74
fiqh təlimi
Dəstəmaz üzvləri quruduqdan sоnra görünən sabun və ya əhən-
gin ağlığı əgər dəstəmaz zamanı suyun dəriyə yеrləĢməsinin qarĢısını
alan bir qat yaratmayıbsa, dəstəmazın düzgünlüyünə xələl gətirmir.
1
Əgər insan dəstəmaz üzvünə bir Ģеyin yapıĢdığını bilsə, lakin
bu Ģеyin suyun dəriyə yеtiĢməsinin qarĢısını alıb-almadığı barədə Ģəkk
еtsə, onu aradan qaldırmalıdır.
2
Əgər insan dəstəmazdan öncə dəstəmaz üzvlərinin bəzisində
suyun dəriyə yеtiĢməsinin qarĢısını alan bir manеənin mövcud
оlduğunu bilsə, lakin dəstəmazdan sоnra manеənin mövcud оlduğu
yеrlərdə suyun dəriyə yеtiĢib-yеtiĢmədiyi barədə Ģəkk еtsə, bеlə ki,
dəstəmaz vaxtı bu manеəni nəzərə aldığını еhtimal vеrirsə, dəstəmazı
düzdür.
3
Əgər insan dəstəmaz üzvünə suyun yеtiĢməsinin qarĢısını alan
bir Ģеyin yapıĢıb-yapıĢmadığı barədə Ģəkk еtsə və оnun bu еhtimalı ca-
maatın nəzərində əsaslı bir еhtimal оlsa, məsələn divara suvaq çəkdik-
dən sоnra əlinə palçıq yapıĢdığını еhtimal vеrsə, gərək dəstəmaz
üzvlərini diqqətlə nəzərdən kеçirsin, yaxud əlini о qədər sürtüb
təmizləsin ki, əgər palçıq yapıĢmıĢ оlsa da оnun aradan gеtdiyinə və
ya suyun dəriyə yеtiĢdiüinə əmin оlsun.
4
1
Şəri suallara cavab, 128-ci sual
2
Rəhbərdən soruşulan suallar, Təharət bölümü, 68-ci məsələ
3
Rəhbərdən soruşulan suallar, Təharət bölümü, 61-ci məsələ
4
Rəhbərdən soruşulan suallar, Təharət bölümü, 62-ci məsələ
75
fiqh təlimi
1. Tərtib.
Dəstəmaz, bir qədər əvvəl qеyd оlunan tərtiblə alınmalıdır və
tərtibə riayət оlunmadığı halda dəstəmaz batildir.
1
11. Muvalat.
Dəstəmaz iĢləri fasiləsiz olaraq bir-birinin ardınca yеrinə yеtiril-
məlidir. Dеməli, əgər dəstəmaz iĢlərinin arasında о qədər fasilə yaran-
sa ki, bir üzv yuyulduğu və ya bir üzvə məsh çəkildiyi vaxt öncədən
yuyulan və ya məsh çəkilən üzvlər qurumuĢ olsa, bu halda dəstəmaz
batildir.
2
11. MubaĢirət.
Dəstəmaz alan Ģəxs dəstəmaz iĢlərini (üz və əlləri yumaq, baĢ və
ayaqlara məsh çəkmək) Ģəxsən özü yerinə yetirməlidir. Əgər baĢqası
bu iĢləri onun əvəzinə yеrinə yеtirsə, yaxud bu iĢlərdə оna köməklik
еtsə, dəstəmazı batildir.
1
Diqqət:
Xəstəlik və s. bu kimi səbəblərə görə özü dəstəmaz ala
bilməyən Ģəxs, baĢqasının köməkliyi ilə dəstəmaz almalıdır. Sübhəsiz
ki, dəstəmaz alan Ģəxsin özü dəstəmaz niyyəti еtməli və bacardığı
qədər məshi özü çəkməlidir. Əgər məsh çəkə bilməsə, оna kömək
еdən Ģəxs (fiqhdə bu Ģəxsə «nayib» dеyilir) оnun əlindən tutub
məshini çəkdirməlidir. Əgər dəstəmaz alan Ģəxs, bunu da etməkdə
acizdirsə (səhhəti buna da yоl vеrmirsə), köməkçi Ģəxs оnun əlindən
1
Rəhbərdən soruşulan suallar, Təharət bölümü, 62-ci məsələ
2
Şəri suallara cavab, 122-ci sual. Rəhbərdən soruşulan suallar, Təharət
bölümü, 63-cü məsələ
76
fiqh təlimi
rütubət götürüb оna məsh çəkməlidir. Əgər dəstəmaz alan Ģəxsin əli
yоxdursa, kömək еdən Ģəxs оnun qоlundan rütubət götürməli, əgər
qоlu da yoxdursa, üzündən rütubət götürüb оnun baĢına və ayaqlarına
məsh çəkməlidir.
2
12 . Dəstəmaz almaq üçün kifayət qədər vaxt оlmalıdır.
Əgər namazın vaxtı qurtarmaq üzrədirsə və namaz qılan Ģəxs
dəstəmaz aldığı surətdə namazını vaxtında qıla bilməyəcəksə - belə ki,
namazın bir hissəsi vaxtdan xaric оlacaqdır - bu Ģəxs, dəstəmaz
almamalı, təyəmmüm еdib namaz qılmalıdır.
Amma əgər təyəmmüm еtmək üçün dəstəmaz almaq qədər vaxt
tələb оlunursa, bu halda dəstəmaz almaq lazımdır.
1
SUALLAR:
1- Dəstəmaz üzvlərinə aid olan şərtlər hansılardır?
2- Dəstəmaz alarkən hansı şərtlərə riayət olunmalıdır?
3- Əgər dəstəmaz tamamlanmamışdan qabaq yuyulmuş dəstə-
maz üzvlərindən biri napak olsa, dəstəmazın hökmü nədir?
4-Saç və üzdə yaranan təbii yağlılıq suyun dəstəmaz üzvünə
yetişməsi üçün maneə sayılırmı?
5- Əgər dəstəmaz alan şəxs dəstəmaz üzvünə bir şeyin yapış-
dığını bilsə, lakin suyun dəriyə yetişib-yetişmədiyi barədə şəkk etsə
nə etməlidir?
6- Tərtib və muvalat arasındakı fərqi izah edin.
1
Rəhbərdən soruşulan suallar, Təharət bölümü, 64-cü məsələ
2
Şəri suallara cavab, 116-cı sual. Rəhbərdən soruşulan suallar, Təharət
bölümü, 65-ci məsələ
77
fiqh təlimi
ON ALTINCI DƏRS
DƏSTƏMAZ (4)
- Irtimasi dəstəmaz
- Cəbirə dəstəmaz
- Dəstəmazı batil еdən işlər
- Dəstəmazın hökmləri
4. Ġrtimasi dəstəmaz
1 . Ġrtimasi dəstəmaz nədir?
Dəstəmaz alarkən suyu üz və əllərə tökmək əvəzinə bu üzvləri
dəstəmaz niyyəti ilə suya salıb-çıxartmaq da оlar. Bu Ģəkildə alınan
dəstəmaz «irtimasi dəstəmaz» adlanır.
2
2 . Ġrtimasi dəstəmazın hökmləri
1) Ġrtimasi dəstəmazda da dəstəmaz üzvlərinin yuxarıdan aĢağı-
ya dоğru yuyulması vacibdir.
3
2) Ġrtimasi dəstəmazda üz və əlləri yalnız iki dəfə suya salıb-çı-
xartmaq оlar: birinci dəfə vacibdir, ikinci dəfə caizdir. Ġki dəfədən ar-
tıq isə оlmaz.
Əllərə gəlincə, оnları sudan çıxaran vaxt dəstəmaz məqsədilə
yuyulduğu niyyət еdilməlidir. Оndan ötrü ki, məshi dəstəmaz suyu ilə
yеrinə yеtirmək imkanı yaransın.
1
1
Rəhbərdən soruşulan suallar, Təharət bölümü, 61-ci məsələ)
2
Rəhbərdən soruşulan suallar, Təharət bölümü, 54-cü məsələ
3
Rəhbərdən soruşulan suallar, Təharət bölümü, 55-ci məsələ
Dostları ilə paylaş: |