Фуат рясулов



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə20/67
tarix13.11.2017
ölçüsü3,32 Kb.
#10140
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   67

 51 
İqtisadi  azadlıq  dedikdə  bazar  münasibətləri  iştirakçılarının  sərbəstliyi 
başa düşülür.  
Daha 
doğrusu:  
-  isteh
lakçılar  vəsaitlərini  hara  və  necə  xərcləməyi  sərbəst  surətdə  və 
müstəqil olaraq həll edirlər; 

işçilər  iş  yerlərini  sərbəst  surətdə  seçmək  və  dəyişmək  imkanına  malik 
olurlar; 
-  insanlar 
qazanclarının  hansı  hissəsini  yığıma  yönəltmək,  nə  qədərini  
h
ansısa işə qoymaq seçimində müstəqil hüquqa malikdirlər və s.  
Haqqında  bəhs  etdiyimiz  azadlıqlar  insanların  bir  çoxuna  öz-özlüyündə  sanki 
belə də olmalıymış kimi görünə bilər. Lakin, unutmayaq ki, ölkəmizin çox da uzaq 
olmayan 
tarixində  hökmranlıq  etmiş  inzibati-amirlik  iqtisadiyyatında  sadalanan 
azadlıqların heç biri yox idi.  
İqtisadi  səmərəlilik  -  bunu  texniki  səmərəliliklə  qarışdırmayın.  Gəlin, 
"kvadrat 
təkərlər" misalını yadımıza salaq. Xatirinizdədirsə biz məqsəd kimi texniki 
səmərəlilik  məsələsini  qarşıya  qoymuşduq  və  bizdən  az  xərclə  keyfiyyətli  məhsul 
istehsal 
etmək tələb olunurdu. Lakin, istehlakçılar bu məhsula maraq göstərmədiyinə 
və  dairəvi  təkərlərə  üstünlük  verdiyinə  görə  kvadrat  təkərlərin  istehsalını  iqtisadi 
baxımdan səmərəli hesab etmək olmaz.  
 
İqtisadi bərabərlik 
Kimin  düzgün 
və  ya  yalan,  eləcə  də  vicdanlı  və  ya  vicdansız  olduğunu  dəqiq 
müəyyənləşdirmək çox çətindir. İnsanların düşüncəsində ədalət sözünə münasibətin 
özü 
də kəskin fərqlənir. Lakin iqtisadi sistemlərin fəaliyyətini qiymətləndirən zaman 
nə qədər insanın varlı və ya yoxsul yaşadığını tədqiq etmək mümkündür. Məsələn, 
h
ökumətin  hansısa  fəaliyyətinin  nəticəsi  olaraq  bəzi  məhsulların  qiyməti  dəyişə 
bilər:  bir  məhsulun  qiyməti  ucuzlaşdığına  görə  burda  istehlakçılar,  hansısa  malın 
qiyməti bahalaşdığından isə istehsalçılar udurlar. Birinci məhsulun qiymətinin aşağı 
düşməsinə gətirib çıxaran qərara görə, istehsalçılar hökumətin fəaliyyətini ədalətsiz, 
isteh
lakçılar isə ədalətli hesab edirlər. 
Adətən  insanlar  hökumətin  siyasətinə  biganə  qalmır  və  hər  bir  fəaliyyətə 
münasibətdə  istənilən  insanın  şəxsi  mövqeyi  formalaşır.  Onları  düşündürür  ki,  
h
ökumətin yeritdiyi siyasət nə dərəcədə ədalətlidir.  
Buna 
görə  də biz  iqtisadi bərabərlikdən  danışarkən,  ilk  növbədə bilməliyik  ki, 
söh
bət  gəlirlərin  və  sərvətlərin  bölgüsündən  gedir:  bu  bölgüdə  kimisi  uduzur  və 
kimlər isə udur? 
İmkanların  və  nəticələrin  bərabərliyi  iqtisadi  bərabərliyi  daha  dəqiq 
müəyyənləşdirməyə şərait yaradır. 
 
İqtisadi təhlükəsizlik 
Bu çox vacib sosial 
məqsədlərdən sayılır. Burda məqsəd insanların istəklərinin 


 52 
iqtisadi 
risklərdən nə dərəcədə qorunmasına nail olmaqdan ibarətdir.  
Soruşa bilərsiniz ki, "iqtisadi risk" nədir? 
İqtisadi  risklərə  işsizlik,  inflyasiya,  yoxsulluq,  müəssisələrin,  bankların 
müflisləşməsi və sairə  aid edilir. Əlbəttə ki, harda insanlar ömrü boyu vəsait yığır, 
orda  risk 
aşağı  düşür.  Eyni  zamanda  dövlətin  işsizliyə  görə  müavinəti,  çoxuşaqlı 
ailələrə  maliyyə  köməkliyi,  qaçqınlara  maddi  yardımı  və  sair  də  iqtisadi  riski 
azaldır.  Lakin,  bəzən  dövlət  də  elə  vəziyyətdə  olur  ki,  vətəndaşlarına  lazımi 
səviyyədə sosial qayğı göstərə bilmir.  
 
Tam 
məşüulluq və qiymətlərin sabitliyi 
"Tam 
məşğulluq"  termini  əsasən  əhalinin  məşğulluğuna  aid  edilir.  Lakin  bunu 
elə başa düşmək lazım deyil ki, bütün insanlar işləyir. Adətən əhalinin uşaqlardan, 
qocalardan 
ibarət  təbəqəsi  əmək  qabiliyyəti  olmayanlar  hesab  olunur.  Mövcud 
qanunvericiliyimizə  görə, 16 yaşdan yuxarı insanlar əmək  qabiliyyətlilər sayılırlar. 
Lakin 
onların   arasında  elələri  də  var  ki,  ümumiyyətlə  işləmək  istəmirlər! Bir  çox 
dövlətlərdə  işləmək  istəməyənlər  işsiz  hesab  olunmurlar.  İşləməyi  bacaran  və 
işləmək istəyənlərinsə, bir hissəsi işləyir, digər hissəsi isə iş axtarır. Belə olan halda, 
məhz  sonuncular işsiz sayılırlar. 
Gerçək həyatda qiymətlərin sabitliyi az ehtimal olunur. Burda söhbət ondan gedir 
ki, 
qiymətlər həmişə az da olsa dəyişir, "üzür". Belə olan halda baş verən dəyişiklik, 
əhalinin həyat səviyyəsinə ciddi təsir göstərmir.  
İqtisadi  sistemlərin  sosial  məqsədləri  mövzusundakı  söhbətlərimizi  başa 
çatdırarkən, onu  da qeyd  etməliyik  ki, bütün bu  məqsədlərə  eyni zamanda çatmaq 
mümkün  deyildir. 
Diqqət  yetirdinizsə,  bəzi  məqsədlərə  yönələn  fəaliyyətlər  hətta 
bir-
birilə ziddiyyət təşkil edir. Əgər onlar eyni vaxtda tətbiq olunarsa, onda daha pis 
vəziyyət yarana bilər. Ona görə də bu fəaliyyətləri həmişə ölçüb-biçmək gərək olur. 
Belə olanda da biz tez-tez seçim  etmək məcburiyyətində qalırıq. İnanın ki, bu, asan 
deyildir! 
Məsələn,  əgər  minimum əmək  haqqını birdən-birə bir neçə  dəfə artırsaq, onda 
bəzi  firmalar  işçilərinin  bir  hissəsini  işdən  qovacaqlar.  Nəticədə,  kimlərsə  işsiz 
qalacaq.  
Və yaxud, fərz edək ki, atmosferin çirklənməsinin qarşısını almaq üçün hökumət 
bütün 
avtomobillərdə  xüsusi  təmizləyici  qurğunun  quraşdırılması  barəsində  qərar 
qəbul edir. Təbii ki, bu bizlər – avtomobilsiz vətəndaşlar üçün faydalı olacaq. Çünki, 
ekoloji 
baxımdan  nisbətən  təmiz  hava  udacağıq.  Lakin, hökumətin  bu  qərarı 
avtomobillərin  qiymətinin  bahalaşmasına  gətirib  çıxaracaq.  Bu  isə  avtomobil 
sahiblərinin narazılığına səbəb olacaq. Hər hansı bir iqtisadi məqsədlərə yönələcək 
qərar qəbul edərkən cəmiyyətin və konkret fərdin bundan nə qədər udacağından və 
itirəcəyindən çıxış etmək lazımdır. Bu isə, həmişə kompromis seçim tələb edir. 
 
Q
ƏRAR QƏBUL EDƏRKƏN ATILAN ADDIMLAR 
Kompromiss seçim 
tələb olunan daha tənqidi düşünməyi və qərar qəbul etməyi 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə