Фуат рясулов



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə9/67
tarix13.11.2017
ölçüsü3,32 Kb.
#10140
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   67

 23 
1.3. Alternativ 
dəyər — məhsul və ya xidmətin dəyəridir ki, o da ölçülür: 
a) statistika bürosu vasit
əsilə 
b) mal 
və ya xidmətin əldə edilməsi üçün nəyinsə qurban verilməsi ilə  
c) istehlak 
qiyməti indeksi ilə  
d) al
ınan malın qiymətilə  
 
1.4. Bir mal 
və ya xidmətdən imtina edib, digərinin alınmasına nə deyilir: 
a) t
ələb   
b) alternativ 
dəyər 
c) 
əvəzetmə qiyməti 
d) 
qıtlıq 
 
 
 
 
 
 
 
 
 
 
 
 
İkinci fəsil 
 
Bu 
fəsli oxuyarkən aşağıdakı 
termin 
və anlayışlara diqqət yetirin: 
 

 
Nə? Necə? Kim? 
 

 
İqtisadi sistemlər 
 

 
İstehlakçının davranışı 
 

 
Tələb nədir? 
 

 
Təklif nədir? 
 


 24 

 
Bazar 
tarazlığı 
 

 
Tələbin elastikliyi 
 
 
 
 
 
 
 
 
 
XVI- XVIII 
əsrlərdə əksər Avropa ölkələri merkantilizm iqtisadi nəzəriyyəsinin 
təsiri altında idi. 
Merkantilistlər  hesab  edirlər  ki,  ölkə,  eləcə  də  onun  əhalisi  nə  qədər  çox  qızıl 
eh
tiyatına malikdirsə, dövlət bir o qədər də sərvətli, əhali isə varlı hesab olunmalıdır. 
Onların gəldiyi nəticəyə görə hökumət elə qanunlar qəbul etməlidir ki,   sənaye 
və  ticarəti  müdafiə  edə  bilsin  və  beləliklə  də  ölkə  aldığından  çox  satmaq  imkanı 
qazansın. Bu zaman ölkə satdığı malın müqabilində qızıl və gümüş qazanar ki, bu da 
pul eh
tiyatını artırar və son nəticədə də  millətin yaşayış səviyyəsi yüksələ bilər. 
Bu 
nəzəriyyə  müstəmləkələrin  meydana  gəlməsinə  şərait  yaratdığından, 
Avropanın  başlıca  dövlətləri  yeni  ərazilər  işğal  etməyə  və  onların  ucuz  işçi 
qüvvəsini və xammalını istismar etməyə meyl göstərirdilər.  
XVIII 
əsrdə bir qrup fransız iqtisadçıları fərqli nəzəriyyə təklif etdilər. Onların 
fikrincə, real sərvət torpaqda, daha doğrusu kənd təsərrüfatında yaranır. Ona görə də, 
h
ökumət  biznesin  tənzimlənməsi  sahəsində  heç  bir  iş  görməməli  və  hadisələrin 
inkişafını  təbii  amillərin  öhdəsinə  buraxmalıdır.  Bu  dövrdə  iqtisadi  problemlərin 
h
əllinə dövlətin qarışmaması ideyasına üstünlük verənləri fiziokratlar adlandırırdılar. 
İqtisadi  inkişafın  müxtəlif  dövrlərində  mövcud  olmuş  nəzəriyyələrin  heç  biri 
iqtisadiyyatın  qarşısında  duran  başlıca  vəzifəni  -istehsal  amillərinin 
bölüşdürülməsinin  daha  səmərəli  qaydalarının  seçilməsi  və  məhdud  imkanlar 
problemini h
əll edə bilməmişdir. 
Cəmiyyət  bu  məsələni  həll  etməzdən  əvvəl  iqtisadiyyatın  üç  əsas  sualını 
cavablandırmalıdır. 

Nəyi  istehsal  etməli?  Daha  doğrusu, hansı  əmtəə  istehsalı  və  xidmət 
fəaliyyəti nə qədər vacibdir. 

Necə  istehsal  etməli?  Daha  doğrusu,  istehsalın   hansı  üsulundan  istifadə 
olunmalıdır. 

Kimlərə satmalı? Daha doğrusu, həmin əmtəə və xidmət kimlərə lazımdır. 
Bu  üç  suala 
verilmiş  cavab  əsasında  bu  və  ya  digər ölkənin  hansı  iqtisadi 
sistemdə yaşadığını izah etmək mümkündür. Belə bir fikrə nəzər salaq. 


 25 

Milyonların  iqtisadi  fəaliyyətini  koordinasiya  etməyin  iki  üsulu  mövcuddur. 
Birincisi,  totalitar 
dövlətin  və  ordunun  zor  gücü  ilə  bir-birinə  bağlılığını 
şərtləndirən  mərkəzləşdirilmiş  inzibati  rəhbərlikdir.  İkincisi,  fərdlərin  könüllü 
əməkdaşlığıdır: belə metoddan bazar istifadə edir”. 
Milton 
Fridmən, Nobel mükafatı laureatı 
Gəlin bu üç sualın üzərində daha ətraflı dayanaq: 
Nə?  İndiki  halda  biz  nə  hazırlamalıyıq  -  kolbasa,  yoxsa  köynək? Çoxlu  sayda 
ucuz 
və  keyfiyyətsiz, yaxud az sayda  baha və  keyfiyyətli köynəkmi?  Bəlkə,  daha 
çox 
ərzaq  məhsulları?  Axı,  nisbətən  az  xərclə  xeyli  ərzaq  məhsulu  istehsal  etmək 
olar. 
Necə? Cəmiyyət mütləq müəyyənləşdirməlidir ki, istehsal prosesində onları kim 
və hansı resurslarla istehsal edəcək, hansı texnologiyadan istifadə olunacaq, enerjini 
nədən  alacaq:  kömürdənmi,  mazutdanmı  və  ya  qazdanmı?  Bunlar  havanın 
çirklənməsinə  necə təsir göstərəcək? 
Kim? 
Hər  bir  cəmiyyətin  başlıca  vəzifələrindən  biri  də   iqtisadi  nailiyyətlərin 
nəticələrindən kimin istifadə etməsini müəyyənləşdirməkdən ibarətdir. Əks tədqirdə 
cəmiyyətdə çoxlu kasıb və azsaylı varlı olacaq və yaxud  xəstələrin və qocaların sayı 
xeyli artacaq. 
Məgər, onları həyatın axarına buraxmalıyıqmı? 
İqtisadi sistemin tipləri 
İnsanlar bu suallar  üzərində düşündükləri  vaxtdan etibarən  dövlət quruculuğu 
zəruri olub. Bununla da onlar  ictimai həyatın ideal planlarını hazırlamağa çalışıblar.  
Belə  layihələrdən  ən  məşhurunun  müəllifi  ingilis  yazıçısı-fantast  Tomas  Mor 
olub.  O, “Utopiya” 
adasında  ideal  dövlətin  layihəsini  təsvir  edib.  Bu  ölkənin 
sakinləri bərabər imkanlara malikdirlər, nə bacarırlarsa onu edir, nə istəyirlərsə onu 
alırlar. 
“Utopiya”  sözü 
indiyə  qədər  də  müxtəlif  xalqların  dillərində  tamamilə  real 
olmayan 
təklifi ifadə edən ümumi məfhuma çevrilmişdir. 
M
əhz  utopik  ideyaların  əsasında  1917-ci  ildə  Rusiyada,  sonralar   isə  digər 
sosialist 
ölkələrində  ideal  dövlət  qurmaq  məqsədilə  xüsusi  iqtisadi  siyasət 
yeridilməyə  başlandı.  Bu  dövlətlər  iqtisadiyyatı  xalq  təsərrüfatı  planları  əsasında 
vahid 
mərkəzdən idarəetməyə cəhd göstərirdi.  
Hər bir cəmiyyət iqtisadiyyatın üç başlıca sualını cavablandırmaq məqsədilə öz 
reseptini 
işləyib hazırlamışdır. 
Cəmiyyətin  bu  üç  sual  üzərində  qurulan  iqtisadi  sisteminin  özü  də  üç  tipə 
bölünür: bazar, inzibati - amirlik 
və ənənəvi. 
 
 
Bazar 
Bazar 
iqtisadiyyatı  -  təsərrüfatçılığın  elə  sistemidir  ki,  onun  fəaliyyəti  zamanı  nə, 
necə və kim suallarına çoxsaylı alıcı və satıcılar  cavab verir.  


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə