  əks  etdirməsi  bu  təyinin  arxetip  görüntüsü  olaraq  aşkara 

çıxmasının  struktur  bütövü  işarələyən  düşüncə  hadisəsi  olmasından 

xəbər verir.   

Qazan obrazının  mifoloji semantikasının təhlili  kontekstində 



“Qalın  Oğuzun  dövləti”  qəlibinin  təhlili  göstərir  ki,  bu,  iyerarxiya 

işarəsidir. Oğuz etnosunun və Oğuz məkanının vahid ali idarəçiliyini 

işarələyir. 

Qazan xanın  Qalın Oğuzun  dövləti  olması  kontekst  məzmu-

nuna  tam  uyğundur.  Qazan  iki  əsas  şəxsdən  biri  kimi,  xüsusilə  də 

daha fəal şəxs olaraq (bu təyin  yalnız Qazan xana məxsusdur) Oğuz 

dövlətçiliyinin təmsilçisi, dövlətin simasıdır. Qalın Oğuzun iki dövlət 

siması  vardır.  Bayındır  və  Qazan  xan.  Bayındır  xan  “Qaba  ələm 

götürən  Bayındır  xan”  olaraq  anılmaqla  dövlətin  modeli  olmasına 

diqqət  çəkilirsə,  Qazan  xan  “Qalın  Oğuzun  dövləti”  olmaqla  bu 

səviyyədə aşkarlanır.    

Qalın Oğuzun dövlətinin xan statusunu ifadə etməsi məhz bu 

təyinin  dövlət  anlamında  işləndiyini  göstərir.  Elə  bu  status  göstəri-

cisinin  real  təzahürü  olaraq  III  boyda  Qazan  xanın  təkrar  səviyyədə 

“Qalın  Oğuzun  arqası”  adlanması  da  sinonim  sözlük  olaraq  eyni 

status və funksiyanı diqqətə çatdırmaq üçündür

2

.

 



 

Qazan  xanın  Oğuz  mifinin  paradiqması  kimi  Qalın  Oğuzun 

dövləti  olması  eyni  invariant  strukturun  DQK-də  xan  öyüncləri 

arasında obraz klişesi olaraq sabitləşməsi Oğuz ali idarəçiliyinin əsas 

şəxsi olmasından meydana gəlir.  

                                                

1

 

Kitabi-Dədə Qorqud/ müqəddimə, tərtib və transkripsiya F.Zeynalov və S.Əlizadə-



nindir. Bakı: Yazıçı, 1988, s 94. 

2

  Kitabi-Dədə  Qorqud/  müqəddimə,  tərtib  və  transkripsiya  F.Zeynalov  və 



S.Əlizadənindir. Bakı: Yazıçı, 1988, s 52. 


 

20 


Salur  Qazan  obrazının  sosiomifoloji  semantikasının  aşkar-

lanması  istiqamətində  “Qalmış  yigit  arxası”  qəlib-modelinin  təhlili 

göstərir  ki,  bu  təyinin  təsadüfi  olmayıb,  Oğuz  cəmiyyətində  sosial 

ədalətin tərkib hissəsi kimi ən az üç səviyyədə mövcud olan təbəqəni 

himayə  etməsi, onların arxası olmasıyla xüsusi imtiyaz  müəyyənləş-

dirməsi özünü göstərir: 

1. Yaşı ötmüş igidlərə – qazilərə ayrılan imtiyaz; 

2. Əlil şəxslərə ayrılan imtiyaz; 

3. Şəhidlərə ayrılan imtiyaz; 

Qalmış igidlərin arxası olmaq onların imtiyazının xan, xaqan 

səviyyəsində  müdafiə  olunması  deməkdir.  DQK-də  Bayındır  və 

Qazan  xan  qalmış  yigit  arxası,  Qazan  Qalın  Oğuzun  arxası  kimi 

diqqət  çəkir

1

.    Beyrəyə  isə  müsəlmanların  arxası  olsun  deyilir



2

.  Elə 


buna görə də arxa olmaq xüsusi bir status olaraq Oğuz cəmiyyətində 

sosial-ictimai kodeks kimi ortaya çıxır.   

Onu  da  qeyd  edək  ki,  istər  status  göstəricisi,  istərsə  də 

mifoloji  törəmə  kimi  qalmış  yigit  arxası  təyini  bezə  miskin  umıdı 

təyini  ilə  yaxın  anlam  kəsb  etdiyi  üçün  yaxın  funksiya  daşınmasını 

göstərməklə  bərabər  bir  təyinə  aid  olan  fəaliyyət  və  struktur 

spesifikası digərinə də aiddir. Bu baxımdan Qalmış yigit arxası təyini 

himayədar  xan  statusunu  diqqətə  çatdıran  ritual  etiketin  aşkarlanan 

ifadə formasıdır. 

Qazan  obrazının  mifoloji  semantikasının  təhlilinə  cəlb 

olunmuş “Türküstanın dirəgi” qəlib-modelinin öyrənilməsi göstərir 

ki, bu, ilk  növbədə  məkan  işarəsidir. Etnosu  da ifadə  etməklə status 

aşkarlayır.  Bu  təyinin  xan  öyüncləri  cərgəsində  yer  alması  çox 

diqqətəlayiq  hadisədir.  Türküstanın  dirəgi  birləşməsi  məkan  işarəsi 

olmaqla  Bayındır  və  Qazanın  yalnız  uçoq  və  bozoqları  birləşdirən 

Qalın  Oğuzun  deyil,  əksər  türk  etnoslarını  içərisinə  alan  Türküstan 

kimi böyük türk  məkanının başçısı  və arxası (dirəyi arxa mənasında 

da  işləkdir)  olduğunu  əks  etdirir.  Təsadüfi  deyil  ki,  Qazan  və 

Bayındır  təyinləri  arasında  Türküstanın  dirəgi  ifadəsi  işləndikdə 

Qalın Oğuz təyini işlənmir.  II boyda Qazan xanın təyinləri arasında 

                                                

1

 



Kitabi-Dədə  Qorqud  /müqəddimə,  tərtib  və  transkripsiya  F.Zeynalov  və 

S.Əlizadənindir. Bakı: Yazıçı, 1988, s 52. 

2

 

Kitabi-Dədə  Qorqud/müqəddimə,  tərtib  və  transkripsiya  F.Zeynalov  və 



S.Əlizadənindir. Bakı: Yazıçı, 1988, s 54. 


Yüklə 361,42 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə