Фуат рясулов



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə17/67
tarix13.11.2017
ölçüsü3,32 Kb.
#10140
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   67

 42 
                                                                          Q
 
Şəkil 16. Təklifin azalması 
Beləliklə,  biz  gördük  ki,  tələb  və  təklif  yalnız  qiymətin  ucuzlaşıb-bahalaşması 
səbəbindən  deyil, həmçinin  müəyyən  amillərin  təsiri  altında  da  dəyişir.  Burada 
başlıca  vəzifə  bu  və  ya  digər  amilin  təsiri  nəticəsində  digər  bazarlarda  hansı 
dəyişikliyin baş verməsini öyrənməkdən ibarətdir. 
Tələb və təkliflə əlaqədar bizim tədqiqatlarımız bununla qurtarmır. Belə ki, daha 
bir  komponent  - 
tələbin  elastikliyi  qalır.  Çünki,  onsuz  qiymətlərə  təsir  edən  bazar 
qüvvələri haqqında tam təsəvvürə malik olmaq mümkün deyil. 
 
Tələbin elastikliyi - alıcının reaksiyasıdır! 
Beləliklə,  biz  bilirik  ki,  tələb  əyrisi  həmişə  sağa  doğru  sürüşür  və  aşağı 
istiqamətlənir, daha  doğrusu tələbin  ölçüsü  qiymətlərin  dəyişməsinin əksinə  doğru 
dəyişir.  Lakin  qiymətlərin  1%-lik  artımı  heç  də  tələbin  ölçüsünün  1  faizlik  artımı 
demək deyildir. 
 
 
 
 
 
Bəli, biz bilirik ki, Tələb Qanununa görə qiymətlər artdığı halda, tələbin ölçüsü, 
daha 
doğrusu  alınan  malların  miqdarı  aşağı  düşür.  Onun  hansı  səviyyəyə  qədər 
azaldığını  bilmək  çox  vacibdir.  Fərz  edək  ki,  istehsalçı  öz  məhsulunun  qiymətini 
artırmamaq qərarına gəlir. Buna səbəb qiymətlərin baha olduğu halda istehlakçının 
aldığı malların həcminin azalmasıdır.  
Qiymət  dəyişməsinə  nisbətdə  tələbin  dəyişməsinin  ölçüsü  qiymət  üzrə 
tələbin elastikliyi adlanır. 
Əgər tələbin dəyişməsi qiymətlə müqayisədə daha üstün nisbətlə ifadə olunarsa, 
onda 
tələb  elastik  adlanır.  Yox  əgər,  tələbin  dəyişməsi  qiymətlə  müqayisədə 
nisbətən   az  faizi  ifadə  edərsə,  onda  tələb  qeyri-elastik  adlanır.  Tələbin  elastikliyi 
nədən asılıdır? Nəyə görə bir məhsulda tələb elastik, digərində isə qeyri - elastikdir? 
Adətən ən  zəruri  mallar, eləcə də əvəzləyicisi  olmayan  məhsullar qeyri-elastik 
olur.  
Bunu  konkret  misallarla 
aydınlaşdıraq.  Tələbin  elastikliyini  iki  müxtəlif  malın 
satışı  əsasında  müəyyənləşdirək.  Çörək  və  alma  misalını.  Çörək  insanlar  üçün  ən 
vacib 
qidadır  və  onun  əvəzləyicisini  tapmaq  çətindir.  Alma  da  insanlara  lazımdır, 
amma onun 
əvəzləyicisi çoxdur. 
Fərz  edək  ki,  çörək  və  alma  satıcılarının  hər  ikisi  eyni  vaxtda  mallarının 
qiymətini  qaldırırlar.  Bu  hala  alıcılar   necə  reaksiya  verəcəklər?  Onlar  əvvəlkitək 
çörək almaq barədə düşünəcəklər. Ola bilər ki, bir neçə gün əvvəlki ilə müqayisədə 
nisbətən az sayda alver olsun, lakin sonradan istehlakçılar əvvəl olduğu qədər çörək 
Тялябин еластиклийи - ям тяянин 
г ийм ятинин дяйишм яси зам аны 
тялябин дяйишм ясинин юлчцсцдцр.
 


 43 
alacaqlar. Almaya 
münasibətdə isə vəziyyət əksinə olacaq. Çox keçməyəcək ki, onu 
alanların  sayı  kəskin  azalacaq.  Onları  almaqdan  imtina  edənlər  qiyməti  hələ 
bah
alaşmayan  armuda,  şaftalıya,  gavalıya  üstünlük  verəcək.  Adətən  çoxlu 
əvəzləyiciyə  malik  olan  mallara  tələb  nisbətən  elastik  olur.  Gəlin,  qiymət  üzrə 
tələbin elastikliyini hesablamaq üçün düstur tərtib edək 
 
P
P
q
Q
Er
/
/


=
  
         
Burada Er - 
qiymətin elastikliyi; 

 Q/Q 
miqdarın faizlə nisbi dəyişməsi;  

P/P-
qiymətin faizlə nisbi dəyişməsi. 
Qiymət üzrə tələbin elastikliyini bir neçə məhsul üzrə hesablayaq. 
Fərz edək ki, malın başlanğıc qiyməti 1000 manat olanda alıcı ondan 200 ədəd 
alır.  Sonra  qiymət  1500  manata  qalxanda,  alıcı  170  ədəd  almağa  başlayır.  Qrafik 
vasitəsilə bu dəyişikliyi təsvir edək (bax: şək.17) 
 
                           
     P 
                            
                                                      
 
                       P

= 1500 
 
                      P
0
 = 1000 
 
 
                                                
                                 
 
 Q

= 170    Q
0
 = 200          Q 
 
Şəkil 17. Qiymət üzrə elastikliyin qrafiki  
 
İndi  isə  qrafik  əsasında  elastikliyi  hesablayaq.  Əgər  başlanğıc  qiymətə  satılan 
malların miqdarını – 200 ədədi 100 faiz götürsək, onda miqdarın nisbi dəyişməsini 
tapmaq  üçün  170  vahidin 
neçə faiz təşkil  elədiyini  müəyyənləşdirə bilərik.  Bunun 
üçün 
tənasüb quraq. 
 Q
0
=200     100%  
 Q
1
=170       X 
 
 
170 x 100% 
Burdan X= ------------------------ = 85% 
 
 
    200 
Belə olan halda Δ Q=100-85=15% 
 


 44 
Oxşar qaydada qiymətin də nisbi dəyişməsini müəyyənləşdirək. 
P

= 1000    100% 
P

= 1500      x 
Burdan X = 1500 x 100%  = 150% 
                          1000 
Δ P = 100% - 150% = 50%
 
 
İndi isə alınmış göstəriciləri düsturdakı uyğun yerlərinə qoyaq. 
 
   15 
Er =  ------ = 0,3 
 
    50 
Deməli, həmin məhsulun elastikliyinin 0,3 -ə bərabər olduğunu müəyyən etdik. 
Bu 
nə deməkdir? 
Əgər, Er >1 olarsa, onda tələb elastikdir.     
Əgər Er <1, olarsa, onda bu o deməkdir ki, tələb qeyri-elastikdir.Yox əgər Er=1 
olarsa, onda buna vahid  elastiklik  deyilir ki, bu da 
belə izah olunur: qiymətin hər 1 

dəyişməsinin müqabilinə görə alınmış malların miqdarı 1% artır. 
Deməli,  bizim  misalda  qiymət  üzrə  tələb  qeyri-elastikdir.  Qiymət  üzrə  tələbin 
elastikliyini 
müəyyən  etməyin  digər  metodu  da  mövcuddur.  Bu  üsul  qiymət 
dəyişdikcə gəlirlərdə baş verənlərlə əlaqədardır.  
Məcmu gəlir qiymətin satılmış bütün mallara hasilini ifadə edir.  
Qiymət  dəyişikliyi,  məsələn  bahalaşması  iki  effekt  yaradır:  Birincisi,  qiymət 
effekti. 
Qiymət artdıqca məcmu gəlir çoxalır.  
İkincisi, miqdar effekti. Alınmış malın miqdarı aşağı düşdükcə, məcmu gəlir də 
azalır. Qiymət və miqdar effekti bir-birinin əksinə işləyir.  
Bu 
halları ayrı-ayrılıqda növbəti qrafiklərin köməyi ilə nəzərdən keçirək. Birinci 
halda 
təsəvvür edək ki, məcmu gəlirə münasibətdə qiymətin effekti miqdarınkından 
çoxdur.  Bu 
vəziyyəti 18-ci  qrafik təsvir  edir. Bu zaman A  məhsuluna qiymət üzrə 
tələb qeyri-elastikdir. 
 
 

                         
 
   
 
   
Tələb A 
 
 
   
 
                         
 
                         
 
 
Qiymətin 
 effekti 
           
 
 
         
 
         

 
 
 
      
       4 
 
 
      2  
 
            
 
 
 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə