Фуат рясулов



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə23/67
tarix13.11.2017
ölçüsü3,32 Kb.
#10140
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   67

 57 
özünüzü 
də haqlı hesab edərsiniz. 
İstisnasız  qəbul  edirsiniz  ki,  uşağı  xilas  etməyə  çəkdiyimiz  xərclərin  ümumi 
dəyəri  «insan  ömrünün  qiyməti»ndən  dəfələrlə  azdır.  Çünki  insan  ömrü  cəmiyyət 
üçün 
qiymətsizdir. Başqa bir hala baxaq. Tutaq ki, həmin resursların köməyi ilə bir 
yox,  bir 
neçə  insanın  həyatını  xilas  etmək  mümkündür.  Bəs  onda  necə,  insan 
ömrünün 
qiyməti aşağı  düşmürmü? Axı bizim öyrəndiyimiz iqtisadiyyat elmi sübut 
edir ki, resurslar 
məhduddur. Məsələn, iki müxtəlif yerdən təcili tibbi yardım çağrışı 
daxil 
olmasına  baxmayaraq,  yalnız  bir  sərbəst  maşını  olan  təcili  tibbi  yardım 
stansiyasının işçiləri seçim qarşısında qalır. Çünki, bu maşınla bir xəstənin ünvanına 
getmək olar, bu halda isə ikinci  xəstəyə baş çəkmək mümkün  deyil. İstənilən halda 
kiminsə həyatı təhlükədə qalır. Onda, təcili yardım maşınını hansı xəstənin ünvanına  
göndərməli? 
Axı,  resursların  (təcili  tibbi  yardım  maşınlarının)  məhdudluğu  ucbatından 
biz 
kiminsə  həyatını  qurban  vermək  (hətta  insan  ömrü  qiymətsiz  olsa  da  belə) 
məcburiyyətindəyik. 
Son vaxtlar tez-tez 
eşidirik ki, hansısa ölkədə həyat şəraiti bizdəkindən yaxşıdır, 
orda 
insanların  qayğısını  daha  çox  çəkirlər.  Bəs,  bu  fərqləri  necə  izah  etmək 
mümkündür? 
Bir 
neçə  statistik  göstəricilərə  nəzər  yetirsək,  görərik  ki,  insan  ömrü  daha  çox 
hansı  hallarda  təhlükəyə  məruz  qalır?  Alimlərin  hesablamalarına  görə,  dünya 
əhalisinin  hər  milyonunun  aviaqəzadan  ölüm  ehtimalı  0,3,  infarktdan  0,6,  ildırım 
vurmaqdan 1,0, 
avtoqəzadan 200, siqaret çəkməkdən 6250 nəfərdir. 
Göründüyü kimi, 
risklər əhəmiyyətli dərəcədə  fərqlənirlər və onların heç birində 
ölüm eh
timalı sıfıra bərabər  deyil. 
İnsanlar  öz  həyatlarını  daha  çox  pul  ödəməklə, hava,  su  üçün  təmizləyici 
qurğular,  təhlükəsiz  maşınlar,  mənzillər  almaqla  qoruyurlar.  Bunun  üçün  onlar 
 ölüm  riskinin 
aşağı  salınması  məqsədilə  qabiliyyətləri  və  imkanları  çərçivəsində 
xərc  çəkməyə   hazırdırlar.  Bəs,  insan  ömrünün  qiyməti  neçəyədir?  Bəlkə,  bunu 
müəyyənləşdirmək  üçün,  insan   orqanizmini  təşkil  edən  kimyəvi  maddələrin, 
elementlərin  dəyərini  hesablamaq  lazımdır.  Gəlin,  bu  məqsədlə  insanın  bədənini 
tərkib hissələrə bölək: oksigen, hidrogen, karbon, maqnezium , dəmir, sink və sair. 
Hər  bir  elementin  miqdarını  müəyyənləşdirib  kimyəvi  maddələrin  orta  bazar 
qiymətinə  vuraq və alınan məbləğləri toplayaq. Bu, insan ömrünün  qiymətini təyin 
etməyin  bir üsuludur.  
Başqa  bir  yanaşma   ilə  orqanizmin  ayrı-ayrı  orqanlarının   dəyərini 
 
qiymətləndirək.  Orqanizmin  bir  çox  hissələrinə  (qana,  ürəyə,  böyrəyə  və  s.) 
transplantasiya  (
köçürmə ) məqsədilə tələb əmələ gələcək və beləliklə onun bazar 
qiyməti formalaşacaq. 
İnsan ömrünü qiymətləndirməyin digər üsulu hər bir insanın özünü sığortalamaq 
istədiyi  haqqla  da  ölçülə  bilər.  Məsələn,  populyar  aktyor  Demi  Mur  həyatını  1 
milyard dollar 
məbləğində sığortalayıb. Başqa bir misala müraciət edək: bu günlərdə 
keçirilmiş hərracda populyar caz ulduzu mərhum Elvis Preslinin 1 dişi 100 dollara 


 58 
satılıb. Bu hesabla, onun  dişlərinin  hamısını hərraca çıxarmaqla 3200 dollar vəsait 
qazanmaq olar.  
Və  ya  bir  insanın  ölümündən   cəmiyyətin  itirəcəyi  məhsul  buraxılışı  və 
xidmətlərin  həcmini  müəyyənləşdirərək,  insan  ömrünün   hesablanmasını  sınaqdan 
keçirək. 
İnsan  ömrünün   qiymətsiz  olduğu  haqqında  artıq  danışmışıq.  Gəlin,  belə  bir 
suala  da  cavab 
verək.  İnsanlar  nəyin   naminə  öz  həyatlarını  riskə  qoyurlar?  Axı 
onların  ömrü  qiymətsizdir?  Bu  sualın  yeganə  düzgün   cavabını  aşağıdakı  qaydada 
tapmaq  olar. 
İnsan  ömrünün  qiymətini  onların  ölümdən  və  ya  bu  kimi   digər 
hallardan yaxa qurtarmaq 
məqsədilə nə qədər məbləğdə vəsait ödəməyə hazır olması 
ilə  də  müəyyənləşdirmək  mümkündür.  Məsələn,  ekoloji  cəhətdən  təhlükəli 
vəziyyətdə  olan  şəhərdə  100  min  nəfər  əhali  yaşayır  və  hər  il  onların  110  nəfəri 
atmosferin 
çirklənməsi, içməli suyun təmizlənməməsi səbəbindən vəfat edir.  
Tutaq  ki, 
şəhərin  hər bir sakini suyun  və  havanın təmizlənməsi  məqsədilə 500 
manat  
vəsait ödəməyə hazırdır. Hesablamalar göstərir ki, toplanmış vəsaitlə hər 10 
min 
nəfərə düşən ölüm ehtimalını 11-dən 10-a endirmək  mümkündür. Nəticədə 10 
nəfər insanın həyatını xilas etmək olar. 
Onda xilas 
edilmiş 10 nəfər insanın  həyatının ümumi dəyəri 50 milyon manat, 
hər bir ömrün dəyəri isə 5 milyon manatdır. 
Lakin, 
cəmiyyət, o cümlədən insanlar bu məqsədlə daha 500 manat xərcləməyə 
hazır  deyildir.  Belə  olsa  idi,  daha  10  nəfərin  ömrünü  xilas  etmək  mümkün  olardı. 
Lakin, bunun üçün 50 milyon manatdan da çox 
vəsait xərcləmək tələb olunur.  
 
Dövlət nə üçün lazımdır? 
Yəqin ki, Sizdə  də özünüzə bu  sualı vermək istəyi nə vaxtsa olub. «Liberallar»  
adlanan 
baxışı  müdafiə  edən  insanlar  belə  fikirləşirlər  ki,  dövlətin  rolu  mütləq 
məhdudlaşdırılmalıdır.  Onlar  dövlətin  iqtisadi  və  sosial  problemləri  həll  etmək 
qabiliyyətinə  şübhə  ilə  yanaşır  və  bunu  dövlət  bürokratiyasının  çoxluğu,  nəzarətin 
isə çətinliyi ilə izah edirlər. 
"
Mühafizəkar"  baxışı  müdafiə  edən  insanlar  isə  cəmiyyətin  problemlərini 
bazarın həll  etmək imkanlarına şübhə ilə yanaşırlar. 
Onlar  qeyd 
edirlər  ki,  dövlət  özəl  firmaların  az  istehsal  etdiyi  və  yaxud 
ümumiyyətlə  istehsal etmədiyi malların buraxılışı ilə məşğul ola bilər.  
Lakin, 
gəlin xatırlayaq, bizə öyrədiblər ki, bazar iqtisadiyyatında əksər iqtisadi 
qərarları dövlət deyil, ayrı-ayrı satıcı və alıcılar qəbul edirlər.  
Lakin  bununla 
yanaşı,  dövlətin  6  başlıca  iqtisadi  funksiyası  fərqləndirilir. 
Bunları əksəriyyət qəbul edir. Gəlin, görək onlar hansılardır:  
1
. Hüquqi baza 
və sosial təminat əsaslarının yaradılması;  
2. 
Rəqabətin dəstəklənməsi; 
3. 
Gəlirlərin yenidən bölüşdürülməsi; 
4. 
İctimai əmtəə və xidmətlərin buraxılışı; 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə