31
“Son
faydalılıq” dedikdə istehlakçının hər bir əlavə məhsul vahidini istehsal
edərkən əldə etdiyi üstəlik fayda başa düşülür.
İnsanların konkret mallara tələbatını ölçsək “son faydalılığın”
hər yeni vahid
üçün
aşağı düşdüyünün şahidi olarıq.
Nəyə görə? Bu suala cavab vermək məqsədilə aşağıdakı misala diqqət yetirək.
Tutaq ki,
qoltuğunda qiymətli daşlarla dolu çantası olan yolçu səhra ilə gedir.
Bir
neçə kilometr məsafə qət etdikdən sonra onun su ehtiyatı tükənir və o az qalır
ki, susuzluqdan ölsün.
Elə bu anda təsadüfən əlində su çəlləyi olan bir allah bəndəsi ilə rastlaşır və
h
əmin adam 1 stəkan suyu 10 iri briliyant daşa dəyişməyi təklif edir. Yolçu
fikirləşmədən 1 stəkan suya 10 briliyant ödəyib, onu axır damlasına qədər içir.
Bundan sonra daha bir
stəkan su xahiş edir və onu da bir qurtuma içir. Üçüncü
stəkanı o yavaş-yavaş, xırda qurtumlarla içir, dördüncü stəkanla yuyunur, beşinci
stəkandan isə ümumiyyətlə imtina edir. Axı həm birinci, həm də beşinci stəkandakı
suyun
tərkibi eynidir. Bəs görəsən, nə dəyişib? Faydalılıq! Birinci stəkandakı su
onun üçün daha çox
faydalı idi, ikinci, ondan bir az, beşincisi isə tələb olunan
qiymət baxımından tamamilə faydasızdır.
Daha
doğrusu, Son Faydalılıq Qanununa uyğun olaraq, əgər qiymət aşağı
düşərsə istehlakçı yenə su ala bilərdi.
Məhsul istehsal etməyə dəyərmi? Və yaxud istehsalçının davranışı!
Biz
sizinlə istehlakçının davranışından danışdıq. Lakin bazar münasibətlərində
ikinci bir
iştirakçı - satıcı və ya istehsalçı mövcuddur. Biz bunları bir-birindən
ayırmırıq, çünki mal satılmazsa, heç kim onu istehsal etməz. Digər tərəfdən də, əgər
h
ər hansı bir mala bazarda tələbat varsa, bu heç də o demək deyildir ki, həmin malı
mütləq istehsal etmək lazımdır. Belə ki, mal və xidmətlər yalnız mənfəət əldə etmək
üçün istehsal olunur
və malın təklifi onun qiymətindən asılı olur. Əvvəlcə,
aydınlaşdıraq görək mənfəət adı altında nə başa düşürük? Bəlkə, bu istehsalçının
satılmış mala görə aldığı puldur? Əsla yox. Heç vaxt belə fikirləşməyin. Mal
satışından əldə edilən pul
gəlir adlanır. İstehsalçı hər hansı bir malın buraxılışına
müəyyən məsrəflər sərf edir ki, bu da
istehsalat məsrəfləri adlanır. O bu məqsədlə
xammal, material
alır, yer icarəyə götürür, işçi cəlb edir və bütün bunlara görə haqq
ödəyir
. İstehsalat xərcləri - məhsul buraxılışına və görülmüş işlərə sərf olunan
bütün növ
məsrəflərin məbləğidir. Məhsul satışından əldə edilən gəlirlə istehsalat
xərcləri arasındakı fərqə
mənfəət deyilir. Bu, düsturla aşağıdakı şəkildə ifadə
olunur.
G - X = M
Burada “G”-
gəlir, “X” - “xərclər”, “M”-mənfəətdir.
Bir
məsələni də aydınlaşdıraq.
Tutaq ki, isteh
salçı satışa iki növ məhsul təklif edir, onlardan biri məktəbli,
digəri isə idman çantasıdır və hər ikisinə tələbat eynidir. Bu iki maldan hansını