Frans kafka məHKƏMƏ BİRİNCİ FƏSİL



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə23/53
tarix18.06.2018
ölçüsü5,01 Kb.
#49795
1   ...   19   20   21   22   23   24   25   26   ...   53

deyil. Sənə aid olan yerlərini oxuya bilərəm, – deyə məktubu cibindən çıxardı, – bax budur, 
yazır: “Yozefi çoxdandır ki, görmürəm, keçən həftə banka getmişdim, ancaq işi çox 
olduğundan məni yanına buraxmadılar, bir saata yaxın gözlədim, sonra evə qayıtdım, çünki 
piano dərsim vardı. Onunla söhbət etməyə çox can atıram, bəlkə yaxın günlərdə fürsət 
düşəcək. Çox mehriban, diqqətcildir, ad günümdə mənə bir böyük qutu şokolad göndərmişdi. 
Sizə yazmağı unutmuşdum, ancaq indi onu soruşduğunuz üçün yadıma düşdü. Onu da 
bilməlisiniz ki, pansiona gələn şokolad o dəqiqə yoxa çıxır, kiminsə sənə şokolad 
bağışlamasını görürsən, elə o dəqiqə də yoxa çıxır. Yozef barədə sizə bir söz demək istəyirəm. 
Yuxarıda yazdığım kimi, bankda məni onun yanına buraxmadılar, çünki bir cənabla söhbət 
edirdi. Bir xeyli sakitcə oturub gözləyəndən sonra xidmətçidən söhbətin təxminən nə qədər 
çəkə biləcəyini soruşdum. Dedi ki, yəqin çox çəkər, ola bilsin, cənab prokuristin məhkəməsi 
barədə danışırlar. Soruşdum ki, bu nə məhkəmədir, bəlkə yanılır, dedi ki, yox, yanılmır, 
məhkəməyə verilib, özü də çətin məhkəmədir, özgə heç nə bilmir. O özü də böyük 
məmnuniyyətlə cənab prokuristə kömək edərdi, çünki çox yaxşı, ədalətli insandır, ancaq bunu 
necə edəcəyini bilmir, indi bircə onu arzulayır ki, sözükeçən cənablar ona arxa dursunlar. 
Yəqin belə də olacaq, hər şey yaxşı qurtaracaq, ancaq cənab prokuristin ovqatından hiss edir 
ki, hələlik işlər yaxşı getmir. Əlbəttə, onun dediklərinə çox da fikir vermədim, o sadəlövhü 
sakitləşdirməyə çalışdım, eyni zamanda da dedim ki, bu barədə heç kəsə danışmasın və mən 
bütün bunların hamısını şayiə hesab edirəm. Lakin bununla belə, əziz ata, bəlkə növbəti 
gəlişində özün bu məsələni araşdırasan, çünki sənə həqiqəti öyrənmək daha asan olar və əgər 
doğrudan da lazım gələrsə, sözükeçən dost-tanışlarını işə qoşasan. Lazım gəlməsə – çox 
güman ki, belə də olacaq – onda ən azı, tezliklə qızın Ernaya səni bərk-bərk qucaqlayıb 
sevinməyə şərait yaratmış olarsan...” Yaxşı qızdır... – deyə məktubu qurtaran əmisi göz 
yaşlarını sildi. 
K. başını tərpətdi, doğrudan da son vaxtlar başı çox qarışıq olduğundan Ernanı büsbütün 
yaddan çıxarmışdı, hətta onun ad gününü də unutmuşdu və qız da yəqin bu şokolad məsələsini 
ona görə uydurmuşdu ki, əmisi ilə bibisi K.-dan incik düşməsinlər. K.-nın qəlbi riqqətə gəldi, 
fikirləşdi ki, bundan sonra tez-tez ona teatr bileti alıb göndərsin. Düzdür, bu elə böyük 
mükafat olmayacaqdı, ancaq bilirdi ki, indi pansiona gedib on səkkiz yaşlı gimnaziya tələbəsi 
ilə söhbət etmək iqtidarında deyil. 
– Bəs buna deyirsən? – kişi məktubu oxuyandan sonra sakitləşmişdi, daha tələsmirdi və sanki 
onu təzədən oxumağa başlayırdı. 
– Bəli, əmi, elədir! 
– Elədir? – əmisi qışqırdı. – Necə yəni elədir? Belə necə ola bilər? Nə məhkəməsidir? Yoxsa 
cinayət məhkəməsidir? 
– Cinayət məhkəməsidir. 
– Cinayət məhkəməsinə düşə-düşə özün də burda sakitcə otura bilirsən? 
– Nə qədər sakit otursam, nəticəsi də o qədər yaxşı olar. – K. yorğun halda dilləndi. – 
Qorxma... 


– Yox, bununla məni sakitləşdirə bilməzsən... Yozef, əzizim Yozef, özünü, qohumlarını, yaxşı 
adımızı fikirləş! İndiyə kimi həmişə fəxrimiz olubsan, ona görə də bundan sonra bizə ləkə ola 
bilməzsən! Sənin görkəmin... – deyə kişi başını bir az əyərək çəpəki nəzərlərlə onu süzdü, – 
xoşuma gəlmir, ağlı başında olan günahsız adam özünü belə aparmır. Mənə tez de görüm 
söhbət nədən gedir, de ki, kömək eləyə bilim. Yəqin bankdan gedir, eləmi? 
– Yox, – deyə K. ayağa durdu, – sən çox hündürdən danışırsan, əmi, yəqin indi xidmətçi 
qapının arxasında dayanıb hamısına qulaq asır. İstəmirəm, bunu kimsə bilsin. Yaxşısı budur, 
gedək. Çalışaram ki, sənin bütün suallarına, imkan daxilində, ətraflı cavab verəm. Ailə 
qarşısında məsuliyyət daşıdığımı çox yaxşı başa düşürəm. 
– Düzdür! Çox düz deyirsən! Elə isə tez ol, Yozef, tez ol! 
– Bir-iki tapşırıq verəcəm, – K. telefonla müavinini yanına çağırdı. Müavin o dəqiqə içəri 
girdi, həyəcan içində olan kişi , heç buna ehtiyac olmasa da, əli ilə K. – nı göstərdi ki, o 
çağıırıb. Yazı stolunun yanında dayanmış K. bir neçə kağızı götürüb soyuqqanlılıqla, diqqətlə 
ona qulaq asan cavan oğlana sakit səslə o gedəndən sonra bu gün üçün görülməli işləri başa 
saldı. Kişi onlara mane oldu, bərəlmiş gözlərini oynada-oynada, dodaqlarını çeynəyə-çeynəyə 
əvvəlcə onların yanında dayandı, danışılanlara qulaq asmasa da, bu görünüşü ilə narahatçılıq 
yaratdı, sonra otaqda var-gəl etməyə başladı, gah şəkillərin, gah da pəncərənin qarşısında 
dayanıb qaldı, hər dəfə də deyindi: “Heç nə başa düşmürəm!”, “Bir mənə deyin görüm, bunun 
axırı necə olacaq!” Cavan oğlan heç nə eşitmirmiş kimi, tapşırıqlara sakitcə axıracan qulaq 
asdı, bəzi qeydlər elədi və K.– ya da, arxası ona tərəf pəncərənin önündə dayanıb pərdələri 
çəkən kişiyə də təzim edərək çıxdı. Qapı örtülər-örtülməz kişi qışqırdı: 
– Axır ki bu təlxək çıxıb getdi, indi biz də gedə bilərik.  
Təəssüflər ki, dəhlizdən keçərkən ətrafda bir neçə məmurun, xidmətçilərin yığışmasına və 
eləcə də həmin anda direktor müavininin burdan keçməsinə baxmayaraq əmisinin məhkəmə 
haqqında verdiyi sualları əngəlləmək mümkün olmadı. 
– Yaxşı, Yozef, – kişi ətrafdakıların təziminə yüngülcə əlini yellətməklə cavab verə-verə sözə 
başladı, – indi mənə açıq de görüm, bu nə məhkəmədir! 
K. bir neçə anlaşılmaz söz dedi, güldü və yalnız pilləkənlərdə əmisinə dedi ki, camaatın 
yanında açıq danışmaq istəmirdi. 
– Yaxşı eləyirdin, indi danış, – o, başını azacıq yana əyərək əlindəki siqarı tələsik, ancaq qısa 
soluqlarla sümürə-sümürə K.-ya diqqət kəsildi. 
– Əmi, hər şeydən əvvəl, onu deyim ki, burda söhbət adi bir məhkəmə prosesindən getmir. 
– Bu daha pis... 
 
– Necə? – K. əmisinin üzünə baxdı. 
– Deyirəm ki, bu daha pisdir, – əmisi təkrar etdi. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə