10
və s. maddi-mənəvi yaşantının anlamlarını daşıyır: “Bir gün Ulaş
oğlı, Tülü quşun yavrısı, bizə miskin umudı, Amit soyının aslanı,
Qaracuğın qaplanı, Qonur atın iyəsi, Xan Uruzın ağası, Bayındır
xanın göygüsi, Qalın Oğuzın dövləti, qalmış yigit arxası Salur Qazan
yerindən turmışdı”
1
.
Diqqətlə yanaşdıqda aydın görünür ki, bu sözlüklərdə yekdil
olmayan müxtəlif məlumat anlamı və dünyagörüşü forması cəmlən-
mişdir. Elə bu baxımdan da bu ritual törənə, boy başlanğıcında olan
mərasim faktoruna yalnız Qazan xanın titulları kimi baxmaq özünü
doğrultmur. Bu sözlüklərə Qazan xanın xanlıq dərəcəsinin ifadəsi
olaraq ad tapmağa çalışsaq, şübhəsiz ki, “xan öyüncü” ifadəsi ritual
fəaliyyəti daha çox aydınlaşdıra bilər. Çünki bu təyinlər bütünlüklə
Qazan xanın xan statusunu proyeksiyalandıra bilər. Eyni zamanda bu
sözlüklər mətndə kod açarı rolunda çıxış edib bütünlüklə Oğuz epik
ənənəsində Qazan xan obrazının müxtəlif fəaliyyətlərini özündə
cəmləyir. Mətnə hansı bucaqdan baxılırsa baxılsın, xan öyüncləri
təyinlərinə gəlib çıxmaq məcburiyyəti meydana çıxır. Elə bu səbəb-
dən də bu təyinlər ardıcıl formada araşdırmaya cəlb olunmuşdur.
I yarımfəsildə daha sonra Qazan xan obrazının “Zoomifoloji
modeli”nin semantikası aşkarlanmışdır.Belə ki, Oğuz epik ənənə-
sində Qazan xan obrazının mifoloji strukturu bir bütöv sistem olub,
müxtəlif semantik səviyyələrdən təşkil olunur. Bu sistemdə zooloji
səviyyə ilkin, arxaik semantika kimi diqqəti cəlb edir. “Tülü quşun
yavrısı”, “Amit soyının aslanı”, Qaracuğın qaplanı”, “Qonur atın
iyəsi” kimi təyinlər bu cəhətdən araşdırılmışdır.
“Tülü quşun yavrısı” təyin-titulunda göstərilir ki, “Tülu
quşun yavrusu” təyini mifologem olaraq aşkarlanır. Bu anlamın eyni
zamanda mətn boyu səpələnmiş, müxtəlif sözlüklərlə ifadə olunan,
lakin anlam baxımından eyni semantik cərgəyə aid olan digər
mifologemlər ilə bir mifoloji kompleksdə mif motivi olaraq birləş-
məsi, mətndə əhəmiyyətli struktur səviyyələri meydana çıxarır.
“Tülü quşun yavrısı” inanc işarəsidir. Günəşi simvolizə edir. Oğuzun
işıq anlamını proyeksiyalandırır.
1
Kitabi-Dədə Qorqud / Müqəddimə, tərtib və transkripsiya F.Zeynalov və
S.Əlizadənindir. Bakı: Yazıçı, 1988.s 42.
11
“Amit soyının aslanı” təyinində isə tədqiq olunub aydınlaş-
dırılır ki, oğuz epik ənənəsində Qazan xan obrazının mifoloji struk-
turunun təhlili zamanı aktual zoomentemlərdən biri “Amit soyunun
aslanı”qəlibidir. Bu qəlib iyerarxiya işarəsidir. Ali statusu bildirir.
“Amit soyının aslanı” təyin-titulu da zoomifoloji kompleksin
semantik səciyyəsi olaraq epik ənənədə özünü göstərir. Oğuz epik
ənənəsində “amit” sözü ilə Oğuz, “aslan” sözü ilə xaqan (qağan)
işarə edilmişsə, “soy” sözü ilə də mətndə rast gəldiyimiz, Basatın
dilində fəxrlə ünvanlanan “qaba ağac” ifadəsi işarələnmişdir.
Bu söz birləşməsinin semantik açımı onun mahiyyətini üzə
çıxarır. “Amit soyunun aslanı” ifadəsinin Oğuz soyunun (Qaba
ağacının) aslanı (xaqanı) olması mətndə təsdiqini tapır.
Qazan xan obrazının mifoloji strukturunun aydınlaşdırıl-
ması baxımından “Qaracuğın qaplanı” semantemi də ciddi informa-
siya verir. Təhlil göstərir ki, bu mifoloji struktur vahidi ilk növbədə
məkan və rütbə işarəsidir. DQK mətnində coğrafi-inzibati Oğuz
məkanını və ali statusu inikas edir. Qaracuğu toponim olaraq qəbul
edən tədqiqatçılar əksərən dağ anlamında Qaracuq dağı anlayışını
ifadə etdiyini bildirmiş, lakin bu dağın hansı ərazidə yerləşdiyi
barədə yekun fikrə gəlməmişlər. Z.Gökalp dağ olduğunu qeyd etmiş,
eyni adlı dağın Mosul yaxınlığında da olduğunu bildirmişdir. Xüsu-
sən də bu dağların Türkmənistanda yerləşən Qaracuq dağına bənzə-
diyinə görə bu adı aldığını qeyd etmiş, E.Rossi də bu fikri dəstəklə-
mişdir.Bundan əlavə Qaracuq dağın Xorasan vilayətində-Bəlxdə
(M.F.Qırzıoğlu) Cənubi Azərbaycanda (H.Araslı) da yerləşdiyi
barədə tədqiqatçılar bilgi vermişlər. M.Qaşqari lüğətində Qaracuq
dağı Çebeli-Qaracuq adı ilə göstərilmişdir. Eyni zamanda Qaşqari
Qaracuğun Oğuz şəhərinin adı olduğunu söyləmişdir. “Karaçuk:
Fərab şəhərinin adı: Bu Oğuz şəhərlərindən biridir”
1
. Əbülqazi
Bahadır xanda da Qaracıq olaraq (bu yazılışda vav (u) səsi yoxdur)
2
dağ anlamında “Qaracıqtaq kimi işlənmişdir”
3
.
1
Kitabi Dədə Qorqud Ensiklopediyası. İki cilddə, II cild. Bakı: Yeni Nəşrlər Evi,
2000, s 170.
2
Kitabi-Dədə Qorqud Ensiklopediyası. İki cilddə, I c. Bakı: Yeni Nəşrlər Evi, 2000,
s 416 (205).
3
Əbülqazi Bahadır xan. Şəcərei-Tərakimə (Türkmənlərin soy kitabı) / Rus dilindən
tərcümə edən, ön söz və göstəricilərin müəllifi və biblioqrafiyanın tərtibçisi
İ.M.Osmanlı. Bakı: Azərbaycan Milli Ensiklopediyası N-PB, 2002, s 75.