Фуат рясулов



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə2/67
tarix13.11.2017
ölçüsü3,32 Kb.
#10140
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   67

  5 
MÜƏLLİFLƏRDƏN 
 
Biz, bu 
dərsliyin müəllifləri ABŞ-ın İqtisadi Təhsil üzrə Milli Şurasının (NCEE) 
1998/1999-cu 
illərdə  keçirdiyi  «Təlimçilər  üçün  təlim» proqramının  məzunlarıyıq. 
Bu 
baxımdan, Sizlərə təqdim  etdiyimiz dərs vəsaiti üzərində işləyərkən NCEE-nin 
metodikasından  bəhrələnmiş  və  bu  kitabı  müasir  iqtisadiyyatın  tələblərinə 
uyğunlaşdırmağa  çalışmışıq.  Bu  dərs  vəsaitinin  hazırlanması  ideyası  da  elə  o 
vaxtdan 
başlanmış və onun üzərində iş nəşrə təqdim olunana qədər davam etmişdir. 
Bu  dövrü  biz 
nəzəri  biliklərimizi    praktiki  müstəvidə  sınaqdan  keçirməyə  sərf 
eləmişik. Bu  məqsədlə 2000-ci  ildən başlayaraq hər il orta məktəblərin riyaziyyat, 
tarix 
və coğrafiya müəllimləri üçün  keçirilən seminarlarda təlimçi statusunda çıxış 
et
miş  və  100-dən  çox  orta  məktəb  müəlliminin  ixtisasını  dəyişib  «İqtisadiyyata 
giriş» fənnini tədris etməsinə elmi və metodiki yardım göstərmişik. Bununla yanaşı 
ötən  dövr  ərzində  keçirdiyimiz  bir  neçə  təlim  kurslarına  universitetlərin  və 
ixtisasartırma  institutlarının  müəllimləri  də  cəlb  olunmuşdur.  Sonuncu  belə  tədbir 
İqtisadi Tədqiqatlar Mərkəzinin təşkilati, ABŞ-ın İqtisadi Təhsil üzrə Milli Şurasının 
metodiki 
və maliyyə dəstəyi ilə 2004-cü ilin 18-24 avqust tarixində keçirilmişdir. Bu 
dərs  vəsaitinin  hazırlanmasında  həmin  tədbirlərin  dinləyicilərinin  istəyi,  rəyi  və 
təklifləri  kifayət  qədər  əhəmiyyətli  rol  oynamışdır.  Belə  ki,  kitabın  «Ekspert» 
jurnalının  2000-ci  il  1-12-ci  saylarında  dərc  olunmuş  mətninin  surəti    həmin 
seminarlarda 
müxtəlif  (orta  və  ali)  ixtisas  səviyyəli  dinləyicilərə  paylanmış  və 
onların rəyləri əsasında daha da təkmilləşdirilmişdir.  
Dərs  vəsaiti  1999-cu  ildə  Azərbaycan  Respublikası  Təhsil  Nazirliyinin  Təhsil 
Problemləri  üzrə  Elmi-Metodik  Şurası  tərəfindən  «İqtisadiyyata  giriş»  fənni  üzrə 
təsdiq  olunmuş  proqram  əsasında  hazırlanıb.  Biz  bu  vəsaitin  tədrisinə  kömək 
məqsədilə  Azərbaycan  Respublikası  Təhsil  Nazirliyinin  Elmi-Metodik  Şurası 
«
İqtisadiyyat» bölməsinin 25.10.2002-ci il tarixli  iclasının  qərarı ilə təsdiq  edilmiş 
(protokol 
№3)  «İqtisadiyyata  giriş»  fənninin  tədrisinə  dair»  Metodik  Göstəriş 
hazırlayıb, onu Nazirliyin Metodiki Şurasının qərarı ilə 2003-cü ildə nəşr etdirmişik. 
 Oxuculara ünvanlanan bu kitab 
yalnız formatı ilə deyil, həmçinin məzmunu və 
eləcə də onun daha asan mənimsənilməsi üçün dili, izahatı, təqdimatı ilə fərqlənir. 
On bir 
fəsildən ibarət olan dərs vəsaiti iqtisadiyyata girişə dair ən ümumi və zəruri 
bilgilər əldə etmək istəyənlər üçün faydalı tədris mənbəyi sayıla bilər.  
Kitabın  mündəricəsini  şərti  olaraq  dörd  hissəyə  bölmək  olar.  Birinci  hissədə 
iqtisadiyyata 
girişin  ən  ümdə  məsələləri  və  kateqoriyaları  (məsələn,  seçim  və 
alternativ 
dəyər, məhdudluq, tələb və təklif, tarazlıq, elastiklik, bazar, rəqabət) izah 
olunur, ikinci 
hissədə mikroiqtisadiyyatın sahibkarlıq fəaliyyəti və firmalar, istehsal 
amilləri,  əmək  resursları,  istehsal  xərcləri  və  gəlirlər  kimi  məsələləri  şərh  edilir. 
Üçüncü 
hissə  ölkə  iqtisadiyyatı  ilə  bağlı  makroiqtisadi  proseslərdən  bəhs  edir. 
Nəhayət, dərs vəsaitinin sonuncu hissəsi beynəlxalq iqtisadiyyat məsələlərinin qısa 
şərhi ilə başa çatır.   


  6 
Zəruri  qeyd:  rica  edirik  nəzərə  alasınız  ki,  bu  kitab  dərs  vəsaiti  kimi 
müəlliflərin ilk işidir, çox güman ki, bu səbəbdən vəsait heç də nöqsansız deyil. Çox 
istərdik ki, kitabın çatışmayan cəhətləri, qüsurları barəsində irad və təkliflərinizi  bu 
ünvana:  AZ  1001, 
Bakı  şəhəri,  Murtuza  Muxtarov  küçəsi,  ev  9,  mənzil  40a 
(«Ekspert» 
jurnalı  redaksiyası,  əlaqə  telefonları  –  498 44 31, 492 20 21, e-mail: 
ekspert@azeronline.com
  ) 
göndərəsiniz.  Nəzərə  alın  ki,  Sizlərin  belə  alicənablığı  
bizim 
gələcək  fəaliyyətimizə  xeyli  fayda  gətirər  və  bu  işin  davamı  olaraq  dərcini 
yaxın  vaxtlarda  planlaşdırdığımız  yeni  və  daha  təkmil  dərslik  və  ona  əlavələr 
(
tapşırıqlar, testlər və s.) hazırlanmasına  qiymətsiz töhfə olar. 
Əvvəlcədən təşəkkür edirik.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


  7 
Redaktordan 
 
İqtisadiyyat kifayət qədər mürəkkəb bir elm sahəsidir. Riyaziyyat, fizika, kimya, 
biologiya 
və  digər  elmlər  kimi  iqtisadiyyat  elmi  də  özünəməxsus  kateqoriyalara, 
qanunauyğunluqlara  malikdir,  bu  elm  sahəsində  də  çox  müxtəlif  nəzəriyyələr 
mövcuddur. 
Hətta  iqtisadçı  olanların  belə  həmin  nəzəriyyələrin  hamısını  kamil 
öyrənə bilməsi müşkül məsələdir.  
Bununla 
belə,  iqtisadiyyat  elm  olmaqla  bərabər,  həm  də  bizim  hər  birimizin 
gündəlik  həyatımızın,  yaşayışımızın  əsasıdır. Ona  görə  də  hər kəsin öz  güzəranını 
daha 
yaxşı  qura  bilməsi  üçün  gündəlik  həyatda  üzləşdiyi  bir  sıra  sadə  iqtisadi 
qanunauyğunluqları başa düşməsi və dərk etməsi mühüm əhəmiyyət kəsb edir. Buna 
cəhd  göstərən  hər  kəsə  «İqtisadiyyatın  əsasları»  adlı  bu  dərs  vəsaiti  əvəzsiz 
yardımçı ola bilər.  
Əslində  bu  kitabı  «İqtisadiyyatın  «əlifbası»  da  adlandırmaq  olardı.  Çünki, 
«
Əlifba» müəyyən  dildəki sözləri əmələ gətirən hərfləri öyrətdiyi kimi, bu kitabda 
da 
iqtisadiyyatın  konstruksiyasını  əmələ  gətirən  və  bu  baxımdan,  obrazlı  desək, 
iqtisadiyyatın  «hərfləri»  adlandırıla  biləcək  iqtisadi  kateqoriyalar,  iqtisadi 
münasibətlərdən  yaranan  hadisə  və  proseslər  hər  kəsin  asan  başa  düşəcəyi  sadə 
şəkildə izah edilir və şərh olunur.  
Son 
illər ölkəmizdə iqtisadiyyatın öyrənilməsinə və tədrisinə marağın müəyyən 
qədər  artması  ilə  əlaqədar  olaraq  ali  və  orta  ixtisas  məktəblərinin  tələbələri  üçün, 
habelə orta məktəbin yuxarı siniflərində tədris edilmək məqsədilə iqtisadiyyata dair 
bir 
sıra  dərsliklər  və  dərs  vəsaitləri  nəşr  edilmişdir. Geniş  oxucu  kütləsinin  rəyinə 
əsaslanaraq  deyə  bilərik  ki,  onların  əksəriyyətinə  xas  olan  dil  mürəkkəbliyi  və 
iqtisadi 
hadisə  və  proseslərin  son  dərəcə  «akademik»  şərhi  materialların  dərk 
edilməsini  çətinləşdirir.  Sizə  təqdim  olunan  bu  dərs  vəsaiti  isə,  hətta  əsasən  eyni 
mövzulardan 
bəhs  etməsinə  baxmayaraq,  onlardan  keyfiyyətcə  xeyli  fərqlənir.  Bu 
kitabda  dilin 
sadəliyi,  materialların  şərh  edilməsi  üslubunun  orijinallığı,  iqtisadi 
ha
disə  və proseslərin təqdim  edilməsində sistemliliyin, ardıcıllığın  və səbəb-nəticə 
əlaqələrinin  gözlənilməsi,  adi  gündəlik  həyatımızdan  çoxlu  sayda  misalların 
gətirilməsi, əyani vasitələrin (sxemlər, şəkillər, modellər, qrafiklər və s.) zənginliyi 
xüsusilə  diqqəti  cəlb  edir.  Kitabda  bütün  iqtisadi  hadisə  və  proseslər,  iqtisadi 
kateqoriyalar 
hər  kəsi  düşündürəcək  sadə  suallar  və  onlara  verilən  cavablar 
formasında şərh edilir. Bütün bunlar isə təqdim edilən materialların hamı tərəfindən 
anlaşılmasını  və  asan  dərk  olunmasını  təmin  edir.  Bunu  müəlliflərin  uğuru  hesab 
etmək olar.  
Dərs  vəsaiti  qeyri-iqtisad  ali  və  orta  ixtisas  məktəblərinin  tələbələri,  orta 
məktəbin yuxarı sinif şagirdləri və orta məktəblərdə iqtisadiyyat fənnini tədris edən 
müəllimlər  üçün  nəzərdə  tutulsa  da,  bu,  iqtisadiyyatı  müstəqil  şəkildə  öyrənmək 
istəyənlər üçün də əvəzedilməz bir vəsait olacaq. Tam əminliklə söyləmək olar ki, 
bu 
vəsaitdən  iqtisad  ali  məktəblərində  «İqtisadi  nəzəriyyə» kursunu  öyrənən  aşağı 
kurs 
tələbələri də lazımınca faydalana biləcəklər.  


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə