Fuad Məmmədov



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə27/109
tarix29.09.2017
ölçüsü0,71 Mb.
#2406
1   ...   23   24   25   26   27   28   29   30   ...   109

66 
bilikləri  və  nəzəriyyələrinin  sintezini  ifadə  edir.  Dövlət,  beynəlxalq,  iqtisadi 
və sosial idarəetmə, liderlik mədəniyyəti, insanları idarəetmə bacarığı, özünü-
idarə  və  ailənin  idarə  edilməsi  -  idarəetmə  mədəniyyəti  kursunun  mühüm 
komponentləridir. O, ümumi idarəetmə nəzəriyyəsi, inzibati-dövlət idarəçiliyi 
nəzəriyyəsi,  biznes  idarəçiliyi  nəzəriyyəsi,  bələdiyyə  idarəçiliyi  və  “üçüncü” 
sektorun idarə edilməsi nəzəriyyələri, liderlik, insan münasibətləri və beynəl-
xalq münasibətlər, şəxsiyyətlərarası və işgüzar münasibətlər nəzəriyyələri sa-
həsindəki bilikləri özünə inteqrasiya edir.  
Hər bir ölkə üçün dövlət idarəçiliyi mədəniyyəti başlıca əhəmiyyət daşı-
yır.  Dövlət  idarəçiliyi  mədəniyyəti  strateji  məsələlərin  həllinə,  cəmiyyətin 
proqressiv,  davamlı  və  təhlükəsiz  inkişafına,  ölkə  daxilində  sosial  münasi-
bətlərin nizamlanmasına və dövlətin qarşılıqlı faydalı beynəlxalq münasibət-
lərinin  təmin  edilməsinə  yönəldilmiş,  müəyyən  peşəkar  biliklər,  dəyərlər, 
normalar, proseslər və texnologiyalarda təcəssüm olunan təşkilati-idarəetmə 
fəaliyyətidir. O, xalqın rifahının təmini, cəmiyyətin həyat keyfiyyətinin yük-
səlişi, həyat qabiliyyətinin təmin edilməsi və dövlət məqsədlərinə nail olun-
ması  üçün  insanların  şüuruna,  davranışına  və  fəaliyyətinə  təsir  etmək  yolu 
ilə müəyyən elmi, ideoloji, təşkilati, hüquqi və etik prinsiplər əsasında haki-
miyyəti təmsil edən səlahiyyətli şəxslər tərəfindən həyata keçirilir. Bu və ya 
digər ölkənin dövlət idarəçiliyi, onun məzmununu, məqsədlərini və prinsip-
lərini müəyyən edən sosial-siyasi quruluşla şərtlənir. 
Demokratik  dünya  sivilizasiyalarında  dövlət,  şəxsiyyətin  ləyaqətli  həyat 
fəaliyyəti  üçün  əlverişli  şəraitin  yaradılması  məqsədi  ilə  mövcuddur.  Ölkə 
vətəndaşlarının  milli,  sosial  və  ümumbəşəri  dəyərlər  və  maraqlarının  əsas 
birləşdirmə forması olan demokratik dövlətdə, dövlətin məqsədləri və iradə-
si inzibati dövlət idarəçiliyi sistemi vasitəsilə reallaşdırılır. Ayrı-ayrı vətən-
daşların və ya ictimai təşkilatların məqsədləri, maraqları və hüquqlarının hə-
yata keçirilmə vasitəsi olan mülki qulluqdan fərqli olaraq, dövlət qulluğu cə-
miyyətin, sosial tərəqqinin və dövlətin özünün həyat qabiliyyətinin rifah və 
təhlükəsizliyinin asılı olduğu strateji məsələlərin həllini həyata keçirir.  
Kulturoloji  ölçmədə  dövlət  idarəçiliyi  mədəniyyəti  aşağıdakıları  nəzərdə 
tutur: 

 
İctimai  proseslərin,  insanın  şüuru,  davranışı  və  fəaliyyətinin 
bilavasitə  idarə  edilməsinə  istiqamətlənən  universal və  xüsusi bilik-
lər, bacarıq, mütəşəkkillik, mənəviyyat və məqsədyönlü fəaliyyəti. 

 
Dövlət  tərəfindən  qoyulan  məqsədlərə  nail  olunması,  vətən-
daşların ruhi və maddi tələbatlarının ödənilməsi, ideallar, dəyərlər və 
məqsədlərinin həyata keçirilməsi naminə cəmiyyətin həyat fəaliyyə-
tinə  hüquqi  dövlətin  təsir  texnologiyalarının  işlənib  hazırlanması  və 


67 
reallaşdırılmasını. 

 
Səlahiyyətli  şəxslər  tərəfindən  insanların  davranış  və  fəaliy-
yət  qaydalarının  müəyyən  edilməsi,  həyat  tələbatlarına və  cəmiyyə-
tin və dövlətin inkişaf maraqlarına cavab verən ictimai münasibətlə-
rin tənzimlənməsini. 

 
Müxtəlif  funksiyalar  və  səlahiyyətlərə  malik  olan  idarəetmə 
subyektləri  və  obyektlərinin  məcmusu  kimi,  daim  inkişaf  etməkdə 
olan dövlət idarəçiliyi sisteminin səmərəli fəaliyyətini. 

 
Dövlət idarəçilik sisteminin həyat qabiliyyəti və səmərəliliyi-
ni, onun zamanın çağırışlarına cavab vermək və ölkənin rəqabətə da-
vamlılığı  və  təhlükəsizliyini  təmin  etmək  qabiliyyətinin  permanent 
inkişafını təmin edən idarəçilik qərarlarının qəbul edilməsi və yerinə 
yetirilməsini, innovativ fəaliyyətin həyata keçirilməsini.  
Dövlət idarəçiliyi mədəniyyəti siyasətçilər və məmurların universal elmi 
biliklərə,  idarəetmə  texnologiyalarına,  təcrübəyə,  mütəşəkkilliyə,  nizam-in-
tizama  və  hüquq  qaydalarına,  müstəqilliyə,  siyasi  və  mənəvi  məsuliyyətə, 
möhkəm iradəyə, dürüstlüyə və yüksək peşəkar etikaya sahib olmaları, onla-
rın mədəniyyəti harmonizasiya etmək və maraqları təmin etmək bacarığı ilə 
şərtlənmişdir. Onun ən mühüm göstəricisi düzgün qərarların qəbul edilməsi-
ni təmin edən yeni kulturoloji texnologiyalarla əməliyyat aparmaq bacarığı-
dır.  Elmtutumlu  kulturoloji  texnologiyalar  real  nəticələrə  əsaslanaraq,  icti-
mai prosesdəki dağıdıcı, destruktiv prosesləri ölçmək, qiymətləndirmək, mi-
nimuma endirməyin mümkün olduğu sosial-mədəni dəyişikliklərin mütərəq-
qi xarakterinə yardım edir. Onlar qazanılmış nailiyyətlərin və toplanmış təc-
rübənin  saxlanması,  istifadəsi  və  ötürülməsini  təmin  edən  yeni  idarəetmə 
keyfiyyətinin yaradılmasına, innovativ metodlar və islahatlar vasitəsilə əldə 
olunanın yaxşılaşdırılması və təkmilləşdirilməsinin həyata keçirilməsinə im-
kan verir. Lakin yeni kulturoloji idarəetmə texnologiyalarının işlənib hazır-
lanması və tətbiqi - hüquqi təminatı, dövlətçilik mədəniyyətinin təkmilləşdi-
rilməsinin  universal  elmi  əsası  kimi,  kulturologiyanın  institutlaşdırılması 
haqqında müvafiq qanunun qəbul edilməsini, inkişaf etməkdə olan ölkələrdə 
dövlət idarəçiliyi sisteminin və insanların həyat fəaliyyətinin yüksəldilməsi-
ni tələb edir. 
Demokratik  inkişaf  yoluna  qədəm  qoymuş  ölkələrdə  dövlət  idarəçiliyi  mə-
dəniyyətinin əhəmiyyətinin artması aşağıdakı aktual tələbatlarla şərtlənir: 

 
Dövlət quruculuğunda dövlət administrasiyasının siyasi rolu-
nun  artması,  beynəlxalq  münasibətlərin tənzimlənməsində  cəmiyyə-
tin  davamlı  və  təhlükəsiz  inkişafının  təmin  edilməsinə  yönəldilən 
milli proqramların hazırlanması ilə. 


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə