Frans Kafka “Çevrilmə” Plan



Yüklə 384,13 Kb.
səhifə1/4
tarix29.04.2022
ölçüsü384,13 Kb.
#86207
  1   2   3   4
Aydan Hümbətova Sosial pedaqogika


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN UNİVERSİTETİ


Sərbəst iş

Fakültə: Humanitar Fənnlər

İxtisas: Sosial iş

Fənn: Sosial pedaqogika

Kurs: 3

Qrup: 192813B

Mövzu: “Franz Kafkanın “Çevrilmə” əsəri”

Müəllim: Aygün Muradlı

Tələbə: Aydan Hümbətova

Bakı-2022



Frans Kafka “Çevrilmə”
Plan:

1. Frans Kafka haqqında qısa məlumat

2. “Çevrilmə” əsərinin qısa məzmunu

3. “Çevrilmə əsərinin təhlili”

4. “Çevrilmə” əsərindən alıntılar


Franz Kafka alman dilli, yəhudi əsilli yazıçı olmuşdur. Əsas əsərləri roman, roman fraqmentləri (Məhkəmə prosesi, Qəsr və İtkin düşmüşlər),
hekayələr və həmçinin Felise Bauer və Milena Yesenska ilə apardığı məktub yazışmalarından ibarətdir.
Kafkanın əsərlərinin çoxu onun vəfatından sonra, yazıb qoyduğu vəsiyyətinin əksinə olaraq dostu və yazıçı həmkarı Maks Brod tərəfindən çap etdirilmişdir. Bu əsərlər XX əsr dünya ədəbiyyatına böyük təsir göstərmişdir. Kafka gənc yaşlarında atası ilə heç də yaxşı münasibətdə olmur. Ona görə ki, o Frans ilə uşaqlıqda, gənclikdə və tələbəlik illərində kobud rəftar etmiş və onu həmişə alçaltmağa çalışmışdır. Bundan əlavə ailədə özünü patriarx kimi aparan Herman Kafka həyat yoldaşının da hüquqlarını məhdudlaşdırmışdır. Gənc Kafka heç də atasından qorxmurdu, ancaq o həmişə atasından müəyyən məsafədə dolanar və onunla düşmən xəttindən davranardı. Kafka bir çox əsərlərində atasını güclü, möhkəm və bir tərəfli şəxs kimi təsvir etmişdir. "Çevrilmə", «Hökm» əsərlərində atasının yeri aydın görünür. Kafka ömrünün sonuna yaxın atası haqqında olan bütün fikirlərini «Atama məktub»-da bədii şəkildə yazmış, ancaq onu heç vaxt göndərməmişdir. Burada atasının onun üzərində həmişə hökmran olduğunu qeyd etmişdir. Yəqin Kafkanın belə mənəvi əzilməsi özünə olan tənqiddən irəli gəlmişdir. Bu onda da özünü göstərmişdir ki, Kafka onun əlində olan hər şeyi yandırmaq istəyirdi. Lakin bu alınmamışdır. Kafkanın həyatında və əsərlərində özünü tənqid və ata münasibəti əsas rol oynamışdır.

Kafkanın qadınlarla münasibətinin mərkəzində onun nişanlısı Felise Bauerə yazdığı məktublar durur. Onunla Kafka 13 avqust 1913-cü ildə Maks Brodsun mənzilində tanış olmuşdur.
Məktublarda Kafkanın əsasən özünə inamsızlığı ilə mübarizəsi, nişanlanmanın düzgünlüyü və yazmaq haqqında qorxusu öz əksini tapmışdır. Yüksək yazmaq qabiliyyətinə malik olan Kafka öz fikirlərini təxminən 300-ə yaxın məktubda bütün dəqiqliyi ilə təsvir edir. Qısa görüşdən 2 il keçdikdən sonra 1 iyun 1914-cü il tarixdə o Berlində Felise ilə nişanlanır və 6 ay sonra nişanı geri qaytarılır.
«Hökm» əsəri ilə o dünya ədəbiyyatında gənc adlandırılsa da, sonralar bununla uzun müddət çarpışmalı olur.
Bundan sonra Kafka iki dəfə nişanlanır: 1917-ci ildə Felice ilə ikinci dəfə və 1919-cu ildə praqalı katibə Yuliya Voriçek ilə. Birincisi Kafkanın özünün dediyi kimi onun 1917-ci ildə vərəm xəstəliyinə tutulmasına gətirib çıxarır. İkincisi atasının müdaxiləsi nəticəsində baş tutmayır. Bu haqqda o «Atama məktub»-da yazsa da, onu heç vaxt atasına göndərmir.
Özünə inamlı jurnalist Milena Yesenska ilə münasibətdə Kafka 1920-1921-ci illərdə məktub vasitəsilə ünsiyyət qurmaq və yaxınlaşmağa çalışır və sonralar özünə artan inamsızlığa görə ondan uzaqlaşır. Yalnız ömrünün son aylarında ona uşaq bağçası müəlliməsi Dora Diyamant ilə dolğun münasibət qurmaq qismət olur.

1917-ci ilin avqustunda Kafka bir gecə qanaxmaya məruz qalır. Həkimlər ona vərəm xəstəliyi diaqnozu qoyurlar. Bu xəstəlik o vaxtlar müalicə oluna bilmirdi. Müalicə nəticəsində əvvəldə simptomlar yaxşılaşır, amma sonralar uzun müddətli kurort müalicələrinə baxmayaraq getdikcə daha da pisləşir. 1923-1924-cü illərdə Berlində olduğu müddətdə xəstəlik onun qırtlaq nahiyəsini əhatə edir və bunun nəticəsində Kafka tədricən danışıq qabiliyyətini itirir və yaranan ağrılar hətta yemək və içki qəbul etməyi belə çətinləşdirir. 1924-cü ildə Vinervald sanatoriyasında müalicə olunduğu zaman ailə dostu Dr. Huqo Krauz tərəfindən onun xəstəliyinə bir mənalı olaraq «qırtlaq vərəmi» diaqnozu qoyulur. Kafkanın getdikcə pisləşən durumu onun üzərində əməliyyat aparmağa imkan verməmişdir. Frans Kafka Kirling sanatoriyasına gedərək 3 iyun 1924-cü ildə orada vəfat edir. Rəsmi olaraq ölüm səbəbi kimi ürək dayanması göstərilmişdir.


Çevrilmə” əsərinin qısa məzmunu
Hekayənin baş qəhrəmanı Qreqor Zamza bir gün səhər yuxudan ayılanda özünün böyük bir eybəcər həşərata çevrildiyini görür. Kafka, manerasına uyğun olaraq hadisələrin əvvəlində baş verənlərin metamorfozasını açıqlamır. Oxucu və hekayənin qəhrəmanı fakt qarşısında qoyulur: Çevrilmə baş vermişdir. Baş qəhrəman olanları anlayır və dərk edir. Qapının o tərəfində onun atası, anası və bacısı səhər qalxmağı xahiş etslər də, o bu qeyri-adi vəziyyətdə ayağa dura bilmir. Onun çevrilməsini bilən ailə üzvləri dəhşətə gəlirlər. Atası onu otağa qovur, bu zaman atasının atdığı əşya ilə Qreqor ağır yaralanır. Bu vəziyyətdə o, otaqda həmişəlik qalmalı olur. Ancaq bacısı ona yemək vermək üçün hərdən otağa gəlir. Qreqor otaqda ağır mənəvi fiziki vəziyətdə yaşamalı olur. O ailədə yeganə pul qazanan şəxs idi. İndi onun bu vəziyyətə düşməsi ilə əlaqədar olaraq ailə maliyyə baxımdan pis vəziyyətə düşür. Baş verənlərə görə Qreqor özünü günahkar hesab edir. Əvəldə bacısının ona yazığı gəlir. Ancaq evə kirayəçi qoyandan sonra bu həşəratın qonaqların qarşısında özünü pis aparması nəticəsində onun da Qreqora münasibəti dəyişir. Kirayəçilər evdə həşəratı görüb hay-küy qaldırır və evi tərk edirlər. Bir müddətdən sonra Qreqor ölür, onu bir qutuda dəfn edirlər və çılğın hekayə həyat dolu optimistik sonluqla başa çatır.

Kafka bu hekayədə nə demək istədiyini birbaşa açıqlamır. O yalnız müəllif kimi hadisəni təsvir edir. Kafkanın bütün əsərlərində olduğu kimi burada da özünü absurd və mənasız həyat qarşısında günahkar hiss edən, cılız insan taleyi təsvir edilmişdir.



Obrazlar

  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə