Фуат рясулов



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə18/67
tarix13.11.2017
ölçüsü3,32 Kb.
#10140
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   67

 45 
     
 
       
Miqdar 
effekti 
 
 
 
 
 
 
 
 
 
 
 
             
 
 
            2                6               10   Q  
Şəkil 18. Qiymət effekti  

                           
   
 
              
 
     
         
Tələb B 
         
                           
 
Qiymətin 
effekti 
 
 
 
             
     
 
           
                  D 
     
 
 
Miqdarın effekti 
 
 
       
 
 
       
   
            2     4                          10       Q  
Şəkil 19. Miqdar effekti 
 
Əks  halda  məcmu  gəlirə  münasibətdə  miqdarın  effektinin  qiymətindən 
çox 
olduğunu  nəzərdən  keçirsək  (bax:  şək.19)  görərik  ki,  B  məhsuluna 
qiymət üzrə tələb elastikdir. 
Qiymətin  və  miqdarın  effekti  bir-birinə  bərabər  olanda  isə  qiymət  üzrə 
tələb elastikliyi vahidə bərabər olur. 
Gəlin  qiymət  və  miqdarda  baş  verən  dəyişikliklərin  elastikliyə  təsirini 
cədvəl şəklində müşahidə edək. 
Cədvəl 8.  
Q
iymət 
Məcmu gəlir 
T
ələbin elastikliyi 
 
 
elastikdir 
 
 
elastikdir 
  
 
qeyri-elastikdir 
 
 
qeyri-elastikdir 
 
Burda  
artır,   isə azalır. 
Əgər  qiymətin  aşağı  düşməsi  məcmu  gəlirin  artmasına  və  ya  qiymətin  artımı 
məcmu gəlirin azalmasına gətirib çıxarırsa onda qiymət üzrə tələb elastikdir. (Er >1) 
 
 
      
       4 
 
 
      2  
 
            
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 46 
Əks  halda  qiymətin  aşağı  düşməsi  məcmu  gəlirin  azalmasına  və  ya  qiymətin 
artımı  məcmu  gəlirin  artmasına  gətirib  çıxarırsa,  onda  qiymət  üzrə  tələb  qeyri-
elastikdir (Er <1) 
(Er = 1) 
Qiymət üzrə tələbin elastikliyi adətən aşağıdakı mallar üzrə müşahidə olunur: 
1)
 
Dəb-dəbəli mallar (zinət əşyaları, ləl-cəvahirat, əntiq mallar) 
2)
 
Ailənin büdcəsində əhəmiyyətli yer tutan mallar (televizor, mebel, 
avtomobil  
və s.) 
3)
 
Asan 
əvəz edilə bilən mallar (ətin ayrıca növləri, meyvə-tərəvəz və 
s.) 
Qiymət üzrə tələbə qeyri-elastik olan mallara isə aiddir: 
1)
 
Ən zəruri mallar (dərman, ayaqqabı, elektrik avadanlıqları, telefon 
və s.) 
2)
 
Ailə büdcəsində əhəmiyyətli yer tutmayan mallar (karandaş, diş 
pastası, xətkeş, pozan və s.) 
3)
 
Çətin əvəz edilə bilən mallar (elektrik lampası, benzin, maraqlı 
konsertə bilet, çörək, duz, süd) 
 
 
 
 
 
 
 
 
 
İ q t i s a d i   f i k i r   t a r i x i n d ə n    
 
 
Alfred 
Marşall (1842-1924) 
 
Gəncliyində  Marşall  riyaziyyat  sahəsində  fitri 
qabiliyyətə  malik  olub.  Kembric  Universitetini 
bitirdikdən sonra o riyaziyyat müəllimi işləyib və çox 
keçmədən  iqtisadiyyatın  problemlərini  öyrənməyə 
başlayıb.  O,  bu  zaman  riyazi  metodlardan  aktiv 
istif
adəyə üstünlük verib.  İqtisadçılar tələb və təklif 
əyrisini  öz  tədqiqatlarında  istifadə  etməyinə  görə 
məhz Marşala minnətdar olmalıdırlar. 
Marşall  ömrünün  böyük  hissəsini  Kembric  Universitetində  «İqtisadi 
nəzəriyyə»nin tədrisinə həsr edib. Görkəmli iqtisadçının əsas elmi əsəri 1890-
cı  ildə nəşr  olunmuş  «İqtisadiyyat  elminin  prinsipləri»  kitabıdır.  Bu  kitabda 
bazar 
iqtisadiyyatının  başlıca  qanunauyğunluqları  təhlil  olunur.  Bu  əsər 
müəllifin həyatı boyunca 8 dəfə təkrar nəşr olunub. 
 


 47 
Marşalın  tədqiqat  sahələri  arasında  rəqabət  şəraitində  tələb  və  təklifin 
tarazlığını  təmin  edən  qiymətin  müəyyən  olunması  xüsusilə  seçilir. 
Ümumiyyətlə tələb və təklif qanunauyğunluqları Marşalın əsas tədqiqat sahəsi  
hesab olunur.  
Alfred 
Marşall müasir iqtisad elminin əsasını qoyanlardan biri sayılır. 
 
 
 
 
Xülasə 
 
1. 
İqtisadiyyat sonsuz istəklərlə məhdud olan resursları necə uzlaşdırmağı 
öyrənən  elmdir.  Bu  məqsədə  nail  olmaq  üçün  iqtisadiyyat  üç  suala  cavab 
axtarır. 1) Hansı nemətləri istehsal etməli? 2) İstehsalı hansı texnologiyalarla 
necə təşkil etməli? 3) İstehsal olunmuş məhsulu kimlərə satmalı? 
2. 
İqtisadi  sistemləri  üç  tipə  bölmək  olar.  bazar,  inzibati-amirlik  və 
ənənəvi. Ayrıca götürülmüş ölkədə mövcud olan iqtisadi sistem bu və ya digər 
proporsiyada bütün üç tipin 
cəhətlərini özündə əks etdirə bilər. 
3. 
Tələb şkalası (və ya tələb əyrisi) bərabər şərtlər daxilində alıcının almaq 
istədiyi  əmtəənin  (və  ya  xidmətin)  miqdarı  və  qiyməti  arasındakı  əlaqəni 
göstərir. 
4. 
Təklif şkalası (və ya təklif əyrisi) bərabər şərtlər daxilində, istehsalçının 
satmaq 
istədiyi  əmtəənin  (və  ya  xidmətin)  miqdarı  və  qiyməti  arasındakı 
əlaqəni ifadə edir. 
5. 
Tarazlıq  qiyməti,  tələbin  ölçüsünün  təklifin  ölçüsü  ilə  tam  uyğunluq 
təşkil etdiyi qiymətdir. 
6. Qeyri-
qiymət amillər 
7. Elastiklik 
 
 
 
Müzakirə üçün suallar 
 
1.  Müasir 
Azərbaycan iqtisadiyyatında ənənəvi,  inzibati-amirlik və bazar 
iqtisadiyyatının elementlərini tapın. 
2. 
İzah edin ki,  tarazlıq qiyməti tələb və təklifin kəsişməsinə uyğun olur. 
İzah  edin  ki,  bazarda  qiymət  həddindən  artıq  yüksək  və  ya  aşağı  olduqda 
iqtisadiyyatda 
nə baş verir. 
3. 
İzah edin ki, nəyə görə aşağıdakılardan heç biri düzgün deyil. 
a) 
Lənkəranda,  uzun sürən şaxtalar limonun qiymətinin aşağı düşməsinə 
gətirib çıxarır. 
b)  «Coca-Cola»
nın  qiymətinin  bahalaşması,  qiymətində  dəyişiklik  baş 
verməsinə baxmayaraq «Fanta»ya tələbi aşağı salır. 
4. 
İzah edin ki, nəyə görə tələb və təklifin dəyişikliyi  aşağıdakı halların 
baş verməsinə gətirib çıxarır? 
?
 
 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə