37
Сатыъы
А
S
V
B
D
120 140 160
Q
ədədlə
Şəkil 8. Tələb və təklif əyrisi (Qiymətin tarazlığa doğru artımı )
Bu proses h
ər iki tərəfin maraqları üst-üstə düşənədək davam edir. Belə
vəziyyət A nöqtəsinə (1000 manat qiymətinə) uyğun gəlir. Göründüyü kimi heç bir
müdaxilə olmadan qiymət tarazlığını bazar özü alıcıların və satıcıların könüllü
istəkləri əsasında müəyyən edir.
Malın yığılıb qalması və mal qıtlığı vəziyyətinin hər ikisi xoşagəlməz hal hesab
olunur. Mal
yığılıb qalarkən istehsalçı satılmış məhsullardan alınmış gəlir hesabına
bütün
malların xərcini ödəyə bilmir. Bu proses onu müflisləşməyə aparır.
İstehlakçının aşağı və orta gəliri də malı almağa imkan vermədiyinə görə belə hal
onun üçün
də sərfəli deyildir. "Qıtlıq" zamanı isə “qara bazar”lar əmələ gəlməyə
başlayır. Gəlirlərin çox hissəsinə möhtəkirlər nəzarət etməyə başlayır. Bundan başqa
isteh
salçının gəliri aşağı olduğundan, o məhsul buraxılışını genişləndirə bilmir.
İstehlakçı üçün də bu pis hal hesab olunur. Çünki belə olanda o “qıt” mal almaq
məqsədilə növbəyə dayanaraq xeyli vaxt itirməli, pulunu isə alverçilərə verməlidir.
Bazar h
ər iki tərəfi kompromisə gətirmək üçün yardımçı obyektiv amillər
meydana
çıxarır:
-
Qiymətin alıcının ödəmək imkanı çatan yuxarı həddi;
-
Qiymətin satıcının razılaşdığı aşağı həddi;
Sxem
vasitəsilə onu aşağıdakı formada təqdim etmək olar.
Bu
qiymətdən aşağıya
satmağa razı deyil
Q
İ
Y
38
M
Ə
T Bu
qiymətdən çox
ödəməyə razı deyillər
Alıcılar
Şəkil 9 .Qiymətin əmələ gəlməsi
Qrafikin
ştrixlənmiş hissəsi - kompromis sahəsidir.
Əgər satıcı və alıcı razılaşa bilməzsə, bu zaman yaranan hal 9-cu şəkildəki
formaya
uyğun gəlir. Deməli, belə olan halda mal satılmadığından, sonradan da
istehsal edilmir.
Beləliklə də bazar nə istehsal etməli məsələsini özü sərbəst olaraq
h
əll edir.
Satıcı
Bu
qiymətdən aşağıya
Q
satmağa razı deyil
İ
Y Kompromis (
razılaşma) sahəsi
M
Ə
T Bu
qiyməti ödəməyə razıdır
Alıcılar
Şəkil 10 .Qiymətin tarazlaşması
Lakin
sizə elə gəlməsin ki, bazar tarazlığı daimidir.
Bazar
tarazlığı həmişə ya tələb, ya da ki, təklif arasındakı münasibətlərin
uzlaşmaması ucbatından pozulur. Bunun nəticəsində də istehsalın həcmi və malın
qiymətinin tarazlaşması prosesi yenidən təkrarlanır (Bax:şək.10).
Əbədi yelləncəklər və ya tələb və təklif nəyə görə dəyişir.
Biz
tələbə tərif verərkən, onun qiymətdən asılı olaraq dəyişdiyini demişdik. Bu
zaman
qrafikdə bütün yerdəyişmələr tələb əyrisi boyunca baş vermişdir. İndi gəlin
özümüzə bir sual verək. Tələb qanunu həmişə fəaliyyətdədirmi? Məgər elə hal
39
olurmu ki,
qiymətlər qalxdıqca, tələb də azalsın?
Əlbəttə ki, olur! Sən demə, tələbə “qeyri-qiymət amilləri” adlanan çoxlu sayda
başqa amillər də təsir göstərir. Bunlar aşağıdakılardır:
-
İstehlakçının gəlirlərinin dəyişməsi;
-
Əvəzedici və əlavə hesab edilən malların qiymətinin dəyişməsi;
-
Əhalinin zövqünün dəyişməsi;
-
Gələcəkdə gözlənilən qiymət dəyişikliyi;
-
İstehlakçıların sayının dəyişməsi.
Təklifə təsir edən amillər isə bunlardır:
-
İstehsalat amillərinin qiymətinin dəyişməsi;
-
İstehsalat texnologiyasının dəyişməsi;
-
Digər mal və xidmətlərin qiyməti üzrə mənfəətin əldə edilməsinin alternativ
imkanlarının dəyişməsi;
-
İstehsal resurslarının gələcəkdə gözlənilən qiymət dəyişikliyi;
-
Satıcıların sayının dəyişməsi.
Tələb və təklifin hər bir konkret halda dəyişməsinə misallar üzərində tərtib
olunmuş qrafikin köməyi ilə nəzər yetirək.
R,
min man
S
120 A
100 D1
D
1000 1200 Q,
ədəd
Şəkil 11. Tələb əyrisinin sağa sürüşməsi
Səkildən göründüyü kimi qiymət 100 min manat olanda istehsalçı 1000 dəst
ayaqqabı satmağa, alıcı isə o qədər almağa hazırdır. Bazarda tarazlıq hökm sürür.
Birdən qeyd olunan hallardan biri baş vermiş, tutaq ki, əhalinin gəlirləri artmışdır.
Bu h
ansı nəticələrə gətirib çıxara bilər?
Tezliklə 100 min manata ayaqqabı almaq istəyənlərin sayı artacaq, kimsə
əvvəllər onu baha hesab edib almırdısa, indi həmin adamlar da ayaqqabını qeyd
olunan
qiymətə almaq istəyinə düşəcəklər. Fərz edək ki, ayaqqabını almaq
istəyənlərin sayı, yəni yeni tələb 1200 nəfərə bərabərdir. Bu nöqtəni Q
1
ilə işarə
edib, absis oxundan perpendikulyar
istiqamətdə təklif əyrisini kəsişməsinə qədər
Dostları ilə paylaş: |