42
Q
Şəkil 16. Təklifin azalması
Beləliklə, biz gördük ki, tələb və təklif yalnız qiymətin ucuzlaşıb-bahalaşması
səbəbindən deyil, həmçinin müəyyən amillərin təsiri altında da dəyişir. Burada
başlıca vəzifə bu və ya digər amilin təsiri nəticəsində digər bazarlarda hansı
dəyişikliyin baş verməsini öyrənməkdən ibarətdir.
Tələb və təkliflə əlaqədar bizim tədqiqatlarımız bununla qurtarmır. Belə ki, daha
bir komponent -
tələbin elastikliyi qalır. Çünki, onsuz qiymətlərə təsir edən bazar
qüvvələri haqqında tam təsəvvürə malik olmaq mümkün deyil.
Tələbin elastikliyi - alıcının reaksiyasıdır!
Beləliklə, biz bilirik ki, tələb əyrisi həmişə sağa doğru sürüşür və aşağı
istiqamətlənir, daha doğrusu tələbin ölçüsü qiymətlərin dəyişməsinin əksinə doğru
dəyişir. Lakin qiymətlərin 1%-lik artımı heç də tələbin ölçüsünün 1 faizlik artımı
demək deyildir.
Bəli, biz bilirik ki, Tələb Qanununa görə qiymətlər artdığı halda, tələbin ölçüsü,
daha
doğrusu alınan malların miqdarı aşağı düşür. Onun hansı səviyyəyə qədər
azaldığını bilmək çox vacibdir. Fərz edək ki, istehsalçı öz məhsulunun qiymətini
artırmamaq qərarına gəlir. Buna səbəb qiymətlərin baha olduğu halda istehlakçının
aldığı malların həcminin azalmasıdır.
Qiymət dəyişməsinə nisbətdə tələbin dəyişməsinin ölçüsü qiymət üzrə
tələbin elastikliyi adlanır.
Əgər tələbin dəyişməsi qiymətlə müqayisədə daha üstün nisbətlə ifadə olunarsa,
onda
tələb elastik adlanır. Yox əgər, tələbin dəyişməsi qiymətlə müqayisədə
nisbətən az faizi ifadə edərsə, onda tələb qeyri-elastik adlanır. Tələbin elastikliyi
nədən asılıdır? Nəyə görə bir məhsulda tələb elastik, digərində isə qeyri - elastikdir?
Adətən ən zəruri mallar, eləcə də əvəzləyicisi olmayan məhsullar qeyri-elastik
olur.
Bunu konkret misallarla
aydınlaşdıraq. Tələbin elastikliyini iki müxtəlif malın
satışı əsasında müəyyənləşdirək. Çörək və alma misalını. Çörək insanlar üçün ən
vacib
qidadır və onun əvəzləyicisini tapmaq çətindir. Alma da insanlara lazımdır,
amma onun
əvəzləyicisi çoxdur.
Fərz edək ki, çörək və alma satıcılarının hər ikisi eyni vaxtda mallarının
qiymətini qaldırırlar. Bu hala alıcılar necə reaksiya verəcəklər? Onlar əvvəlkitək
çörək almaq barədə düşünəcəklər. Ola bilər ki, bir neçə gün əvvəlki ilə müqayisədə
nisbətən az sayda alver olsun, lakin sonradan istehlakçılar əvvəl olduğu qədər çörək
Тялябин еластиклийи - ям тяянин
г ийм ятинин дяйишм яси зам аны
тялябин дяйишм ясинин юлчцсцдцр.
43
alacaqlar. Almaya
münasibətdə isə vəziyyət əksinə olacaq. Çox keçməyəcək ki, onu
alanların sayı kəskin azalacaq. Onları almaqdan imtina edənlər qiyməti hələ
bah
alaşmayan armuda, şaftalıya, gavalıya üstünlük verəcək. Adətən çoxlu
əvəzləyiciyə malik olan mallara tələb nisbətən elastik olur. Gəlin, qiymət üzrə
tələbin elastikliyini hesablamaq üçün düstur tərtib edək
P
P
q
Q
Er
/
/
∆
∆
=
Burada Er -
qiymətin elastikliyi;
∆
Q/Q
miqdarın faizlə nisbi dəyişməsi;
∆
P/P-
qiymətin faizlə nisbi dəyişməsi.
Qiymət üzrə tələbin elastikliyini bir neçə məhsul üzrə hesablayaq.
Fərz edək ki, malın başlanğıc qiyməti 1000 manat olanda alıcı ondan 200 ədəd
alır. Sonra qiymət 1500 manata qalxanda, alıcı 170 ədəd almağa başlayır. Qrafik
vasitəsilə bu dəyişikliyi təsvir edək (bax: şək.17)
P
D
P
1
= 1500
P
0
= 1000
Q
1
= 170 Q
0
= 200 Q
Şəkil 17. Qiymət üzrə elastikliyin qrafiki
İndi isə qrafik əsasında elastikliyi hesablayaq. Əgər başlanğıc qiymətə satılan
malların miqdarını – 200 ədədi 100 faiz götürsək, onda miqdarın nisbi dəyişməsini
tapmaq üçün 170 vahidin
neçə faiz təşkil elədiyini müəyyənləşdirə bilərik. Bunun
üçün
tənasüb quraq.
Q
0
=200 100%
Q
1
=170 X
170 x 100%
Burdan X= ------------------------ = 85%
200
Belə olan halda Δ Q=100-85=15%
44
Oxşar qaydada qiymətin də nisbi dəyişməsini müəyyənləşdirək.
P
0
= 1000 100%
P
1
= 1500 x
Burdan X = 1500 x 100% = 150%
1000
Δ P = 100% - 150% = 50%
İndi isə alınmış göstəriciləri düsturdakı uyğun yerlərinə qoyaq.
15
Er = ------ = 0,3
50
Deməli, həmin məhsulun elastikliyinin 0,3 -ə bərabər olduğunu müəyyən etdik.
Bu
nə deməkdir?
Əgər, Er >1 olarsa, onda tələb elastikdir.
Əgər Er <1, olarsa, onda bu o deməkdir ki, tələb qeyri-elastikdir.Yox əgər Er=1
olarsa, onda buna vahid elastiklik deyilir ki, bu da
belə izah olunur: qiymətin hər 1
%
dəyişməsinin müqabilinə görə alınmış malların miqdarı 1% artır.
Deməli, bizim misalda qiymət üzrə tələb qeyri-elastikdir. Qiymət üzrə tələbin
elastikliyini
müəyyən etməyin digər metodu da mövcuddur. Bu üsul qiymət
dəyişdikcə gəlirlərdə baş verənlərlə əlaqədardır.
Məcmu gəlir qiymətin satılmış bütün mallara hasilini ifadə edir.
Qiymət dəyişikliyi, məsələn bahalaşması iki effekt yaradır: Birincisi, qiymət
effekti.
Qiymət artdıqca məcmu gəlir çoxalır.
İkincisi, miqdar effekti. Alınmış malın miqdarı aşağı düşdükcə, məcmu gəlir də
azalır. Qiymət və miqdar effekti bir-birinin əksinə işləyir.
Bu
halları ayrı-ayrılıqda növbəti qrafiklərin köməyi ilə nəzərdən keçirək. Birinci
halda
təsəvvür edək ki, məcmu gəlirə münasibətdə qiymətin effekti miqdarınkından
çoxdur. Bu
vəziyyəti 18-ci qrafik təsvir edir. Bu zaman A məhsuluna qiymət üzrə
tələb qeyri-elastikdir.
R
Tələb A
Qiymətin
effekti
D
4
2
Dostları ilə paylaş: |